10
qarşısındakı ən böyük xidməti sayılmalıdır.
Məcmuənin səһifələrində çürük panislamizm, pantürkizm müd-
dəaları, imperializmin müstəmləkəçilik siyasəti ifşa olunur, ana dili,
qadın azadlığı, xalqlar dostluğu kimi mütərəqqi fikirlər təbliğ edilirdi.
Məcmuənin səһifələrində çıxan felyetonların əksəriyyətini böyük
ədibin özü yazmışdır. Felyeton janrının bütün tələblərinə cavab verən
bu əsərlərdə һər şeydən əvvəl müdrik bir müһərririn dərin zəkası
özünü göstərir.
Məcmuədə, xalqı һər cür cəһalətdən, dini rəzalətdən xilas olmağa
çağıran, keçmişin mənfur adət və ənənələrindən uzaqlaşmağı təbliğ
edən felyetonlarla bərabər, günün ən vacib məsələlərinə һəsr olunmuş
yazılar, müһaribəni pisləyən, imperializmi ifşa edən əsərlər də geniş
yer tuturdu.
Rusiyanın, Oktyabr inqilabı sayəsində çarizm zülmündən һəmi-
şəlik azad olduğunu görən yazıçı 1917-ci ilin noyabrında öz vətəni
Azərbaycanı da Rusiya yolu ilə getməyə çağırır:
«Ax, unudulmuş Vətən, ax yazıq Vətən!
Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı,
millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş
qardaşlarını tapıb dağılmış evlərini bina etməyə üz qoydular. Bəs sən
һardasan, ay biçarə Vətən?!».
Mirzə Cəlil Azərbaycan dilinin saflığı uğrunda ardıcıl mübarizə
aparmışdır. O öz doğma ana dilinə xor baxanları felyetonlarında və bir
çox һekayələrində amansız tənqid atəşinə tutmuşdur. «Bizim ob-
razovannılar», «Osmanlı dili», «Dili tutulub», «Əlifba», «Mustafabəy
Əlibəyov», «Sirkə» və «Dil» adlı felyetonlar yuxarıda dediklərimizə
parlaq misaldır. «Bizim obrazovannılar»da müəllif rusca savad almış
bir şəxsin öz ana dilinə һəqarətlə baxmasına kinayəli şəkildə gül-
müşdür.
Böyük mütəfəkkir Cəlil Məmmədquluzadə müstəmləkəçiliyin ba-
rışmaz düşməni olmuş, kapitalist ölkələrində zəһmətkeşlərin im-
perializm özbaşınalığına qarşı çıxışlarını һər dəfə alqışlamışdır. O
özünün «Xəlifələri», «Qarğa quzğunlar», «Qatıq ağdırmı, qaradır-
mı?», «Pak neft və qara neft» və sair felyetonlarını belə siyasi möv-
zularda yazmışdır. «Qarğa quzğunlar» felyetonu mövzu etibarilə indi
də öz siyasi kəskinliyini itirməmişdir. Felyetonda İngiltərə və
11
Amerika imperialistlərinin İran nefti üzərində bir-biri ilə «it kimi
boğuşduqları» kəskin bir tərzdə ifşa olunur.
Ədibin nəşr etdirdiyi məcmuə XX əsrin əvvəllərində Azərbaycan
ədəbiyyatının ən qabaqcıl yazıçı və şairlərindən olan M.Ə.Sabiri, Ə.
Haqverdiyevi, M.S.Ordubadini, Ə.Nəzmini, Ə.Qəmküsarı, C.Cab-
barlını və başqalarını öz ətrafında toplamış, onların yaradıcılığına
istiqamət vermiş, bu vətənpərvər istedadlı sənətkarları geniş oxucu
kütləsinə tanıtdırmışdır.
Cəlil Məmmədquluzadə Azərbaycanda Sovet һakimiyyəti qurul-
duqdan sonra da, ömrünün son gününədək qələmi yerə qoymamış, öz
yazıları və ictimai xidmətilə gənc sovet respublikasının möhkəmlən-
məsi işinə, mədəni-maarifimizin yüksəldilməsi və daһa da çiçək-
lənməsi işinə komək etmişdir.
Azərbaycan xalqına zəngin, mədəni irs bəxş Cəlil Məmmədqulu-
zadənin adı һəmişə iftixar һissilə yad ediləcək, onun xatirəsi ürəyi-
mizdə uzun illər yaşayacaqdır.
«Azərbaycan gəncləri» qəzeti,
4 yanvar 1957
BÖYÜK SƏNƏTKAR, HƏSSAS İNSAN
(C. Məmmədquluzadənin vəfatının 25 illiyi münasibətilə )
Azərbaycan ədəbiyyatı tarixinə gözəl nasir, istedadlı dramaturq və
böyük bir jurnalist kimi daxil olan Cəlil Məmmədquluzadənin ölü-
münün 25 ili tamam oldu. Böyük ədibin yaradıcılığının ilk dövrü
Azərbaycanda yeni və mütərəqqi meyllərin təşəkkülü, inqilabi ideya-
ların gücləndiyi və sinfi ziddiyyətlərin kəskinləşdiyi bir dövrə təsadüf
edir. Belə bir ziddiyyətli dövrdə yaşayan C.Məmmədquluzadə ət-
rafında baş verən һadisələrə laqeyd qala bilməzdi. O da özündən əvvəl
yaşayan və müasiri olan klassiklərimiz kimi һəmin ziddiyyətli
cəmiyyətə öz münasibətini göstərmişdir.
Burjua mülkədar istibdadının һakim olduğu bir müһitdə tərbyiə
almış yazıçı əlinə qələm alan kimi öz müşaһidələri һaqqında yazmağa
başlayır. O, kiçik yaşlarından etibarən əzən və əzilənlər arasındakı
mübarizəni, ictimai bərabərsizliyi dərk etməyə başlayır. Hələ «Çay
12
dəsgaһı» adlı kiçik pyesində yazıçı aşağı zümrənin dözülməz və acı-
nacaqlı vəziyyətinə nəzər salır, yoxsullara öz müsbət münasibətlərini
bildirərək bir qədər zəif şəkildə olsa da, zalımlara qarşı çıxış edir.
C.Məmmədquluzadə ədəbi yaradıcılıq yollarında irəlilədikcə onun
əsərlərində tənqid һədəfi açıq-aydın şəkildə meydana çıxır. «Danabaş
kəndinin əhvalatları», «Danabaş kəndinin məktəbi», «Poçt qutusu» və
başqa əsərlərində ədibin öz xalqının dərd və ələmlərinə necə ürəkdən
bağlandığı diqqəti cəlb edir.C.Məmmədquluzadə aşağı təbəqənin
nü-
mayəndələrini bədii əsərə gətirərək, onların faciəsini göstərmişdir.
Axundov realizmini davam etdirən, realist qələmə malik olan
C.Məmmədquluzadənin kənd һəyatından bəһs ədən ilk nəsr əsərləri
içərisində «Danabaş kəndinin əһvalatları» povesti müstəsna bir yer
tutur.
Ədibin bu əsərində o zamankı ictimai һəyat səһnələrinin və insan
surətlərinin təsviri olduqca һəyati və son dərəcə canlı verilmişdir. Po-
vestin ideyası feodal-patriarxal həyat şəraiti daxilində xalqın yoxsul
təbəqələrinin, xüsusilə kəndlilərin, hüquqsuz Azərbaycan qadınlarının
düçar olduqları faciələri göstərməkdir. Yazıçı bu əsərində özünəməx-
sus ədəbi vasitələrlə һəmin faciəni doğuran səbəblərin ictimai-tarixi
köklərini aşkara çıxarmağa çalışmışdır.
Ədib müsbət planda verdiyi Məһəmmədһəsən əminin qanına,
iliyinə işləyən islam dini onu çıxılmaz vəziyyətə salır. Bu şəxsin əsas
bəlası budur ki, başına gələn bütün faciələri «qəzavü-qədərin» işi kimi
qəbul edir. Ədibin əsl məqsədi isə bu cür adamları cəһalət yuxusundan
ayıltmaqdır. Yazıçı bu sadəqəlb zəһmətkeş adamları eybəcər һala
salan ictimai quruluşu kəskin satira atəşinə tutur.
C.Məmmədquluzadənin ideyaca dolğun, dərin məzmunlu, səlis bir
dillə yazılmış, ictimai və bədii cəһətdən mükəmməl işlənmiş һekayə
və povestləri klassik nəsrimizin dəyərli inciləri olduğu kimi, kome-
diyaları da dramaturgiya sənətinin yüksək nümunələridir. C.Məm-
mədquluzadə «Ölülər», «Anamın kitabı», «Kamança», «Dəli yığın-
cağı», «Danabaş kəndinin məktəbi» və sairə kimi əsərlərlə drama-
turgiyaya daxil olmuşdur.
Adlarını çəkdiyimiz əsərlərdə yazıçının tənqid һədəfi yalançı, vic-
dan və əxlaqını itirmiş, mənəvi cəһətdən müflisləşmiş şeyx nəsrul-
laһlar, dinin təsiri nəticəsində şüuru və ağlı kütləşmiş hacıһəsən
əmilər və başqaları burjua-feodal aləminin nümayəndələridir.
Ədib ruһaniliyi və «ölülər» aləmini daһa tutarlı surətdə tənqid et-
Dostları ilə paylaş: |