Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

 

22 


altına  keçdi.  Ərəb  diplomatiyası  Orta  Asiyada  hakimiyyəti  möhkəmləndirməkdə 

slam dinindən, şəriət qanunlarından geniş istifadə edirdilər. 

Ə

rəblər  siyasi  və  dövlət  təşkilatı  cəhətdən  Bizans  imperiyasından,  Sasani 



imperiyasından və işğal etdikləri digər ölkələrdən geri qalırdılar. Ona görə də ilk 

vaxtlar ərəblər işğal etdikləri ölkələrdə mövcud idarə qaydalarını saxlamağa məc-

bur  oldular.  Xilafət  əsarətə  aldığı  geniş  əraziləri  idarə  etmək  üçün  Sasanilərin 

mərzbanlıqlarına bənzər əmirlik sistemi yaratdı. Abbasilər dövründə inzibati quru-

luşda yeni dəyişiklik keçirildi. 83 əyalətdən ibarət 14 əmirlik yaradıldı. 

Xilafətin müstəmləkəçilik siyasəti onlara qarşı geniş xalq hərəkatına səbəb  

oldu. Ərəblər onlara qarşı  başlayan üsyanları, iğtişaşları yatırmaqda, asayişi bərpa 

etməkdə işğal olunmuş ölkələrdəki qüvvələrindən istifadə edirdilər. 

 

12.Ağqoyunlu-Osmanlı münasibətləri. Uzun Həsənin diplomatiyası. 

XV  əsrin  60-cı  illərinin  sonu-70-ci  illərinin  əvvəlində  Ağqoyunlu 

dövlətinin Avropa ölkələri  ilə diplomatik əlaqələri daha da genişləndirməsi üçün 

obyektiv  tarixi  şərait  yetişmişdi.  Sultan  II  Mehmedin  başının  Avropada  qarışma-

sından istifadə edən Uzun Həsən 1464-1469 cu illər ərzində onun şərqdəki müttə-

fiqləri Arslan bəy, qaraqoyunlu Cahan şah, onun oğlu Həsənəli və teymuri hökm-

darı  Əbu  Səidi  məglub  edib  tərkibində  Kürdən  cənubdakı  Azərbaycan  torpaqları 

(Ərdəbil mahalından başqa), Qərbi  ran,  raq, indiki Ermənistan ərazisi, Kürdüstan, 

Diyarbəkr mahalı, ayrı-ayrı vaxtlarda Şimal-Şərqi Gürcüstanın daxil olduğu geniş 

ə

razili dövlət yaratdı. Bu vaxtdan etibarən paytaxtı Təbriz olan, iqtisadi və hərbi-



siyasi həyatında Azərbaycanın mühüm rol oynadığı bu böyük feodal imperiyasının 

xarici siyasətində əsaslı dönüş baş verdi. Osmanlı imperiyasını məğlub edib ölkə-

nin  beynəlxalq  ticarət  əlaqələrini  sahmana  salmaq  Ağqoyunlu  dövlətinin  xarici 

siyasətinin baş məsələsinə çevrildi. 

Ağqoyunlu  hökmdarı  fəal  surətdə  Türkiyəyə  qarşı  müharibəyə  hazırlaş-

mağa  başladı.  Uzun  Həsən  uzaqgörən  dövlət  xadimi  kimi  yaxşı  başa  düşürdü  ki, 

onun uğurlu hərbi qələbələri nəticəsində yaradılmış və tərkibinə müxtəlif xalqların, 

ölkələrin daxil olduğu Ağqoyunlu dövləti, ərazicə geniş olsa da, daxilən möhkəm 




 

23 


deyildir  və  buna  görə  də  Osmanlı  imperiyası  kimi  qüdrətli  dövlətə  qarşı  dura 

bilməz.  Güclü  xarici  təhlükəni  dəf  etmək  üçün,  hər  şeydən  əvvəl,  güclü 

mərkəzləşdirilmiş dövlət yaratmaq lazımdır. Odur ki, Uzun Həsən bu məqsədlə bir 

sıra  islahatlar  keçirdi.  O,  köçəri hərbçi  əyanlara  deyil,  oturaq əhaliyə  əsaslanmaq 

xətti götürdü. Cəmiyyəti yaşadan əsas istehsalçılar olan kəndlilərin, habelə sənət-

karların  vəziyyətini  nisbətən  yaxşılaşdırmaq  və  bununla  da  məhsuldar  qüvvələrin 

canlanmasını təmin etmək məqsədilə xüsusi “Qanunnamə” hazırlatdı. Nəticə etiba-

rilə, Uzun Həsən qanunları ölkədə məhsuldar qüvvələri müəyyən dərəcədə canlan-

dırdı,  kəndli  və  sənətkarlardan  alınan  vergilərin  birbaşa  xəzinəyə  axması  təmin 

olundu. Dövlət iqtisadi cəhətdən xeyli qüvvətləndi. 

Uzun Həsən Ağqoyunlu ordusunu odlu silahlarla təmin etmək üçün ölkədə 

topçuluq sənətini inkişaf etdirməyə çalışırdı və bu məqsədlə Venesiyadan mütəxəs-

sislər  dəvət  etmişdi.  Bundan  başqa,  oturaq  feodallardan  öz  dəstələri  ilə  birlikdə 

hərbi yürüşlərdə iştirak etmək tələb olunurdu. XV əsrin 70-ci illərində Ağqoyunlu 

dövlətinin  Osmanlı  imperiyası  ilə  toqquşması  tarixi  zərurət  idi.  Çünki  Sultan  II 

Mehmedin Avropada və Asiyada həyata keçirdiyi bir sıra işğallar Ağqoyunlu döv-

lətini  Qara dəniz və Aralıq dənizinə çıxış yollarından məhrum etmiş, Azərbayca-

nın  qərb  ölkələri  ilə  ticarət  əlaqələrini  məhdudlaşdırmış,  ümumiyyətlə  Avropa  – 

Şə

rq ticarətini olduqca çətinləşdirmişdi.  



1473- cü  il avqustun 1-də Malatya yaxınlığında, Fərat çayı sahilində ağqo-

yunlularla osmanlılar arasında qanlı vuruşma baş verdi. Bu döyüş  ağqoyunluların 

qələbəsi ilə sona yetdi. 1473- cü  il avqustun 11-də baş vermiş Otluqbeli vuruşması 

osmanlıların  qələbəsi  ilə  nəticələndi.  Sultan  II  Mehmed  təhlükəli  rəqibi  üzərində 

ə

ldə  etdiyi  qələbədən  sonra  müharibəni  davam  etdirmədi.  O,  ağqoyunlularla  sülh 



bağlayaraq  stanbula döndü. 

Ağqoyunlu dövlətinin Osmanlı imperiyasına qarşı müharibədə, nəticə eti-

barilə, məğlubiyyətə uğramasının ən mühüm səbəblərindən biri də Uzun Həsənin 

hərbi  planının  baş  tutmaması  idi.  Antitürkiyə  koalisiyasının  Avropadakı  üzvləri 

arasında  kəskin  ixtilaflar  olduğundan  onlar  ağqoyunlularla  eyni  vaxtda  qərbdən 

vahid cəbhədə Türkiyəyə qarşı müharibəyə başlamadılar. Beləliklə, Uzun Həsənin 




 

24 


Osmanlı imperiyasının hərbi qüvvələrini iki cəbhəyə-Şərq və Qərb cəbhələrinə par-

çalayıb    məğlub  etmək  planı  baş  tutmadı.  Sultan  II  Mehmed  özünün  bütün  hərbi 

qüvvələrini ağqoyunlulara qarşı yönəldə bildi. 

Ağqoyunlu  dövləti  ilə  geniş  qarşılıqlı  əlaqələr  Avropa  dövlətləri  üçün  də 

faydalı  oldu.  Çünki,  Osmanlı  imperiyasının  hərbi  qüvvələrinin  bir  hissəsini  daim 

Şə

rqdə  məşğul  etməklə,  bəzən  də  ona  qarşı  müharibəyə  girib  Türkiyə  ordusunun 



ə

sas zərbəsini  öz üzərinə götürməklə, Ağqoyunlu dövləti II Mehmedin qərb ölkə-

ləri  ilə  əlaqədar hərbi  planlarının  yerinə  yetirilməsinə əngəl  törədirdi.  Ağqoyunlu 

dövlətinin qərb ölkələri ilə diplomatik əlaqələrinin genişlənməsi fonunda Azərbay-

can və Avropa xalqlarının qarşılıqlı yaxınlaşması kimi mütərəqqi tarixi proses də 

dərinləşməkdə davam edirdi. 

 

13. Səfəvi-Osmanlı müharibələri və beynəlxalq nəticələri. 

Mərkəzləşdirilmiş  Azərbaycan  dövləti  yaratmaq  kimi  mühüm  tarixi 

vəzifənin  yerinə  yetirilməsi  yolunda  növbəti  addım  XVI  əsrin  əvvəl-lərində  Şah 

smayılın hakimiyyəti illərində atıldı. Ağqoyunlu dövlətinin yerin-də həm ərazicə, 

həm  də  hərbi-siyasi  baxımdan  ondan  daha  geniş,  daha  qüvvətli  Səfəvi  dövlətinin 

meydana gəlməsi Osmanlı imperiyasının Şərqə doğru geniş-lənməsi yolunda daha 

ciddi maneənin yaranması demək idi.  

Səfəvi dövlətinin qüvvətlənməsi Osmanlı imperiyasının Cənubi Qafqa-za, 

həmçinin  ranı ələ keçirmək siyasətinə zidd idi. Odur ki, XVI əsrin əvvəllə-rindən 

başlayaraq Səfəvi-Türkiyə ziddiyyətləri kəskinləşdi. Şah  smayıl qərb dövlətləri ilə 

ağqoyunluların  hakimiyyəti  illərində  mövcud  olmuş  diplomatik  əlaqələri  yenidən 

canlandırmağa  başladı.  Şərqdə  baş  verən  dəyişiklikləri  qərb  dövlətləri  diqqətlə 

izləyirdilər. 

Ağqoyunlu  dövlətini  aradan  qaldırdıqdan  sonra  səfəvilərin  həm  anti-

türkiyə  siyasətində,  həm  də  Avropa  ölkələri  ilə  əlaqələrində  fəallıq  artmağa 

başladı. Eyni zamanda  Səfəvi dövlətinə Osmanlı imperiyasının arxasında bir güclü 

hərbi-siyasi qüvvə kimi Avropada da maraq artdı. 1502-ci ildə Roma papası II Yuli 

(1503-1513) Almaniya, Fransa,  spaniya, Portuqaliya və digər feodal dövlətlərinin 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə