Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   ...   22   23   24   25   26   27   28   29   30

 

73 


 

37.Yapon-Çin müharibəsi (1894). Böyük dövlətlərin mövqeyi.

 

 

XIX əsrin 90-cı illərinin ortalarından etibarən Uzaq Şərq böyük dövlətlərin 



xarici siyasətinin mərkəzində durdu. Yaponiya, ABŞ və  ngiltərə Uzaq Şərqdə öz 

işğalçı  siyasətlərini  genişlətmişdilər.  Çar  Rusiyası  da  dünyanın  ən  güclü  im-

perialist dövlətlərinin Koreyada ağalıq etmək və Çini bölüşdürmək uğrunda müba-

rizəsinə fəal surətdə qoşuldu. Yaponiya silahlı yolla Koreyanın qapılarını açdı və 

1882-ci ildə Koreya ərazisində qoşun saxlamaq ixtiyarı aldı. 1894-cü ildə Yaponi-

ya ordusu Çin qoşunları ilə birlikdə Koreyada baş vermiş üsyanı yatırdı. Yaponiya 

həmin  silahlı  müdaxilədən istifadə  edərək  1894-cü ilin  iyulunda  Koreya  ilə  hərbi 

ittifaq bağladı. Bu hərbi ittifaq Çinə qarşı yönəldilmişdi. 

1894-cü il iyulun axırlarında Yaponiyanın təşəbbüsü ilə Yapon –Çin müha-

ribəsi  başlandı.  Zəif  Koreya  əvəzinə  gələcəkdə  güclü  Yaponiya  ilə  qonşu  olmağı 

özünə  mənfəətli  hesab  etməyən  Rusiya,  müharibə  edən  tərəfləri  diplomatik  yolla 

status kvo saxlamaq əsasında sülh sazişi bağlamağa təhrik etməyə çalışırdı. Yapo-

niya ABŞ və  ngiltərənin yardımına arxalanaraq Rusiyanın müdaxiləsini rədd etdi. 

Yaponiya geridə qalmış Çinin silahlı qüvvələrini tez bir zamanda məğlub etdi və 

onun donanmasını batırdı. 1895-ci ilin aprelində tərəflər arasında Simonosek sülh 

müqaviləsi bağlandı. Müqaviləyə görə Çin Koreyanı itirərək, onun istiqlaliyyətini 

tanıdı. Lakin Koreya formal surətdə müstəqil oldu. Yaponiya Lyaodun yarımada-

sını, Tayvan adasını, Peskador adalarını aldı. Çin 7 il ərzində çoxlu təzminat (300 

milyon  taeley)  verməli  idi.  ABŞ  və  ngiltərə  Yaponiyanın  işğalçılıq  siyasətini 

müdafiə  edirdilər,  lakin  çar  hökuməti  Asiya  qitəsində  Yaponiyanın  möhkəmlən-

məsinə  yol verməmək istəyirdi. Fransa və Almaniya hökumətləri tərəfindən müda-

fiə edilən Rusiya Yaponiyaya Lyaodundan əl çəkməyi məsləhət gördü. Qüvvələrin 

həqiqi  nisbətini  nəzərə  alaraq  Yaponiya  təzminatın  artırılması  əvəzində  (30  mil-

yon) Lyaodun yarımadasından əl çəkməyə məcbur oldu. 

1894-1895-ci illər Yapon-Çin müharibəsi böyük dövlətlərin təcavüzkar hərə-

kətlərinin güclənməsində, Uzaq Şərqdə onların arasındakı ziddiyyətlərin kəskinləş-

məsində böyük rol oynadı. Rus kapitalının Çin və Koreyaya daxil olması gücləndi. 



 

74 


Bu özünü 1895-ci ildə Rus-Çin bankının təşkil edilməsində göstərdi ki, bu banka 

fransız kapitalı da qoyulmuşdu. Rusiya hökumətinin təminatı ilə Çin başqa Avropa 

dövlətlərinin  təklif  etdiklərindən  daha  əlverişli  şərtlərlə  borc  (yaponlara  təzminat 

vermək üçün) aldı. 



 

38. Çində “Açıq qapılar” prinsipi-Hey doktrinası. 

           Get-gedə güclənən Amerika dövləti də Avropanın böyük dövlətlərindən geri 

qalmırdı.  Hələ  1899-cu  ilin  payızında  Amerika  hökuməti  Çində  “açıq  qapılar” 

prinsipini  elan  etmək  təklifi  ilə  çıxış  etmişdi.  Beynəlxalq  münasibətlər  tarixində 

bu,  ABŞ-ın  dövlət  katibinin  adı  ilə  Hey  doktrinası  kimi  məşhurdur.  Hey  aparıcı 

dövlətlərə  xüsusi  notalar  göndərdi.  Doktrinanın  mahiyyəti  bundan  ibarət  idi  ki, 

Çinin icarəyə verilmiş ərazisi və digər dövlətlərin mənafe dairələri də daxil olmaq-

la Çinlə ticarət edən bütün olkələr üçün bərabər hüquq və imkanlar yaradılmalı idi. 

ABŞ  hökumətinin  Çində  əsas  rəqibi  Rusiya  idi.  Rusiyanı  Çindən  sıxışdırmaqdan 

ötrü Amerika diplomatiyası ingilis diplomatiyası ilə birlikdə Yaponiyaya müttəfiq 

kimi baxırdı. 1900-cü ildə Çində üsyan baş verdi. Üsyançılar Pekini tutaraq, xarici 

dövlətlərin səfirliklərinin yerləşdikləri məhəlləni mühasirəyə aldılar. Üsyanı yatır-

maq  üçün  Çinə  beynəlxalq  qüvvələr  göndərildi.  Bu  qüvvələr  üsyanı  qəddarlıqla 

yatırdılar.  Çin  xarici  ölkələrlə  danışıqlara  başladı.  Danışıqlar  nəticəsində  1901-ci 

ildə  yekun  protokolu  imzalandı.  Protokola  görə,  Çin  bir  sıra  şərtləri  yerinə  yetir-

məyə məcbur oldu. Çin hökuməti xaricilərə dəyən zərəri ödəməkdən ötrü təzminat 

verməli  idi  və  Çinə  xaricdən  silah  gətirilməsi  qadağan  olundu.  Bu  sənəd  Çinin 

ə

sarət altına alınmasında və onun müstəmləkə asılılığının güclənməsində yeni bir 



mərhələ  oldu.  1902-ci  ildə  bütün  Avropa  dövlətləri  Heyin  təklifini  qəbul  etdilər. 

Rusiyaya gəlincə isə o, bir sıra qeyd-şərtlər etdi, belə ki, onun Çinə daşıdığı mal-

ların tarif müdafiəsinə ehtiyacı var idi. Beləliklə, yalnız Rusiya xüsusi mövqe tu-

turdu ki, bu da müəyyən mənada ABŞ,  ngiltərə və Yaponiyanın Uzaq Şərqdə ona 

qarşı yaxınlaşmasına təsir göstərdi. 

 

      



 


 

75 


 

39. Rus-Yapon müharibəsi və beynəlxalq münasibətlər. 

Yaponiya  hakim  dairələrində  Rusiya  ilə münasibətlərin  inkişafına  iki baxış 

var  idi.  Birincinin  tərəfdarları  Rusiya  ilə  danışıqların  və  Yaponiya  üçün  əlverişli 

sazişlərin  bağlanmasını  mümkün  hesab  edirdilər.  Bu  istiqaməti  Yaponiyanın  baş 

naziri X.  to təmsil edirdi. O, “Koreya-Yaponiyaya, Mancuriya-Rusiyaya” düsturu 

üzrə sazişin tərəfdarı idi.  kincilər Yaponiyanın müharibəyə daha yaxşı hazırlandı-

ğ

ını əsas gətirərək Rusiya ilə müharibəyə  başlamağı təklif edirdilər, yapon-ingilis 



danışıqlarının getdiyi bir vaxtda Katsuranın başçılığı ilə bu qrup hakimiyyətə gəldi. 

Yaponiya müharibəyə güclü siyasi hazırlıq görməyə başladı.  ngiltərə ilə Yaponiya 

arasında  1902-ci  ilin  yanvarında  ittifaq  müqaviləsi  imzalandı.  Müqaviləyə  görə, 

ngiltərə Çində və xüsusilə Koreyada Yaponiyanın siyasi və iqtisadi mənafelərini, 

Yaponiya isə Çində  ngiltərənin mənafelərini qəbul edirdi. Tərəflərdən biri Koreya 

və ya Çin üstündə müharibə apardıqda, digər tərəf bitərəf mövqe tutmalı və başqa 

dövlətlərin öz müttəfiqinə qarşı çıxmasına mane olmalı idi. Üçüncü bir dövlət mü-

daxilə etdiyi halda, ikinci tərəf öz müttəfiqinə köməyə gəlməli idi. Beləliklə, Fran-

sa və ya digər bir dövlət Rusiyanın tərəfində çıxış etsəydi, Yaponiya  ngiltərədən 

yardım almalı idi. Rusiya ilə müharibə baş verəcəyi halda, Yaponiya Avropa döv-

lətlərinin müdaxiləsinin qarşısını almış olurdu.  ngiltərə ilə Yaponiya arasında itti-

faq  bağlanması  Rusiyanı  Çinə  güzəştə  getməyə  məcbur  etdi.  Rusiya  1902-ci  il 

martın 26-da Çinlə bağladığı yeni sazişlə il yarım ərzində öz qoşunlarını Mancu-

riyadan çıxarmağı öhdəsinə götürdü. Rusiyanın götürdüyü öhdəçiliyi yerinə yetir-

məməsi Yaponiyanın Rusiya ilə müharibəsini qarşısıalınmaz edirdi. 1902-1903-cü 

illərdə  ngiltərə, ABŞ və Yaponiya Çinlə yeni ticarət müqavilələri bağladılar. Mü-

qavilədə Mancuriyada ticarət üçün yeni məntəqələr açılması tələbi var idi. Müha-

ribəyə  hazırlığını  gizlətmək  məqsədilə  Yaponiya  1903-cü  ilin  yayında  Rusiya  ilə 

diplomatik  danışıqlar  aparmağa  başladı.  Rusiya  hökuməti  danışıqları  uzadırdı. 

Danışıqların  mərkəzində  Mancuriya  məsələsi  dururdu,  ancaq  Koreya  məsələsi  də 

mühüm yer tuturdu. Lakin Rusiya tərəfi Koreya məsələsində güzəştə getməyə hazır 

olsa  da,  Mancuriya  məsələsində  güzəştə  getmək  istəmirdi.  Rusiya  diplomatiyası 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə