Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə18/101
tarix31.10.2018
ölçüsü2,75 Mb.
#77212
1   ...   14   15   16   17   18   19   20   21   ...   101

 
 
64
Toy  tədarükü  başdandı.  Neçə  gün,  neçə  gejə  toy  çaldırıf 
Mələksuma xanımı Cahangir bəyə tafşırdılar. 
Toy  başa  çatdı,  Ədil  şah  Cahangiri  də,  Mələksuma  xanımı 
da  götürüf  vətənə  yola  düşdü.  Gəldilər  Misirə  çatdılar,  toy-dü-
yün  təzdən  başdadı.  Həməşə  toyda-düyündə  olasınız,  istəylilər. 
Məclisin sonunda bir aşıx gəlif bu toyu görək nejə tamamladı: 
Sənə nejə bel bağlayım, ey vəfasız fani dünya, 
Mənnən artıq bəndələrin itib adı-sanı dünya, 
Biədəbsən, tanımırsan, nə sultanı, xanı dünya, 
Çox yığıbsan gərdəninə belə nahaq qanı dünya, 
Qubarlanma öz-özünə, gəl yolunu tanı, dünya, 
Özünnən baqi qoymadın, mülkü Süleymanı, dünya. 
 
Gündə neçə min işləri keçirirsən xəyalınnan, 
Döy başına ağlaginən, qiyamatın zavalınnan. 
Gündə min biri oluban minin dəyirsən dalınnan, 
Əzrayılla əl bir olub qurtardın insanı dünya, 
Özündən bağı qoymadın neçə pəhlivanı dünya. 
 
Ululardan xəbər aldım bilən olmadı yaşını, 
Kimsəyə bağlı döysən qandırdılar hər işini. 
Bir səcərsən
1
, bar verəndə vurub tökdün dəymişini 
Axırında mələkəlmovt bir-bir üzər yemişini, 
Qürrələnmə, öz-özünə gəl yolunu tanı, dünya. 
Özündən baqı qoymadın bir çox qəhrəmanı dünya! 
 
Mövlud qurana yazıldı neçə-neçə surasında, 
İskəndər dilək istədi girdi zülmət qalasında, 
Loğman-həkim aciz oldu bu ölümün çarasında, 
Adəmnən Məhəmmədəl Mustafanın arasında, 
Yüz iyirmi dörd min nəbi göstər, görüm hanı, dünya, 
Özündən baqi qoymadın o Rüstəmi-Zalı, dünya! 
                                                             
1
 Səcər – ağac budağı 


 
 
65
 
Ey ağılsız türk bəndələr, aldanmayax bu dünyaya, 
Dünya bir fani dünyadı, dönübdü qəddi minaya. 
Eşitdim cənnət yapdırdı şiddətli əleyin naya, 
Edərik fitnə qeyrəti, gedərik qəmli zünnaya, 
Hayıf yoldan çıxarıbdı bu Molla Cumanı, dünya, 
Özündən baqi qoymadın Əli tək Aslanı, dünya! 
 
Yaradıcısı: Aşıq-şair Ağacan 
Söyləyəni: Aşıq Əmrah Gülməmmədov 
Toplayanı: Elxan Məmmədli  
 
12.06.1980 
 
 


 
 
66
SAM ŞAHZADƏ 
 
Keçmiş zamanda Qəndilqala şəhərində ədalətli bir şah var-
mış.  Bu  şahın  adına  Tərkiman  şah  deyirlərmiş.  O,  olduqca 
ədalətli və səxavətli bir şah imiş. Ona görə bütün şəhər əhli hər 
vaxt  onun  ömrünə  dua  edirlərmiş.  Çünki  o  şah  olandan  bəri 
camaatı  vergi  verməkdən  azad  edibmiş.  Bu  cəhətini  də  ərz 
eləyim ki, bu şahın heç bir fərzəndi yox imiş. Bu işdən həm şah, 
həm də xalq çox narahat olurmuş. Ağıllı kişilərdən biri deyir ki: 
– Gəlin bir tədbir görək. 
Biri soruşur ki: 
– Bu işə nə tədbir olar? 
O biri deyir ki: 
–  Niyə  olmaz,  gəlin  bir  elə  tədbir  eyləyək  ki,  həm  Allaha, 
həm şaha, həm də camaata xoş gəlsin. Gəlin bir neçə yerdə kör-
pü,  məscid,  və  dəyirman  saldıraq,  şəhərimizdə  nə  qədər  kasıb 
varsa, ona kömək  edək. Bir də kim  harada  yetim  görsə, onu öz 
xərciynən saxlasın. Bu tədbirə hamı razı oldu, dedikləri işə əməl 
etdilər. Onlar burada qalmaqda olsunlar, indi sizə bir az şahdan 
danışım. 
Tərkiman  şah  günlərin  birində  arvadı  Dilaramiçəng  ilə 
oturub  söhbət  edən  zamanı  birdən  arvadının  boğazındakı  bir 
padşahın  yeddi  ilinin  xərcindən  əmələ  gəlmiş  boyunbağıda  öz 
əksini gördü. Bir qədər fikrə gedib dərindən bir ah çəkdi. O saat 
öz mehribanı işi başa düşüb qolunu şahın boynuna salıb dedi: 
– Ey ədalətli şahım, niyə belə dərindən ah çəkirsən, nə olub, 
allaha şükür, camaat ki, bizdən çox razıdır. 
Tərkiman şah dedi: 
– Ey məhbubum, dərdin birini bilirsən birini bilmirsən. Elə 
mənim  də  çəkdiyim  xalqın  dərdidir.  Mən  indi  başa  düşdüm  ki, 
çox  qocalmışam.  Mənim  bir  neçə  illik  ömrüm  qalıb.  Bir  övla-
dımız olsaydı, bizdən sonra o xalqı dolandırardı. Arvad dedi: 
– Kişi, allah kərimdi, istəsə olar. 


 
 
67
Onlar  burda  qalmaqda  olsunlar,  indi  də  sizə  bir  az  şahın 
bağbanından danışım. 
Bu bağban ömrünün çoxunu şahın gülşən bağçasında keçir-
mişdi.  Buna  görə  də  şah  onun  xətrini  çox  istəyirdi.  Bağban  da 
çox  qocalmışdı  ona  baxmayaraq  yenə  də  bağa  baxan  o  idi. 
Günlərin birində bağban gecə yatdığı zaman gördü ki, bir adam 
başının üstünü kəsib deyir: 
–  Qoca  kişi,  hasarın  dibində  bir  alma  ağacı  bitib,  onu 
oradan  çıxart,  apar  çarhovuzun  sol  tərəfində  basdır,  ona  yaxşı 
qulluq  et,  o  alma  ağacı  mətləbrüzyədir.  Çox  keçməz  o  alma 
ağacı yekələnər və bir alma gətirər. O almanı dər apar şaha ver. 
Qoca kişi sərsəm qalxıb heç kəsi görmədi və bir qədər fikrə 
gedib  yuxusu dağıldı, durub alma ağacını axtarmağa  başladı  və 
tapıb  deyilən  kimi  əməl  etdi.  Çox  çəkmədi,  ağac  böyüyüb  bir 
dənə  alma  gətirdi.  Qoca  bağban  şükür-sənasını  yerinə  yetirib 
almanı budaqdan üzüb, gətirib şahın imarətinə daxil olub başına 
gələn  əhvalatı  şaha  nağıl  edib  almanı  təqdim  etdi.  Şah  almanı 
götürüb  bağbana  bir  qədər  qızıl  ənam  etdi.  Bağban  razılıq  edib 
çıxıb getməkdə oldu. O saat şah arvadını hüzuruna çağırıb alma-
nı iki yerə bölüb bir hissəsini özü, bir hissəsinin də arvada verib 
mətləbini  söylədi.  Müxtəsəri deyək ki,  bir qədər  vaxt keçəndən 
sonra Dilaramiçəng hamilə oldu. 9 ay, 9 gün, 9 saat, 9 dədqiqə, 
9 saniyə tamam olan kimi qadın  yükünü  yerə qoydu. Bir oğlan 
uşağı  oldu.  Bütün  şəhər  əhli  toplanıb  şaha  gözaydınlığına  gəl-
dilər. Şah da həmin gün şah sarayında böyük bir ziyafət düzəldib 
xalqı qonaqlığa çağırdı. Nə ki şəhərdə dükan, bazar, yeməkxana 
və çayxana var idi orada yeməklər pulsuz satıldı. Bir neçə gün-
dən  sonra  camaat  yığılıb  uşağa  ad  qoymağa  gəldilər.  Çox  söh-
bətdən  sonra  uşağın  adını  Sam  qoydular.  Uşaq  dayəyə  verildi. 
Belə-belə uşaq böyüməyə başladı. Müxtəsəri deyək ki, uşağın 8 
yaşı tamam olan kimi onu mollaxanaya qoydular. Bir neçə bilici 
molla  uşağa  dərs  deməyə  başladı.  Vaxt  gəldi  keçdi  Sam  on 
yeddi yaşa doldu. O çox bilici, çox güclü oğlan idi. 


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə