Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə3/101
tarix31.10.2018
ölçüsü2,75 Mb.
#77212
1   2   3   4   5   6   7   8   9   ...   101

 
 
8
«Borçalıda yaranan dastanlar» bir toplu olaraq böyük dəyər 
qazanır.  Onun  dəyəri  ilk  öncə  dastan  ənənəsini,  bu  ənənənin 
yaşarlığını  öyrənmək  baxımından  əhəmiyyətlidir.  Çünki  türk 
xalqlarının düşüncəsində ən aparıcı xətlərdən birini dastan yara-
dıcılığı  tutur.  Burada  xalqın  məişəti,  tarixi,  qayğıları,  mübari-
zəsi,  həyat,  dünya  sevgisi  və  s.  hamısı  toplaşır.  Və  öyrənilmə 
ehtiyacında  görünür.  Bu  dastanlar  bir  istiqamətdə  bədii  fakt, 
dastan hadisəsi kimi əhəmiyyət daşıyırsa, digər istiqamətdə tari-
xə çevrilir. Bizim ulularımızın, keçmişimizin hansı zənginliklər-
dən sevinc və ağrılardan, mübarizədən keçib gəldiyini və haraya 
getmək  yollarını  göstərir.  Eyni  zamanda  keçmişlə,  ilkin  təsəv-
vürlərlə  bu  gün  arasındakı  zamanı,  keçilmiş  əlaqəni  bərpa  edir. 
«Yaradılış», «Şu», «Ərqənəkon», «Boz qurd», «Köç» və s. kimi 
dastanlarımız  var  ki,  onlardan  ancaq  və  ancaq  parçalar  gəlib 
çatıbdı.  Halbuki  onlar  böyük  bir  dastanın  bir  epizodu,  kiçik  bir 
hissəsi  təsiri  bağışlayır.  Böyük  şairimiz  S.Vurğun  «Tomris» 
əfsanəsini  məhz  bu  anlamda  çox  doğru olaraq  böyük  bir  dasta-
nın kiçik parçası kimi qeyd edirdi. Bundan əlavə türk xalqlarının 
mükəmməlliklə  gəlib  çatan  dastan  nümunələri  də  vardır. 
«Kitabi-Dədə  Qorqud»,  «Oğuz  Kağan»,  «Manas»,  «Alpamış», 
«Corabatır», «Edige», «Canqar», «Maday  Kara», «Koroğlu» və 
s.  kimi  dastan  nümunələrini  göstərə  bilərik.  Biz  burada  yalnız 
qəhrəmanlığa  hesablanan  dastan  nümunələrinin  adlarını  çəkdik. 
Bizim  bir-birindən  maraqlı  «Qurbani»,  «Abbas  və  Gülgəz», 
«Tahir  və  Zöhrə»,  «Aşıq  Qərib»  və  s.  kimi  məhəbbət  dastanla-
rımız  da  var.  Həm  qəhrəmanlıq,  həm  də  məhəbbət  dastanları 
uzun illər boyu və bu gün də xalqın ruhunun, düşüncəsinin apa-
rıcı  hissəsi  kimi  qorunmaqda,  məclislərdə  söylənməkdədir.  Ki-
tabda  özünə  yer  alan  “Mehdi  bəy”,  “Səlim  bəy”,  «Cahangir-
Mələksima»,  «Mehralı  bəy»,  «İsmayıl  və  Qızyetər»,  «Yetim 
oğlu  Məhəmməd»,  «Qul  Əhməd»,  «Zərqam  şah»,  «Qaçaq 
İsaxan»,  “Qaçaq  Mahmud”,  «Piri-Hürü»,  «Sam  Şahzadə», 
«Koroğlu»  dastanından  “Ağcaquzu  qolu»  (Aslan  Kosalıdan  ya-


 
 
