Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə16/101
tarix31.10.2018
ölçüsü2,75 Mb.
#77212
1   ...   12   13   14   15   16   17   18   19   ...   101

 
 
56
-  İzzət  bəy,  icazə  ver  gedim  Cahangirin  özünnən  soruşum. 
Əgər razılıx versə götürüf özümnən gətirrəm. 
Bir  azdan  vəzir  Cahangirnən  İzzət  şahın  hüzuruna  yetişdi. 
Bildirdi  ki  bəy  sağ  olsun,  hansı  üzünə  desək  Hafiz  əfəndiyə 
cavaf verəsi dilim var. 
Əlqərəz, bunu deyif Cahangir bəy sazını da götürüf bir baş 
məclisə  daxil  oldu.  Meydanın  ortasına  gəlif  Hafiz  əfəndiyi 
yarışa dəvət elədi. Bəli, məclis başdadı. 
Hafiz əfəndi dedi: 
- Oğul, əvvəlcə urusğat
1
 sənindi, ya mənim? 
Cahangir bəy cavab verdi: 
- Hafiz əfəndi, qərib kimsənəsən, özü də ağsaqqal ustadsan, 
söz sənindi. 
Bu məqamda Hafiz əfəndi götürdü görək nə dedi: 
Sən bir bəzirganın cavan oğlusan, 
Malı-mətahını satıb gedərsən. 
Öz-özünü salma mənim cəngimə, 
Axırında peşman olub gedərsən. 
 
Cahangir bəy: 
O doğrudu, mən bəzirgan oğluyam, 
Malı-mətahımı satıb gedərəm. 
Çoxdu mənim satın alma qullarım, 
Səni də onlara qatıb gedərəm. 
 
Hafiz əfəndi: 
İnanginən yeminimə, andıma, 
Qocalsam da, gümanım var kəndimə. 
Hafizsən, düşməynən feli-fəndimə, 
Kəndini kəməndə salıb gedərsən. 
 
 
                                                             
1
 urusğat – növbə, icazə 


 
 
57
Cahangir bəy: 
Qoca, andın qənim olsun canına, 
Şəyirdləri nə düzüfsən yanına. 
Ağ saqqalın batıraram qanına, 
Başın bədənnən atıb gedərsən. 
 
Hafiz əfəndi: 
Hafiz əfəndiyəm, gəl məni tanı, 
Çoxları qarşımda sındı, usandı. 
Ellər görür baş-bədəndən atanı, 
Bir cana borclusan, ölüb gedərsən. 
 
Cahangir bəy: 
Adım Cahangirdi, özüm şahzadə, 
Mən ümman, dəryayam, sənsən bir ada. 
Bir aşıq qoymaram cəmi dünyada, 
Cəmisin qol-qola çatıb gedərəm. 
Söz  tamama  yetişdi,  bu  dəfə  növbə  Cahangir  bəyə  çatdı. 
Götürdü görək nə dedi, nejə dedi: 
Ay usta, mən o səhranı gəzəndə, 
İrast gəldim əmbiyalar beşinə. 
İyirmi kəlmə gördüm bir varaq üstə, 
On firudin, beş Sulidin, beşi nə? 
Hafiz  əfəndi  gördü  ki,  giriləsi  kol  döylü.  Baş  qarışmaxdan 
ötrü dedi: 
- Oğul, sən hamısını birdən de, mən hamısına birdən cavaf 
verərəm. Götürdü Cahangir bəy: 
Usta, mən gəlirəm dağ ilə daşdan, 
Kimə səda gəlif səhər o başdan? 
Bəs sənin xəbərin varmı on beşdən, 
Beş mələkdi, beş kitabdı, beşi nə? 
Hafiz əfəndi genə möhlət istədi. Götürdü Cahangir bəy: 
Cahangir sanını endirdi ona, 
Geyinib keçindim bir ayrı dona. 


 
 
58
İftida kim idi gəldi cahana, 
Beşi pəncəlabdı, beşi nə? 
Hafiz  əfəndi  yenə  də  cavaf  verə  bilmədi.  Cahangir  Hafiz 
əfəndinin  də,  şəyirdlərinin  də  sazdarını  əllərindən  alıf  özdərini 
də üzü qara yola saldı. 
İzzət bəy Lələni də, Cahangir bəyi də yanına çağırıf dedi: 
- Siz mənim hər iki çətin vaxtımda qolumnan tutdunuz. İndi 
deyin görüm ürəyiniz nə istəsə yerinə yetirəjəm. Lələ İzzət bəyin 
bu sözünnən sonra üzünü Cahangirə tutuf dedi: 
- Oğlum, indi məqamdı, utanıf-çəkinmə, istəyini bildir. Ca-
hangir sazı sinəsinə basıf üz tutdu İzzət bəyə tərəf görək nə dedi: 
Bir adı Diləpruz, bir adı Pəri, 
Bir adı da onun var-Mələksuma. 
İzzət bəy bacısı, padşahın qızı, 
Versən mənə olar yar-Mələksuma. 
 
Elləri var İsvahanın dağında, 
Hindistanın baxçasında, bağında. 
Gəlsə bahar son zimistan çağında, 
Bülbülə yağıdı xar, Mələksuma. 
İzzət bəy fikrə getdi, işi başa düşdü. Dedi: 
-  Oğul,  mənnən  ötəri  hər  şey  aydındı.  Mənə  qalsa  mən  irazı. 
Ancax bizim atamızın da irazılığı lazımdı. Atam qojaldığınnan şah-
lığı mənə təhvil verib. İndi gedif onuynan da məsləhətləşək. İşi belə 
görəndə Cahangir bəy götürdü sözün möhürbəndini nejə tamamladı: 
Cahangir də qönçə gülün dərməsə, 
Cəllad gəlib bu boynumu vurmasa, 
Qardaşın razıdı, atan verməsə, 
Bir ayrı xəyalım var, Mələksuma. 
Cahangir  sözünü qurtarar-qurtarmaz Lələ İzzət bəyə üz tu-
tuf dedi: 
-  İzzət  bəy,  bu  oğlan  əslində  Misir  padşahı  Ədil  şahın  oğludu. 
Biz Ədil şahın razılığıynan nə müddətdi bəzirgan libasında gəlif burda 


 
 
59
ticarətnən  məşğuluq.  Məqsədimiz  nə  ticarətdi,  nə  də  başqa  bir  şey. 
Mən  özüm  də  Ədil  şahın  vəziriyəm,  Cahangiri  tək  buraxmamışam. 
İndi özün bil, bir qızdı, verərsən ədalət elərsən, verməzsən zülüm. 
Lələnin bu sözünnən sonra İzzət bəy dedi: 
- O ki belə oldu, onda atamın da əvəzinnən irazılıx verirəm. 
Ancax bir şərtim var ki, gərək yaza kimi gözdüyəsiniz. Qızın toy 
tədarükünü  görmək,  cehizini,  mehri-müsəmmasını  hazırramax 
vaxt  tələb  eliyir.  Yaza  kimi  dözməlisiniz,  bu  günnənsə  hamıya 
məlum  olsun  ki,  Mələksuma  Cahangir  bəyin  nişanlısı  sayılır. 
Balaca  bir  məclis  qurdular,  araya  şirinlik  gətirdilər.  Mələksu-
manı Cahangir bəyə ad eliyif hər kəs öz öyünə dağıldı. 
Aradan  bir  neçə  vaxt  keçdi.  İzzət  bəyin  fikrinə  qara-qura 
fikirlər gəldi. Öz-özünə dedi: “Ay zalım, bəlkə bu Lələ məni alda-
dıf qızı Cahangirə almağ istiyir. Bəlkə bu heç şah oğlu döylü. Şah 
oğlu olsa gəlif mənim şəhərimdə bəzirgannığ eliyərdimi?” 
Bu fikir başınnan açılmadı ki, açılmadı. Axırda belə qərara 
gəldi  ki,  bir  qasidnən  Yəmən  şahına  bir  məktub  göndərsin  ki, 
gecənin  bir  aləmi  gəlif  Mələksumanı  oğurratsın.  İzzət  bəy  belə 
fikirləşdi  ki,  Yəmən  şahının  qohumu  olsam,  əvvəlki  düşmançı-
lığımız da aradan qalxar. 
Bəli,  əzizdərim,  İzzət  bəy  bir  qasidnən  Heydər  xana  namə 
yazıf  göndərdi  ki,  nə  vaxt  istəsən  keçmiş  ədavətdəri  aradan 
götürmək şərtiynən bir gecə gəlif Mələksumanı aparsın. 
Deyəllər namə gəlif Heydər bəyə çatan kimi əhvalı dəyişdi. 
Bütün  arada  olan  ədavəti  unutdu.  Tez  yola  tədarük  görməyə 
başdadı. Qasidi də özüynən götürüf, bir qədər də qoşun düzəldif 
Hindistana yol aldı. 
Gəlif mənzil başına çatdılar. Qasid gəlif İzzət bəyi məsələ-
dən  agah  elədi.  İzzət  bəy  belə  məsləhət  gördü  ki,  gejənin  bir 
aləmi  Heydər  bəy  bir  neçə  qolu  güjdü  oğlannardan  göndərsin, 
Mələksuma xanımı yatağınnan götürüf qaçsınnar. 
İzzət bəy deyən kimi də oldu. Həmən qasidin  bələdçiliyiy-
nən  gejənin  bir  aləmi  Heydər  bəyin  adamları  Mələksuma  xanı-


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə