Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

 

34 


li  vilayətlərdə  ticarət  dövriyyəsi  də  artmışdı.  I  Pyotrun  ölümündən  sonra  Rusiya 

hökumətində Xəzərsahili vilayətlərini öz əlində saxlaya biləcək ikinci bir şəxsiyyət 

yox  idi.  Bu  ərazidə  yerləşən  qoşunu  saxlamaq  üçün  böyük  xərc  tələb  olunurdu. 

Ona  görə  də  Rusiya  Xəzərsahilinin  bir  sıra  vilayətlərini  könüllü  olaraq  rana 

qaytarmağa  hazır  olduğunu  bildirdi.  Bundan  əlavə,  randa  mərkəzi  hakimiyyətin 

möhkəmlənməsi  osmanlıların  Xəzərsahili  vilayətlərə  buraxılmamasına  zəmanət 

verirdi. Məhz buna görə də Rusiya dövləti 1732-ci il yanvarın 21-də Rəştdə  ranla 

müqavilə  imzaladı.  Müqavilənin  şərtlərinə  görə  Kürdən  cənuba  doğru  yerləşən 

Xəərsahili  vilayətlər  rana  qaytarıldı.  ran  isə  Osmanlını  bu  yerlərə buraxmamağı 

öhdəsinə  götürdü.  1735-ci  il  martın  10-da  imzalanmış  Gəncə  müqaviləsi  ilə  rus 

qoşunları  Xəzərsahili  vilayətləri  tamamilə  tərk  etdi.  Bu  vəziyyət  Xəzərsahili 

vilayətlərin  əhalisinin  Rusiya  ilə  yaranmış  ticarət  əlaqələrinin  inkişafına  mane 

olmadı.      

 

19.XVIII əsrin ikinci yarısında rus-türk müharibələri və beynəlxalq vəziyyət. 

 

1768-ci  ildə  Türkiyə  Rusiyaya  qarşı  yeni  müharibəyə  başladı.  Krım 

tatarları  Rusiyanın  cənub  ucqarlarına  basqın  etdilər.  Hərbi  əməliyyatlar  eyni 

zamanda 3 cəbhədə: cənub-qərbdə (Dunay), cənubda (Krım) və Gürcüstanın dəvəti 

ilə 1769-cu ildə rus qoşunlarının gəlmiş olduğu Cənubi Qafqazda başlandı. Lakin 

türklərin Rusiyanın içərisinə girmək üçün göstərdikləri bütün cəhdlər uğursuz oldu. 

1768-1769-cu  illər  kampaniyası  Türk  ordusu  üçün  uğursuz  oldu.  Rusiya  cəbhəyə 

xeyli canlı və texniki qüvvə yeridə bilmişdi. 1770-ci ilin kampaniyası həm quruda,  

həm də dənizdə Rusiyanın üstünlüyü ilə keçdi. Rumyantsevin başçılıq etdiyi silahlı 

qüvvələr  türk  ordusuna  ağır  zərbə  vura  bildi.  Qara  dənizdə,    Dunay  çayında 

təşəbbüsü  rus  donanması  ələ  keçirdi.  Dolqorukovun  başçılıq  etdiyi  ikinci  ordu 

Krımı  tuta  bildi.  Ruslar  türklərlə  danışığa  başladı.  Rusların  boğazlardan  sərbəst 

keçib  getmək  təklifləri  Avropa  dövlətlərini  qane  etmədi.  1773-cü  ildə  döyüşlər 

yenidən  gücləndi.  Rumyantsevin  komandanlığı  altında  qoşunlar  Dunayı  keçdilər. 

Türk qoşunları geri çəkilməli oldu. 1774-cü il iyulun 10-da hər iki dövlət arasında 



 

35 


Kiçik  Qaynarca  sülhü  bağlandı.  Müqaviləyə  görə  Krım  və  Kuban  tatarlarının 

Türkiyədən asılılığı ləğv olundu. Kerç və Yeniqala, Qara dəniz sahilində Kinburn 

Rusiyaya  verildi.  Rusiya  Azovu  möhkəmləndirmək  hüququ  alırdı.  Rus  gəmilər 

boğazlardan  sərbəst  keçə  bilərdi.  Türkiyə  Rusiyaya  4,5  milyon  manat  təzminat 

verməli idi. Rusiya Valaxiya və Moldaviyanı öz himayəsinə aldı. Kiçik Qaynarca 

sülhü    Rusiyanı  Qara  dəniz  dövlətinə  çevirdi  və  Cənubi  Qafqazda,  Balkanlarda 

onun  mövqelərini  gücləndirdi.  1768-1774-cü  illərdə  rus-türk  müharibəsi  zamanı 

rus  qoşunları  gürcülərlə  birlikdə  Cənubi  Qafqazda  türklərə  qarşı  vuruşmuşdular. 

Kiçik  Qaynarca  sülhünə  görə  Türkiyə  meretiyadan  xərac  almaqdan  imtina  etdi. 

Türk  hökmranlığı  yalnız  Qərbi  Gürcüstana  aid  edildi,  lakin  türklər  burada  da 

möhkəmlənə  bilmədilər.  1783-cü  ildə  Gürcüstanla  Rusiya  arasında  Georgiyevsk 

müqaviləsi  bağlandı  və  buna  əsasən  Şərqi  Gürcüstan  Rusiyanın  himayəsi  altına 

keçdi. 1783-cü ildə Krım yarımadası da Rusiyanın tərkibinə daxil edildi. Krım və 

Kubanın Rusiyaya birləşdirilməsi Türkiyənin müharibəyə başlamasına səbəb oldu. 

Türkiyəni  müharibəyə  təhrik  edən  ngiltərə  idi.  ngiltərə  Rusiyanın  qüdrətinin 

artmasından  və  şərqdə  onun  təsirinin  yayılmasından  ehtiyat  edirdi.  ngiltərə 

Rusiyanı  türklərin  və  isveçlilərin  əli  ilə  zəiflətməyə  cəhd  etdi.  1787-ci  ildə  hərbi 

ə

məliyyatlar  yenidən  başladı.  Suvorovun  komandanlığı  altında  rus  qoşunları 



türkləri  ağır  məğlubiyyətə  uğratdılar.  1789-cu  ildə  türk  qoşunları  geri  çəkilməyə 

başladı.  Uşakovun  komandanlığı  altında  rus  donanması  da  türk  donanmasını 

məğlub  etdi.  1791-ci  ildə  Yassı  sülh  müqaviləsi  bağlandı.  Müqaviləyə  əsasən, 

Cənubi  Buqdan  tutmuş  Dnestrə  kimi  Qara  dəniz  sahilləri  Rusiyanın  əlinə  keçdi. 

Qara  dənizin  bütün  şimalının  birləşdirilməsi  Rusiyanın  mövqeyinin  xeyli 

güclənməsi  demək  idi.  Osmanlı  dövləti  Krım  haqqında  iddialardan  əl  çəkdi  və 

onun  Rusiyaya  mənsub  olduğunu  təsdiq  etdi.  Osmanlı  dövlətinin  eyni  zamanda 

Balkanlarda və Qafqazda mövqeyi zəiflədi. 



 

20.Avropa dövlətlərinin Polşa uğrunda mübarizəsi. XVIII əsrin II yarısında 

Polşanın bölüşdürülməsi. 


 

36 


Rusiyanın Polşada müvəffəqiyyətləri Avstriyanı və Fransanı narahat etdi. 

Fransa  özünün  Türkiyəyə  təsirindən  istifadə  edərək,  onu  1768-ci  ildə  Rusiyaya 

qarşı müharibəyə başlamağa təhrik etdi. Buna cavab olaraq Prussiya kralı II Fridrix 

Rusiyanı  tələsdirməyə  başladı  ki,  Polşanın  bölüşdürülməsinə  başlasınlar.  Özünün 

“itaətkar  xidmətçi”sinin  II  Fridrixin  fikrini  dəqiq  aydınlaşdırmaq  istəyən  II 

Yekaterina məqam gözləyirdi. Yalnız Avstriya ilə Türkiyə arasında müdafiə müqa-

viləsinin  bağlanması  Rusiyanı  tələsməyə  məcbur  etdi.  1772-ci  ildə  Rusiya,  Prus-

siya və Avstriya Polşanın bölüşdürülməsi haqqında müqavilə bağladılar.   1773-cü 

ildə  Polşa  seymi  müqaviləni  təsdiq  etdi.  Polşanın  birinci  bölgüsünə  görə    Belo-

rusiyanın  şərqi  və  Pribaltikanın  bir  hissəsi  Rusiyaya  verildi.  Rusiyanın 

müvəffəqiyyətləri Türkiyəni Rusiya üzərinə qaldıran Avstriya və Fransa tərəfindən 

düşmənçilik  fəaliyyətinin  güclənməsinə  səbəb  oldu.  Polşanı  möhkəmləndirməli 

olan islahatların həyata keçirilməsi Rusiya və Prussiya hökumətlərini narahat etdi. 

Polşaya Rusiya və Prussiya qoşunları yeridildi. 1791-ci il Konstitusiyası ləğv edil-

di.  1793-cü  ildə  Polşa  ikinci  dəfə  Rusiya  ilə  Prussiya  arasında  bölüşdürüldü.  Bu 

bölgüyə əsasən Rusiya Minsklə birlikdə Şərqi Belarusu, Volını və Podoliyanı geri 

alıb  Belarus  və  Ukraynanın  qalan  hissəsi  ilə  birləşdirildi.  Buna  cavab  olaraq 

Polşada azadlıq hərəkatı genişləndi. Ona general Tadeuş Kostyuşko başçılıq edirdi. 

Üsyan  edənlərə  qarşı  Suvorovun  komandanlığı  altında  rus  ordusu,  Prussiya  kra-

lının  və  Avstriya  imperatorunun  qoşunları  yeridildi.  Üsyançıların  qəhrəmanlığına 

baxmayaraq  hərəkat  qələbə  ilə  nəticələnmədi.  1795-ci  ildə  Rusiya,  Prussiya  və 

Avstriya Polşanı üçüncü dəfə bölüşdürdülər. Bu bölünmə nəticəsində Qərbi Bela-

rus,  Litva  və  Kurlandiya  Rusiyaya,  Varşava  ilə  birlikdə  Polşanın  bütün  şimal 

hissəsi  Prussiyaya  verildi.  Lyublin  və  Krakova  vilayətləri  ilə  birgə  Avstriyaya 

çatdı.  Reç-Pospolita  mövcudluğunu  dayandırdı.  Polşanın  bölünməsi  Prussiya, 

Avstriya və Rusiya arasındakı ziddiyətləri yumşaltmağa imkan verdi və Avropada 

Fransa  inqilabına  qarşı  yönəlmiş  birgə  xəttin  aparılmasında  bu  3  ölkənin  sonrakı 

yaxınlaşması  üçün  zəmin  yaratdı.  Polşanın  dövlət  müstəqilliyi  ləğv  olundu  və 

polyak  xalqı  Rusiya,  Avstriya  imperatorlarının  və  Prussiya  kralının  zülmü  altına 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə