Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə15/101
tarix31.10.2018
ölçüsü2,75 Mb.
#77212
1   ...   11   12   13   14   15   16   17   18   ...   101

 
 
52
bu  hərifdən  heç  gözüm  su  içmir,  beləsinnən  hər  şey  gözdəmək 
olar. Naəlaş qalıf livasını geyif, atdanıf meydana gəldi. 
Meydana gələn kimi Cahangirə dedi: 
-  Oğul,  sənin  ağzınnan  süd  iyi  gəlir.  İkidən  birdən  belə 
meydan görüfsənmi? 
Cahangir dedi: 
- İyid dilinə güj  verməz,  əlinə güj  verər. Mən  bu  meydana 
gəlmişəm ya öləm, ya öldürəm. 
Bəxtiyar dedi: 
-  Oğul,  pəhlivannarda  qaydadı,  əvvəl  deyişmə,  sora  vuruş-
ma, üçüncü güləşmə. Sən bulara hazırsanmı? 
Cahangir cavaf verdi: 
- Hansı olur olsun, əmbə tez olsun, gözdüyən döyləm.  
Odu ku əvvəlcə deyişməyə keşdilər. Götürdü Bəxtiyar pəhlivan: 
Gəl sana söylüyüm, ay cavan oğlan, 
Tərlanın yerində heç vaxt sar olmaz. 
Sən uşaxsan, sənnən böyük kimsələr, 
Əl açsa mənimnən bərabər olmaz. 
 
Cahangir: 
Sənə də mən deyim, duran pəhlivan, 
Mən bilirəm tərlan yerin sar olmaz. 
Eşqə düşüb bu meydana gəlibsən 
Haqq çağıran bu meydanda xar olmaz. 
 
Bəxtiyar: 
Aç gözünü bir yaxşı bax üzümə, 
Pəhlivanam gümanım var özümə. 
Ayaxlayıf batıraram tozuma, 
Mənim kimi ilan olmaz, mar olmaz. 
 
 
 


 
 
53
Cahangir: 
Gəl sənə mən deyim qaç
1
 xana dastan, 
Qarğadan qaz olmaz, tülküdən aslan. 
Qurtdan çoban olmaz, gədədən sultan, 
Qara daşı boyamaxnan zər olmaz. 
Bəxtiyar: 
Məyər tanımadın bu Bəxtiyarı, 
O sözlərin heç olmadı uyarı. 
Bağışlaram sən tək günahkarları, 
Getsən geniş dünya sənə dar olmaz. 
 
Cahangir: 
Cahangirəm, yaxşı bildim halını 
Hər tərəfdən kəsdirərəm yolunu. 
Əyif qamətini, qırram qolunu, 
Mələksuma özgələrə yar olmaz. 
Söz tamama yetəndə Bəxtiyar dedi: 
- Bu deyişmədən bir murad hasil olmadı, indi, oğlan, keçək 
vuruşmağa. De görüm, növbə sənindi, ya mənim. 
Cahangir dedi: 
- Fursatı sana verirəm. 
Vuruşmada qayda belədi: pəhlivanın biri yerində durardı, o 
biri əvvəl ona ya qılınc, ya da əmud endirərdi. Odu ki, Cahangir 
əl  bağladı,  Bəxtiyar  ona  bir  qılınc  endirdi.  Cahangir  bu  vaxt 
qolundakı  qalxannan  qolçağını  qılıncın  qavağına  tutdu.  Özünü 
xilas  elədi.  Növbə  Cahangirə  çatdı.  Baxdı  gördü  kü  Bəxtiyarın 
əyni başdan-ayağa polad geyimdədi, yüz gün qılınc vursa da bir 
şey  qoparda  bilməyəjək.  Əmbə  nəzər  saldı,  gördü  qollarını 
yuxarı qaldıranda qoltuğunun altınnan açıx yer görünür. 
Bəli,  Bəxtiyar  qolunu  qaldırar-qaldırmaz  Cahangir  bir  alda-
dıcı  fəndnən  qılıncı  sağ  qolunun  altınnan  elə  saldı  ki,  düz  sol 
                                                             
1
 qaç xana – bir neçə bənd 


 
 
54
qolunun altınnan çıxdı. Bəxtiyar üzü üstə atdan yerə yıxıldı. Qo-
şun hər tərəfdən töküldü. Ancax başçı ölənnən sora bunun heç bir 
faydası  yoxuydu.  Müharibənin  də  öz  qanunları  vardı  qavaxlar. 
Əvvəl sərkərdə vuruşardı, əgər basılsaydı qoşun da məğlub hesab 
olunardı.  Elə  ki,  Bəxtiyar  o  dünyalıx  oldu,  qoşun  üz  qoydu  Yə-
mən şəhərinə qaçmağa, “asta qaçan namərtdi”-deyif davannarına 
tüpürdülər.  Onnar  qaçmaxda  olsun  sizə  ərz  eliyim  Mələksuma-
dan.  Mələksuma  da  camahatın  içində  bu  döyüşə tamaşa  eliyirdi. 
İzzət  şah  da öz  əsabalarınnan  bir  tərəfdə  əyləşmişdi.  Cahangirin 
bu iyitdiyi şahı çox xoşhal elədi. Üzünü camahata tutuf dedi: 
-  Məni  istiyən  bu  cavana  xələt  versin,  kimin  bacarığı  var 
onu tərifləsin.  
Hərə bir tərəfdən  xələt tökdü  Cahangirin  başınnan. Mələk-
suma irəli yeriyif qardaşına dedi: 
-  Qardaş,  icazə  ver  bu  cavan  oğlanın  tərifini  özüm  deyim. 
İzzət şah izin verdi, Mələksuma götürdü görək nə dedi: 
Ey şahzadam, bu diyarda ad aldın, 
Yazallar adına dastan deyəllər. 
Arıyallar, bu diyarda bulmazdar, 
Ya ərəbdən gəlif, farsdan deyəllər. 
 
Sandım ki, dəryadan çıxıbsan nəhəng, 
Bir nərə çəkəndə təmsili pələng. 
Çərmənib çıxanda, eyləyəndə cəng, 
Qılınc vurmağına aslan deyəllər. 
 
Mələksuma deyər, sən bir cavansan, 
Teymur, Cahanbaxış ya qəhrəmansan?! 
Dünyada seçilmiş bir pəhlivansan, 
Bəyim, Zal oğlusan, Rüstam deyəllər. 
Söz tamama yetəndə İzzət şah Cahangirə dedi: 
-  Sizin  hörmətinizdən  çıxmaxdan  ötrü  mana  bir  neçə  gün 
möhlət verin. Sizi bir gün çağırıf könlünüz nə istəsə verəjəm.  
Bunnan da hər kəs öz öyünə dağılışdı. 


 
 
55
İndi  sizə  hardan  xavar  verim,  Heydər  xannan.  Heydər  xan 
gördü ki, qoşun sərkərdəsi məğlub oluf, gerdə qalannar da qaçıf 
gəlif bir xeyli fikrə getdi. Öz-özünə dedi: – ölən ölüf, qalan qa-
lıf, mənə nə var, dədəm oğlu qardaşdarım ölmüyüf kü. Gəl indi 
İzzət xana ayrı kələk işdət. Bəlkə bu dəfə heç olmasa iş baş tuta. 
Bəli,  Heydər  xanın  şəhərində  ustad  bir  aşıx  var  idi.  Adına  da 
Hafiz əfəndi deyərdilər. Fikirrəşdi ki, şahların arasında möcüzə-
möcüzədi.  Gəl  bu  aşığı  İzzət  bəyin  üstünə  göndər.  Onsuz  da 
onun qarşısına çıxardası aşığı olmuyajax. Bu halda bəlkə qızı ələ 
keçirdə  bildi.  Belə  fikirləşdi  ki,  əyər  Hafiz  əfəndinin  qarşısına 
aşıx çıxarda bilməsə, onda Hafiz əfəndi şərtə görə Mələksumanı 
tələb eliyəcək. Belə də oldu. Səhərisi Hafiz əfəndi şəyirdərini də 
yanına çağırıf əhvalatı onnara danışdı. Dedi: 
- Sabahdan Hindistana  yola düşürük.  Əgər İzzət  bəyin  bizim 
qarşımıza  çıxardası  aşığı  olmasa,  onda  biz  Mələksumanı  onnan 
tələb eliyərik. Deyərik ki, bizim nəmərimiz Mələksuma xanımdı.  
Beləjə söydələşif yola tüşdülər. 
Sizə hardan deyək, İzzət bəydən. İzzət bəyə xəvər gətirdilər 
ki, Yəmən padşahı Hafiz əfəndi adında bir aşıx göndərif. Tələbi 
də  budu  ki,  ya  o  aşığın  qavağına  layıxlı  aşıx  çıxart,  onu  bağ-
latdır,  ya  da  Mələksuma  xanımı  öz  xoşuna  onun  yanına  qat 
mənim hüzuruma göndər. 
İzzət  bəy  vəziri,  vəkili  yanına  çağırıf  məsləhət,  məşvərət 
elədilər. Qərara gəldilər ki, şəhərə car çəkif aşıxları toplasınnar.  
Bir  neçə  sahat  keçənnən  sonra  iki,  üç  aşıq  tapıf  gətirdilər. 
Meydan  quruldu.  Əmbə  Hafiz  əfəndinin  qarşısında  bu  aşıxlar 
aciz qaldılar. 
Birdən İzzət bəyin yadına Cahangir tüşdü. Nəsə umudu ona 
gəldi.  Fikirrəşdi  ki,  demək  olmaz,  bəlkə  bu  işdə  də  sərişdəsi 
oldu.  Odu  ku  xəbər  göndərif  əvvəlcə  vəziri  çağırtdı.  Onu  da 
deyək ki, vəziri hamı Cahangirin Lələsi kimi tanıyırdı.  
Lələ  gəldi,  ədəfnən  təzim  elədi.  İzzət  bəy  niyyətini  ona 
çatdırdı. Lələ dedi: 


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə