361
Gülayarın dərdli bəndi,
Zülmət endi, gələn çəndi.
Eşitsin Kosalı kəndi,
Sızlasın, tellər ağlasın.
Bütün binələr töküldülər Mələyin yas yerinə, onu Qırxbula-
ğın suyunda pak etəyib, Hacıxəlil qəbiristanlığında dəfn etdilər.
İndi də sizə xəbər verim Xozeyindən.
Xozeyin başında da yoldaşları çox dərin fikirlə, atlar yedək-
lərində gəldilər Çırçır bulağının üstünə. O, ətrafdakılara öz
sirrini açdı: «Mən gəncliyimdə həyat yoldaşım Türfə ilə bu bula-
ğın üstündə əhd-peyman eləmişəm. Bu bulaq mənim sirdaşım-
dı». Əyilib su içmək istədi. Sanki bulaq da dilə gəlib dedi: «İç-
mə, göz yaşındı». Xozeyinin yanan ürəyi daha da odlandı, su
içməyib ayağa qalxdı. Sinəsində böyüdüyü dağlardan ayrılmaq
çox çətin idi. Bir vətən tərəfə baxdı, bir də Türkiyəyə, yanıqlı-
yanıqlı dedi:
Ay Qaraxaç, intizarda
Qalırsan qal, mən gedirəm.
Ayrılığın havasını
Çalırsan çal, mən gedirəm.
Ana vətən düşdün bəmə,
Dərd doldurdun bu sinəmə.
İnnən belə qüssə-qəmə
Dalırsan dal, mən gedirəm.
Köməyim yox çata dada,
Yurdum-yuvam yandı oda.
Unutmayıb məni yada
Salırsan sal, mən gedirəm.
Xozeyinəm, gəlləm hərdən,
Bəlkə, qayıtmadım birdən.
362
Qisasımı düşmənlərdən
Alırsan al, mən gedirəm.
Xozeyin sözlərini tamam elədi. Həmişəlik Türkiyəyə keçdi.
Elə o gedən getdi, bir daha geri dönmədi…
İsaxandan sonra Dəmirçihasanlıda, yəni Kosalıda, Nazarlı-
da repressiya başlandı. İki erməni - Səmi ilə Ratxan sapı
özümüzdən olan baltalarla, çox sürgünlərdən sonra, 1931-ji il
yanvarın 17-də kəndin içində bu şəxsləri güllələtdilər:
1. Təmən Omar oğlu;
2. Molla Mustafa;
3. Məhəmməd Balı oğlu;
4. Kazım Qələm oğlu;
5. Qarallın Vəli;
6. Qaraseyidlinin Nuru;
7. Çapıq Kərim;
8. İmanı evinin İmanı.
Düşmənçilik hayfı alan alçaqlar da ermənilərlə qardaş olub,
əl-ələ verib nələr eləmədilər. Qanun çərçivəsindən çıxıb öz el-
obasının qatili oldular. Xalqı sürgünlərə göndərtdilər. Vaqonlar-
da, gəmilərdə, qumlu səhralarda ölənlərin hansı birini deyim?!
Sovet zindanının altından döyülmüş çıxan, böyük əziyyətlərlə
təhsil alan varlı balaları Sovetə azmı xeyir verdilər?! Görkəmli
filosoflar, elmlər doktorları, minlərlə alimlər Sovetlərin əzdiyi
varlıların balaları deyildilərmi?! İkinci Dünya müharibəsində
qələbə çalan, ölən, öldürən, sinəsi ordenli, nişanlı gələnlər Sovet
tapdayan varlıların balaları deyildilərmi?!
Bəli, artıq təxminən 80 illik bir vaxt ayırır bizi o dövrdən.
Amma Vətən, torpaq, el-oba yolunda canını qurban vermiş o
igid oğullarımızı unutmur qədirbilən elimiz-obamız. Şeirlər
yazır, dastanlar qoşurlar bu igidlərimizin şəninə. Ələmpaşalı
Zahid də bir el şairi kimi bu olaylara biganə qalmadı, yaratdığı
dastanı belə tamamladı:
363
İsaxanın haqq üsyanı
Tamam Rusetə yayıldı.
Borçalıynan Qazax, Şəmkir,
Xaldan, Samux, Qax ayıldı.
O Dilbozlu şair Cəfər,
Qopesli Asdan asıldı,
Alcannıdan o Mustafa,
Düzlüyə hər vaxt qayıldı.
Döyüşlərdə Rüstəm Zaldı,
Arxamızda var İsaxan!
Öz elmində bir dəryadı
Xozeyin, qardaşı Nağı.
Hünərinə biz bələdik,
Hay desə, tərpədər dağı.
Geyib general paltarnı,
Azad edib çox dustağı.
Zəkasından xof edibdi
Neçə düşmən, neçə yağı.
Berya səni tora salır,
Qurdurubdu dar, İsaxan!
Sarıvəlli evinin Yasın
Alovdan geyib libasın.
Haqqalannın bir Alı var,
Yerni tutub Şah Abbasın.
Borçalıdan igid Sadıq
Hər nə desə, qulaq asın.
Qasdanoğlu o İsanın
Qanlı görərsiz cidasın.
Üç aydı, dövləti yıxdın,
Adın olub çar, İsaxan!
364
Firdinnin deyim Vəlini,
Qeyrətlidi, pak vicdandı.
Dəli Əhməd, Qaçaq Mahmud
Etdikləri tamam qandı.
Cəfərri Yunus, Şəmistan
Atıcıdı, düz atandı.
İmanı evinin İmanı
Əhmədlə dada çatandı.
Halal olsun o dəstənə,
Düşmənindir xar, İsaxan!
Ulaşlıdan Qiyas gəlib,
Mətəl qalıb bu hünərə.
Təmənoğlu Dınqır Musa
Döyüşdə bənzəyir nərə.
Dəhnədən Şəkili Söyün
Koroğlutək çəkir nərə.
Göyçəlidən Qurban ağa
Pusquda da kəsib bərə.
Obalardan alqış gəlir,
Tale olsun yar, İsaxan!
Həm Madaşda, Sac dağında,
Ceyrançöldə oylağın var.
Göy Tomtu, Keşiş dağında,
Cahangirdə bulağın var.
Teymur dağı, Emin düzü,
Qaraxaçda yaylağın var.
Kürdən, Xramdan keçibsən,
Neçə-neçə çaylağın var.
Zülmət gecələr döyüşdün
Yağa-yağa qar, İsaxan!
365
Qələm əldə dərdli Zahid
Zamanın sirrini açır.
Zülmətlərdə döyüşənlər
Gələcəyə işıq saçır.
Mənəm deyən o namərdlər
Daldalanıb daha qaçır.
Bakımızdan ölkələrə
Neçə min təyyarə uçur.
Sazlı-sözlü dastanın var,
Səndən deyir tar, İsaxan!
Şair zamanla döyüşür, zamandan yazır! Qocalardan əhval
soruşur, cavandan yazır! Allah rəhmət eləsin həyatda iz qoyub,
ad alan kişilərə!
Bu dastanı Nağı Hacıbayramlının Türkiyədən göndərdiyi
“Xatirələr”indən götürüb, bir də Ulukişili Qaçaq Şəmistanın
özündən eşidib şair.
Dünyagörmüş nənə-babalardan çox şey götürən, bu dastanı
yaradan Zahid Ələmpaşalı illər uzunu zamanın çirkin əməlləri
ilə barışmadı, öz elinin-obasının şənliklərində sevinib,
yaslarında qəm çəkdi ...
Dastanın
yaradıcısı
hazırda
Qarayazı elində – Kosalı kəndində
ömrünün
90-cı
illərinə
qədəm
qoyan el şairi Zahid Ələmpaşalıdır.
Dostları ilə paylaş: |