Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

 

70 


 

Rus  –  Alman  münasibətlərinin  soyumasının  ikinci  səbəbi  iqtisadi  zid-

diyyətlər  idi.  1879-cu  ildə  Rusiya  ixracının  30%  Almaniyanın  payına  düşürdü. 

Bismark  1879-cu  ildə  karantin  tədbirləri  adı  altında  Rusiyadan  mal-qara  gətiril-

məsini  qadağan  etdi.  Alman  siyasətinin  rəhbərləri  bu  dəfə  Rusiya  ilə  münasi-

bətlərin kəskinləşməsinə heç də təsüflənmirdilər. Bu, Avstriya – Macarıstanla çox-

dan  düşünülmüş  sıx əlaqələrin  yaradılmasına şərait  yaradırdı.  mperator  Vilhelim 

isə Rusiyaya qarşı ittifaq bağlanmasının əleyhinə idi.  

Avstriya – Almaniya arasında ittifaqın gizli bağlanmasına baxmayaraq, tez-

liklə digər dövlətlər ondan xəbər tutdular. Britaniya höküməti Bismarkın diploma-

tik  müvəffəqiyyətini  alqışlayırdı.  Bismark  Avstriya  –  Macarıstanla  ittifaq  bağla-

yaraq, onun həm də təhlükəli olduğunu heç də unutmurdu. Lakin o, həm də Rusi-

yaya  qarşı  bu  düşmənçilik  aktının  onun  xeyrinə  olacağına  inanırdı.  Bu  dövrdə 

Rusiyanın beynəlxalq vəziyyəti də çox mürəkkəb idi. Şərq böhranı və Berlin kon-

qresi rus-ingilis münasibətlərindəki gərginliyi də gücləndirirdi. Rusiyanın mövcüd 

potensial düşmənlərindən ən təhlükəlisi Almaniya idi. Berlin müqaviləsinin icrası 

üzrə beynəlxalq komissiyalarda alman diplomatiyasının taktikası Peterburqda cid-

di narahatlıq doğururdu. Şuvalov sentyabrda istirahətdə olduğu vaxt Vyanaya get-

mişdi.  O,  imperator  Frans_ osif  və  Andraşi  tərəfindən  hörmətlə  qəbul  edilmişdi. 

Ş

üvalavun  başlıca  məqsədi  Avstriya-Macarıstan  kabinetinin  məqsədini  öyrənmək 



və  Türkiyəyə  münasibətdə  əsas  məqsədin  üç  imperatorun  əvvəlki  birliyini  bərpa 

etdiyinə  inandırmaq  idi.  Şuvalov  birlikdə  hərəkət  etməyi  xahiş  etdi.  Andraşi  isə 

Avstriya  –  Macarıstanın  ictimai  fikrinin  onu  Rusiyaya  hədsiz  meyil  göstərməkdə 

günahlandırmağını bildirdi.   Andraşi  Şuvalova qəti  surətdə  rus ordusunun  Bolqa-

rıstan  ərazisindən  çıxarılması  müddətinin  uzadılması  əleyhinə  çıxdığını  bildirdi. 

Həmçinin  rus –  türk  müqaviləsinin  bağlanması  məsələsində də  Rusiyaya  tərəfdar 

çıxmaqdan  imtina  etdi.  Beləliklə,  qoyulan  bütün  məsələlər  üzrə  Şuvalov  rədd 

cavabı aldı. Beləliklə, üç imperatorun sazişini bərpa etmək sahəsində Rusiyanın ilk 

təşəbbüsü uğursuz qurtardı. 

 

 




 

71 


36.Üçlər ittifaqının təşkili və onun beynəlxalq münasibətlərə  təsiri 

(1879-1882) 

 

XIX  əsrin  son  rübündə  beynəlxalq  vəziyyət  kapitalist  dövlətləri  arasındakı 



ziddiyyətlərin  kəskinləşməsi  ilə  nəticələndi.  Türkiyə  ilə  müharibədə  rus  ordusu-

nun qələbəsi çar Rusiyası ilə digər böyük dövlətlər arasındakı münasibətlərin kəs-

kinləşməsinə səbəb oldu. Rusiya-Türkiyə müharibəsindən sonra Türkiyədə ingilis 

təsirinin  güclənməsi Rusiyanın  Qara dəniz  sahilləri  və  xüsusilə  Qafqaz  üçün təh-

lükə  törədirdi.  ngiltərə  Berlin  konqresində  hərbi  gəmilər  üçün  boğazların  bağlı 

saxlanılması  prinsipinə  riayət  etməkdən  boyun  qaçırandan  sonra,  boğazlarda  və 

Qara dənizdə ingilis donanmasının görünməsinə mütləq baş verə biləcək bir hadisə 

kimi baxılırdı. 

Avstriya-Macarıstan Rusiyaya  qarşı  açıq düşmən  mövqeyi  tutmuşdu.  Avst-

riya  burjuaziyasının iqtisadi  mənafeyi  hökuməti  Balkan  yarımadasında  Rusiyanın 

təsirinə qarşı mübarizəyə sövq edirdi. Balkan məsələləri üstündə Rusiya-Avstriya 

ziddiyyətləri gələcəkdə Rusiya ilə Avstriya-Macarıstan arasında nəinki təkcə siya-

si,  həmçinin  hərbi  ixtilaflar  da  doğura  bilərdi.  Almaniya  Balkan  yarımadasında 

Avstriya-Macarıstanın  siyasətini  müdafiə  edirdi.  Berlin  konqresindən  sonra,  bir 

tərəfdən  Avstriya  ilə  Almaniyanın  yaxınlaşması,  digər  tərəfdən  də  Almaniya  ilə 

Rusiya  arasındakı  münasibətlərin  pisləşməsi  müşahidə  olunurdu.  1878-1879-cu 

illərdə Bismark Rusiyaya qarşı çevrilən bir sıra tədbirlər gördü. Balkanlarda yeni 

sərhədləri  müəyyənləşdirmək  üçün  Berlin  konqresində  yaradılmış  komissiyalarda 

iştirak  edən  Almaniya  Rusiyaya  zidd  mövqe  tuturdu.  1879-cu  il  oktyabrın  7-də 

Vyanada  Almaniya-Avstriya  ittifaqı  və  müdafiə  müqaviləsi  imzalandı.  Bu  saziş 

Almaniyaya Avropada mövqeyini möhkəmlətmək və yeni-yeni təcavüzkarlıq plan-

larını həyata keçirməyə hazırlaşmaq üçün lazım idi. Eyni zamanda bu saziş Rusiya 

və Fransaya qarşı çevrilmişdi. 

Müqavilənin birinci maddəsində deyilirdi ki, əgər razılığa gələn tərəflərdən 

biri Rusiyanın hücumuna məruz qalarsa, hər iki tərəf bir-birinin köməyinə gəlməyi 

və  yalnız  bir-birini  xəbərdar  edərək  qarşılıqlı  razılıq  əsasında  sülh  bağlamağı 




 

72 


öhdəsinə  götürür.  Müqavilənin  ikinci  maddəsi  Avstriya  və  Almaniyadan  birinə 

başqa  dövlətin  hücumu  zamanı  onların  qarşılıqlı  neytrallığını  nəzərdə  tuturdu. 

Ə

gər hücum edən tərəfə Rusiya kömək edərsə, onda tərəflərin 1-ci maddə ilə şərt-



ləndirilən  öhdəlikləri  qüvvəyə  minir.  Bu  müqavilə  XIX  əsrin  sonu-XX  əsrin  əv-

vəllərində bağlanan və qarşı-qarşıya duran iki koalisiyanın yaranmasına gətirən bir 

sıra müqavilələrdən birincisi oldu. Bismark hesab edirdi ki, bu müqavilə rus-alman 

münasibətlərini  çox  da  korlamayacaqdır,  belə  ki,  ordu  islahatı  və  Qara  dəniz  do-

nanmasının  gücləndirilməsi  ilə  məşğul  olan  Rusiyanın  Almaniyanın  kreditlərinə 

ehtiyacı var idi. Həm də rus-ingilis münasibətlərinin kəskinləşməsi onu Almaniya 

ilə əlaqələri inkişaf etdirməyə məcbur edirdi. 

Avstriya italyanlarla yaxınlaşmağa can atırdı ki, Rusiya ilə müharibə halında 

Qərbdə  öz  təhlükəsizliyini  təmin  etsin.  Həm  Avstriya,  həm  də  taliya  tərəfindən 

uzun danışıqlar və tərəddüdlərdən sonra 1882-ci ilin mayında Avstriya-Macarıstan, 

Almaniya  və  taliya  Üçlər ittifaqı  kimi  məşhur  olan ittifaq  müqaviləsi  bağladılar. 

Almaniya, Avstriya-Macarıstan və  taliyanın hərbi-siyasi blokunun yaranması fak-

tiki olaraq birinci dünya müharibəsinə doğru ilk addım oldu. Tərəflər öz üzərlərinə 

müqavilə  iştirakçılarından birinə  qarşı  yönəlmiş  heç  bir  ittifaqda  iştirak  etməmək 

öhdəliyi götürdülər. Müqavilədə eyni zamanda göstərilirdi ki, onu imzalayan döv-

lətlərin  müharibədə  iştirakı  dövründə  bir-birlərindən  xəbərsiz  separat  sülh  imza-

lamayacaqlar. 80-ci illərdə Balkanlarda Avstriya-Macarıstanla Rusiyanın qarşıdur-

ması  gücləndi.  Slavyan  ərazilərinin  bir  hissəsinin  türk  əsarətindən  azad  edilmə-

sindən sonra Bolqarıstan Avstriya-Macarıstandan iqtisadi və maliyyə cəhətdən çox 

asılı vəziyyətə düşdü. Bu reqionda, ümumiyyətlə Şərqdə olduğu kimi, hərbi tədbir-

lərlə yanaşı maliyyə vəsaiti getdikcə daha əhəmiyyətli rol oynayırdı.  ngiltərə, Al-

maniya  və  Rusiya  arasında  bu  regionda  iqtisadi  üstünlük  uğrunda  mübarizə  ge-

dirdi. 

 

 



 

 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə