Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə11/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

 

31 


siyasət  məsələləri  ilə  məşğul  olmaq  üçün  xüsusi  gizli  komitə  yaradıb  şahzadə 

Kontini başçı təyin etmişdi. Səfirlərdən başqa onun xarici ölkələrdə gizli agentləri 

də fəaliyyət göstərirdi. 

 

17.XVIII əsrdə  ngiltərənin beynəlxalq münasibətlərdə iştirakı. 

 XVIII  əsrdə 

ngiltərə  planlı  şəkildə  ticarət  və  müstəmləkələrini 

genişləndirirdi. XVIII əsrdə onun əsas rəqibi Fransa idi. Fransa  ngiltərəni dənizdə 

üstünlüklərindən  məhrum  etməyə  çalışırdı.  Fransa  xarici  gəmilərdən  alınan 

gömrüyü artırmış və güclü hərbi donanma yaratmışdı. XVIII əsrdə  ngiltərə hakim 

dairələrinin  maliyyə  imkanları  genişlənmişdi.  Onlar  ngiltərənin  mənafeyini 

müdafiə edən müttəfiqləri pulla ələ almağı bacarırdılar. Avropada isə belə dövlətlər 

çox  idi.  Bu  dövlətlərin  əksəriyyəti  Almaniya  ərazisində  yerləşirdi.  Otuzillik 

müharibədən sonra daha da parçalanmış Almaniya ərazisində 300-dən çox dövlət 

mövcud  idi.  Kiçik  Alman  dövlətlərinin  ordularından  başqa  dövlətlər  öz 

məqsədlərini həyata keçirmək üçün istifadə edirdilər. 

Müstəmləkə  müharibələri  1739-cu  ildə  ngiltərə  və  spaniya  arasında 

ngiltərənin  ispan  müstəmləkələri  ilə  azad  ticarət  etmək  hüququ  uğrunda  başladı. 

1743-cü  ildə  ngiltərə  və  spaniya  arasında  müttəfiqlik  bərpa  edildikdən  sonra 

ingilis-fransız müharibəsi alovlandı Bu dövrdə  ngiltərə ilə Fransa arasında ziddiy-

yətlərin kəskinləşməsi isə müstəmləkələrlə bağlı idi.  ngiltərə Fransanın Hindistan 

və  Şimali  Amerikadakı  işğallarından  narahat  idi.  ngiltərə  hərbi  gəmiləri  dənizdə 

Fransanın  ticarət  gəmilərini  saxlayırdı.  1755-ci  ildə  bir  ay  ərzində  ingilislər  300 

Fransa  gəmisini  saxlamışdılar.  Fransanın etirazlarına isə  ngiltərə  məhəl  qoymur-

du.  1754-1755-ci  illərdə  Kanadada  hərbi  toqquşmadan  sonra  ngiltərə  və  Fransa 

Avropada özlərinə müttəfiq axtarmağa başladılar. 1756-1763-cü illərdə olmuş yed-

diillik  müharibənin  hərbi  əməliyyatları  Avropada,  Şimali  Amerikada  və  Asiyada 

aparılırdı.  Müharibənin  əvvəlində  Prussiya  üstün  idi,  lakin  1757-1759-cu  illərdə 

Rusiya ordusu bir neçə döyüşdə Prussiya qoşunlarını məğlub etdi.  ngiltərə 1759-

cu ildə Kanadanı, 1761-ci ildə Hindistanın bir sıra əyalətlərini ələ keçirdi. Fransa 

Kanada  və  Hindistandan  qoşunlarını  çıxartdı.  1763-cü  ilin  fevralında  Fransa  və 



 

32 


spaniya  ilə  ngiltərə  arasında  imzalanmış  Paris  sülhünə  əsasən  Kanada  və  Hin-

distan  ngiltərəyə qaldı,  spaniya isə Floridanı  ngiltərəyə verdi. Fransa Luiziananı 

spaniyaya  verdi.  Beləliklə,  ngiltərənin  beynəlxalq  mövqeləri  daha  da  möhkəm-

ləndi. Bütövlükdə XVIII əsrdə Avropa siyasətinin inkişafı göstərdi ki, kapitalizm 

quruluşunun  sürətli  inkişafı,  gənc  kapitalist  ölkələri  və  qədim  feodal,  lakin  hələ 

güclü  mütləqiyyət  rejimi  olan,  böhran  astanasına  çatan  dövlətlərin  qaşıdurması 

həm  münaqişələrin  özünü,  həm  də  onların  səbəbli  əsaslarını  kəskinləşdirdi  və 

artırdı. 

Bununla  bərabər,  XVIII  əsr  Avropa  ölkələrinin  müstəmləkə  qarşıdurması 

sayəsində  aydın  oldu  ki,  erkən  kapitalizm  dövründə  Avropada  siyasi  qüvvələrin 

düzümü digər qitələrdə beynəlxalq münasibətlərə, əslində bütövlükdə dünya siya-

sətini müəyyən etməklə,  necə və hansı dərəcədə təsir edir.  

XVIII  əsrin  70-ci  illərində  Şimali  Amerikanın  Atlantik  okeanı  sahilindəki 

müstəmləkələr  ngiltərəyə  qarşı  müharibəyə  başladılar.  Səkkiz  il  (1775-1783) 

davam edən müharibə nəticəsində müstəmləkələr metropoliyanın zülmündən azad 

oldu. 1783-cü il sentyabrın 3-də ABŞ-la  ngiltərə arasında Parisdə sülh müqaviləsi 

imzalandı.  Müqavilə  ABŞ-ın  müstəqillik  uğrunda  müharibədə  ngiltərə  üzərində 

qələbəsini təsbit etdi.  ngiltərə ABŞ-ın müstəqilliyini tanıdı.  

 

 

18.I Pyotrun Cənub yürüşü. Xəzərsahili vilayətlərin işğalı. 



 

Ş

imal  müharibəsinin  qurtarmasından  sonra  Rusiya  cənubda  fəal  siyasət 



həyata  keçirməyə  başladı.  Rusiya  hesab  edirdi  ki,  Türkiyənin  Xəzərin  qərb 

sahilində möhkəmlənməsi Rusiyanın cənub sərhədləri və şərq ölkələri ilə tica-rəti 

üçün təhlükə yaradır. 1722-ci ilin iyulunda I Pyotr böyük bir ordu ilə Həştərxandan 

yürüşə  başladı.  Rus  qoşunları  iki  istiqamətdə-quru  və  dəniz  yolu  ilə  hərəkət 

edirdilər. 1722-ci il avqustun 15-də rus donanması Dərbəndə çatdı, avqustun 23-də 

isə  piyada  qoşunlar  da  şəhərə  yaxınlaşdı.  Şəhərin  naibi  mamqulu  bəy  Dərbənd 

qalasının  açarlarını  rus  çarına  təqdim  etdi.  I  Pyotr  buradan  Senata  göndərdiyi 



 

33 


məktubunda şəhərdə səmimi qarşılandığını bildirirdi. Lakin tezliklə Pyotr Rusiyaya 

dönməyə  məcbur  oldu.  Bunun  başlıca  səbəbi  o  idi  ki,  sveç  tərəfindən  yenidən 

müharibə  təhlükəsi  yaranmışdı.  I  Pyotr  Bakının  tutulmasına  xüsusi  əhəmiyyət 

verirdi. Onun göstərişi ilə 1722-ci ilin noyabrında Soymonovun başçılığı ilə Rəştə 

donanma və qoşun çıxarıldı. 1723-cü il iyulun 12-də Bakı ruslar tərəfindən alındı 

və Baryatinski Bakının komendantı təyin edildi. 1723-cü il sentyabrın 12-də şah II 

Təhmasibin  Peterburqa  göndərdiyi  elçi  smayıl  bəy  tərəfindən  özbaşına 

imzalanmış  müqaviləyə  görə  Xəzərsahili  vilayətlər  Rusiyaya  birləşdirildi.  Rus 

qoşunları  Xəzərin  qərb  və  cənub  sahillərində  möhkəmləndilər.  Rusiyada  rana 

ə

fqanlarla  müharibədə  kömək  edəcəyini  vəd  etdi.  Lakin  şah  müqaviləni  təsdiq 



etmədi. 

Şə

rqdə öz müstəmləkə siyasətini həyata keçirməyə çalışan  ngiltərə və Fran-



sa  Rusiyanın  Qafqazdakı  nüfuzunun  güclənməsinə  hər  vasitə  ilə  mane  olurdu. 

Bakının  tutulması  Türkiyəni  narahat  edirdi.  ngilislər  bundan  istifadə  edərək 

Türkiyəni Rusiya ilə müharibəyə təhrik edirdilər. Əks təqdirdə diplomatik münasi-

bətləri kəsməklə hədələyirdilər. Lakin  sveçlə müharibəni təzəcə qurtarmış Rusiya 

yeni  müharibəyə  başlaya  bilməzdi.  Ona  görə  də  Rusiya  Osmanlı  ilə  Sülh 

müqaviləsi  imzalamağı  lazım  bildi.  Lakin  sultana  təzyiq  göstərən  qərb  dövlətləri 

buna  mane  oldular,  sülh  danışıqları  uzandı.  Yalnız  1724-cü  il  iyulun  12-də 

stanbulda  Rusiya  ilə  Osmanlı  arasında  sülh  müqaviləsi  imzalandı,  bununla  da 

Rusiya  imperiyası  1723-cü  il  sentyabr  tarixli  Peterburq  müqaviləsi  şərtlərinin 

təsdiq  edilməsinə,  Dərbənd,  Bakı,  Salyan,  Lənkəran,  Rəşt,  Ənzəlinin  diplomatik 

yolla  Rusiyaya  birləşdirilməsi  faktının  qəbul  olunmasına  nail  oldu.  Rusiya  öz 

növbəsində indiki Ermənistan, Gürcüstan və Xəzərsahili müstəsna olmaqla, bütün 

Azərbaycan ərazisinin Türkiyəyə verilməsinə razılıq verdi.  

Xəzərsahili vilayətləri ələ keçirməklə I Pyotr buranı manufaktura sənayesi-

nin xammal bazasına çevirmək məqsədi güdürdü. Bu yerlərin təbii sərvətlərindən 

istifadə etmək barədə o xüsusi qərar qəbul etmişdi. I Pyotr hətta Qafqaz və digər 

Şə

rq  ölkələri  ilə  iqtisadi  əlaqələri  genişləndirmək  məqsədi  ilə  Kürün  mənsəbində 



böyük şəhər salmaq fikrinə düşmüşdü. Rusiyaya birləşdirildikdən sonra Xəzərsahi-


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə