71
Ana, Samın dərdi əllilər, yüzlər,
Sinəmdə alovlar, atəşlər, közlər.
Sevdiyim Məsləhət yolumu gözlər,
Car edər çeşmimdən yollar, gedirəm.
Söz tamam oldu, anası ilə öpüşüb görüşdü. Anası izin verib
dedi:
– Oğul, get uğurlar olsun.
Sam vidalaşıb babasının hüzuruna gəldi, görək babasına nə
dedi:
Ey şahi-ədalət, hakim-vilayət,
Abad olmuş ölkən, el şən qalasan.
Ağ-eyvan otaqlar, yanı bağçalar,
Həsrətin çəkdiyim gülşən qalasan.
Seyrangahım olan dağınan daşlar,
Yanır sinəm üstə narı-atəşlər.
Nigaran qoyduğum yarı, yoldaşlar
Həftələr, həm aylar, il şən qalasan.
Tərkiman şah dedi:
– Oğul, hara getmək istəyirsən və kimin yanına gedirsən?
Atasının cavabında görək Sam nə dedi:
Təklif etmiş Samı bir mələkzadə,
Cəmşidin şəhrinə o hökmü badə,
Dəmadəm sevdiyim gələndə yada,
Odur göz yaşım da sel, şən qalasan.
Sam sözlə dediyim kimi, atasına dillə də dedi, getməyinə
icazə istədi. Şah bir qədər fikirdən sonra oğlunu yaxına çağırıb
üz-gözündən öpüb icazə verdi və bir neçə nəsihət verdi:
– Oğul, bu uzaq yoldu, nə qədər istəyirsən, qoşun, qızıl
götür, sənə lazım olar.
Sam razı olmayıb bircə at istədi, bir də pəhlivanlıq libası. O
dəm şah əmr eylədi ilxıdan bir yaxşı at, bir də polad libas gətir-
dilər. Sam göy polada qərq oldu, atın zilkətini yeddi yerdən bər-
72
kidib ata süvar oldu, babası ilə vidalaşıb yola düşməkdə olsun,
bütün şəhər əhli, at minməyi bacaran atına süvar olub hamısı Sa-
mın başına toplandı. Şeypur, balaban çala-çala Samı yola salma-
ğa başladılar. O qədər getdilər ki, az qaldılar sərhəddən çıxsın-
lar. Sonra hamısı bir-bir Samnan öpüşüb-görüşüb dedilər:
– Get, Sam, yaxşı yol, uğurlar olsun.
Sam tək tənha yola düşdü, o qədər at sürdü ki, Qeys dağı
deyilən dağı aşdı, atasının torpağından çıxdı. Atın başını çəkib
əyləndi. Duman, çiskin hər tərəfini bürüyən zaman aldı görək
Qeys dağına nə dedi:
Yazın mövsümündə bahar əyyamı,
Müntəzir gözləyir mahalı dağlar.
Açılan bənövşən, gülün, nərgizin,
Şəbnəmlər çəkibən mahalı dağlar.
Hər dağdan ucadı Qeyisin dağı,
Mərdlər məskənidi sol ilə sağı.
Abi-zəmzəm suyu, kövsər bulağı
Dərdlərə dərmandı bahalı dağlar.
Səndə hasil olur iyidlər kanı,
Səngərlər, qalalar onun məramı.
Nəçün incidirsən şahzadə Samı,
Sinəm yaralı bəy halı dağlar.
Sözünü tamama yetirib Sam yenə yoluna davam etməkdə
oldu. O qədər at sürdü ki, bir də gördü tamam ayrı bir qəribə ye-
rə çıxıb. O zaman Sam çox qəmginləşdi. Aclıq-susuzluq yavaş-
yavaş ona kar elədi. Bir düz ilə gedirdi, amma bilmirdi həyana
gedir. Müxtəsəri, bir gün gedib, günbatan zaman bir şəhərin kə-
narına çıxdı. Bilmədi neyləsin və harada axşamlasın. Çox gəzib
dolanandan sonra gəlib dörd yanı böyük hasarla çəkilən bağın
kənarına çıxdı. Öz-özünə fikir elədi ki, elə yaxşı oldu gəl bu
bağın içinə bir təhər yol tap, gir bu gecə burada gecələ, həm də
73
at acdı, özüm cəhənnəmə at ac qalmasın. Nə qədər dolandısa,
yol tapa bilmədi. Axırı atı cövlana gətirdi hasardan at quş kimi
sıçradı, bağın o tərəfinə düşdü. Gördü ki, bu bağ çox qəşəngdi.
