Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   2   3   4   5   6   7   8   9   ...   30

 

cümlədən  Yunanıstanda  səfirlərin  başlıca  vəzifəsi  digər  dövlətlərlə  ittifaq  bağla-



maq  və  müqavilələr  imzalamaqdan  ibarət  idi.  Müqavilənin  pozulması  zəminində 

meydana  çıxan  mübahisələr  və  toqquşmalar  baxılmaq  üçün  münsiflər 

komissiyasına  verilirdi.  Komissiya  günahkarları  cərimə  edirdi.  Diplomatik 

münasibətlər pozulduqda və müharibə elan olunduqda müqavilənin mətni yazılmış 

daş  lövhə  sındırılır  və  beləliklə,  müqavilə  ləğv  olunurdu.  Periklin  dövründən 

başlayaraq  Yunanıstanda  hakimlik  uğrunda  Afina  ilə  Sparta  arasında  gərgin 

münaqişə başlayır. Onlar arasında davam edən müharibə (e.ə. 431-404) Spartanın 

qələbəsi  ilə  başa  çatır.  Hegemonluğa  can  atan  hər  iki  tərəf  gücdən  daha  çox 

diplomatik yollarla öz təsirlərini gücləndirməyə çalışırdılar. 

Yunanıstanda güclənən mərkəzçilik tendensiyalarının təşəbbüsçüsü Make-

doniya  dövləti  idi.  II  Filippin  hakimiyyəti  illərində  bir-birinin  ardınca  yunan 

şə

hərlərini  özünə  tabe  edən  Makedoniya  Egey  dənizi  hövzəsinin  ən  güclü 



dövlətlərindən  birinə  çevrilir.  Yunan  dövlətlərinin  Makedoniyaya  tabe  edilməsi 

hərbi və diplomatik yolla həyata keçirilirdi. Makedoniyanın mərkəzçilik meyllərinə 

qarşı Afinada formalaşmış qrupa Demosfen başçılıq edirdi. Lakin eyni zamanda o, 

Yunanıstanın  birləşdirilməsinə  tərəfdar  idi.  Lakin  o  hesab  edirdi  ki,  bu  məsələ 

Makedoniyanın  iştirakı  olmadan,  azad  ellin  dövlətlərinin  ittifaqının  yaradılması 

yolu  ilə  baş  verməlidir.  Lakin  polislərdə  dərin  daxili  böhran,  yunan  dövlətləri 

arasındakı  ziddiyyətlər  birləşmə  ideyasının  həyata  keçməsinə  imkan  vermədi. 

Afinada  genişlənən  diplomatik  müharibədə  II  Filipin  özü  də  iştirak  edirdi.  Onun 

Afina  xalqına  müraciət  etdiyi  məktublardan  bunu  söyləməy  olar.  II  Filipin 

diplomatik  məharəti  Makedoniya  ilə  Afina  arasında  müharibənin  qarşısını  ala 

bilmədi. E.ə. 338-ci ildə baş vermiş Xeroneya döyüşü Yunanların məğlubiyyəti ilə 

nəticələndi.  Yunan  şəhər  dövlətləri  Makedoniya  hakimiyyətini  qəbul  etdilər. 

Şə

hərlərin  muxtariyyat  və  azadlığının  saxlanması  bağlanmış  ittifaqların  əsasını 



təşkil edirdi.  

3.Makedoniyalı  sgəndərin xarici siyasəti və diplomatiyası. 

 E.ə.338-ci  ildə  Makedoniya  hökmdarı  II  Filip  bütün  Yunanıstanı  özünə 

tabe  etmişdi  və  e.ə.  336-cı  ildə  Əhəmənilərə  qarşı  Şərq  yürüşünə  hazırlaşırdı. 



 

Lakin  II  Filipin  ölümü  ilə  bağlı  Şərq  yürüşünü  sgəndər  həyata  keçirməli  oldu. 



sgəndər zəngin Anadolu vilayətlərini ələ keçirmək  və yunan aləminin iqtisadiy-

yatını  yaxşılaşdırmaq  məqsədini  qarşıya  qoymuşdu.  E.ə.  334-cü  ilin  yazında 

sgəndərin  makedoniyalı  və  yunanlardan  ibarət  35  minlik  ordusu  Şərqə  doğru 

hərəkətə  başladı.  Əhəməni  şahı  III  Dara  40  minlik  ordu  ilə  Qranik  çayı  yaxınlı-

ğ

ında  sgəndərin qabağını kəsdi.  sgəndər və makedoniyalılar hücuma keçdilər və 



bu  ilk  toqquşmanı  zəfərlə  başa  çatdırdılar.  Anadolunun  Egey  dənizi  sahili  boyu 

yunan şəhərləri qismən könüllü, qismən silah gücünə  sgəndərə tabe oldular. E.ə. 

333-cü  ildə  Anadolunun  xeyli  hissəsi  sgəndərin  hakimiyyəti  altına  keçdi.  Əhə-

məni  şahı  xeyli  qüvvə  toplayaraq  Suriyaya  tərəf  irəlilədi  və  burada  ss  şəhəri 

yaxınlığında Makedoniya ordusu ilə üz-üzə gəldi. Bu döyüş də  sgəndərin qələbəsi 

ilə  başa  çatdı.  ss  qələbəsi  ilə  yunan  şəhərlərinin  Əhəməni  əsarətindən  azad 

edilməsi vəzifəsi yerinə yetirildi.  sgəndərin diplomatiyası artıq Əhəməni dövlətini 

ə

lə  keçirtmək  və  dünya  ağalığını  təmin  etmək  istəyirdi.  Ona  görə  də  sgəndər 



Daranın  sülh  təklifini  qəbul  etmədi.  ss  döyüşündən  sonra  sgəndər  Misirə  yola 

düşdü. Finikiya şəhərləri müqavimət göstərmədən  sgəndərə təslim oldular. Misir 

sgəndərə  müqavimət  göstərməyərək  tabe  oldu.  sgəndər  Misirdə  yeni  şəhərin-

sgəndəriyyənin  əsasını  qoydu.  Sonralar  bu  şəhər  Şərqi  Aralıq  dənizi  ölkələrinin 

iqtisadi, siyasi və mədəni mərkəzinə çevrildi. 

E.ə.331-ci  ildə  sgəndər  kiçayarasına  doğru  hərəkət  etdi.  III  Dara  Qav-

qamela düzənliyində (Mosul yaxınlığında) böyük bir qüvvə ilə  sgəndəri qarşıladı. 

Tərəflər  arasında  qanlı  döyüşlər  başladı.  sgəndərin  sərkərdəlik  qabiliyyəti  bu 

döyüşdə  tam  aşkar  oldu.  Bu  döyüş  də  sgəndərin  qələbəsi  ilə  başa  çatdı.  Qavqa-

mela döyüşü Əhəməni dövlətinin süqutunu başa çatdırdı. 

E.ə. 329-cu ildə  sgəndər Orta Asiyaya tərəf yönəldi. Orta Asiyada  sgən-

dər  yerli  tayfaların  müqavimətinə  rast  gəldi.  E.ə.  327-ci  ildə  Baktriya  və  Soqda 

sgəndərə  tabe  oldu.  sgəndər  Orta  Asiyada  bir  sıra  şəhərlər  saldırdı,  orada  hərbi 

dəstələr  yerləşdirdi.  Onların  sayı  Baktriyada  xüsusilə  çox  idi.  Məhz  buna  görə 

sonralar  burada  Yunan-Baktriya  dövləti  yaradılmışdı.  E.ə.  327-ci  ildə  sgəndər 

Hindistana  daxil  oldu.  Qərbi  Hindistan  sgəndərə  tabe  edildi.  O,  yürüşü  davam 




 

etdirmək istəyirdi, lakin müharibələrdən yorulmuş ordu geriyə qayıtmaq arzusunda 



idi.  sgəndər geri qayıtmalı oldu. E.ə.326-cı ildə  sgəndərin Şərq yürüşü sona yetdi. 

sgəndər dünyanı işğal etmək iddiasından dönməmişdi. O, Xəzər dənizi sahillərini 

araşdırmaq  üçün  ekspedsiya  göndərmişdi.  Ərəbistanı  işğal  etmək  məqsədilə  təd-

birlər  görülürdü.  O,  ticarət  yollarında  yunan-makedoniyalı  və  yerli  əhalinin  qarı-

ş

ığından  ibarət  şəhərlər  və  qalalar  saldırırdı.  Yerli  əhali  ilə  Yunan-Makedoniya 



döyüşçülərinin  yaxınlaşması  üçün  xüsusi  tədbirlər  həyata  keçirirdi,  onların  yerli 

qızlarla evlənməsinə və həmişəlik Şərqdə məskunlaşmasına şərait yaradırdı.  sgən-

dər  yunan  mədəniyyətinin  Şərqə  yol  açmasına  şərait  yaradırdı,  yunan  alimlərini, 

mədəniyyət xadimlərini, bacarıqlı ustalarını Şərq ölkələrinə aparırdı. Bu ölkələrdə 

yunan, yəni ellin mədəniyyətini yaymaq məqsədini güdürdü. Lakin onun hakimiy-

yəti  uzun  olmadı.  E.ə.  323  cü  ildə    vəfat  etdi.  Onun  ölümündən  sonra  yaratdığı 

böyük imperiya parçalandı. 

 

4.Respublika dövründə Roma diplomatiyası. 

 Antik  Romanın  diplomatik  orqanlarının  təşkili  və  strukturu  onun  siyasi 

quruluşunun  xüsusiyyətlərini  əks  etdirir.Əgər  klasik  dövrdə  Yunanıstanın  xarici 

siyasətində  Xalq  yığıncağı  əhəmiyyətli  rol  oynayırdısa,  Romada  qədim  dövrdə 

xarici siyasətin əsası Senat idi. Qədim dövrdə Roma tarixində səfirlik göndərmək 

hüququ  yalnız  hökmdara  məxsus  idi.  Respublika  dövründə  isə  bu  hüquq  senata 

keçir.  Romada  xalq  yığıncağının  hüquqları  Yunanıstana  nisbətən  məhdud  idi. 

Xarici siyasət, səfirlərin qəbulu və göndərilməsi məsələləri Senata aid idi. Romada 

səfir  vəzifəsi  çox  mühüm  hesab  edilir  və  səfirin  təyin  edilməsinə  xüsusi  diqqət 

yetirilirdi.  Bu  səbəblə  də  Romada  diplomatik  heyətin  şəxsi  tərkibinin  təyin 

edilməsi  çox  mürəkkəb  iş  idi.  Məsələ  senatda  müzakirə  edilir  və  hər  dəfə  bu 

səbəbdən  xüsusi  senat  qətnaməsi  qəbul  edilirdi.  Roma  səfirlikləri  heç  vaxt  bir 

şə

xsdən  ibarət  olmurdu.  Bu  respublika  dövrü  Roma  hüququna  zidd  olardı. 



Nümayəndəliklər  iki,  üç,  dörd,  beş  və  hətta  on  nəfərdən  ibarət  ola  bilərdi.  Lakin 

onların orta tərkibi üç nəfərdən ibarət idi. Bütün səfirliklər səfirlik başçısına malik 

idilər. Bu vəzifə senatorlara məxsus idi. Vəzifələri bitdikdən sonra səfirlər senata 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə