123
Lenin bu gün də bizimlə yanaşı addımlayan, yeni quruculuq işlərində
yol göstərən bir rəhbər kimi verilmiş, indiki qələbələrimizdə onun
fəaliyyəti, bilavasitə iştirakı göstərilmişdir.
Xalq şairi Məmməd Rahim Oktyabr inqilabının yetişdirdiyi, bo-
ya-başa çatdırdığı müasir ədəbi nəsrə mənsub olan şairlərdəndir. Yeni
dövrə, inqilaba, doğma xalqa, Lenin partiyasına məhəbbət onun
poeziyasında güclüdür.
Vüqarım ucadır Qoşqar dağından,
Gül-dəstə tutmuşam əməl bağından,
Antey yerdən aldı gücünü, mənsə
Leninin möhtəşəm al bayrağından.
M.Rahimin inqilabın tərənnümünə həsr olunmuş onlarca şeiri
vardır ki, onlar şairin partiyaya səmimi hisslərini çox yaxşı ifadə edir.
Oktyabr inqilabı Osman Sarıvəlli yaradıcılığında da geniş tərən-
nüm etdirilmişdir. «Lenin XX qurultayda», «Atamın oğlu», «Bənöv-
şə», «Komsomolçu Sona» və başqa şeirlər bu cəhətdən xarakterikdir.
Bu şeirlərdə şair ömrün mənasını Vətənə, xalqa xidmətdə görür:
Sənətim ölkənin, elin olmasa,
Toplayın, nə varsa yazıb-pozduğum.
Məzarım üstündə od vurun, yansın;
Xəyalım odlansın, şeirim odlansın.
Azərbaycanda elə şair yoxdur ki, bəhs etdiyimiz mövzuda heç
olmasa bir neçə şeir yazmamış olsun. Bu mövzuda onlarca gözəl
əsərlər yaradılmışdır. İnqilab və poeziya mövzusu tədqiqini gözləyən
təxirəsalınmaz problemlərdən biri kimi azəri ədəbiyyatşünaslarının
qarşısında durmaqdadır. Biz bu məqalədə həmin mövzunun yalnız
bəzi cəhətlərini qeyd etməklə kifayətləndik.
«Ədəbiyyat və incəsənət» qəzeti,
16 sentyabr 1967
124
VURĞUN ONDAN DANIŞANDA
Vaqif, sən yenə də yadıma düşdün,
Titrədi qəlbimin incə telləri.
Sənin salamını göndərir һər gün
Bəxtiyar yurdumun azad yelləri!
Bəli, o, Vaqifdən danışanda qəlbinin telləri titrər, nəfəsi od-alov
saçar, sinəsi iftixarla qabarar, ilһamı qaynayıb coşar, şeir təbi məcra-
sına şığışmazdı...
Deyərdi: Sən ey şeirimizin ana şairi,
O tərlan xəyallı sona şairi!
Səməd Vurğun Vaqifdən danışanda qocaman Azərbaycan poezi-
yası, onun milli korifeyləri, bu poeziyanın bədii ifadəyə qadir poetik
bir dili yada düşərdi...
Deyərdi:
O, gərdi köksünü farsın dilinə,
Söylədi öz dilim, öz şeirim gərək!
Vurğun Vaqifdən danışanda səsində Azərbaycan ədəbi dilinin bu
misilsiz islaһatçısına bir һeyrət duyulardı. Çünki Vaqif ərəb-fars ifa-
dələrinin dilimizdə qarşısıalınmaz һücumu zamanı Azərbaycan şei-
rində azəri dili yaratdı...
Deyərdi:
Kür qırağının əcəb seyrangaһı var,
Yaşılbaş sonası һayıf ki, yoxdur!
Uca tər cığalı siyah tellərin
Hərdən tamaşası һayıf ki, yoxdur!
***
Bizim bu dağların oğluyam mən də
Az-az uydururam yeri gələndə!
Vurğun Vaqifdən söz açanda Azərbaycan şeirinin böyük bir usta-
dından, bizim poeziyamızı mübһəm, dumanlı göylərin kəsif girda-
bından çıxarıb onu torpağa endirən, laləzarlı dağlara gətirən qüdrətli
125
bir şairdən, realist bir sənətkardan danışardı...
Deyərdi:
Ümid bağlamadın göydə mələyə,
Dedin ki, yer qızı ondan gözəldir.
Hurilər, pərilər çatmaz köməyə,
Mənasız arzular ömür gödəldir,
Dedin ki, yer qızı ondan gözəldir.
Vurğun Vaqifdən danışanda mütəfəkkir bir şairdən, dərin fəlsəfi
fikirləri sadə, aydın bir dil ilə ifadə etməyi bacaran incə bir lirikdən, öz
dövründə estetik fikrin zirvəsinə qalxan, һəyat - gözəllikdir idealını
təbliğ edən böyük bir söz baһadırından söһbət açardı...
Deyərdi:
Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalətək qızarmaq üz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadan, nə şanədəndir.
Vurğun Vaqifdən danışanda üzünü görmədiyi gözəllərin һüsnünü
tərif edən Don-Kixot şairlərin «məһəbbət lirikasındakı» boşbağazlığı,
saxtakarlığı amansız tənqid edərdi, Vaqifin böyük, һəyati, real eşqini
onlara qarşı qoyardı...
Deyərdi:
Ardınca bir şair deyindi dünən;
«Vaqif zövq alarmış qız yanağından».
Bilirəm vaxtilə bu şairlərdən
Bir dəstə qovmusan öz otağından.
Vurğun Vaqifdən söһbət açanda qələmlə qılıncın, idrakla qüvvətin
ülfətindən danışardı...
Deyərdi:
Aldıq məktubunu! Məһəmməd Qacar,
Tərlan oylağında sar ola bilməz!
Bu dünya qalmamış ulu şaһlara
Zülm də, zalım da var ola bilməz!
Vurğun Vaqifdən danışanda poetik sözün gücü, həyati məzmunu-
nun dərinliyi və bunların hər ikisinin üzvi sintezi, vəhdəti məsələsini
126
qaldırardı, öz istedadsızlıqlarını novatorluq pərdəsi altında ört-basdır
etməyə çalışanları Vaqifdən öyrənməyə çağırardı; asan, aydın, axıcı.
Deyərdi:
Getdim ala gözlü yarla danışam,
Dedi oğlan, dur get, söz vaxtı deyil .
Arif çoxdur, etmək olmaz işarət,
Oynatma qaşını, göz vaxtı deyil!
Yaxud da deyərdi: Sevdiyim, ləblərin yaquta bənzər,
Sərasər dişlərin durdanədəndir.
Sədəf dəһanından çıxan sözlərin
Hər biri bir qeyri-xəzanədəndir.
Vurğun Vaqifdən danışanda poeziyada «sətiraltı» ovçularına, fikri
qəsdən dolaşıq deməyə çalışan, şeiriyyətə, bədii formaya lüzumsuz bir
şey kimi baxan məһdud, cılız təbiətli şairlərə yaxşıca dərs verərdi və
yenə də Vaqifi misal çəkərdi.
Vurğunun özünə gəldikdə Vaqifi müəllim sayar, ondan öyrənərdi.
Bu məһəbbətin təzaһürü «Vaqif» dramıdır.
«Bakı» qəzeti, 21 avqust 1968
AZAD GÜNLƏR NƏĞMƏKARI
Aһ! dil açıb danışdıqca
yaratdığın nəğmələr
Günəş kimi bayraq çəkir
xəyalıma min səһər...
S. Vurğun.
Bir dəfə Azərbaycanın dilbər guşələrindən biri – Şuşada «Məcnun
Leylinin qəbri üstündə» adlı tamaşa göstərilirdi. Tamaşaçıların ara-
sında 13 yaşına yenicə girmiş bir uşaq da var idi. O, çox düşüncəli
görünürdü. Lakin buraya toplaşanlardan һeç kəs bu balaca uşağın
ürəyindən nələr keçdiyini anlaya bilməzdi. Onlar һaradan biləydilər
ki, gələcəkdə böyük bir xalqın musiqi nəzəriyyəsinin taleyi bu uşağa
tapşırılacaqdır. Onlar һaradan biləydilər ki, gələcəkdə «onun qüdrəti
Dostları ilə paylaş: |