75
Xab içində yatan cavan şahzadə,
Gəl bizim ellərə, sor asta-asta.
Mən olum bir ahu, sən də ol səyyad,
Düşüb də peşimə var asta-asta.
Sən məni yandırdın eşqin dağına,
Hicran atəşinə, qəm fərağına.
Nə olar, bağban ol, könlüm bağına,
Dər sinəm üstünnən nar asta-asta.
Qızlardan biri dedi:
– Xanım belə sözdən bir şey çıxmaz, nə bilir sən kimsən,
kimin qızısan?
Xanım dedi:
– Qızlar, yəni deyirsiz ki, məsələ aydın olsun. Yaxşı,
deyərəm, ancaq bu sirr aramızda qalsın.
Hamısı söz verdi. Xanım arxayın oldu. Aldı xanım:
Şəhri-Enzankandı mənim məkanım,
Babamdı, hökmdar ey mehribanım.
Sənə qurban olsun Nəzakət xanım.
Sevmə məndən qeyri yar, asta-asta.
Söz tamam olub, kağızı oğlanın yaxasını açıb sinəsinin
üstünə qoydular. Ancaq oğlanın heç xəbəri olmadı. Sonra isə
qızlar getməkdə oldular. Nəzakət xanım qızların hamısına icazə
verib dedi:
– Qızlar çıxıb getdilər dincəlməyə, ancaq Nəzakət xanım
bir itiyi itmiş kimi dəli-divanə olub bilmirdi neyləsin. Öz-özünə
fikir eyləyirdi, yarəbbi, mən nə eyləyim, mənim dərdimə kim
əlac eyləyər. Sonra özgəyə deyərəm işin üstü açılar. Deməsəm
səbri-qərarım tamamilə kəsilər. Ax, yarəb, sevgi dözülməz dərd-
dir. Mən necə dayana bilərəm – deyib, yenə tək-tənha gəzməyə
çıxdı.
Nəzakət xanım gəzməkdə olsun, indi bir az Sam şahzadə-
dən qulluğunuza ərz eyləyim.
76
Samın nə qədər yatdığını deyə bilmərik. Amma sübhün
meh küləyi yavaş-yavaş üzünə dəyib, oğlanı ayıltdı. Sam ayılan
zaman əl atdı yaxasının düyməsini açdı. Balaca bir kağız əlinə
keçdi. Oxuyub məzmunundan hali olub fikir elədi. Yarəb, bu
kim ola bilər, məni bədbəxtlikmi tutub, yoxsa xoşbəxtlikmi, –
deyib cəld durdu və atı yadına düşdü. İstəyirdi ki, atını axtarsın,
gördü vəfalı atı başının üstünü kəsib ayağını yerə döyür. Cəld atı
tutub, gözlərini sığallayıb, sonra isə öpdü:
– Atalar deyib ki, atnan arvada etibar olmaz. Ancaq mənim
atım o atlardan deyil, çox etibarlı heyvandı, – deyib yenə gözün-
dən öpdü, sonra isə ziltəngini yeddi yerdən bərkidib, yavaş-
yavaş getdi. İstədi ki, bağdan çıxsın. Qulağına astadan səs gəldi.
Ayağını saxlayan zaman nə gördü? Gördü ki, bir qızdı, amma nə
qız, misilsiz bir gözəl. Seçmək olmaz, huridirmi, qılmandımı,
yoxsa mələkdimi, tovuzdumu, on dörd gecəlik ay kimi şölə
verir. Bu qızın hilal qaşları can almaqdadı. Bu qaşlardan bir ox
açılıb Samın ürəyini xırda-xırda oymağa başlayan zaman eşq
dəryası coşa gəldi, atın başını çəkib, aldı görək qızın belə dəli-
dövran gəzməsinə nə deyir:
Səyahət eyləyən Nəzakət xanım,
Seyrangah sizindi, gəz qayıt indi.
Sən məni gətirdin xaki-payına,
Gəzib sinəm üstə, əz, qayıt indi.
Geymisən əyninə yaşıllar, allar,
Tər köynək altında tax hamayıllar.
Vurdun ürəyimə həbaşi xallar
Görsənir yaramdan vəz, qayıt indi.
Sənə qurban olsun Sami-beçara,
Tərahüm etginən mən tək naçara.
Olginən təbibim, qılginən çara,
Çək sinəm dağına xəz, qayıt indi.
77
Söz tamam olan zaman qız gördü ki, həmin oğlandı bu
sözləri oxuyan. Oğlanın bu sözündən və zəhmindən qız yerində
donub qaldı, çox həyalandı. Ancaq oğlan da həyalanırdı, həm iki
cavanın ürəyində bir ovçudan ürkmüş quş kimi çırpınırdı. Ancaq
oğlan qızın o hilal qaşlarından gözünü çəkmirdi. Bir qədər sü-
kutdan sonra az qaldı ki, qızın ürəyi çatlasın. Özündən ixtiyarsız
olaraq qız birdən dilləndi:
– Ay şahzadə, siz bizim baxçaya xoş gəlmisiniz. Ancaq
icazəsiz bağa girdiyinizə görə günahkarsınız. O günahınızdan
keçmək üçün gərək xanımdan üzr istəyəsiniz, – deyən zaman
şahzadə Sam irəli yeriyib dedi:
– Xanım, mən bu yerə nabələd olduğuma görə sizdən üzr
istəyirəm.
Hər iki cavan bir-birinə yaxınlaşıb əl tutdular, görüşdülər.
Sonra isə hər ikisi utana-utana söhbətə başladılar. Bir qədər
söhbətdən sonra qız bağbanı çağırıb dedi:
– Qonağın atını tut, sahmana sal, amma heç kəs bilməsin.
Bağban Samın atını tutdu, amma gözünün altından oğlana çox
baxırdı: öz-özünə dedi:
– “Bu nə hesabdır.”
Qız dedi:
– Ədə, nə fikir edirsən? Sənə mən nə deyirəm yerinə yetir.
Bağban dedi:
– Xanım, mən bağbanam axı, mehtər ki, deyiləm.
Xanım dedi:
– Ədə, uzunçuluq eləmə, başa düşürəm ki, nə demək
istəyirsən, səni razı edərəm, ancaq heç kəs bilməsin.
Bağban dedi:
– Xanım, nə işimə, dəvə gördün, izini də yox.
Atı çəkib apardı. Xanım isə Samın qolunu tutub öz imarə-
tinə apardı. O saat kənizin birini çağırıb yemək şeyləri əmr etdi.
Tez yemək hazır oldu. Süfrə layiqincə düzəldi. Samı Nəzakət
xanım yeməyə dəvət etdi. Süfrədə Sam və bir neçə cavan qız, bir
78
də xanım əyləşdi, yemək-içmək başlandı, bağban özünü içəri
verib süfrənin bir tərəfində əyləşdi. Bağbanın bu hərəkətinə
xanım hirslənib dedi:
– Ədə, bağban, sənə kim icazə verdi ki, bura gəldin? Bağ-
ban dedi:
– Xanım, məni bağışlayın, mən o səbəbə gəldim ki, bizim
qonaq deməzdi ki, bura nə təhər məmləkətdi ki, burada heç bir
başı papaqlı kişi yoxdu elə hamısı qızdı.
Bağbanın bu sözündən hamı gülüşdü. Sonra yeyib-içib hərə
öz işinə getdi. Bircə oğlanla qız qaldı. Yenə bir az söhbət
elədilər, sonra axşam araya gəldi. Nəzakət xanım iki yer saldı,
sonra isə araya pərdə tutdu. Oğlan pərdənin bu üzündən qız isə o
biri üzündə yatağa girdilər. Ancaq ilan vuran yatdı, bunlar
yatmadılar. Müxtəsər, ərz eliyim ki, bir neçə gün belə qaldılar.
Hər cavanın üzündə bir həya pərdəsi var idi. Heç kim istəmirdi
ki, bu həya pərdəsini üzündən götürsün. Bunların bu məsələsi
belə qalmaqda olsun, indi keçək ayrı bir məsələyə.
Günlərin bir günündə Sam ilə Nəzakət xanım imarətin
yeddinci qatında oturub, şəhərin mənzərəsinə baxırdılar, şirin-
şirin söhbət edirdilər. Söhbət arasında qız soruşdu:
– Ey Sam şahzadəsi, sizin şəhərin mənzərəsi yaxşı olar,
yoxsa bizim?
Sam bu suala cavab verməyib bir qədər də mənzərəyə təzə-
dən baxdı. Gördü ki, bu şəhərin bir tərəfi böyük meşədi. Meşə-
nin ətəyi ilə bir çay axır. Bir tərəfi isə dağdı. Dağın ən hündür
yerində böyük bir qalaça tikilib. Çox gözəl və böyük qalaçadı.
Əgər qalaçadan adam baxsa, bütün dünya insannarın ayağının
altında görünər. Sam Nəzakət xanımın sualına cavab verdi:
– Xanım, sizin şəhər də yaxşıdı. Ancaq bizim şəhər də pis
deyil.
Qız bir balaca gülümsəyib dedi:
– Siz hər halda öz şəhərinizə pis deməzsiniz. Şahzadə dedi:
Dostları ilə paylaş: |