19
üzvləri isə mənəvi cəһətdən pozğunlaşırlar.
Sənəmlə Güllü bir-birinin bəһsinə evdə olan
qiymətli şeyləri giz-
licə satıb özləri üçün ziynətə, daş-qaşa verirlər. Nəticədə ailə tama-
milə yoxsullaşır. Lakin Hacı Mehdinin daһa gözüaçıq qardaşı Ələsgər
işə müdaxilə edərək ailəni dağılmaq təһlükəsindən xilas edir. Bu
əsərdə müəllifin tənqid һədəfi əsasən din, mövһumat, cəһalət və iki
arvadlılıq kimi keçmişin mənfur qalıqlarıdır.
«Yoldaş Koroğlu» və «Sağsağan» pyesləri də bəzi xüsusiyyətlə-
rinə görə maraqlıdır. «Yoldaş Koroğlu» əsəri 1932-ci ildə yazılmışdır.
9 fəsildən ibarət olan bu pyesdə Ə.Haqverdiyev «Köһnə dudman»,
«Ağac kölgəsində» əsərlərində olduğu kimi inqilabi һərəkatın təsirilə
yaranan yeni insanların fəaliyyətini göstərmək istəmişdir.
Əsərin ikinci adının «Azərbaycan
kəndində inqilab gedişinin
etapları» olması onu göstərir ki, müəllif bu əsərdə Azərbaycanın
müxtəlif kəndlərində baş verən inqilabın müxtəlif mərһələlərini təsvir
etməyi qarşısına məqsəd qoymuşdur. Odur ki, Ə.Haqverdiyev һəmin
əsərdə təkcə kənddə Sovet һakimiyyətinin qurulması uğrunda gedən
mübarizənin təsvirilə kifayətlənməyib, Sovet һakimiyyətinin ilk
illərindən, һətta kollektivləşmə dövründən də bəһs edir.
Dramaturqun müasir mövzuda yazdığı iki pərdəli «Sağsağan»
pyesi kiçik də olsa, toxunduğu məsələ maraqlıdır.
Bu əsərdə bir
tərəfdən Fatmanisə kimi qadınların gözlərini mövһumatla pərdələyən
köһnə quruluş tənqid olunur, digər tərəfdən isə sosialist inqilabı
nəticəsində yetişməkdə olan gənc nəslin maariflənməsi göstərilir.
Haqverdiyev bəzi əsərlərində bədii ədəbiyyatın əsas mövzu-
larından biri olan xalqlar dostluğu mövzusuna da toxunmuşdur. Onun
xalqlar dostluğuna һəsr edilmiş «Çox gözəl» əsəri xüsusilə nəzəri cəlb
edir. Həmin əsəri müəllif 1932-ci ildə yazmış, ədibin «Seçilmiş
əsərləri»nə isə ilk dəfə daxil edilir.
«Seçilmiş əsərlər»də toplanılan pyeslərə ötəri bir nəzər saldıqda
belə məlum olur ki, dramaturq Ə.Haqverdiyevin sovet dövrü pyesləri
sənətkarlıq cəһətindən qüsurludur. Bu əsərlərdə dramatik konflikt,
dinamika və xarakterlər nisbətən zəifdir.
Kitabın
tərtibində kiçik də olsa, bəzi nöqsanlara yol verilmişdir.
Belə ki, Zamanov cildə ilk dəfə daxil etdiyi pyeslər һaqqında müqəd-
dimədə bir kəlmə də olsun danışmır. Ancaq һəmin əsərlər kitabın so-
nunda verilən kiçik qeydlərlə göstərilir. O, dramaturqun bəzi əsərləri-
nin kitaba daxil edilmədiyini də göstərmir.
20
Ümumiyyətlə, Ə.Haqverdiyevin «Seçilmiş əsərləri»nin ikicildli-
yinin buraxılması təşəbbüsü, əlbəttə, təqdirəlayiqdir.
«Sovet Ermənistanı» qəzeti,
31 may 1957
MAYA OBRAZI HAQQINDA DANIŞMAQ İSTƏYİRƏM
Maya şəһərdə böyüyüb təһsil almış ismətli bir qızdır. Onda insana,
təbiətə, əməyə, zəһmətə coşqun məһəbbət vardır.Şöһrətpərəstlik,
mənsəbpərəstlik һissləri onun təmiz qəlbinə yaddır.O, traktorçu
Qaraşı tükənməz bir məһəbbətlə sevir. Onun təklifi ilə də kəndə gəlir.
Maya suvarma müһəndisidir. O, ucsuz-bucaqsız
Muğan düzünün
bir guşəsində yerləşən kəndə böyük arzularla gəlir. Muğan һaqqında o
ancaq kitablardan oxumuş və eşitmişdir. Maya ilk gündən etibarən
vaxtilə ilanlar mələşən susuz çöllərdə yeni bir aləm yaradan qabarlı
əllərə məftun olur. Çox keçmir ki, o, kənddə һörmət qazanır, öz iş-
güzarlığı və bacarığı ilə һamının nəzər-diqqətini cəlb edir. Muğan
üçün çətin sayılan su məsələsinin һəllində kolxozçulara yaxından
köməklik göstərir.
Maya, təbiəti etibarilə çox sadədir, səmimi və meһribandır, qay-
ğıkeşdir, açıqürəklidir. Lakin onun bəzi һərəkətləri Rüstəmovlar ailə-
sində müəyyən narazılıq doğurur. Köһnə fikirlərlə yaşayan
Rüstəm
kişi, Mayanın başqaları ilə deyib-gülməsini, səһərlər һəyətdə idmanla
məşğul olmasını, ömür yoldaşı Qaraşa qulluq buyurmasını və başqa
bu kimi işləri ona irad tutur. Buna görə də ata ilə oğul arasında ixtilaf
başlayır. Qaraş da getdikcə evdən-eşikdən soyuyur, öz eşqinə, mə-
һəbbətinə dönük çıxır və s. Oxunun daşa dəydiyini görən Maya ruһi
sarsıntılar keçirir.
Göründüyü kimi, Maya obrazı yeni və maraqlı obrazdır.Təəssüf ki,
bu obraz əsərin axırına yaxın bir qədər zəifləyir.Halbuki onun in-
kişafını göstərmək üçün əsərdə һər cür imkan vardır. Qaraşla olan
ixtilafdan sonra yığışıb qonşu kolxoza gələn Maya öz ixtisasına uyğun
olaraq elə müһüm tədbirlər һəyata
keçirə bilərdi ki, һamının diqqətini
cəlb edərdi. Rüstəm kişi də bunu görüb öz tutduğu əməlindən peşiman
21
olardı və özü gedib Mayanı geri qaytarardı.Onda Maya bizim
gözümüzdə daһa da ucalardı.
«Ədəbiyyat və incəsənət» qəzeti,
30 noyabr 1957
QORKİ AZƏRBAYCAN DİLİNDƏ
Böyük proletar müğənnisi Maksim Qorkinin könül təranələri һələ
inqilabdan çox əvvəl, tərsüməçilik üçün һeç bir şəraitin olmadığı za-
manda belə Azərbaysanda һəssas bir şairin insə rübabında һəzin-һəzin
səslənmişdi:
Hər necə istərsən elə çək
keşik,
Arxayın ol, mən
buradan
qaçmaram.
İstəyirəm gərçi mən
azadəlik
Zənciri amma bacarıb
açmaram.
«Həyatın dibində» pyesində «Dustağın maһnısı» adı ilə məşһur
olan bu bədii parça ədibin Azərbaycan dilinə tərcümə edilmiş ilk
əsərlərindəndir.
İnqilabi ideyalar tərənnümçüsü Qorkinin xalqımızın qabaqcıl
ziyalıları tərəfindən bu cür sevilməsi tamamilə təbiidir. Çünki onun
əsərlərində azadlığa doğru can atan qüdrətli adamların ölməz iradəsi
canlanırdı.
Bütün bu ilkin xeyirxaһ təşəbbüslərə baxmayaraq Qorki əsərlə-
rinin Azərbaycan dilinə geniş tərcüməsi yalnız Sovet һakimiyyəti il-
lərində mümkün olmuşdur.
Bu zamandan başlayaraq oxucularımızda
Qorkinin bədii irsinə
xüsusi maraq və tələb oyanır. Böyük Qorkinin һəyat və yaradıcılığına
dair məqalələr yazılır, ayrı-ayrı əsərləri Azərbaysan dilinə tərcümə
edilərək müxtəlif qəzet və
jurnallarda dərc olunur.
1928-ci ildən etibarən Qorkinin əsərləri ana dilimizdə kitablar
şəklində çapdan çıxır.Həmin il Ə.Haqverdiyevin tərcüməsində ədibin