Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

 

46 


yini  bildirdi,  Rusiya  Burbonlar  sülaləsinin  hakimiyyətini  bərpa  etmək  üçün 

Müqəddəs  ittifaqın  Fransaya  müdaxiləsinin  planını  hazırlamışdı,  bu  barədə 

danışmaq  üçün  Vyana  və  Berlinə  nümayəndələr  də  göndərdi,  lakin  danışıqlar 

nəticə  vermədi.  Bundan  sonra  ngiltərə  və  Rusiya  Fransaya  münasibətdə  vahid 

mövqedən  çıxış  etməyə  başladılar.  Beləliklə    Rusiya  Fransa  və  Belçika 

inqilablarına qarşı koalisiya təşkil edə bilmədi. Çünki Avstriya və Prussiya alman 

dövlətlərinə  təsir  uğrunda  mübarizə  aparırdılar,  ngiltərə  və  Fransadan  yardım 

almaq üçün Rusiya ilə koalisiyaya qoşulmaq istəmirdilər. Digər tərəfdən, 1830-cu 

ilin noyabrında Polşa krallığında milli – azadlıq üsyanı başladı ki, bu da Rusiyadan 

üsyanı yatırmaq üçün xeyli qüvvə tələb edirdi. Üsyanın birinci mərhələsi 1831-ci 

ilin yanvarına qədər davam etmişdi. Bu mərhələdə Varşava seymi qərar qəbul etdi 

ki,  daha  I  Nikolay  Polşa  kralı  deyil.  Üsyana  başçılıq  edən  Polşa  zadəganları 

Polşanın  müstəqilliyinin  bərpası  ilə  yanaşı,  Polşanın  1772-ci  il  sərhədlərinin 

bərpasını  tələb  edirdilər.  ngiltərə  və  Fransa  isə  Polşa  məsələsinə  qarışmaq 

istəmirdilər. Fransa höküməti hesab edirdi ki, Polşa məsələsinə qarışmazsa Rusiya 

Belçikanın Fransa ilə birləşdirilməsinə razılıq verər. 1831-ci ilin əvvəlində Varşava 

təslim oldu, üsyan amansızlıqla yatırıldı. Belçika inqilabı da müqəddəs  ttifaq üçün 

sınaq oldu. 1830-cu ilin sentyabr – noyabr aylarında Rusiya höküməti Avstriya və 

Prussiyanı  Belçika  inqilabını  birgə  yatırmağa  çağırdı.  Lakin  Avstriya  və  Prusiya 

Belçika  inqilabına  qarşı  hərbi  müdaxilədə  iştirak  etmək  fikrində  deyildi.  Həm 

ngiltərə,  həm  də  Fransa  Belşçikanın  Hollandiyadan  ayrılmasında  və  mühüm 

ticarət  yollarının  kəsişdiyi  yerdə  müstəqil  Belçika  dövlətinin  yaradılmasında 

maraqlı  idi.  Ona  görə  də  ngiltərə  və  Fransa  “Belçika  məsələsi”nin  5  böyük 

dövlətin səfirlərinin London konfransında müzakirə olunmasını təklif etdilər. 1831-

ci ildə böyük dövlətlər Londonda Belçika dövlətinin müstəqilliyinin tanınması və 

onun əbədi bitərəfliyi haqqında protokol imzaladırlar. Bu 1815-ci il Vyana sərhəd-

lərinə ilk dəyişiklik idi.  

 

25. XIX əsrin I yarısında ABŞ-ın xarici siyasəti.  




 

47 


XIX əsrin əvvəllərində xarici siyasət sahəsində ABŞ-ın ilk addımlarından biri Lui-

ziana ştatının Fransadan alınması olmuşdu. Luiziana ABŞ-a birləşdirilsəydi, onun 

ə

razisi 2 dəfə artardı. 1803-cü ildə Avropada yeni hərbi əməliyyatlara başlaması ilə 



ə

laqədar Napoleon Luiziananı 15 milyon dollara ABŞ-a satdı. ABŞ bildirdi ki, Lui-

ziananın    tərkib  hissəsi  kimi  Florida  da  ona  verilməlidir.  spaniya  ABŞ-ın  ərazi 

iddialarına  ciddi  etiraz  etdi.  ngiltərənin  ABŞ-a  qarşı  təcavüzkar  hərəkatlarının 

genişlənməsi  ilə  əlaqədar  22  dekabr  1807-ci  ildə  prezidentin  imzaladığı  qanunla 

ABŞ-ın  ngiltərə  ilə  ticarəti  qadağan  edildi.  ngiltərə  və  Fransa  ilə  münasibətləri 

kəskinləşən ABŞ Rusiya ilə yaxınlaşmağa çalışırdı. 1807-ci ilin sentyabrında ABŞ-

ın Londondakı səfiri C.Monro Rusiyanın səfiri ilə görüş zamanı demişdir ki, ABŞ 

prezidenti arzu edir ki, I Aleksandr ABŞ-da öz diplomatik nümayəndəliyini təşkil 

etsin. Rusiya dərhal bununla razılaşdı.  lk ABŞ səfiri C.Adams Rusiyaya 1809-cu 

ilin payızında gəldi.  Rusiya  səfiri  F.  Palen  isə  ABŞ-a  1810-cu  ilin  aprelində  gəl-

mişdi. ABŞ-ın Rusiya ilə ticarət əlaqələri genişləndi. 1811-ci ildə ABŞ-dan məhsul 

ixracının  10%-i  Rusiyanın  payına  düşürdü.  1809-cu  ildə  qəbul  edilmiş  qanuna 

ə

sasən  ABŞ  ngiltərə  və  Fransadan  başqa  bütün  ölkələrlə  ticarət  edə  bilərdi. 



ngiltərə və Fransa Amerika gəmiçiliyinə qarşı məhdudiyyətləri ləğv edənə qədər 

onlarla ticarət qadağan idi.  ngiltərənin səfiri F.Cekson ABŞ-dan geri çağırılmışdır. 

1 iyun 1812-ci ildə prezident C.Medison konqresə məktubunda Böyük Britaniya ilə 

müharibənin  zəruriliyini  əsaslandırdı.  ABŞ  fürsətdən  istifadə  edib  Kanadanı  və 

Floridanı ələ keçirmək istəyirdi.  ngiltərənin beynəlxalq təcrid vəziyyətinə düşməsi 

ilə  əlaqədar  ABŞ  1812-ci  ildə  ngiltərəyə  qarşı  müharibəni  zəruri  hesab  etdi. 

Müharibə  1812-ci  ilin  iyununda  başladı.  ABŞ  qoşun-larının  general  Xellin 

başçılığı altında olan hissəsi Kanadanı tuta bilmədi və 16 avqust 1812-ci ildə Det-

roytda təslim oldu. 1814-cü ilin avqustunda ingilis ordusu Vaşinqtonu tutub Ağ evi 

və  konqresin  binasını  yandırmışdı.  24  dekabr  1814-cü  ildə  bağlanan  müqaviləyə 

görə hər iki tərəf tutduqları torpaqlardan imtina etməli, əsirləri qaytarmalı, hindu-

lara  qarşı  hərbi  əməliyyatları  dayandırmalı,  qul  ticarətinə  qarşı  tədbirlər  görməli 

idi. 1810-cu ildə ABŞ Qərbi Floridanı işğal etmiş və konqresin qərarı ilə bu ərazi 

Luizana  ştatına  birləşdirilmişdi.1817-ci  ilin  dekabrında  ABŞ  silahlı  qüvvələri 




 

48 


Ameliya  adasını  tutdular,  1818-ci  ildə  isə  general  E.Ceksonun  ordusu  hinduları 

təqib etmək adı ilə Şərqi Floridanı da tutmuşdu, guya həmin hindular plantasiyadan 

qaçan qullara sığınacaq vermişdilər. 22 fevral 1819-cu ildə bağlanmış müqaviləyə 

ə

sasən  spaniya Floridanı ABŞ ərazisi kimi tanıdı. Bu dövrdə Alyaska, Aleyt ada-



ları,  Şimali  Amerikanın  qərb  sahilində bəzi  ərazilər  Rusiyaya  məxsus  idi.  Həmin 

ə

razilər  1799-cu  ildə  yaradılmış  Rusiya  –  Amerika  şirkəti  tərəfindən  idarə 



olunurdu.  1821-ci  ildə  Rusiyanın  Şimali  Amerikadakı  mülklərinin  sərhədi  51-ci 

para-lelə çatırdı. ABŞ isə sərhədin 55-ci paralelə çəkilməsini tələb edirdi. 5 aprel 

1824-cu  ildə  Rusiya  ilə  ABŞ  arasında  saziş  imzalandı.  Rusiyanın  Amerikadakı 

mülklərinin  sərhədi  dəqiqləşdirildi.  ABŞ  tacirləri  rus  mülklərində  ticarət  edə 

bilərdilər. 

ABŞ-ın  Şimali  Amerikadakı  işğal  planlarında  Yeni  spaniyanın  şimal-şərq 

hissəsi, ilk növbədə Texas xüsusi yer tuturdu. 1819-cu ildə  spaniya ilə bağladığı 

müqaviləyə  əsasən  ABŞ  Texası  Yeni  spaniyanın  tərkib  hissəsi  kimi  tanınmalı 

olmuşdu.  ABŞ-ın  Mek-sikaya  göndərdiyi  konqresmen  C.Poynsett  Meksikanın 

dövlət rəhbərləri ilə görüşdə köhnə sərhədlərin ABŞ-ı təmin etmədiyini bildirdi və 

Texas,  Yeni  Meksika,  Yuxarı  Kaliforniya  və  Aşağı  Kalliforniyanın  bir  hissəsini 

tələb  etdi.  ABŞ  sahibkarlarının  təzyiqi  ilə  Meksika  imperatoru  Aqustin  4  yanvar 

1823-cu ildə məskunlaşma haqqında qanun imzaladı. Qanun xariclərə torpaq veril-

məsini və onların hüquqlarının qorunmasını nəzərdə tuturdu. Amerikalıların təzyiqi 

ilə  Meksikanın  Müəssisələr  Məclisi  18  avqust  1824-cu  ildə  xarici  vətəndaşların 

ə

mlakının  toxunulmazlığına  təminat  verən  qərar  qəbul  etdi.  1825-ci  ildə  ABŞ-ın 



Meksikadakı səfiri C. Poynsett Koloroda çayına qədər Texas ərazisini ABŞ-a sat-

mağı Meksika hökumətindən tələb etdi. 1830-cu ilin aprelin 6-da Meksika konqresi 

qonşu  dövlətlərdən  Meksikanın  sərhəd  ştatlarına  müraciəti  qadağan  etdi.  1832-ci 

ilin  oktyabrında  Texas  kolonistlərinin  58  nümasyəndəsi  San-Felipe  şəhərində 

yığıncaq  keçirib  1830-cu  il  qanununun  ləğvini  və  Texasın  müstəqil  ştata  çev-

rilməsini tələb etdilər. Bu tələblərin yerinə yetirilməsini təmin etmək üçün 1833-cü 

ilin  aprelində  Mexikoya  gələn  S.Ostin  ABŞ  mühacirlərinin    Texasa  gəlməsinə 

icazə  aldı.  Lakin  Meksika  hökümti  Texasa  ştat  statusu  verməkdən  imtina  etdi. 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə