10
nı da dəyişməmişdilər. Romalılar incə diplomatiya işlətməklə, bu dövlətlər arasın-
da özlərinə inam yaradır, onları Roma dövlətinin siyasətinə tabe edirdilər.
Romanın apardığı müharibələrdən Roma diplomatiyasının fəaliyyəti bö-
yük olmuşdur. Bu zaman Roma diplomatiyası öz xarici siyasətini pərdələmək və
ona bəraət qazandırmaq üçün azadlıq, insanpərvərlik, ədalət kimi məfhumlardan
geniş istifadə edirdi. Diplomatik əməliyyatlarda daxildə düşmən qüvvələr təşkil
etmək, şəhər və dövlətləri vuruşdurmaq və zəif salmaq “parçala və hökmranlıq et”
üsulları geniş tətbiq edilirdi. Romanın diplomatiyası onun hegemonluq uğrunda
mübarizəsinə xidmət edirdi. Yunanıstan və Karfagenin fəthi ilə Roma işğallarının
birinci, ən mürəkkəb mərhələsi sona çatır. E.ə. II əsrin ortalarından etibarən Roma
böyük Aralıq dənizi dövlətinə çevrilir. Aralıq dənizi hövzəsində qələbələrini başa
çatdıran Roma e.ə. II əsrin ikinci yarısı-I əsrlərdə Şərqdə Kiçik Asiya və Suriyada
xarici siyasətini fəallaşdırır. Karfagen və ellin dövlətləri ilə müharibələr gedişində
Roma imperiyası formalaşırdı.
6.Bizim eranın I əsrində Romanın Şərq siyasəti.
Şə
rqdə Parfiya ilə münasibətlər danışıq yolu ilə nizama salınmışdı. Okta-
vian Avqust öz sələflərinə görə Şərqdə, xüsusən Parfiya ilə münasibətlərində çox
ehtiyatlı olub, açıq döyüşlərdən uzaq durmağı və danışıqlar yolu ilə münasibətləri
nizama salmağı üstün tuturdu. Iqtisadi əlaqələr haqqında Parfiya ilə bir sıra sazişlər
də bağlandı. Daxili çəkişmələrdən qorxan Parfiya şahı IV Fraat da açıq döyüşlərə
girməkdən çəkinirdi. Cənubi Qafqaz həmişə Parfiya-Roma münasibətlərində əsas
ziddiyyət mənbələrindən biri idi. Parfiyalılar Cənubi Qafqazda Roma təsirinin
yayılması əleyhinə idilər. Öz növbəsində romalılar da Parfiyanın bu bölgəyə
göstərə biləcəyi təsirdən ehtiyat edirdilər. Çünki belə vəziyyət Romanın Qara
dənizin şimalı ilə əlaqələri, eləcə də Romanın Suriya və Kappadokiyadaki siyasəti
üçün qorxulu olardı. Ona görə də romalılar bu bölgədə hakimiyyətə romapərəstləri
gətirməyə çalışırdılar. Romalılar uzaq Hindistan ilə də iqtisadi münasibətlər yarat-
mağa çalışırdılar. Avqust özü iki dəfə Hindistan elçilərini qəbul etmişdir. Avqustun
yaratdığı siyasi quruluş çox möhkəm olub, bir neçə əsr davam etmişdir. Lakin
11
hakimiyyətin irsən keçməsi haqqında hələ xüsusi qanun verilməmişdi. Buna
baxmayaraq, onun nəslindən olan adamlar bir neçə müddət hakimiyyəti öz
ə
llərində saxlamışdılar. Klavdinin (41-54) xarici siyasəti öz fəallığı ilə əvvəlki
imperatorların siyasətindən fərqlənirdi. Klavdi Dunayboyunda məskən salmış tay-
falara hücum edib, burada frakiyalıların hakimiyyətinə son qoydu və Romanın
mövqeyini bütün orta və aşağı Dunay boyunda möhkəmlətdi. O, 47-ci ildə Qara
dənizin şimalındakı Pantikapeyə ordu göndərdi. Burada Romaya qarşı həmişə
düşmənçilik edən Bosfor şahı III Mitridatın qoşunlarını məğlub edib, özünü də əsir
aldılar. Onun yerinə Romapərəst Kotis təyin olundu. Klavdinin imperatorluğu
zamanı Roma imperiyasının ərazisi Aralıq dənizi hövzəsindən çox kənara
çıxmışdı.
Neronun hakimiyyəti dövründə (54-68) xarici siyasət sahəsində ilk 5 il ərzin-
dəki nailiyyət Roma dövlətinin Şərqdəki müvəffəqiyyətləri hesab edilə bilər.
Şə
rqdəki əməliyyatlar çoxlu sərvət vəd etməklə həmişə Roma əyanlarını maraq-
landırırdı. Bu zaman yenidən işğalçılığa başlamış parfiyalıların Armeniyaya hücu-
mu ilə əlaqədar olaraq 55-ci ildə görkəmli sərkərdə Domisi böyük ordu ilə Şərqə
göndərildi. beriyanı da romalılar öz tərəflərinə çəkdilər. Bundan sonra Pont şahlığı
və beriya da Romanın əyalətləri elan olundular. Digər Roma ordusu Qara dənizin
ş
imal sahillərində hərbi əməliyyat aparırdı. Burada romalılar Dunayın mənsəbinə
yaxın tayfaları Romaya tabe etdilər. Sonra Krım yarımadası işğal olundu. Belə-
liklə, Qara dəniz Roma imperiyasının az qala daxili dənizinə çevrildi. 60-cı illərdən
başlayaraq beynəlxalq miqyasdakı fəaliyyət imperiyanın daxilindəki inzibati özba-
ş
ınalıq, zorakılıq və daxili hərc-mərcliklə əvəz olundu. Dövlət işlərinin başlı başına
buraxılması tezliklə xarici siyasətdə də uğursuzluq doğur-muşdu. Neronun haki-
miyyəti illərində Romanın Şərqdəki əməliyyatları məğlubiyyət ilə nəticələndi. 62-
ci ildə isə Roma sərkərdəsi Lüton Petin ordusu Fərat çayı yanında məğlub olaraq
geri çəkildilər.
Eramızın I əsri ərzində Albaniyada hakimiyyət artıq yerli hökmdarların
ə
lində cəmlənmişdi. Avqustun dövründə Albaniya Roma ilə dostluq münasibətləri
saxlayırdı. Avqust yazırdı ki, bizim dostluğumuzu yerli hökmdarlar özləri
12
istəyirdilər. Çox keçmədi iberlərlə albanların münasibəti kəskinləşdi. Onların
münasibətlərinin müharibə şəkli almasına Romanın xalqları bir-birinə qarşı qoy-
maq siyasəti səbəb olmuşdu. Albaniyanın müstəqilliyi Romanı, Parfiya və başqa
qonşu dövlətləri narahat edirdi. Buna görə də 68-ci ildə Roma imperatoru Neron
albanlara qarşı böyük yürüş hazırlamağa başladı. O, Dərbənd keçidinə hərbi
dəstələr göndərdi. Yəqin ki, bu keçid albanların əlində idi. Lakin Neronun bu
yürüşü baş tutmadı. Roma əhalisinin üsyanı zamanı o həlak oldu. Bir müddət sonra
Roma hərbi dəstələri Albaniya ərazisinə gəlib çatmışdılar. Albaniya Roma
imperatorlarının siyasi təsiri altına düşmədi. Bu əsrin sonrakı onilliklərində Alban
dövlətinin Roma ilə münasibətləri qaynaqlarda yaxşı əks olunmamışdır. 27 il
davam edən (69-96) Flavilərin hökmranlığı Romada ciddi daxili mübarizələr və
ə
yalətlərdəki azadlıq hərəkatlarının qəddarlıqla boğulması şəraitində başlamışdır.
mperiyanın xarici siyasətindəki az-çox fəallıq Domisianın imperatorluğu zamanı
(81-96) baş vermişdir. Bu sülalədən olan imperatorların xarici siyasətində
imperiyanın sərhədlərinin möhkəmləndirilməsi və şərq tayfalarının imperiya
ə
razisinə soxulmaq təhlükəsinə qarşı tədbirlər görmək birinci yer tuturdu. I əsrin
sonlarında Kolxidada (Qərbi Gürcüstanda) Roma əleyhinə üsyan baş verdi.
Üsyanın böyük vüsəti Roma imperiyası üçün çox təhlükəli oldu. Üsyançılar
Romanın burada olan hərbi dayaq məntəqələrini tutdular. Üsyan məğlub oldusa da,
romalılar beriyanı tam hüquqlu müttəfiq kimi tanımalı oldular. mperator Trayan
(98-117) beriya və Albaniya ilə bərabər hüquqlu müttəfiq kimi hesablaşırdı. Lakin
lazım gəldikdə romalılar bu dövlətləri Parfiya əleyhinə mübarizəyə qaldırırdılar.
Qeyd edilməlidir ki, Roma ilə müttəfiqlik bu dövlətlər üçün də mənfətli idi. Çünki
Ş
imali Qafqazdan Cənubi Qafqaza keçid yollarının müdafiə edilməsi bu dövlətlər
üçün mühüm olduğu kimi, Roma imperiyasının şərq əyalətlərinin basqınlarından
müdafiəsi üçün də əhəmiyyətli idi. Bizim eranın I-II əsrlərində Roma öz qüdrətinin
zirvəsində idi. Lakin quldarlıq qurluşu təsərrüfatı tənəzzülə doğru aparır,
imperiyanın qüdrətini sarsıdırdı.
Dostları ilə paylaş: |