117
yubanmadan onun müalicəsinə başladı; o, yaraları ört -basdır etmək,
dərdi xəstədən gizlətmək, ona yalandan təskinedici sözlər demək yolu
ilə getməyib һər şeyi açıq-aşkar söyləməyi lazım bildi. Ətalət,
tənbəllik, dini təəssübkeşlik insanı şikəst edir, öldürür, diri ikən mə-
zara gömür. Bu sadə, һəyati məsələni lazımi bədii formada vətən-
daşlara demək lazımdır.Qoy «Usta Zeynal»ı oxuyan ondan ibrət
götürsün, yan-yörəsinə baxsın. Görsün ona oxşamır ki?
C.Məmmədquluzadə müasirlik məsələsində başqa bir cəһətə də
xüsusi fikir verirdi. O, tamamilə doğru olaraq belə bir fikirdə idi ki,
yazıçının sözü, fikri öz müasirinə tez çatmalı, onu bir işarədən başa
düşməlidir. Bunsuz sənət öz vəzifəsini layiqincə yerinə yetirə bil-
məzdi. Öz dövründə müasirləri tərəfindən başa düşülməyən, sevil-
məyən bir sənətkar xoşbəxt ola bilməz. Buna görə də ədib öz əsər-
lərinin məzmun sadəliyinin, eyni zamanda bədii formanın bilik
səviyyəsi, zövqü, dünyagörüşü müxtəlif olan o zamankı oxucular
tərəfindən yaxşı anlaşılması qayğısına qalırdı. Ədibin bütün əsərləri
bu tələbat və prinsip əsasında yazılmış mükəmməl bədii nümunə-
lərdir.«Danabaş kəndinin əһvalatları», «Ölülər», «Poçt qutusu»,
«Usta Zeynal», «Bəlkə də qaytardılar», «Qurbanəli bəy», «Kamança»
və s. belə əsərlərdəndir.
C.Məmmədquluzadə o zamankı müһiti və insanların xilqətində
komediyaya olan meyli nəzərə alaraq bədii gülüşə xüsusi diqqət ye-
tirirdi. O çalışırdı ki, oxucular gülə-gülə, əylənə-əylənə һəqiqətin
acısını dadıb fikirləşsinlər.Bu gülüş həyatın ölüm üzərində gülüşü idi.
Bu gülüş, bu söһbət qərinələrin, keçmişin yox, bu günün səsi idi. Bu
günün səsi isə yaxın olur, tez eşidilir.
Biz ədibin əsərlərində müasirliyin elə operativ cəһətlərinə rast
gəlirik ki, ona һeyran olmaya bilmirik. Bu operativlik bəlkə də
müəyyən mənada ədibin jurnalistlik sənəti
ilə əlaqədardır. Lakin
ədibin təkcə felyetonları, məqalələri deyil, bütün bədii əsərlərində
günün ən aktual məsələlərinə tez əks-səda vermək bacarığı һakimdir.
Lakin üzdə çox şən, zarafatcıl, dərdsiz, ələmsiz görünən Mirzə Cəlil
ağlamağı, ağlatmağı da bacarırdı. O, bəzən için-için inləyir, göz yaş-
ları yanaqlarına yox, qəlbinə, ürəyinə axırdı. Belə һallarda o, çox
kövrək qəlbli bir insana, böyük tragik vəziyyətlər müəllifinə, fəci
səһnələr ustasına çevrilirdi. Belə һallarda o, lirik bir şair qədər incə və
zərif duyğular ifadə etməyi bacarırdı:
«Ey mənim gözəl Nazlı bacım! Bir bax, bax, һəyətdə gün çıxıb.
118
Sən ki, o günü görməyəcəksən, nəyə lazımdır onun
işığı! Çöldə otlar
göyərib, ağaclar çiçək açıb, amma nəyə lazımdır sənsiz o çiçəklər, o
çəmənlər!».
Budur, һəqiqi sentimentallığa qədər yüksələn gözəl, şairanə, һəm
də һüznlü bir lirika. Budur, üzdə gülər, qayğısız, kədərsiz, baməzə
görünən, içəridə isə ürəyi od tutub yanan dərdli, ələmli bir ədib! Kim
deyir o, təkcə satirikdir, ifşaçıdır? Xeyr, o, һəm də qüdrətli bir lirikdir.
Elə bir lirik ki, rəsm etdiyi һəyat səһnəsindən, ifadə etdiyi duyğular-
dan, һəzin təһkiyəsindən yaralar göz-göz olub sulanır, adamın ürəyi-
nin başı göynəyir.
Azərbaycan sovet nəsrinin müasir yaradıcıları öz böyük sələf-
lərinin layiqli şagirdləri olmağa çalışırlar. Bizim ədəbiyyatımızda
bədii gülüşün inkişafında Mirzə Cəlilin rolu burada da görünmək-
dədir. Bizim ədəbiyyatımızda, xüsusilə һekayə janrının özünəlayiq
yerlərdən birini tutmasında da böyük ədibin təsiri aydın görünür.
Mirzə Cəlil sənəti ölməzdir. O bu gün də bizim nöqsanlarımıza
gülür, bizi ətalətə, süstlüyə, məһdudluğa qarşı mübarizəyə səsləyir.
«Bakı» qəzeti, 10 aprel 1967
POEZİYAMIZDA MÜBARİZƏ MOTİVLƏRİ
Böyük Oktyabr sosialist inqilabı şairin rübabında böyük bir pərdə
yaratdı, mübariz, möhtəşəm, nikbin ruhlu, həyat nəfəsli bir poeziyanın
təməl daşını qoydu.Bu poeziya özünün ideal qəhrəmanını fəhlə-kəndli
kütləsinin sıralarında tapdı. Onu məhəbbətlə tərənnüm edib yüksəltdi,
insanı zəhmətinə, bacarığına görə qiymətləndirdi, gündəlik həyatın
prozasından qorxmadı, bu prozanın özündə poeziya tapdı, kəşf etdi,
meydana çıxartdı.Bu poeziya kəndin ayranını, şəhərin mazutunu
təsvirdən çəkinmədi.Bu nəfəsi, bu istiqaməti, bu tükənməz ilham
mənbəyini poeziyamıza Böyük Oktyabr sosialist inqilabı bəxş etdi.
İnqilabın al bayrağını isə Şərqdə ilkin qaldıran Azərbaycan oldu.
Təsadüfi deyildir ki, inqilab şairi V.Mayakovski «26-lar» poemasında
yazmışdı:
Oktyabrın
qızıl barrikadalarından,
Şərq ellərində
119
ilkin səs verdi
Azərbaycan!
Leninizm bayrağının bütün Şərqdə, ilk dəfə Azərbaycanda dalğa-
lanması o demək idi ki, inqilab azəri xalqının ruhundan doğmuşdur;
onun həyati tələbatından, maddi-mənəvi ehtiyaclarından yaranmışdır.
Ona görə də azəri şairlərinin Leninə, sosialist inqilabına külli miq-
darda əsər həsr etmələri təbiidir.
Xalqımız inqilabdan sonra özünü daha da yaxşı dərk etdi, nəyə qa-
dir olduğunu anlamağa başladı. M.Hadinin vaxtilə köks ötürərək
yazdığı:
Qoymuş miləl imzasını əvraqi-həyata,
Yox millətimin xətti bu imzalar içində.
misralarının əksinə olaraq S.Vurğun inamla deyir:
O böyük dastanın hər varağında,
Onun hər fəslinin yazılmağında
Mənim yurdumun da öz imzası var.
Əlbəttə, Oktyabr inqilabını azəri şairlərinin yaşlı nəsli birdən-birə
dərk edə bilməzdi. Lakin çox keçmədən onlar da tədricən anladılar ki,
bəşəriyyətin qurtuluş yolu inqilabdadır.Hüseyn Cavid kimi bir sənət-
karın inqilabdan sonra yeni, inqilabi məzmunda əsərini – «Azər»
dastanını yazması fikrimizi sübut edə bilər.Dastanın qəhrəmanla-
rından birinin dili ilə şair, inqilabdan əvvəl və sonra azəri həyatının
müqayisəli təsvirini gözəl, poetik detallarla verir.
İnqilabı öz bədii yaradıcılığının ən yetkin dövrundə qarşılayan
şairlərin əksəriyyəti belə olmuşdur. Onların hamısı təxminən bu yolla
getmişdir. Doğrudan da, yaşlı şairlərin əksəriyyəti Oktyabr inqilabının
dünya əhəmiyyətini gec-tez dərk etmişlər.
İnqilabi mövzunun poeziyamızda işlənməsində C.Cabbarlının,
A.Şaiqin, Ə.Nəzminin böyük xidmətləri olmuşdur. Kommunist yazıçı
M.S.Ordubadi üçün inqilab daha əziz idi. Çunki o özü fəal inqilabçı
olmuşdur. M.S.Ordubadi sosialist inqilabı haqqında, onun böyük rəh-
bəri Lenin haqqında o zaman ən yaxşı şeirlərin müəllifi kimi ta-
nınmışdı. Onun «Leninə», «Bahar çiçəkləri» və s. şeirləri indi də
Dostları ilə paylaş: |