7
öz fəaliyyətləri barədə hesabat verirdilər. Xarici nümayəndəliklər isə öz gəliş
məqsədlərini Roma magistratına (Romada ali dövlət vəzifəsi) bildirir, magistrat isə
senata məlumat verirdi. Nümayəndələrə senatın qərarı iclasda, yaxud magistrat
vasitəsi ilə çatdırılırdı. Mürəkkəb məsələlər meydana çıxdıqda xüsusi komissiya
yaradılır və komissiya hər bir məsələni ayrılıqda müzakirə və həll edirdi.
E.ə. V-IV əsrlərdə fəal xarici siyasət Romanın Apennin yarımadası
üzərində ağalığını təmin etmişdi. Tutulan torpaqların çoxu Romanın icma torpaq-
larına qatılaraq patrisilərin sərəncamına verilmişdi. Roma işğalçılarının əsas qüv-
vəsi ordu idi. Roma ordusunda əsasən plebeylər xidmət edirdilər. Roma ordusunun
qələbələri eyni zamanda plebeylərin siyasi nüfuzunu möhkəmləndirdi. Buna görə
də onların patrisilərə qarşı mübarizəsi müvəffəqiyyətlə qurtarırdı. Patrisilər daha
tez-tez güzəştə getməyə məcbur olurdular.
taliyanın işğal edilməsi Romanı Aralıq dənizinin qüdrətli dövlətinə çevir-
mişdi. Roma beynəlxalq münasibətlərə qoşularaq, bir çox dövlətlərlə yaxın iqtisadi
və siyasi əlaqələr yaratmışdı. Məsələn, Karfagen şəhəri ilə iqtisadi əlaqələr hələ
e.ə. IV əsrdən başlamışdı. Karfagenlilər Siciliya, Sardiniya və Korsikanı tutduqdan
sonra Karfagen tacirləri tez-tez Romaya gəlirdilər. Onların gəmiləri Romanın
başqa ölkələrlə ticarətində də iştirak edirdilər. Karfagenlilər Aralıq dənizinin
qərbində hakim olduqdan sonra onun şərq hissəsini də öz nüfuzları altına almağa
çalışırdılar. Romalılar da taliyanı işğal edərək cənubda Siciliyaya yaxınlaşmışdı-
lar. Lakin sonrakı işğal planları romalıları tədricən Karfagen ilə toqquşdurmuş və
tezliklə Pun müharibələri (e.ə.264-e.ə.146) adı ilə məlum olan üç böyük müharibə-
yə gətirib çıxarmışdı.
I Pun müharibəsi Romanı Aralıq dənizinin qərbində ən qüvvətli dövlətə
çevirdi. Bu müharibə dövründə romalılar Şərq ilə o qədər də maraqlana bilməmiş-
dilər. Şərqdə ellinist dövlətlərin arasında gedən çəkişmələr, xüsusilə Yunanıstan-
dakı ittifaqların ara müharibələri Romanın sonrakı işğalları üçün çox əlverişli şərait
yaratmışdı. Şərq ölkələrini işğal etdikdən sonra romalılar hələlik qərbdə olduğu
kimi, bu yerlərdə əyalətlər təşkil etməmişdilər. Hətta onlar yerli dövlət quruluşları-
8
nı da dəyişməmişdilər. Romalılar incə diplomatiya işlətməklə, bu dövlətlər arasın-
da özlərinə inam yaradır, onları Roma dövlətinin siyasətinə tabe edirdilər.
Romanın apardığı müharibələrdən Roma diplomatiyasının fəaliyyəti bö-
yük olmuşdur. Bu zaman Roma diplomatiyası öz xarici siyasətini pərdələmək və
ona bəraət qazandırmaq üçün azadlıq, insanpərvərlik, ədalət kimi məfhumlardan
geniş istifadə edirdi. Diplomatik əməliyyatlarda daxildə düşmən qüvvələr təşkil
etmək, şəhər və dövlətləri vuruşdurmaq və zəif salmaq “parçala və hökmranlıq et”
üsulları geniş tətbiq edilirdi. Romanın diplomatiyası onun hegemonluq uğrunda
mübarizəsinə xidmət edirdi. Yunanıstan və Karfagenin fəthi ilə Roma işğallarının
birinci, ən mürəkkəb mərhələsi sona çatır. E.ə. II əsrin ortalarından etibarən Roma
böyük Aralıq dənizi dövlətinə çevrilir. Aralıq dənizi hövzəsində qələbələrini başa
çatdıran Roma e.ə. II əsrin ikinci yarısı-I əsrlərdə Şərqdə Kiçik Asiya və Suriyada
xarici siyasətini fəallaşdırır. Karfagen və ellin dövlətləri ilə müharibələr gedişində
Roma imperiyası formalaşırdı.
5.Respublika dövründə Roma diplomatiyası.
Antik Romanın diplomatik orqanlarının təşkili və strukturu onun siyasi
quruluşunun xüsusiyyətlərini əks etdirir.Əgər klasik dövrdə Yunanıstanın xarici
siyasətində Xalq yığıncağı əhəmiyyətli rol oynayırdısa, Romada qədim dövrdə
xarici siyasətin əsası Senat idi. Qədim dövrdə Roma tarixində səfirlik göndərmək
hüququ yalnız hökmdara məxsus idi. Respublika dövründə isə bu hüquq senata
keçir. Romada xalq yığıncağının hüquqları Yunanıstana nisbətən məhdud idi.
Xarici siyasət, səfirlərin qəbulu və göndərilməsi məsələləri Senata aid idi. Romada
səfir vəzifəsi çox mühüm hesab edilir və səfirin təyin edilməsinə xüsusi diqqət
yetirilirdi. Bu səbəblə də Romada diplomatik heyətin şəxsi tərkibinin təyin
edilməsi çox mürəkkəb iş idi. Məsələ senatda müzakirə edilir və hər dəfə bu
səbəbdən xüsusi senat qətnaməsi qəbul edilirdi. Roma səfirlikləri heç vaxt bir
şə
xsdən ibarət olmurdu. Bu respublika dövrü Roma hüququna zidd olardı.
Nümayəndəliklər iki, üç, dörd, beş və hətta on nəfərdən ibarət ola bilərdi. Lakin
onların orta tərkibi üç nəfərdən ibarət idi. Bütün səfirliklər səfirlik başçısına malik
9
idilər. Bu vəzifə senatorlara məxsus idi. Vəzifələri bitdikdən sonra səfirlər senata
öz fəaliyyətləri barədə hesabat verirdilər. Xarici nümayəndəliklər isə öz gəliş
məqsədlərini Roma magistratına (Romada ali dövlət vəzifəsi) bildirir, magistrat isə
senata məlumat verirdi. Nümayəndələrə senatın qərarı iclasda, yaxud magistrat
vasitəsi ilə çatdırılırdı. Mürəkkəb məsələlər meydana çıxdıqda xüsusi komissiya
yaradılır və komissiya hər bir məsələni ayrılıqda müzakirə və həll edirdi.
E.ə. V-IV əsrlərdə fəal xarici siyasət Romanın Apennin yarımadası
üzərində ağalığını təmin etmişdi. Tutulan torpaqların çoxu Romanın icma torpaq-
larına qatılaraq patrisilərin sərəncamına verilmişdi. Roma işğalçılarının əsas qüv-
vəsi ordu idi. Roma ordusunda əsasən plebeylər xidmət edirdilər. Roma ordusunun
qələbələri eyni zamanda plebeylərin siyasi nüfuzunu möhkəmləndirdi. Buna görə
də onların patrisilərə qarşı mübarizəsi müvəffəqiyyətlə qurtarırdı. Patrisilər daha
tez-tez güzəştə getməyə məcbur olurdular.
taliyanın işğal edilməsi Romanı Aralıq dənizinin qüdrətli dövlətinə çevir-
mişdi. Roma beynəlxalq münasibətlərə qoşularaq, bir çox dövlətlərlə yaxın iqtisadi
və siyasi əlaqələr yaratmışdı. Məsələn, Karfagen şəhəri ilə iqtisadi əlaqələr hələ
e.ə. IV əsrdən başlamışdı. Karfagenlilər Siciliya, Sardiniya və Korsikanı tutduqdan
sonra Karfagen tacirləri tez-tez Romaya gəlirdilər. Onların gəmiləri Romanın
başqa ölkələrlə ticarətində də iştirak edirdilər. Karfagenlilər Aralıq dənizinin
qərbində hakim olduqdan sonra onun şərq hissəsini də öz nüfuzları altına almağa
çalışırdılar. Romalılar da taliyanı işğal edərək cənubda Siciliyaya yaxınlaşmışdı-
lar. Lakin sonrakı işğal planları romalıları tədricən Karfagen ilə toqquşdurmuş və
tezliklə Pun müharibələri (e.ə.264-e.ə.146) adı ilə məlum olan üç böyük müharibə-
yə gətirib çıxarmışdı.
I Pun müharibəsi Romanı Aralıq dənizinin qərbində ən qüvvətli dövlətə
çevirdi. Bu müharibə dövründə romalılar Şərq ilə o qədər də maraqlana bilməmiş-
dilər. Şərqdə ellinist dövlətlərin arasında gedən çəkişmələr, xüsusilə Yunanıstan-
dakı ittifaqların ara müharibələri Romanın sonrakı işğalları üçün çox əlverişli şərait
yaratmışdı. Şərq ölkələrini işğal etdikdən sonra romalılar hələlik qərbdə olduğu
kimi, bu yerlərdə əyalətlər təşkil etməmişdilər. Hətta onlar yerli dövlət quruluşları-
Dostları ilə paylaş: |