Özü də gülşən bağdı. Qərəz, atdan sıçrayıb düşdü. Atın yəhərini
belindən alıb, atı bağa buraxdı. Yəhəri başının altına qoyub
yatan zaman bağban atın hay-harayına özünü yetirdi. Gördü ki,
bir cavan oğlan ağayana dirsəklənib. Salam vermədən: – Əyə,
balam, məyər bu bağ sənin dədəndən qalıb? Bu yekə nər
heyvanı da güllərin içinə buraxıb xarab edirsən, – deyib bağban
istədi ki, ata yaxın getsin.
Sam şahzadə dedi:
– A kişi bura bax, dəymə o allahın heyvanına. Qoy bir az
otlasın.
Bağban istədi yenə atı tutsun. Sam cəld yerindən qalxıb
bağbanın qolundan tutub elə sıxdı ki, bir də baxıb gördü ki, bağ-
banın süysünü sllanır. Tez əlindən yerə qoydu. Bağban özünə
gələn kimi yalvardı, oğlanın əlinə, ayağına düşdü.
– Məni öldürmə, dədəmin baxçası ki, deyil, istəyirsən bir ay
da burda qal.
Sam dedi:
– Ədə səsini kəs, çox uzunçuluq eləmə, başım ağrıyır.
Ataların bir misalı var. Hələ eşitməyibsən? Atalar deyir ki, ac
adamla əcəli yetişmiş danışar. Rədd ol mənim gözümdən oyana.
Bağban dalı-dalı çəkilib bir təhər özünə bir siçan yolu tapıb
qaçdı. Özünü yetirdi bağ sahibinin yanına. Birinin üstə beşini də
qoyub xəbər verdi.
Sam o yerə gəlib çıxmışdı ki, həmin şəhərin adına Enzən-
kan şəhəri deyirdilər. Enzankan şəhərinin hökmdarının adına
Kavə deyirdilər. Kavə padşahın gözünün ağı-qarası bircə qızı
var idi. Qızın adı isə Nəzakət xanım idi. Nəzakət xanımın imarə-
ti bir az atasından aralı idi. İmarətin qabağında böyük bir gülşən
bağça salınmışdı. Baxçanın ətrafı hündür və möhkəm hasar idi.
Ancaq bircə qapısı var idi. Qapının açarı bağın bağbanında olar-
74
dı. Bağbandan başqa heç kəsin həddi yox idi ora getsin. Həmin
bağban idi ki, Sama rast olmuşdu. Bağban özünü yetirdi qızın
yanına. Başına gələn əhvalatı qıza nəql elədi.
Nəzakət xanım dedi:
– A qızlar, gəlin bir gedək görək o adam kimdi, nə işin
sahibidir ki, cürət edib bağa girib?
Nəzakət xanımın başında qırx kəniz sona kəklik kimi cilvə-
lənmiş bağa daxil oldu, bağbana dedi:
– A kişi, bəs hanı o adam?
Bağban dedi:
– Xanım, başına dönüm, bax o tərəfdədi.
Qız dedi:
– Kişi, bəs hansı tərəfi deyirsən?
Bağban dedi:
– Xanım, mən ora gedə bilmərəm, çünki xasiyyətinə bələ-
dəm. Odu bax Səlim ocağı tərəfdə.
Qızlar bu sözə gülüşüb ocağa tərəf getməyə başladılar. Gör-
dülər ki, bir oğlan yatıb, elə bil xudavəndi-aləm ilk qələmini bu
oğlana çəkib. Qızların hamısı bir-birinin üzünə baxdılar. Xanım
da baxdı, bir balaca özündə ağırlıq hiss etdi. Qızların hamısı onu
başa düşdülər. Qızlardan biri dedi:
– Xanım, deyəsən bu oğlan şahzadədi ha.
Xanım dedi:
– Qızlar,mən də elə hiss edirəm.
Sonra isə o biri qız dedi:
– Xanım, gəlsənə onu oyadaq, görək bu oğlan nəçidi,
kimdi?
Xanım dedi:
– Qızlar, yazıqdı qoy yatsın, ancaq bir kağız yazıb yanında
qoyaq ki, bilsin, bu bağ sahibisiz deyil.
Qızlardan biri dedi:
– Xanım, nə yazaq ki, bu oğlana xoş gəlsin?
Nəzakət xanım görək nə yazmaq istəyir:
Dostları ilə paylaş: |