13
7.Erkə n orta ə srlə r dövrünün ə sas xüsusiyyə tlə ri.
Quldarlıq quruluşunun böhranı Roma cəmiyyətinin siyasi və hüquqi
təsisastlarında özünü göstərirdi. Ölkə daxilində sinfi ziddiyyətlər, əyalətlərdə
mərkəzdən ayrılma meyllərinin artması, xarici düşmənlərin hücumlarının güc-
lənməsi Roma dövlətini yeni şəraitə uyğunlaşmağa məcbur etdi. Bununla əla-qədar
olaraq dövlətin idarə olunması getdikcə daha çox imperatorun və onun təyin etdiyi
məmurların əlində cəmləşirdi. Senatın əhəmiyyəti tamamilə zəif-ləmişdi. Dövlətin
gördüyü tədbirlər quldar dövlətinin tədricən dağılması və feodalizm siyasi quruluşu
ünsürlərinin əmələ gəlməsinə mane ola bilmədi. Roma əyalətlərinin, tədriclə
iqtisadi, siyasi və mədəni ayrılması prosesi 395-ci ildə imperiyanın iki hissəyə
parçalanmasına səbəb oldu. Qərbi Roma impe-riyasının süqutu ilə Avropa
tarixində yeni bir dövr başlandı. Bu dövr iqtisadi və ictimai-siyasi həyatın yeni
formalarının meydana gəlməsi və inkişafı ilə əlamətdardır.
Orta əsrlər tarixi müxtəlif hadisələrlə zəngin olan uzun bir dövrü əhatə edir.
Bu dövr iqtisadi və ictimai-siyasi həyatın yeni formalarının meydana gəlməsi və
inkişafı ilə əlamətdardır. nsan cəmiyyəti orta əsrlərdə tarixin əvvəlki dövrlərinə
nisbətən maddi və mənəvi mədəinyyətin inkişafı sahəsində xeyli irəlilədi. Feo-dal
zorakılığının, cəhalətin meydana gəlmə dövrü, aclıqlar və kütləvi qırğınları
doğuran yolxucu xəstəliklər dövrü olan orta əsrlər insanlığın xatirində qüvvətli
kəndli üsyanları, feodallara və kilsəyə qarşı müharibələr, xalq kütlələrinin ictimai
arzularını əks etdirən kütləvi təriqət hərəkatı, ilk burjua inqilabları dövrü kimi də
həkk olunmuşdu.
Bütün xalqlar feodalizmə eyni zamanda keçməmişlər. Buna görə də orta
ə
srlər dövrünün xronoloji çərçivəsi müxtəlif qitələr, hətta, ayrı-ayrı ölkələr üçün də
müxtəlifdir. Avropa ölkələrində orta əsrlər V əsrin ikinci yarısında Qərbi Roma
quldarlıq imperiyasının dağılması ilə başlanır. Orta əsrlərdə məhsuldar qüvvələrin
inkişafı sayəsində feodalizm ictimai-iqtisadi formasiyasında irəliləyiş baş verdi.
stehsal münasibətlərinin xarakteri, qismən ictimai quruluş, həmçinin feodal döv-
lətlətlərinin siyasi siması dəyişirdi.
14
Feodalizm cəmiyyətinin istehsal münasibətləri üçün, ilk növbədə feodallar
sinifinə məxsus iri torpaq mülkiyyətinin hökmranlığı xarakterik idi. Bu orta əsr,
feodal cəmiyyətinin həqiqi əsası idi. Feodalizm quruluşunu bir tərəfdən quldarlıq,
digər tərəfdən isə kapitalizmdən fərqləndirən digər mühüm xüsusiyyət iri torpaq
mükiyyətinin bilavasitə istehsalçıların-kəndlilərin xırda fərdi təsərrüfatları ilə
ə
laqədar olması idi. Feodallar öz torpaqlarının çox hissəsini istifadə üçün
kəndlilərə paylamışdılar. Kəndlilər feodalizm cəmiyyətində heç bir zaman
becərdikləri torpaqların mülkiyyətçisi olmamışlar. Onlar həmin torpaqlardan yalniz
bu və ya digər şərtlə istifadə edirdilər.
Kəndlilər, bir qayda olaraq, feodal malikanəsi çərçivəsində istismar olunur-
dular. Malikanə feodal rentası almaq üçün daha münasib təşkilat idi. Feodal torpaq
rentası aslı kəndlinin izafi əməyinin torpaq sahibi tərəfindən mənimsənilən hissəsi
idi. Beləliklə, feodal rentası feodalın torpaq üzərində mülkiyyətinin həyata keçiril-
məsinin iqtisadi forması idi. Feodal rentasının üç forması vardı: işləyib ödəmə
rentası (biyar), məhsul rentası (məhsul töycüsü), pul rentası (pul töycüsü).
Feodalizmin ayrı-ayrı inkişaf mərhələlərində renta növlərindən biri üstünlük təşkil
edirdi. Hər bir sinifli cəmiyyətdə olduğu kimi, feodalizmdə də bu cəmiyyətin
inkişafının bütün mərhələlərində kəndlilərin feodallara qarşı inadlı, gündəlik sinifi
mübarizəsi getməşdir. Bu mübarizə orta əsrlərin ikinci və üçüncü dövrlərində tez-
tez kütləvi kəndli üsyanları formasını alırdı.
8.Bizans imperiyası Yustinianın hakimiyyə ti illə rində .
Roma imperiyasının parçalanması nəticəsində müstəqil dövlət kimi
formalaşan Bizans sənətin və ticarətin inkişaf səviyyəsinə görə Qərbi Roma
imperiyasından üstün idi. Bizans imperiyası müxtəlif cür təbii iqlim şəraiti olan
vilayətləri əhatə edirdi. Imperiyanın ərazisində qədim əkinçilik mədəniyyəti olan
ölkələr yerləşirdi. Şərq əyalətlərinin, xüsusilə Misir və Suriyanın kənd təsərrü-
fatında süni suvarma mühüm rol oynayırdı.
Bizans imperiyasının ictimai-iqtisadi inkişafında bir sıra mühüm xüsu-
siyyətləri qeyd etmək olar.
15
Birincisi, kənd təsərrüfatının tənəzzül əlamətləri burada Qərbə nisbətən
daha gec-ancaq VI əsrin sonunda hiss olunmağa başladı.
kincisi, Qərbdən fərqli olaraq iri torpaq sahibliyinin nisbətən az və ləng
inkişafı idi. ri torpaq mülkləri, başlıca olaraq, imperator xəzinəsinə məxsus idi.
Bizansın aqrar quruluşunun bir xüsusiyyəti də azad kəndli torpaq
sahibliyinin və icmanın geniş yayılması idi. Bizansda dövlət quruculuğu sahə-sində
son Roma imperiyası ənənələri xüsusilə möhkəm idi. Mərkəzi idarəçilik sarayda
cəmlənmişdi ki, bu da bir sıra idarələrə bölünürdü. Həmin idarələrə imperatorun
təyin etdiyi ali məmurlar başçılıq edirdilər. Əyalət idarəçiliyi də, həmçinin ciddi
surətdə mərkəzləşdirilmişdir.
Bizans imperiyası özünün ən yüksək tərəqqi dövrünə VI əsrin orta-larında
– imperator Yustinianın (527-565) hakimiyyəti zamanı çatdı. Bu dövrdə Bizans
dövlətinin daxili sabitləşməsi baş verir və geniş xarici işğallar həyata keçirilir. O,
belə hesab edirdi ki, Roma imperiyasının keçmiş qüdrətinin bərpası vəzifəsi onun
üzərinə düşmüşdür.
Yustinianın daxili siyasəti dövlətin mərkəzləşdirilməsinin möhkəm-
ləndirilməsi, ticarətin fəallaşması və yeni ticarət yollarının axtarılmasına
yönəldilmişdi. O, özünün aqrar siyasətində iri kilsə torpaq sahibliyinin inki-şafına
qayğı göstərir, eyni zamanda, orta torpaq sahibi təbəqələrini də müdafiə edirdi.
Yustinianın hakimiyyəti illərində Roma hüquq islahatı keçirildi. ctimai-
iqtisadi münasibətlərin kökündən dəyişməsi Bizans cəmiyyətinin daha da
inişkafına əngəl törədən köhnə hüquq normalarının yenidən işlənilməsini tələb
edirdi. Buna görə də Yustinian qanunvericilyində ticarət, sələmçilik və borc
ə
məliyyatlarının, icarənin tənzim olunmasına mühüm yer verilir. Xüsusi mülkiyyət
hüququnun əsaslandırılması və müdafiə olunması Yustinian «Mülki» hüquq
toplusunun» əsas müddəalarının həyatiliyini təmin edirdi. Bu müddəalar bütün orta
ə
srlər boyu öz əhəmiyyətini saxlamışdı. 532-ci ildə Bizansda tarixdə Nika üsyanı
kimi məlum olun ən güclü xalq hərəkatlarından biri baş verdi. Bu üsyanın
dağıdılması Yustinian siyasətində irticaya doğru kəskin dönüş yarandığını
göstərirdi.
Dostları ilə paylaş: |