120
təravətini itirməmişdir:
Səd şükr, bahar oldu, ötüb fəsli-zimistan,
Şuralar ilə ziynət alır səhni-gülüstan.
… Azadə vətən, hürr süxən, biz də mühəyya,
Hər qülbədə, hər göydə açılsın yeni şura!
İnqilab və azadlıq haqqında gözəl niyyətlər, xoş arzu və diləklər
Oktyabr ərəfəsində yaranan şeirlərdə, o zamankı bolşevik və demok-
ratik mətbuatda dərc olunan bədii nümunələrdə çoxdan səslənməkdə
idi. O vaxt «Yoldaş» jurnalında inqilabi romantika ilə dolu olan,
zəngin mündərəcəli şeirlər çap olunurdu. Bu tipli əsərlərdə inqilabın
gələcəyinə möhkəm inam, sağlam, romantik ruh hakim idi.
Sovet hakimiyyətinin ilk illərində poeziyada inqilab mövzusu
şübhəsiz, hərtərfli poetik lövhələrlə, tablolalarla işlənə bilməzdi. O
zaman inqilab gah pəriyə, gah dan ulduzuna, gah da günəşə bən-
zədilirdi. Başqa sözlə desək, inqilabi mövzularda yazılan şeirlərdə bir
səthilik nəzərə çarpırdı, inqilabın dərin ictimai mahiyyəti, fəlsəfi əsası
hələ sənət dili ilə verilmirdi. Buna görə də şairlərin çoxu təsvir et-
dikləri hadisələrin bilavasitə iştirakçısından daha çox seyrçi, müşa-
hidəçi mövqeyində dururdular. Bu, həyatın, əsrin inkişaf istiqamətini,
onun hərəkətverici qüvvələrini yaxşı görməməkdən, ictimai-siyasi
hadisələrin mahiyyətini aydın dərk etməməkdən irəli gəlirdi. Dövrün
qabaqcıl inqilabi ideologiyası olan marksizmlə tanışlığın kifayət
səviyyədə olmaması da bu ziddiyyətləri görməyə əngəl törədirdi.
Qeyd etmək lazımdır ki, inqilabi poeziya dedikdə yalnız bilavasitə
Oktyabr mövzusunda yazılan əsərlər nəzərdə tutulmamalıdır. Məlum
olduğu kimi inqilab mövzusu geniş və çoxcəhətli anlyışdır. Buraya
əməyin tərənnümü, azadlıq uğrunda mübarizə və s. motivlər daxildir.
Ona görə də bu tematik əlvanlıq inqilab mövzusunda yazılan əsərlərin
müxtəlifliyini, rəngarəngliyini təmin edirdi.
İnqilabın ilk illərində yazıb-yaradan A.Şaiq, H.Cavid, Ə.Cavad,
M.S.Ordubadi, C.Cabbarlı kimi şairlərin bu mövzuda yazdıqları əsər-
lərdə bir qayda olaraq həmişə müasir hadisələr keçmişlə müqayisəli
şəkildə təsvir edilir. Bu tipli əsərlərdə başlıca olaraq köhnə, istismarçı
dünyaya nifrət və yeni, azad dünyaya rəğbət; birincini tənqid, ikincini
tərənnüm hissi hakim idi.
A.Şaiqin «Əmək pərisinə», «Zərbəçi», «Üç lövhə», «Bizimdir»,
121
«Hər şey var» və s. şeirləri bu səpgidədir. Müəllif «Hər şey var» şei-
rində vətəninin gözəlliyini, xalqının qabiliyyətini görmək istəməyən
bəzi kosmopolitlərə cavab verərək, iftixarla yazırdı:
Bu ölkədə nələr yoxdur görənə?
Hər yan, hər şey bir-birindən gözəldir.
Bunları şairə diktə edən, onun şeir rübabını mücərrəd anlayışlar-
dan, romantik, görünməz əfsanələrdən, boş və əsassız xəyallardan
uzaqlaşdıran Oktyabr inqilabı idi. Yalnız Oktyabr işıqları şairə düz-
gün yol göstərdi, onun diqqətini – «Həpimiz bir günəşin zərrəsiyiz» -
tezisindən ayırdı, ona sinfi bərabərsizlik həqiqətini öyrətdi, dost və
düşmənini tanıtdı.
İnqilabın bədii tərənnümü M.Müşfiqin yaradıcılığında daha geniş
yer tutur.
Mən kiməm, o böyük Leninin oğlu,
Bir insan tutamaz keçdiyim yolu.
Hərbin göylərində yarın qorxulu
İldırımlar kimi çaxacağam mən.
Müşfiq Oktyabr inqilabının atəşin təbliğatçılarından biri idi.
Birinci dərsimiz – internasional,
İkinci dərsimiz – burjuya siqnal,
Üçüncü dərsimiz – ölür kapital.
Azərbaycan sovet poeziyasının yaradıcılarından olan S.Rüstəmin
ədəbi fəaliyyətində də inqilabi mövzular üstünlük təşkil edir. O,
poeziyaya gəldiyi vaxt Azərbaycan ədəbiyyatında kəskin ideoloji
mübarizələr gedirdi. Burjua şairlərinə, dekadent ədəbiyyatının nüma-
yəndələrinə qarşı sənət meydanında duruş gətirmək asan deyildi.
İnqilabın yetişdirdiyi şairlər o zaman hələ gənc idilər; sənətkarlıq
cəhətdən kamilləşməmişdilər.Bütün bu çətinliklərə baxmayaraq,
sovet şairləri məfkurəcə sağlam, ideyaca möhkəm idilər və onlar
düşmənlərə qarşı mübarizədə bu silahdan bacarıqla istifadə edirdilər.
S.Rüstəm ilk ədəbi təcrübələrindən başlayaraq inqilabi ideyaların
ardıcıl, dönməz carçılarından biri kimi çıxış etməyə başladı. O, ədə-
biyyatımızda siyasi lirikanın gözəl nümunələrini yaradan bir şair kimi
diqqəti cəlb etmişdir. Şairin «Komsomol», «Ələmdən nəşəyə», «Üs-
122
yan yarat», «Oktyabr nəğməsi», «Uzaqlarda» və onlarca başqa şeirləri
inqilabi poeziyanın gözəl nümunələri kimi diqqət mərkəzində durur.
Sosializmə möhkəm inam, inqilabi işə sədaqət, Lenin partiyasına
qəlbən bağlılıq bu şeirlərin əsas ruhunu, canını təşkil edir.
S.Rüstəmin poeziyası partiyalı şeirin ən parlaq nümunələridir, –
desək səhv etmərik:
Bəli, biz kommunistik, həqiqətdir yolumuz,
Zəfərlər inqilabında var imzamız, qolumuz,
Günəş bizə əl edib, gülür istiqbal kimi,
Möhtəşəm himnimiz var «İnternasional» kimi!
Oktyabr inqilabının nailiyyətlərinin bədii tərənnümünə həsr
olunmuş şeirlərlə yanaşı, şairlərimiz bu mövzuda epik, monumental
əsərlər də yaratmışlar. Bunlardan S.Vurğunun «Komsomol» poeması,
«26-lar», «Leninin kitabı», «Zamanın bayraqdarı», «20 bahar»,
R.Rzanın «Lenin», M.Müşfiqin «Azadlıq dastanı», «Sındırılan saz»,
«Səhər» və b. əsərlərini göstərə bilərik. Bu əsərlərin hər birində
Oktyabr inqilabı və onun şanlı rəhbəri Lenin haqqında şairlərimizin
ürək sözlərini oxuyuruq.
S.Vurğunun səsi ədəbiyyata gəldiyi ilk vaxtlardan inqilabi möv-
zuda aydın və vüqarla səslənirdi. Şair 1927-ci ldə yazdığı eyni adlı
şeirində Oktyabrı dilsiz qərinələrin burulğanlarından işıqlı bir sabaha
yol açan məşəl kimi təsvir edirdi.
Yaxın bir keçmişin ağır daşını
Çırpdın öz başına, tökdüyün qanla.
Qardaşa tanıtdın öz qardaşını,
Nə günlər keçirdin əhdi-peymanla.
Poetik təfəkkür, obrazlı düşüncə şairin ilk qələm təcrübələrində də
özünü göstərirdi. Burada Oktyabrın keçmişin ağır daşını zülmətlər
əsrinin başına çırpması hərarətli inqilabi pafosla ifadə olunmuşdur.
Eyni ruhu şairin «Qızıl xatirələr» şeirində də görə bilərik. Burada da
inqilabın nemətləri deklorativ şəkildə sadalanmır, yüksək poetik sə-
viyyədə tərənnüm olunur.
Xalq şairi Rəsul Rzanın «Lenin» poeması inqilab dahisinə azəri
xalqının məhəbbətindən yoğrulmuş böyük sənət əsəridir. Poemada
Dostları ilə paylaş: |