Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

 

37 


düşdü. Polşanın bölüdürülməsi mürtəce addım idi və rus hökuməti bu işdə az rol 

oynamadı. 

Fransa inqilabına qarşı mübarizə Rusiyanın xarici siyasətində mühüm yer 

tuturdu. Rusiya 1793-cü ilin yanvarında Fransa ilə əlaqələri kəsdi. Rusiya Fransaya 

qarşı  Prussiya,  ngiltərə,  Avstriyanın  birliyini  yaratdı.  1795-ci  ildə  Prussiyanın 

Fransa  ilə  yaxınlaşmasına  görə  Rusiya  Fransaya  qoşun  göndərmədi.  Rusiya 

Fransaya  qarşı  1798-ci  ildə  yaradılmış  koalisiyaya  da  daxil  olmuşdu.  Bu 

koalisiyaya  ngiltərə,  Avstriya,  Türkiyə  də  daxil  idi.  1799-cu  ildə  Suvorovun 

başçılığı ilə rus qoşunu  taliyaya göndərildi. Avstriya  taliyada Rusiyanın təsirinin 

güclənməsini  istəmirdi  və  rus  qoşunlarının  sveçrəyə  göndərilməsinə  nail  oldu. 

1800-cü  ildə  Avropa  dövlətləri  ilə  ziddiyyətlərlə  əlaqədar  rus  qoşunları  geri 

qayıtmaq əmri aldı.  



 

2

1.XIX əsrin əvvəllərində Napoleon müharibələri və beynəlxalq 

münasibətlər. 

Napoleonun hakimiyyəti ələ keçirməsi II koalisiya ölkələrini narahat etməyə 

başladı.  Çünki  bəhs  edilən  dövrdə  Fransa  Avropada  və  bütün  dünyada  hegemon 

dövlət olmağı qarşısına məqsəd qoymuş və bu yolda Avropa dövlətləri ilə fasiləsiz 

müharibələr  aparmışdır.  Lakin  Avropa  dövlətlərinin  Fransaya  qarşı  koalisiyalar 

təşkil  etmələrinə  baxmayaraq,  onlar  arasında  da  ciddi  ixtilaflar  var  idi.  Napoleon 

bu  ixtilaflardan  bacarıqla  istifadə  edirdi.  1800-cü  ildə  Fransaya  qarşı  yaranmış  II 

koalisiya da dağıldı. Rusiya müharibədən çıxdı, Avstriya da öz ordusunu  taliyadan 

çıxarmalı oldu. N.Bonapart Fransanın yeni sərhədlərini tanımaq şərti ilə  ngiltərə, 

Avstriya  və  Rusiyaya  hərbi  əməliyyatları  dayandırmağı  təklif  etdi.  Təbiidir  ki, 

Napoleon  bu  zaman  müttəfiqlər  arasındakı  ziddiyyətləri  də  nəzərə  alırdı.  Lakin 

müttəfiqlər Napoleonun təklifini qəbul etmədilər. Müharibəni davam etdirən Fran-

sa  ordusu  1800-cü  ilin  iyunun  14-də  taliyanın  şimalında  Marenqo  döyüşündə 

Avstriya  qoşununu  məğlub  etdi.  1801-ci  ilin  fevralın  9-da  Fransa  ilə  Avstriya 

arasında Lünevil sülhü bağlandı. Müqaviləyə əsasən, Avstriya Belçikanın, Reynin 

sol sahilinin və Venetsiya əyalətinin bir hissəsinin Fransa tərəfindən işğalını tanıdı. 




 

38 


Napoleon  Rusiyanı  sülh  danışıqlarına  həvəsləndirmək  üçün  1799-cu  ilin  əməliy-

yatları  zamanı  əsir  götürülmüş  rus  əsgərlərini  qaytarmaq  haqqında  göstəriş  ver-

mişdi.  

1800-cü  ilin  sentyabrında  Malta  adasındakı  Fransız  qarnizonu  ingilislərə 

təslim  oldu.  Rusiya  yaxşı  bilirdi  ki,  ngiltərə  onu  Aralıq  dənizindən  sıxışdırmağa 

çalışır. Maltanın tutulmasından sonra Rusiya  ngiltərə ilə əlaqələri kəsib, ona qarşı 

Danimarka,  sveç və Prussiyanın iştirakı ilə yeni silahlı bitərəflik liqası yaratmağa 

başladı.  Eyni  zamanda  Parisdə  Rusiya  ilə  Fransa  arasında  diplomatik  əlaqələrin 

bərpası haqqında danışıqlar başlandı. 1801-ci ilin martında Rusiyadakı hakimiyyət 

dəyişikliyi  və  Kopenhagen  buxtasında  Danimarkanın  hərbi  -  dəniz  donanmasının 

ingilis eskadrası tərəfindən məhv edilməsi bu danışıqları sürətləndirdi. 1801-ci ilin 

oktyabrında Fransa ilə Rusiya arasında sülh müqaviləsi imzalandı. Bu sənədlərdə 

deyilirdi  ki,  Rusiya  Fransa  ilə  Sardiniya  krallığı  və  bir  sıra  alman  dövlətləri 

arasındakı  danışıqlarda  vasitəçilik  edəcək.  Fransa  onik  adasının  rus  donanması 

tərəfindən işğalını tanıdı. Fransa öhdəsinə götürdü ki, Neopolitan krallığına hücum 

etməyə-cək və Rusiya ilə birgə “dəniz azadlığı”nı təmin edəcək. 

Müttəfiqlərindən məhrum olan  ngiltərə tənəffüs əldə etmək üçün Fransa ilə 

danışıqlara  başlayıb,  1802-ci  ilin  martın  27-də  onunla  sülh  müqaviləsi  bağladı. 

ngiltərə Maltadan çıxmağa və Misiri Türkiyəyə qaytarmağa  razılıq verdi. Fransa 

da əvəzində öz qoşunlarını Neapoldan, Romadan və Elba adasından çıxarmalı idi. 

Hər iki dövlət Avropada mövcud vəziyyəti saxlamağa çalışmalı, Fransa isə Misirə 

iddialarından əl çəkməli idi. Məlum olduğu kimi  ngiltərə ilə Fransa arasında iqti-

sadi  və  siyasi  rəqabət  XIX  əsrin  əvvəllərində  beynəlxalq  münasibətlərin  aparıcı 

xəttini  təşkil  edirdi.  ngiltərə  və  Fransa  məcburiyyət  altında  bağladıqları  Amyen 

sülhünə əməl etmək fikrində deyildilər.  ngiltərə çalışırdı ki, Fransa ilə “azad tica-

rət” prinsipi əsasında yeni ticarət müqaviləsi bağlasın. Fransa isə buna razı deyildi. 

Bu  zaman  Fransa  artıq  ngiltərəni  və  onun  müstəmləkələrini  işğal  etmək  planı 

hazırlamışdı.  1802-ci  ilin  payızında  Parma,  Pyemont  və  sveçrə  Fransaya  birləş-

dirilmişdi.  Napoleonun  bütün  tələblərinə  baxmayaraq,  ngiltərə  öz  qoşununu 



 

39 


Maltadan  çıxartmadı.  Fransa  Yaxın  Şərqə  yenı  müdaxiləyə  hazırlaşırdı.  1803-cü 

ilin mayında  ngiltərə ilə Fransa arasında hərbi əməliyyatlar bərpa olundu. 

1805-ci ilin oktyabrın 21-də admiral Nelsonun başçılığı ilə ingilis donanması 

Trafalqar döyüşündə birləşmiş Fransa –  spaniya donanmasını məğlub etdi. Avst-

riya  tərəfindən  hücum  təhlükəsini  nəzərə  alan  Napoleon  Britaniya  adalarına  hü-

cumdan imtina edib, qüvvələrin çoxunu Avstriya ordusuna qarşı yönəltdi. 1805-ci 

ilin dekabrın 2-də Fransız ordusu Austerlis döyüşündə birləşmiş Avstriya və Rusi-

ya  qoşunlarını  məğlub  etdilər.  Bu  qələbə  nəticəsində  ngiltərə  qitədə  öz  müttə-

fiqlərini itirdi. Austerlis qələbəsi Prussiyanın da mövqeyinə təsir göstərdi. 1805-ci 

ilin  noyabrın  3-də  bağlanmış  müqaviləyə  əsasən,  Prussiya  Rusiya  ilə  birlikdə 

Fransaya qarşı çıxış etməli idi.  Lakin Prussiya hökuməti qələbə münasibəti ilə Na-

poleonu  təbrik  etdi.  Napoleonun  tələbinə  uyğun  olaraq,  15  dekabr  1805-ci  ildə 

Prussiya  ilə  Fransa  arasında  ittifaq  müqaviləsi  imzalandı və  Napoleon  Hannoveri 

Prussiyaya verdi. 26 dekabr 1805-ci ildə Fransa ilə Avstriya arasında imzalanmış 

Presburq  sülhünə  görə,  Avstriya  Fransanın  Qərbi  Avropadakı  bütün  işğallarını 

tanıdı,  Fransaya  Venetsiyanı,  striyanı  və  Dalmatsiyanı,  həmçinin  40  mln.  təzmi-

nat, Tirolu isə Fransanın Almaniyadakı müttəfiqlərinə verdi. Avstriyanın Almani-

yada  hökmranlığına  son  qoyuldu.  Napoleonun  arzuları  təkcə  Avropada  ağalıqla 

məhdudlaşmırdı. Fransa Yaxın və Orta Şərqdə, Adriatik dənizində və Balkanlarda 

möhkəmlənmək  istəyirdi.  Türk  sultanı  III  Səlim  1805-ci  ildə  Napoleonu  Fransa 

hökmdarı kimi tanıdı və bildirdi ki, Fransa Türkiyənin köhnə və sadiq müttəfiqidir. 

Fransa  çalışırdı  ki,  Rusiya  üçün  Bosfor bağlansın və  Dunay  knyazlıqlarında  Tür-

kiyənin  ağalığı  bərpa  olunsun.  1806-cı  ilin  yayında  Fransaya  qarşı  IV  koalisiya 

yaradılmağa  başlandı.  Artıq  1806-ci  ildə  Fransa  ordusu  Prussiya    sərhədində 

dayanmışdı və Prussiya koalisiyaya qoşulmasaydı tək döyüşməli olacaqdı. 1806-cı 

ilin  yayında  Rusiya  və  Prussiya  bəyannamə  mübadiləsi  yolu  ilə  hərbi  ittifaq 

yaratdılar. 1806-cı ilin oktyabrın 1-də Prussiya kralı III Fridrix Napoleondan tələb 

etdi  ki,  10  gün  ərzində  qoşunlarını  Reynin  arxasına  keçirsin.  Buna  cavab  olaraq, 

Napoleon əvvəlcə Türingiyaya, sonra Prussiyaya hücum etdi. Noyabrda fransızlar 

Berlinə daxil oldu. Noyabrın 21-də Napoleon burada iki tarixi sənəd imzaladı: 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə