19
Venesiya Respublikasının Türkiyə əleyhinə müharibəyə başlaması ilə
Qərbdə antitürkiyə blokunun yaradılmasına yönəlmiş danışıqlarda müəyyən can-
lanma əmələ gəldi. Bundan sonra Avropada Osmanlı imperiyasına qarşı danı-
ş
ıqların əsas təşkilatçısı Roma papası deyil, Venesiya Respublikası oldu. Venesiya
Senatında müzakirə və təsdiq olunmuş məxfi tapşırıqlarla silahlanmış respublika
diplomatları Osmanlı imperiyasına qarşı danışıqlar aparmaq üçün müxtəlif Avropa
və Asiya dövlətlərinə yola salındılar. Beləliklə, Osmanlı imperiyasının sürətlə
Qərbə doğru irəliləməsi XV əsrin 70-ci illərinə doğru Qərb dövlətlərinin ümumi
təhlükəyə qarşı yenidən qruplaşmasına səbəb oldu, Avropada antitürkiyə koalisiya-
sına qoşulan dövlətlərin sayı artmaqda idi.
Lakin XV əsrin 80-ci illərindən başlayaraq Qərbi Avropa dövlətlərinin
Osmanlı imperiyasına qarşı Asiya ölkələri ilə, o cümlədən Ağqoyunlu dövləti ilə
diplomatik əlaqələri, müvəqqəti olaraq zəiflədi. Bunun başlıca səbəbi Osmanlı
dövlətinin antitürkiyə koalisiyasının bütün üzvlərini, o cümlədən həmin blokun
ə
sas təşkilatçıları olan Ağqoyunlu dövləti və Venesiya Respublikasını ağır məğlu-
biyyətə uğratması idi.
Ağqoyunlu dövlətini aradan qaldırdıqdan sonra səfəvilərin həm antitürkiyə
siyasətində, həm də Avropa ölkələri ilə əlaqələrində fəallıq artmağa başladı. Eyni
zamanda Səfəvi dövlətinə Osmanlı imperiyasının arxasında bir güclü hərbi-siyasi
qüvvə kimi Avropada da maraq artdı. 1502-ci ildə Roma papası II Yuli (1503-
1513) Almaniya, Fransa, spaniya, Portuqaliya və digər feodal dövlətlərinin
başçılarına məktublarla müraciət edib onları Osmanlı imperiyasına qarşı
birləşməyə çağırdı. Papa Səfəvi dövlətinin meydana gəlməsini, şah smayılın hərbi
müvəffəqiyyətlərini Allahın xristian dünyası üçün yaratdığı bir fürsət kimi
qiymətləndirdi, Qərb hakimlərini dərhal bu fürsətdən istifadə etməyə çağırdı.
Bununla, XVI əsrin 30-cu illərində Osmanlı imperiyasının Asiya ilə
ə
laqədar işğalçılıq planlarının həyata keçirilməsi üçün Avropa cəbhəsində çox
ə
lverişli şərait yarandı. Osmanlı imperiyasının Asiya ilə hərbi planları təkcə Səfəvi
dövlətinə qarşı deyil, həm də Portuqaliya feodal müstəmləkə imperiyasının Hind
okeanında möhkəmlənməsinə qarşı yönəlmişdi.
20
Portuqaliyadan başlamış Fransaya qədər bütün Avropa dövlətlərindən
Şə
rqə gələn tacirlər, elçilər, missionerlər öz dövlətlərinin tapşırığı üzrə Şərq
dövlətlərinin arasını vurmağa çalışırdılar. Türkiyə ilə düşmənçiliyi olan Por-
tuqaliya Səfəvilərə daha çox yaxınlıq göstərirdi. Portuqaliya çalışırdı ki, bu iki
Şə
rq dövlətinin qüvvəsini tükəndirməklə Fərat-Dəclə boyunca mühüm iqtisadi,
hərbi-strateji əhəmiyyəti olan yerləri işğal etsin. XVI əsrin 30-50-ci illərində
Osmanlı-Səfəvi müharibələri zamanı Portuqaliya Səfəvilərə silah verirdi. Qeyd
etmək lazımdır ki, yarım əsrə qədər davam edən Səfəvi-Türkiyə müharibələri
dövrü Osmanlı imperiyasının ən qüdrətli çağlarına təsadüf edirdi. Qərb diplomati-
yası bu zaman Osmanlı imperiyasının bütün hərbi gücünü Səfəvi dövlətinə qarşı
yönəltməklə Avropada Türkiyə işğallarının genişlənməsinin qarşısını saxlaya bildi.
Digər tərəfdən, Səfəvi və Osmanlı imperiyaları kimi iki qüdrətli türk monarxiyası-
nın daim müharibə həddində olub bir-birini zəif salması Qərbi Avropa dövlətləri-
nin Şərqdə, o cümlədən Yaxın və Orta Şərq ölkələri ilə əlaqədar müstəmləkəçilik
planlarının həyata keçirilməsi üçün əlverişli şərait yaradırdı. Təsadüfi deil ki,
Səfəvi dövlətinin başının Türkiyə ilə müharibəyə qarışmasından istifadə edən
Portuqaliya müstəmləkəçiləri ran körfəzində möhkəmlənə bildilər. 1547-1554-cü
illərdə Osmanlı imperiyasının Portuqaliyanı ran körfəzindən sıxışdırıb çıxarmaq
üçün apardığı hərbi dəniz əməliyyatları da istənilən nəticəni vermədi.
11.Ə rə b xilafə ti diplomatiyası.
VII əsrin 30-cu ilində Ərəbistan yarımadasında güclü bir feodal döv-ləti
yarandı. Asiyada, Afrikada və Avropada bir sıra ölkələri işğal edən bu dövlətin
yaradıcısı Məhəmməd peyğəmbər idi. Onun yaratdığı yeni dini təlim-islam feodal
münasibətlərinin inkişafında, dövlətin möhkəmlənməsində və genişlənməsində
böyük rol oynadı. Ərəb əyanları islam dinindən başqa ölkələrin işğal olunmasında
bir vasitə kimi istifadə etdilər. 636-cı ildə Yərmuq döyüşündən sonra Suriyanın ələ
keçirilməsi nəticəsində ərəblərin rana yolu açılır. Xilafət ordusu Qadsiyyə döyü-
ş
ündən sonra bir-birinin ardınca zərbələr endirərək ran ordusunu əzdi. 642-ci ildə
Nəhavənd döyüşündə də ran qoşunları məğlub oldu.
21
639-cu ildə Azərbaycanın şimal ərazilərinə gələn ərəblər burada da ciddi
müqavimət ilə rastlaşmış və 642-ci ildə Muğanı işğal edərək əhali ilə müqavilə
bağladılar. Ərəb diplomatiyası Azərbaycanda möhkəmlənmək üçün islam dinindən
kəsərli bir vasitə kimi istifadə edirdi.
Xəlifə Ömər(634-644) Əbdürrəhman ibn Rəbiəni Dərbənd yaxınlığındakı
sərhəd qoşunlarına sərkərdə təyin etdi və xəzərlərlə vuruşmağı tapşırdı. Əbdür-
rəhmanın qoşunu 643-cü ildə Bukeyrin dəstəsi ilə birləşdikdən sonra Bələncər
yaxınlığında xəzərlərlə müharibəyə başladı. Nəticədə məğlub oldu, özü də döyüşdə
öldürüldü. Beləliklə, ərəblərin Dərbənddən şimala ilk hücumu uğursuzluqla nəticə-
ləndi. Ərəblərlə xəzərlər arasında 653-cü ildə Bələncər yaxınlığında baş verən
ikinci döyüş də xəzərlərin qələbəsi ilə başa çatdı. Azərbaycanı işğal edən ərəb qo-
ş
unları ilə xəzərlər arasındakı müharibələr əvvəllər təsadüfi hallarda baş verdiyi
halda, VIII əsrdə xəlifə I Validin (705-715) dövründən etibarən mütəşəkkil və uzun
sürən xarakter aldı. Sonda Xəzər xaqanı ərəblərlə sülh bağladı və islam dinini
qəbul etdi. Abbasilərin hakimiyyəti dövründə ərəblərin işğalları yenidən fəallaşdı.
Eyni zamanda Ərəb-Bizans müharibələri də davam etdirilirdi. Ərəblər bizanslıların
Qara dənizdən keçən əsas ticarət yollarını dağıdaraq, bu yolları şərqə, Xəzərə tərəf
keçirmişdilər. Bu isə Xəzər ətrafındakı şəhərlərin inkişafına səbəb olmuşdu.
Ə
rəblər Xəzər dənizi-Volqa ticarət yolunu da nəzarət altına aldılar, buna qədər bu
yol Bizansın əlində idi. Ərəblərin hərbi siyasəti də böyük cənub-şimal ticarət yolu-
nun qorunmasına yönəlmişdi, ərəblər şimalda Tiflisdən Dərbəndədək geniş ərazini
öz əllərində tutduqlarına görə onların bu siyasəti müvəffəqiyyətli idi. Ərəblər
Bizansın dayağı olan xəzərləri məğlub etmişdilər və yeni ticarət magistralı üçün
ciddi bir təhlükə təşkil etmirdilər.
Ə
rəblər Orta Asiyaya yürüş edərkən türklər bu bölgədə yaşayan bütün
xalqlara müraciət etmiş, onları düşmənə qarşı mübarizəyə çağırmışlar. Lakin bu
tayfalar arasında vahid birlik yox idi. Buna görə Orta Asiyada yaşayan türk tay-
falarının ərəblərə qarşı apardıqları mübarizə heç bir nəticə vermədi. Beləliklə, VIII
ə
srin əvvəllərindən başlayaraq Orta Asiya vilayətləri də ərəblərin hakimiyyəti
Dostları ilə paylaş: |