62
Mən gördüm gecə ilə
Gündüzün sərhəddini.
Bu mənzərədən oxucu da şairin özü qədər zövq alır, o da təbiət və
kainatda baş verən hadisələri şair kimi seyr etmək istəyir.
Orijinal ifadə forması ilə diqqəti daha çox cəlb edən şeirlərdən biri
də «Telefon budkasının döyülür pəncərəsi» adlı şeiridir.
Bu kiçik əsərin məzmununda heç bir fövqəladəlik yoxdur; ha-
disələr, söhbətlər bizim hamımıza tanış, bəlkə də hər gün qarşılaşdı-
ğımız əhvalatlardır. Ancaq əsas məsələ şairin bu sadə həqiqəti bədii
səviyyəyə qaldıra bilməsidir.Şeirdə dörd nəfər iştirak edir. Lirik qəh-
rəman, onun sevgilisi, «üç dəqiqə tamam oldu» –deyə amiranə danı-
şan qəzəbli xanım və bir də hər şeyi anlayan, sevməyi, duymağı
bacaran bir qız.
Biz bunların heç birinin üzünü görmürük, yalnız səsini eşidirik;
lakin bu səslə də onların səviyyələrini təsəvvürümüzdə canlandıra
bilirik.
Ə.Kürçaylı başqa bir şeirində yenə təbiət lirikasına qayıdır. Bu-
dur… yenə də təbiətin ecazkar tablosu ilə vəhdətdə verilmiş insan
arzuları, insan düşüncələri bizim diqqətimizi cəlb edir. Bizcə,
Kürçaylının lirik şeirəlrinin müvəffəqiyyətli çıxmasının bir səbəbi də
orada insan arzularının təbiətlə birgə tərənnümüdür:
Torpaq quruyurdu – yağdı yağışlar,
Güllər üşüyürdü – günəş göründü.
Budaqlar qəmgindi – dilləndi quşlar,
Üfüq gülab rəngli dona büründü.
Yamaclar çılpaqdı – açdı lalələr,
Dəniz durğun idi – tufan oyandı.
Qaranlıq qayıtdı – açıldı səhər,
Göylərin yaxası alışdı, yandı.
Şair gözəl bir romansı xatırladan bu şeirin elə burasındaca nöqtə
qoya bilərdi; çünki ilk baxışda adama elə gəlir ki, bu şeirdə müəllifin
əsas məqsədi təbiət lövhəsi yaratmaqdan idarətdir.Lakin sonrakı mis-
raları oxuduqda aydın olur ki, bütün bu gözəllik yenə də insan
üçündür.
63
«Məhəbbət yolunda yorulmur ürək» adlı lirik şeir də bütövlükdə
yaxşı təsir bağıışlayır. Lakin əsərin ümumi axarında bir qüsur hiss
olunur. Əsas etibarı ilə nəvazişkar bir ruhda şairin sevgilisinə müra-
ciəti şəklində yazılan şeir üçüncü bənddə birdən-birə, necə deyərlər,
məcrasını dəyişir:
Ən iri, ən xırda meteorları,
Yazdakı yağışı, qışdakı qarı
İstərəm səmadan gətirəm sənə.
Qar və yağışı, nəhayət meteoru sevgilisinə gətirməklə şair nə
demək istəyir? Məlum deyil.
Bu misralar lirik hissin təbii inkişafından doğmadığından gözəl
bir melodiyanın ümumi ahənginə tamamilə yad, kənar notlar kimi
səslənir. Bunu şeirin finalında müəllifin yenə əvvəlki əsas ruha
qayıtması da göstərir.
Bahar təravətli sərin yelləri,
Hələ yaşanmamış xoşbəxt illəri
İstərəm indidən yetirəm sənə!
Kitabda ictimai lirikanın da gözəl nümunələri verilmişdir. «Onun
şəkli», «Birinci gün», «Əbədi məşəl», «Qar yağır», «Müxbir və bən-
na», «Dedilər Kür quruyur», «Sabir bağında», «Yadındamı, Stepan?»
və s. belə şeirlərdəndir.
«Onun şəkli» şeirində Kürçaylı böyük Leninə bütün dünya rəs-
samlarının məhəbbətini ifadə etmişdir.Leninə azadlıq rəmzi kimi
baxan, onda xalqımızın xilaskarını görən hər bir rəssam Leninin rəs-
mini yaradarkən onu öz xalqına oxşadır, yunanlar yunana, zəncilər
zənciyə, ərəblər ərəbə…
«Sabir bağında» əsərində müəllif dahi sənətkarın obrazını mü-
vəffəqiyyətlə vəsf edə bilmişdir.
Şairlər gül deyib, bülbül deyəndə,
O yazdı göz yaşı, əzab, iztirab;
«Liriklər» xəstə tək inildəyəndə
Şairim hayqırdı: Döyüş, inqilab!
64
Ə.Kürçaylının «Qar yağır» adlı şeiri uşaq psixologiyası haqqında,
insan haqqında, dünya və həyat haqqında fəlsəfi fikrin bədii ifadəsi
adlandırıla bilər.
Çoxdandır qara həsrət çəkən Bakıda birdən-birə qar görünür.
Uşaqların sevinci sonsuzdur. Onlar yoldan keçənləri qar topu ilə
vururlar. Bunlardan biri hirslənərək qəzəblə uşaqların qarasınca deyi-
nir. Bunu görən şair üzünü sanki həmin nadinc uşaqlara tutaraq deyir:
Uşaqlar, atmayın, bir an durun siz
«Qəzəbli əmiyə» atmayın qarı.
Onun da yerinə məni vurun siz,
Atın, mənə atın o ağ topları.
…. Sevinc gətirərsə bir anlıq sizə,
Qoy hədəf mən olum,
Açıqdır sinəm.
Sizin fərəh dolu gülüşünüzə
Bütün bir ömrümü versəm də nə qəm!
Əlbəttə, kitabda toplanan şeirlərin hamısı eyni səviyyədə deyildir,
bunlarda bəzi zəif deyilmiş misralara və bəndlərə də rast gəlmək olar.
Lakin «Şeirlər» kitabı bütünlükdə həm məzmun, həm də bədii
cəhətdən Kürçaylının müvəffəqiyyətidir.
«Ədəbiyyat və incəsənət» qəzeti,
4 aprel 1964
ATALAR, OĞULLAR VƏ YOLLAR
B.Vahabzadənin son poeması «Yollar və oğullar» məlum olduğu
üzrə şairin yaradıcılığında beynəlxalq mövzuya həsr olunmuş ilk əsər
deyildir.Onun «Əbədi heykəl» poeması, «Səyyahın dəftərindən» baş-
lığı altında verilən silsilə əsərləri və başqa şeirləri bu sahədə zəngin bir
tematika təşkil edir.Haqqında bəhs edəcəyimiz əsər bu bədii seriyaya
qiymətli əlavə olmaqla həm də müəllifin öz azadlığı uğrunda müba-
rizəyə qalxan xalqların həyatı ilə müntəzəm surətdə maraqlandığını,
müasir dövrün dünya miqyasında baş verən ən mühüm hadisələrini
Dostları ilə paylaş: |