Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

 

43 


 

Avstriya kansleri K.Metternixin məsləhətçisi F.Gents Vyana konqresinin baş 

katibi  olmaqla,  1815-ci  ilin  fevralında  yazırdı:  Avropa  siyasi  sisteminin  təzələn-

məsi, sosial qaydanın “yenidən qurulması”, “qüvvələrin ədalətli bölüşdürülməsinə 

ə

saslanan daimi sülh” və s. haqqında səs-küylü ifadələr kütləni sakitləşdirmək və 



bu  təntənəli  yığıncağa  şöhrət  və  əzəmət  vermək  məqsədilə  səsləndirilirdi,  lakin 

konqresin əsl məqsədi məğlub edilənin mirasını qaliblər arasında bölüşdürmək idi. 

Həqiqətən də konqresin bütün iştirakçıları hansı yolla olursa olsun özünə daha çox 

“qoparmağa” çalışırdı.  

  

Vyana  konqresində  Avropanın  bütün  ölkələrindən  216  nümayəndə  iştirak 



edirdi. Konqresə yalnız Osmanlı dövləti dəvət olunmamışdı. F.Engels konqresin işi 

ilə əlaqədar yazırdı ki, “ burada xalqlar alınıb satılır, birləşdirilib ayrılır ”.1814-cü 

ilin  yayında  Taleyran  Fransanın  rəsmi  təmsilçisi  simasında  Vyana  konqresinə 

göndərildi. Fransanın başlıca məqsədi 1792-ci ilə qədər olan sərhədlərini qorumaq 

idi. Taleyranın başlıca məqsədi müttəfiqlər arsında Avropanın gələcəyinə dair fikir 

müxtəlifliyindən  istifadə  edərək  onların  arasını  vurmaq,  bunula  da  Fransanın 

parçalanmasına  dair  onların  planlarını  pozmaq  idi.  O,  bu  məqsədlə  Polşa  –  Sak-

soniya  məsələsindən  məharətlə  istifadə  etdi.  Həm  müttəfiqlərin  arasında  ziddiy-

yətləri  bir  qədər  də  dərinləşdirdi.  Vyana  sisteminin  əsasını  Fransada  bərpanın 

prinsipləri təşkil edirdi. Avstriya və Prussiya təklif edirdilər ki, Fransada inqilaba 

qədərki  qaydalar  tam  bərpa  olunmalı,  Fransa  maksimum  zəiflədilməli  və  ərazi-

sinin bir hissəsi ondan alınmalıdır.  ngiltərə və Rusiya isə təklif edirdilər ki, yeni 

sosial  –  iqtisadi  şərait  nəzərə  alınmalı,  böyük  dövlət  kimi  Fransanın  müstəqilliyi 

saxlanılmlıdır. Bütün ziddiyyətlərə baxmayaraq 30 may 1814-cü ildə birinci Paris 

sülhü  imzalandı.  Sülhün  əsasını  ngiltərə  və  Rusiyanın  təklifləri  təşkil  edirdi. 

Burada  deyilirdi  ki,  Fransanın  kəndliləri  və  burjuaziyası    inqilab  dövründə  əldə 

etdikləri  əmlakı  və  mükiyyəti  saxlayırlar.  1814-cü  il  xartiyası  ilə  zadəganlarla 

burjuaziya  arasında  kompromis  əldə  edildi  və  yeni  zadəganların  hüquqları  bəra-

bərləşdirildi. Dini siyasətdə isə müttəfiqlər Napoleonla Papa arasında imzalanmış 

1801-ci  il  Konkordatını  əsas  götürdülər.  Lakin  Napoleonun  “  100  günü  “  birinci 

Paris  sülhünün  şətlərini  xeyli  ağırlaşdırdı.  1815-ci  il  noyabrın  20-də  imzalanmış 



 

44 


ikinci  Paris  sülhünə  görə,  Fransa  müttəfiqlərə  70  milyon  frank  təzminat  verməli, 

təzminat  ödənilənə  qədər  isə  ölkənin  şimal  -  şərq  ərazisi  müttəfiqlər  tərəfindən 

işğal  olunmalı  idi.Fransa  hökumətinin  1815  –  1818-ci  illərdəki  fəaliyyəti  dörd 

müttəfiq dövlətin səfirlərinin nəzarəti altında olamalıdır. 

 

 

23. XIX əsrin 20-ci illərində “yunan məsələsi” ətrafında beynəlxalq 

ziddiyətlər. 

XIX  əsrin  20-ci  illərindən  başlayaraq  Şərq  məsləsinin  beynəlxalq  müna-

sibətlərə  təsiri  artmışdı.  1821-ci  ilin  martında  başlanan  üsyan  bu  işdə  büyük  rol 

oynamışdı. Əvvəlcə, böyük dövlətlər Balkan hadisələrinə qarışmayaraq buna qanu-

ni  hökmdara  qarşı  qiyam  kimi  baxır  və  yunanlara  yardım  göstərmirdilər.  Lakin 

Rusiyanın  Balkanlara  dair  ənənəvi  siyasəti  canlanmışdı.  I  Aleksandr  yunan 

məsələsini beynəlxalq konfransların müzakirəsinə çıxartsada bu heç bir nəticə ver-

mədi.  Lakin  yunan  üsyanının  genişlənməsi  bu  məsələyə  beynəlxalq  münasibətin 

dəyişməsinə səbəb oldu. 1823-cu ilin martında C.Kanninq yunanları vuruşan tərəf 

adlandırdı.  ngiltərənin  mövqeyi  rus  diplomatiyasının  fəallaşmasına  səbəb  oldu. 

Rusiya çalışırdı ki, müttəfiq dövlətlər türk – yunan münaqişəsinə kollektiv müda-

xilə etsinlər. Rusiyanın Balkanlarda təsirinin artmasını istəməyən  ngiltərə 1826-ci 

il aprelin 4-də Rusiya ilə yunan məsələsinə dair protokol imzaladı. Bu sənədə görə 

Yunanıstan hər il Osmanlı imperiyasına xərac vermək şərti ilə muxtariyyat alırdı. 

ngiltərə  yunan  –  türk  müharibəsini  dayandırmaq  üçün  vasitəçilik  etməli  idi. 

Türkiyə bu təklifi qəbul etməsə  giltərə və Rusiya yunanlara kömək etməli idilər. 

Bu saziş ingiltərə üzərində Rusiyanın diplomatik qələbəsi idi, belə ki, indi  ngiltərə 

mütləq  Türkiyəyə  qarşı  müharibədə  istirak  etməli  idi.  ngiltərə  Rusiya  ilə  saziş 

bağlasa  da  onun  yunanlara  kömək  etməsinə  mane  olurdu.  ngiltərə  1826-ci  ildə 

ranın  Rusiyaya  qarşı  müharibəyə  başlamasına  nail  oldu.  Türkiyə  sultanı  özünün 

güclü  müttəfiqi Misir  paşası Məhəmməd  Əlinin hərbi  yardımı  ilə  yunan  üsyanını 

qısa  müddətdə  yatırmaq  fikrində  idi.  1826-ci  ilin  aprel  –  iyul  aylarında  Misir 

qoşunu  yunanları  bir  neçə  dəfə  məğlubiyyətə  uğratdı.  Avropa  dövlətləri  bundan 

narahat  oldu.  Peterburq  protokoluna  görə  Rusiya  və  ngiltərə  Türkiyə  ilə  müha-




 

45 


ribədən  sonra  orada  ərazi  ələ  keçirməli  deyildilər.  Ona  görə  də  ngiltərə  yunan 

məsələsinin həllində Fransanın iştirakına etiraz etmədi. 1827-ci ilin iyulunda Lon-

donda  ngiltərə, Rusiya və Fransa arasında yunan məsələsinə dair əsasən Peterburq 

protokolunu  təkrar  edən  müqavilə  imzalandı.  1827-ci  il  oktyabrın  20-də  müt-

təfiqlərin eskadrası Navarin döyüşündə türk-misir donanmasını batırdı və bu yunan 

üsyançılarına  kömək  etdi.  Osmanlı  yunanlara  mux-tariyyat  verməyə  və  böyük 

dövlətlərin  yunan  məsələsində  vasitəçiliyinə  razı  oldu.  XIX  əsrin  20-ci  illərinin 

sonunda  Rusiya  diplomatiyasının  Qara  dəniz  boğazlarına  nəzarət  uğrunda  müba-

rizəsi  rus  türk  müharibəsinə  gətirib  çıxartdı.  Müharibə  1828-ci  ilin  mayın  7-də 

başladı.  Rus  ordusunun  ardıcıl  qələbələri  sultan  II  Mahmudu  sülh  danışıqlarına 

başlamağı təklif etməyə məcbur etdi.1829-cu ilin 14 sentyabrında Rusiya ilə Tür-

kiyə  arasında  Ədirnə  sülhü  imzalandı.  Müqavilə  Serbiyanın, Valaxiya  və  Moldo-

vanın  muxtariyyat  hüququnu  təsdiq  etdi  və  Dunay  knyazlıqlarının  muxtariyyatını 

genişləndirdi.  Ədirnə  sülhü  Yunanıstanın  müstəqilliyini  hüquqi  cəhətdən  rəsmi-

ləşdirməyə  şərait  yaratdı.  1830-cu  ilin  fevralın  3-də  səfirlərin  konfrasında  Yuna-

nıstan krallığının yaradılmasına dair protokol imzalandı. 



 

24. 1830-cu il Fransa, Belçika inqilabları və beynəlxalq 

münasibətlər. 

1830-cu  ildə  Fransada  və Belçikada baş  verən inqilablar beynəlxalq  müna-

sibətlər və diplomatiyaya böyük təsir göstərdi. Bu hadisələr 1812 – 1850-ci illərdə 

beynəlxalq həyatın əsas ziddiyyətli olan ingilis – rus zidiyyətlərinin daha da kəs-

kinləşməsinə səbəb oldu. 1830-cu ilin avqustun 17-də Rusiya Fransa ilə diplomatik 

münasibətləri  kəsdiyini  bildirdi.  Ona  görə  Fransanın  Rusiyadakı  səfirinin  çar  I 

Nikolayla görüşü oldu. Səfir Rusiya çarına izah etdi ki, Rusiyanın Fransaya qarşı 

koalisiya  yaratması  çətin  olacaq.  Çar  bildirdi  ki,  Fransa  inqilabına  münasibət 

məsələsi  böyük  dövlətlərlə  müzakirə  ediləcək.  Rusiya  çarı  bilirdi  ki,  ngiltərə 

Fransanın yeni hökumətini tanıyacaq. Ona görə də, o səfirə bildirdi ki,  ngiltərəyə 

inanmaq olmaz,  ngiltərə Fransanın Əlcazairi işğal etməsinə mane olacaq. Fransa 

səfiri ilə görüşdən sonra Rusiya çarı Fransa ilə diplomatik münasibətləri kəsmədi-




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə