351
Nağı hələ Türkiyəyə getməmişdi. Əlaltından var-dövlətini
satdırırdı ki, bilən olmasın. İki dəfə Türkiyəyə gedib orada
Xozeyinlə görüşüb, yerini sahmanlayıb gəlmişdi. Günlərin bir
günü Nağının binəsindən bir atlı gəlib İsaxana nəsə dedi. Oruc
başa düşdü ki, Nağının binəsində qonaqlıq var. İsaxanla bərabər
o da atını yəhərləyib getdi. Binəyə yaxınlaşanda gördülər ki,
qazanlar qaynayır, samovarlar buğlanır. Güllü-çiçəkli yaşıllığın
üstünə gəvələr, zililər döşənib, üstündə oturub yeyib-içənlərin
sayını bilmək olmur. Bir cavan aşıq oxuyurdu, onun səsi nəinki
insanı, hətta göydə quşları da valeh edirdi. Ətrafdakı gül-çiçək-
lər sanki aşığa boynunu büküb tamaşa edirdi. Aşığın sazından,
sözündən təbiət gözəlləri də doya bilmirdi. Günəşin şəfəqi gül-
çiçəyin üzərinə düşdükcə rəngarəng şüalar göz qamaşdırırdı.
Ətrafdan vuran mehli külək kəkotunun, yarpızın ətrini oturan-
ların burunlarına doldururdu. Aşığın uca dağlara yayılan məla-
hətli səsi, avazı təbiətə nur səpələyirdi. Cəh-cəh vuran quşlar
susmuşdu. Sanki təbiətdə başqa bir aləm yaranmışdı. Ətrafdan
boylanan çiçəklər bir-birinə pıçıldayırdı ki, bu aşıqda olan varlıq
bir möcüzədi.
Lakin Orujun gəlməsi, elə bil, bu şənliyə bir zəhər gətirdi.
İsaxan bir neçə qızıl pul çıxardıb, aşığa verdi: «Mənim
elimin sevimli oğlu, bir «Atüstü» oxu», - dedi.
Aşıq Alxan cavan olsa da, çox arif adam idi. Əyri-əyri
Oruca baxıb, sonra da İsaxana Orucu işarə edib, oturanlara
müraciət etdi: «Ay camaat, aşıqla balabançı yol gedirdi. Bir
kəndin yaxınlığından keçəndə balabançı görür ki, bir qadın atın
yanına uzunqulağı qoşub xırman döyür. Bu, balabançıya çox
qəribə gəlir. Deyir, usta, ona bax, qadın vələ uzunqulağı qoşub
atla xırman döyür. «Nə olsun, işini ki görür»,- deyə aşıq cavab
verir. Balabançı and verir ki, usta, gəl yaxından gedək, o qadına
sözüm var. Usta nə qədər onun başını qatmaq istəsə də, mümkün
olmur. Çar-naçar razı olur. Xırmanın yanından keçəndə usta:
«Bajı, bərəkətli olsun», - deyir. Qadın ona: «Sağ ol, ay qardaş».
352
Balabançı dinməz durmayıb qadından soruşur: «O atın yanın-
dakı nədi, ay bajı?» Qadın cavab verir: «O da aşığın yanındakı
balabançı kimi bir şeydir». Aşıq: «Ə, payını aldınmı, gəl ge-
dək», deyə yollarına davam edirlər.
Aşıq Alxanın bu söhbətinə oturanların hamısı gülüşdü. Oruc
özü də başa düşdü ki, ox hardan dəyir. Məclisdəkilər, az qala,
Orucun gözünü tökmək istəyirdilər ki, müsəlman olasan, özün də
İsaxan kimi adamın yanında duz-çörək yeyəsən və onu izləyəsən.
Sonra Aşıq Alxan sazını kökləyib, görək nə deyir:
Namərd ilə varma yola,
Dara düşsən atar səni.
Sirr sözünü açma ona,
Düşməninə satar səni.
Gələr-gedər axşam-səhər,
Dona girər təhər-təhər.
Üzə gülər, fel işlədər,
Tələ qurar, tutar səni.
Bax Alxanın yarasına,
Loğman tapın çarasına.
Məzlum qullar arasına,
Qabaqlayıb qatar səni.
Aşıq Alxanın bu sözlərinə qiymət verənlərin «əhsən» səsləri
hər yana yayıldı. Bu sözlərdən mütəəssir olan İsaxan camaata üz
tutub: «Mən ölsəm də, vətənimdə öləjəyəm. Qərib ölkədə yaşaya
bilmərəm», -deyə Vətənini tərk etmək istəmədiyini bir daha
hamıya vurğuladı. Sonra fikirli-fikirli öz binəsinə tərəf döndü.
Oruc İsaxanın yanında ola-ola qaçaqların olduğu yerləri əlal-
tından axtartdırırdı. O, İlməzli Keçəl Quluya deyir: «Sənə mal
verəcəm, Dəlidağdan o yana qaçaqlar var, yerini öyrən, mənə de».
Keçəl Qulu da bir ata minib Dəlidağın dibində Dələnoğlu
Məhəmmədin binəsində düşür. Dələnoğlu Məhəmməd heyvan
353
otarırmış. Əhnəllin Cahangir də binədə imiş, Keçəl Qulunu də-
yəyə aparır, ona çörək yedirdir. Yola salanda ondan hara getdi-
yini soruşur. O, Qızılqoça getdiyini bildirir. Cahangir deyir:
«Gec deyilmi?». Keçəl Qulu: «Atın əlində nə var, indi çata-
ram»,- deyə onu arxayın edir.
Sən demə, Dələnoğlu buna göz qoyurmuş. O, uzaqdan gö-
rür ki, binəyə bir atlı gəldi, tez də çıxıb getdi. Sürünü atlıya tərəf
gətirdi, onunla görüşdü, ondan kim olduğunu, hara getdiyini
soruşdu. Keçəl Qulu ona da Qızılqoça getdiyini söyləyib, atını
düz Oy dərəsinin başına, Çatağa tərəf çapırtdı. Orada qaçaqlar
yerləşmişdi. Qaçaq Əli bunu çoxdan izləyirdi. Keçəl Qulunu da-
yandırdı və ondan buralara nəyə görə gəldiyini xəbər aldı. Keçəl
Qulu: «Bir inəyimiz itib, onu gəzirəm»,-dedi. Qaçaq Əli ona
arxasınca gəlməyi işarə etdi: «İnəyinin yerini bilirəm, atını
arxamca sür». Onlar Dələnoğlunun yanına gəlirlər. Dələnoğlu
onun paxırını açır: «Bu atlı mənə deyir, Qızılqoça gedirəm, sənə
isə deyir, bir inək itirmişəm». Di qaçaqların qamçısı Keçəl
Quluya dəydikcə o, Allaha da, qaçaqlara da yalvarır: «Məni
öldürməyin, düzünü deyəjəm».
Görək Qaçaq Əli nə deyir:
Xınzır oğlu, haramzadə,
Qaçaqlara ilişibsən.
Nejəsən, başını kəsəm,
Bıçaqlara ilişibsən.
Quranımın sözü tutsun,
Çörəyimin duzu tutsun,
Görüm, səni qoru tutsun,
Ojaqlara ilişibsən.
Al zopanı verim, bağır,
Günahın var dağdan ağır,
Qaçaq Əli sevmir fağır,
Qaçaqlara ilişibsən.
Dostları ilə paylaş: |