9
zıya alınmış üçüncü variant) dastanlarını da buraya əlavə etdikdə 
bu  ənənənin  masştabı,  mahiyyəti  daha  da  böyüyür.  Və  bizdə 
belə  qənaət  yaranır  ki,  bu  nümunələr  sözün  həqiqi  mənasında 
türkün həyat kitabıdır.  
Elxan  Məmmədlinin  toplayıb  ədəbi  ictimaiyyətə  təqdim 
etdiyi  dastanlar  varislik  ənənəsinə  hesablanır.  Qəhrəmanlıq  və 
məhəbbət anlamında özündə çox  məsələləri ehtiva edir.  Məlum 
olduğu  kimi,  türk  xalqlarının  dastan  yaradıcılığında  mühüm  bir 
hissəni  qəhrəmanlıq  dastanları  tutur.  Və  bu  dastanlar  sadəcə 
olaraq  hansısa  bir  təfəkkürün,  düşüncənin  hadisəsi  kimi  maraq 
doğurmur.  Orada  xalqın  bütünlükdə  mübarizəsi,  düşmənə  qarşı 
apardığı qanlı savaşlar, vətən, yurd sevgisinə hesablanan ideallar 
dayanır.  Xan  Qazandan,  Manasdan,  Canqardan,  Çorabatırdan, 
Edigedən,  Koroğludan  başlayan  bu  yol  bizə  yaxın  zamanın 
hadisələri olan Mehralı bəydə, Səməd bəydə, Qaçaq İsaxanda və 
bu silsilədən olan qəhrəmanlarda davam etidrilir. Məlum olduğu 
kimi,  qaçaq  hərəkatı  Qafqazda,  onun  bir  hissəsi  olan  Azərbay-
canda  müəyyən  bir  mərhələdir.  Xalqın  azadlıq  mübarizəsi, 
zülmə, istibdada qarşı savaşıdır, qəhrəmanlığının davamıdır. El-
obanın igid, cəsur oğlanları baş verən haqsızlıqlara dözməyərək 
silaha  sarılıb  mübarizə  yolunu  seçmişlər.  Və  onların  haqqında 
yaranan dastanlar həmin qəhrəmanların şücaətinin, göstərdikləri 
igidliklərin  bir  hissəsi  kimi  dastanlara  yol  tapmışıdır.  Dastana 
gəlib  çıxma  isə  nəğmədən,  əhvalatdan,  hekayətdən,  rəvayətdən 
keçərək  baş  vermişdir.  Aşıqların  sazında  dastanlaşmışdır.  Son 
dövrün dastan ənənəsi göstərir ki, aşıq repertuarından keçməyən 
dastan  yaşarılıq  qazana  bilmir.  Yarımçıqlıqla,  qüsurlarla  xarak-
terizə olunur. Daha dəqiq desək, dastanın həyat vəsiqəsi, yaşarı-
lığı  sazdan  keçir.  Məhz  Elxan  Məmmədli  də  kitabda  qaçaq 
hərəkatı  ilə  bağlı  «Mehralı  bəy»,  «Qaçaq  İsaxan»  dastanlarını 
verir.  Bu  qəhrəmanlar  Borçalıda  yetişmiş  igidlərdi.  Tarixi 
mənbələr,  xalq  arasındakı  rəvayətlər  onların  necə  qəhrəmanlıq 
göstərdiyini,  hansı  amal  uğrunda  savaşdığını  çox  aydınlıqla 


 
 
10
ifadə etmədədi. Xalq onların şəninə bir-birindən maraqlı nəğmə-
lər  düzmüş,  həmin  qəhrəmanların  sağlığında  onların  igidliyinə 
öz  sevgilərini  ifadə  etməyə  başlamışlar.  Elə  dastanın  yaranma 
başlanğıcı da həmin vaxtdan qoyulmuşdur. «Mehralı bəy», «Sə-
məd  bəy»,  «Qaçaq İsaxan», «Qaçaq  Kərəm»,  “Qaçaq Tanrıver-
di»,  «Qandal  Nağı»,  «Qaçaq  İsmayıl»  və  bu  silsilədən  olan 
digərləri  xalqın  qəhrəmanlıq  tarixidi,  onun  yaşarlığına  hasabla-
nıbdır.  Bu  qəhrəmanlar  xalqın  sevgisindən  qoparaq  dastanlaş-
mışdır. Bütünlükdə dastançılıq baxımından qəhrəmanlığa hesab-
lanır  və  dastan  komponentlərini  (başlanğıc,  son,  zaman,  məkan 
təhkiyyə formulları) özündə ehtiva edir. Məsələn, «Mehralı bəy» 
dastanında  Mehralı  bəyin  qəhrəmanlığının  başlanğıc  kimi 
maraqlı  təqdimi  var.  «Bəli,  sizə  hardan,  kimdən  xəbər  verim, 
xəbəri  sizə  göydə  qartalı  gözündən  vuran,  yağıların-yadların 
anasını  ağladan,  gavurlara  qəbir  qazan,  Alosmanda,  Qafqazda 
ad-san alıb, paşalara-sultanlara Anadolu ağzında süfrə açıb məc-
lis  quran  Borçalının  –  qarapapaxların  şir-aslan  balası  Darvazlı 
Mehralı  bəydən  deyim».  Və  yaxud  da  «Qaçaq  İsaxan»  dasta-
nında  oxuyuruq.  «Əzizlərim,  sizə  xəbər  verim  Gürcüstandan, 
Qarayazı  mahalının  Dəmirçihasanlı  kəndindən.  Dəmirçihasanlı 
hal-hazırda  Kosalı,  Nazarlı  kəndləridir.  Hər  iki  kənddə  varlı-
dövlətli  kişilər  çox  olub.  Bu  var-dövlət  sahibləri  çox  imanlı, 
vicdanldı olublar. Hər il tutulan Oruc bayramında, Qurbanlıqda, 
Novruz  bayramında  dolanacaqdan  çətinlik  çəkən  kasıblara  yar-
dım  edib,  var  əllərini  uzadarmışlar.  Danəndə  kişilər  əziz  bay-
ramlardan  bir-iki  gün  əvvəl  erkəklər  kəsdirər,  arabalarda  qapı-
qapı  düyü,  yağ  payladarlarmış.  Özləri  də  deyərlərmiş  ki,  qoy 
kasıbların da qazanları qaynasın».  Bunlar («Mehralı bəy», «Qa-
çaq  İsaxan»  dastanından  verilənlər)  dastanın  başlanğıc  epizo-
dudur və qəhrəman və mühit haqqında müfəssəl məlumat verir. 
Qalanlar demək olar ki, həmin epizodun, qəhrəmanlığın açımına 
xidmət edir. Elə sonluq da ənəvilikdə həmin başlanğıca bağlanır. 
Məsələn,  «Mehralı  bəy»  dastanında  deyilir:  «Sadaxlı  Aşıq 


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə