Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   2   3   4   5   6   7   8   9   ...   30

 

13 


7.Erkən orta əsrlər dövrünün əsas xüsusiyyətləri. 

Quldarlıq  quruluşunun  böhranı  Roma  cəmiyyətinin  siyasi  və  hüquqi 

təsisastlarında  özünü  göstərirdi.  Ölkə  daxilində  sinfi  ziddiyyətlər,  əyalətlərdə 

mərkəzdən  ayrılma  meyllərinin  artması,  xarici  düşmənlərin  hücumlarının  güc-

lənməsi Roma dövlətini yeni şəraitə uyğunlaşmağa məcbur etdi. Bununla əla-qədar 

olaraq dövlətin idarə olunması getdikcə daha çox imperatorun və onun təyin etdiyi 

məmurların əlində cəmləşirdi. Senatın əhəmiyyəti tamamilə zəif-ləmişdi. Dövlətin 

gördüyü tədbirlər quldar dövlətinin tədricən dağılması və feodalizm siyasi quruluşu 

ünsürlərinin  əmələ  gəlməsinə  mane  ola  bilmədi.  Roma  əyalətlərinin,  tədriclə 

iqtisadi,  siyasi  və  mədəni  ayrılması  prosesi  395-ci  ildə  imperiyanın  iki  hissəyə 

parçalanmasına  səbəb  oldu.  Qərbi  Roma  impe-riyasının  süqutu  ilə  Avropa 

tarixində  yeni  bir  dövr  başlandı.  Bu  dövr  iqtisadi  və  ictimai-siyasi  həyatın  yeni 

formalarının meydana gəlməsi və inkişafı ilə əlamətdardır. 

Orta əsrlər tarixi müxtəlif hadisələrlə zəngin olan uzun bir dövrü əhatə edir. 

Bu  dövr  iqtisadi  və  ictimai-siyasi  həyatın  yeni  formalarının  meydana  gəlməsi  və 

inkişafı  ilə  əlamətdardır.  nsan  cəmiyyəti  orta  əsrlərdə  tarixin  əvvəlki  dövrlərinə 

nisbətən maddi və mənəvi mədəinyyətin inkişafı sahəsində xeyli irəlilədi. Feo-dal 

zorakılığının,  cəhalətin  meydana  gəlmə  dövrü,  aclıqlar  və  kütləvi  qırğınları 

doğuran  yolxucu  xəstəliklər  dövrü  olan  orta  əsrlər  insanlığın  xatirində  qüvvətli 

kəndli üsyanları, feodallara və kilsəyə qarşı müharibələr, xalq kütlələrinin ictimai 

arzularını əks etdirən kütləvi təriqət hərəkatı, ilk burjua inqilabları dövrü kimi də 

həkk olunmuşdu.  

Bütün  xalqlar  feodalizmə  eyni  zamanda  keçməmişlər.  Buna  görə  də  orta 

ə

srlər dövrünün xronoloji çərçivəsi müxtəlif qitələr, hətta, ayrı-ayrı ölkələr üçün də 



müxtəlifdir.  Avropa  ölkələrində  orta  əsrlər  V  əsrin  ikinci  yarısında  Qərbi  Roma 

quldarlıq imperiyasının dağılması ilə başlanır. Orta əsrlərdə məhsuldar qüvvələrin 

inkişafı  sayəsində  feodalizm  ictimai-iqtisadi  formasiyasında  irəliləyiş  baş  verdi. 

stehsal  münasibətlərinin  xarakteri, qismən  ictimai  quruluş, həmçinin  feodal döv-

lətlətlərinin  siyasi siması dəyişirdi. 



 

14 


Feodalizm  cəmiyyətinin  istehsal  münasibətləri  üçün,  ilk  növbədə  feodallar 

sinifinə  məxsus  iri    torpaq  mülkiyyətinin  hökmranlığı  xarakterik idi.  Bu orta  əsr, 

feodal cəmiyyətinin həqiqi əsası idi. Feodalizm quruluşunu bir tərəfdən quldarlıq, 

digər  tərəfdən  isə  kapitalizmdən  fərqləndirən  digər  mühüm  xüsusiyyət  iri  torpaq 

mükiyyətinin  bilavasitə  istehsalçıların-kəndlilərin  xırda  fərdi  təsərrüfatları  ilə 

ə

laqədar  olması  idi.  Feodallar  öz  torpaqlarının  çox  hissəsini  istifadə  üçün 



kəndlilərə  paylamışdılar.  Kəndlilər  feodalizm  cəmiyyətində  heç  bir  zaman 

becərdikləri torpaqların mülkiyyətçisi olmamışlar. Onlar həmin torpaqlardan yalniz 

bu və ya digər şərtlə istifadə edirdilər.  

Kəndlilər, bir qayda olaraq, feodal malikanəsi çərçivəsində istismar olunur-

dular. Malikanə feodal rentası almaq üçün daha münasib təşkilat idi. Feodal torpaq 

rentası aslı kəndlinin izafi əməyinin torpaq sahibi tərəfindən mənimsənilən hissəsi 

idi. Beləliklə, feodal rentası feodalın torpaq üzərində mülkiyyətinin həyata keçiril-

məsinin  iqtisadi  forması  idi.  Feodal  rentasının  üç  forması  vardı:  işləyib  ödəmə 

rentası  (biyar),  məhsul  rentası  (məhsul  töycüsü),  pul  rentası  (pul  töycüsü). 

Feodalizmin ayrı-ayrı inkişaf mərhələlərində renta növlərindən biri üstünlük təşkil 

edirdi.  Hər  bir  sinifli  cəmiyyətdə  olduğu  kimi,  feodalizmdə  də  bu  cəmiyyətin 

inkişafının bütün mərhələlərində kəndlilərin feodallara qarşı inadlı, gündəlik sinifi 

mübarizəsi getməşdir. Bu mübarizə orta əsrlərin ikinci və üçüncü dövrlərində tez-

tez kütləvi kəndli üsyanları formasını alırdı.  



 

8.Bizans imperiyası Yustinianın hakimiyyəti illərində

Roma  imperiyasının  parçalanması  nəticəsində  müstəqil  dövlət  kimi 

formalaşan  Bizans  sənətin  və  ticarətin  inkişaf  səviyyəsinə  görə  Qərbi  Roma 

imperiyasından  üstün  idi.  Bizans  imperiyası  müxtəlif  cür  təbii  iqlim  şəraiti  olan 

vilayətləri  əhatə  edirdi.  Imperiyanın  ərazisində  qədim  əkinçilik  mədəniyyəti  olan 

ölkələr  yerləşirdi.  Şərq  əyalətlərinin,  xüsusilə  Misir  və  Suriyanın  kənd  təsərrü-

fatında süni suvarma mühüm rol oynayırdı.   

Bizans  imperiyasının  ictimai-iqtisadi  inkişafında  bir  sıra  mühüm  xüsu-

siyyətləri qeyd etmək olar.  



 

15 


Birincisi,  kənd  təsərrüfatının  tənəzzül  əlamətləri  burada  Qərbə  nisbətən 

daha gec-ancaq VI əsrin sonunda hiss olunmağa başladı.  

kincisi,  Qərbdən  fərqli  olaraq  iri  torpaq  sahibliyinin  nisbətən  az  və  ləng 

inkişafı idi.  ri torpaq mülkləri, başlıca olaraq, imperator xəzinəsinə məxsus idi.  

Bizansın  aqrar  quruluşunun  bir  xüsusiyyəti  də  azad  kəndli  torpaq 

sahibliyinin və icmanın geniş yayılması idi. Bizansda dövlət quruculuğu sahə-sində 

son  Roma  imperiyası  ənənələri  xüsusilə  möhkəm  idi.  Mərkəzi  idarəçilik  sarayda 

cəmlənmişdi  ki,  bu  da  bir  sıra  idarələrə  bölünürdü.  Həmin  idarələrə  imperatorun 

təyin  etdiyi  ali  məmurlar  başçılıq  edirdilər.  Əyalət  idarəçiliyi  də,  həmçinin  ciddi 

surətdə mərkəzləşdirilmişdir. 

Bizans imperiyası özünün ən yüksək tərəqqi dövrünə VI əsrin orta-larında 

–  imperator  Yustinianın  (527-565)  hakimiyyəti  zamanı  çatdı.  Bu  dövrdə  Bizans 

dövlətinin daxili sabitləşməsi baş verir və geniş xarici işğallar həyata keçirilir. O, 

belə hesab edirdi ki, Roma imperiyasının keçmiş qüdrətinin bərpası vəzifəsi onun 

üzərinə düşmüşdür. 

Yustinianın  daxili  siyasəti  dövlətin  mərkəzləşdirilməsinin  möhkəm-

ləndirilməsi,  ticarətin  fəallaşması  və  yeni  ticarət  yollarının  axtarılmasına 

yönəldilmişdi. O, özünün aqrar siyasətində iri kilsə torpaq sahibliyinin inki-şafına 

qayğı göstərir, eyni zamanda, orta torpaq sahibi təbəqələrini də müdafiə edirdi. 

Yustinianın  hakimiyyəti  illərində  Roma  hüquq  islahatı  keçirildi.  ctimai-

iqtisadi  münasibətlərin  kökündən  dəyişməsi  Bizans  cəmiyyətinin  daha  da 

inişkafına  əngəl  törədən  köhnə  hüquq  normalarının  yenidən  işlənilməsini  tələb 

edirdi.  Buna  görə  də  Yustinian  qanunvericilyində  ticarət,  sələmçilik  və  borc 

ə

məliyyatlarının, icarənin tənzim olunmasına mühüm yer verilir. Xüsusi mülkiyyət 



hüququnun  əsaslandırılması  və  müdafiə  olunması  Yustinian  «Mülki»  hüquq 

toplusunun» əsas müddəalarının həyatiliyini təmin edirdi. Bu müddəalar bütün orta 

ə

srlər boyu öz əhəmiyyətini saxlamışdı. 532-ci ildə Bizansda tarixdə Nika üsyanı 



kimi  məlum  olun  ən  güclü  xalq  hərəkatlarından  biri  baş  verdi.  Bu  üsyanın 

dağıdılması  Yustinian  siyasətində  irticaya  doğru  kəskin  dönüş  yarandığını 

göstərirdi. 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə