Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

 

67 


ta keçirməsi üçün əlverişli idi. Otto Bismark Almaniyanın birləşməsinə mane olan 

Avropa  dövlətlərinə  qarşı  mübarizədə  Rusiya  ilə  Polşa  üsyançılarına  qarşı  birgə 

fəaliyyət haqqında saziş imzalamaqla Rusiyanın bitərəfliyini təmin etmişdi. Rusiya 

Ş

lezviq  –  Holştiniya  məsələsində  Prussiyaya  mane  olmaq  fikrində  deyildi.  ngil-



tərə, Fransa və Avsrtriya isə bu məslədə Prussiyaya mane ola bilərdi. Fransa Prus-

siyanın ərazisinin və əhalisinin artmasını istəmirdi.  ngiltərə Şimal və Baltik dəniz-

lərinin sahilindəki yerlərin Prussiyaya keçməsinin əleyhinə idi. O. Bismark hamı-

dan çox Avstriyadan ehtiyyat edirdi. Bismark III Napoleonu inandırmağa çalışırdı 

ki, bütün hallarda Avstriya ilə müharibə Prussiya üçün ağır və uzunmüddətli ola-

caq,  Avstriya  bütün  qüvvəsini  Prussiyaya  qarşı  göndərəcək.  8  aprel  1866-cı  ildə 

taliya ilə Prussiya arasında ittifaq müqaviləsi imzalandı.  

           1866-cı ilin iyunun 16-da Prussiya Avstriyaya qarşı hərbi əməliyyatlara baş-

ladı.  1866-cı  ilin  iyunun  24-də  Kustotsa  döyüşündə  italyan  ordusu  məğlubiyyətə 

uğradı.  1866-ci  il  iyulun  3-də  Sadovo  döyüşündə  Prussiya  ordusu  avstriyalıları 

məğlub etdi. Eyni zamanda O. Bismark I Vilhelmə bildirdi ki, müharibənin davam 

etməsi Fransanın xeyrinədir. Beləliklə, Avstriya ilə Prussiya arasında 1866-cı ildə 

sülh  müqaviləsi  imzalandı.  1866-cı  il  avqustun  23-də  Praqada  Avstriya  və  Prus-

siyanın imzaladığı sülh müqaviləsinə görə Avstriya Alman ittifaqının əvvəl möv-

cud olan formada fəaliyyətini dayandırmasını rəsmən tanıdı və alman dövlətlərinin 

özünün  iştirakı  olmadan  birləşdirilməsinə  razılıq  verdi.  O,  Şlezviq  və  Holşteyn 

hersoqluqlarına olan bütün hüquqlarını Prussiyaya verdi. Müharibə bitəndən sonra 

III Napoleon Avstriya – Prussiya müharibəsi dövründə bitərəfliyinin haqqını tələb 

etməyə başladı. 1866-ci ilin avqustun 8-də Fransanın Xarici  şlər Naziri Prussiyaya 

memorandum  göndərdi  ki,  Reynin  sol  sahilində  müstəqil  dövlət  yaradılmalı  və 

həmin  dövlət  bitərəf  olmalıdır.  Sonra  III  Napoleonun  təklifi  ilə  Fransanın  Xarici 

ş

lər Naziri Prussiyanın nümayəndəsi qraf Qoltsa yeni layihə təqdim etdi. Bu layi-



hədə  Prussiyaya  təklif  olunurdu  ki,  Landau,  Saarbrayuken  və  Lüksemburq  əya-

lətlərinin Fransaya birləşirilməsinə razılıq versin. Qolts ona sübut etməyə çalışırdı 

ki,  sırf  alman  əyalətlərininin  Fransaya  birləşməsinə  razılıq  vermək  Prussiya  üçün 

siyasi  və  mənəvi  cəhətdən  çətindir.  Belçikanın  Fransaya  verilməsinə  isə  Prussiya 




 

68 


etiraz  etməyəcək.  1866-ci  ilin  16  avqustunda  Fransanın  Berlindəki  səfiri  Bene-

ditiyə  göstəriş  verildi  ki,  O.  Bismarkın  yanına  gedib  həmin  ərazilərin  Fransaya 

verilməsi barədə onun qəti fikrini öyrənsin. O, eyni zamanda O. Bismarka deməli 

idi ki, Fransa Prussiya ilə gizli ittifaq müqaviləsi bağlamağa hazırdır.  

O.  Bismark  baş  qərargah  rəisindən  və  hərbi  nazirdən  müharibəyə  hazır 

olduqları haqqında müsbət cavab aldı.  yulun 15-də Fransa höküməti Qanunverici 

korpusda  ordu  üçün  yeni  kredit  tələb  etdi.  Deputatlar  Prussiyaya  müharibə  edil-

məsini  bəyəndilər.  Həm  Rusiya,  həm  də  ngiltərə  bu  müharibənin  əleyhinə  idi. 

Onda O. Bismark 1867-ci ildə Fransanın Belçikanı tələb etməsinə dair məktubunu 

qəzetdə  nəşr  etdirdi.  Bu  isə  ngiltərənin  narazılığına  səbəb  oldu.  19  iyul  1870-ci 

ildə Fransa Prussiyaya müharibə elan etdi. 

Müharibə dövründə Fransa höküməti Avstriya – Macarıstandan və  taliyadan 

kömək  almağa  çalışırdı.  Fransa  imperatoru  III  Napoleonun  siyasəti  Rusiyanın 

Prussiyanı  müdafiə  etməsinə  səbəb  oldu.  Avstriya  –  Macrıstanın  da  Fransa  tərə-

findən müharibəyə qoşulmasını gözləmək olardı. Avstriya – Macrıstan 1866-ci il-

dəki  məğlubiyyəti ilə barışmırdı və Prussiyaya qarşı müharibədə maraqlı idi. Fran-

sa da bunu bilirdi və Avstriyaya ittifaq müqaviləsi imzalamağı təklif etmişdi. Rusi-

ya  çalışırdı ki,  Avstriya  –  Macarıstan  müharibəyə  qoşulmasın. Fransa ordusu  Se-

dan  qalasında  məğlub  ediləndən  sonra  Avstriya  –  Macarıstan  müharibəyə  qoşul-

maqdan imtina etdi. Fransanın həddən artıq zəifləməsini istəməyən Rusiya müha-

ribənin tez qurtarmasına çalışırdı. Eyni zamanda Prussiyanın qüvvətlənməsi Rusi-

yaya  sərf  etmirdi.  Sedan  məğlubiyyətindən  sonra  Fransanın  Peterburqdakı  səfiri 

çalışırdı ki, Rusiya Fransaya daha fəal diplomatik yardım göstərsin. 

Sedan məğlubiyyətindən sonra Fransada inqilab oldu. 4 sentyabr 1870-ci il 

inqilabından sonra Fransa respublika elan olundu və ölkəni idarə etmək üçün mü-

vəqqəti  hökümət  yaradıldı.  Bu  məğlubiyyətdən  sonra  Prussiya  qoşunlarının  bir 

hissəsi Parisə doğru hərəkət etdi. Prussiya ordusunun digər hissəsi Mets qalasında 

Fransa marşalı Bazenin qoşunlarını mühasirəyə almışdı. 1870-ci ilin sentyabrın 19-

da  Paris  mühasirəyə  alındı. Mühasirəyə  alınmış  Parisin sakinləri  möhkəm  dayan-

mışdı.  Fransa  hökümətinin  nazirlərindən  biri  olan  Qambetta  oktyabr  ayında  Tur 




 

69 


şə

hərində yeni qoşun hissələrinin təşkili ilə məşğul idi. Tədricən Prussiya ordusu-

nun vəziyyəti çətinləşirdi. 1870-ci il oktyabrın 27-də marşal Bazen Mets qalasında 

təslim  oldu  və  yenə  Fransanın  vəziyyəti  pisləşdi.  28  yanvar  1871-ci  ildə  Fransa 

hökuməti Prussiya ilə barışıq imzaladı. 26 fevral 1871-ci ildə Versalda ilkin sülh 

müqaviləsi  imzalandı.  Müqaviləyə  görə  Almaniya  Elzası,  Şərqi  Lotaringiyanı  və 

beş milyard frank təzminat almalı idi. O. Bismark əvvəlcə yeddi milyard frank istə-

yirdi,    sonra  Rusiyanın  xahişi  ilə  beş  milyarda  razılaşdı.  Eyni  zamanda  pul  ödə-

nilənə qədər Fransanın xeyli hissəsi alman qoşunlarının işğalı altında qalmalı idi. 

Sonralar O. Bismarkın məqsədi Fransanı əlavə güzəştlərə məcbur etmək idi. Danı-

ş

ıqlar  əvvəl  Brüsseldə,  sonra  isə  Frankfurtda  aparılmışdı.  10  may  1871-ci  ildə 



Frankfurtda Fransa ilə Almaniya arasında sülh müqaviləsi imzalandı. Fransa Elzas 

və  Lotaringiyanı  Almaniyaya  verməli  və  beş  milyard  frank  təzminat  ödəməli  idi. 

Fransa  təzminatı  vaxtında  ödədi  və  Almaniya  öz  qoşunlarını  Fransa  ərazisindən 

çıxartdı. Müharibədə qələbədən Almaniya öz mövqelərini möhkəmləndirmək üçün 

istifadə edirdi.  

 

35



.  Berlin  konqresindən(1878)  sonra  Avstriya,  Almaniya  və  Rusiya 

mü-nasibətləri. 

Berlin  konqresinin  sabahı  günü  Bismark  Rusiyanın  Berlin  müqaviləsinin  

həyata keçirilməsinə mane olacağını gözləyirdi. Alman kanslerinin özünü aparması 

göstərirdi ki, Avstriya – Rusiya müharibəsi baş verərsə Almaniya Avstriya – Ma-

carıstanı  müdafiə  edəcək.  Şərq  böhranı  zamanı  Bismarkın  tutduğu  mövqe  rus  al-

man münasibətlərinin pisləşməsinə səbəb oldu. Beləliklə, iki dövlət arasında müna-

sibətlər  kəskinləşmişdi.  Eyni  zamanda  Bosniyalıların  da  uzun  müddət  Avstriya  – 

Macarıstan ordusuna müqavimət göstərməsində Rusiyanın əli hiss olunurdu. Bun-

dan  ciddi  narahat  olan  Frans  –  osif  əsas  diqqətini  Almaniya  tərəfə  yönəltməyə 

məcbur  olur.  Bismark  da  bundan  isitfadə  edərək,  asanlıqla  Andraşıni  inandıra 

bilirdi ki, Almaniya ilə sıx ittifaq Avstriya –Macarıstanı onu hədələyən bütün təh-

lükələrdən xilas edə bilər.  




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə