Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə27/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   23   24   25   26   27   28   29   30   ...   49

 
154 
Səninlə bir pərdə arxasında, bil, 
Belə tək qalmağım mənə xoş deyil 
Mən quru pambığam, sən odlu şimşək, 
Mən mişkin ətriyəm, sən coşğun külək. 
Bu pambıq o odla necə uzlaşar? 
Ətir o küləyə necə qatlaşar? 
Züleyxa saymadan onun sözünü, 
İkinci otağa saldı özünü! 
Yenə də qıfılı bağladı möhkəm, 
Yusifin qəlbini sıxdı dərdü-qəm. 
Yenə Züleyxanın yüksəldi ünü, 
Açdı neçə illik sirrin üstünü. 
Dedi: – Sən mənimçün əzizsən candan, 
Məndən üz döndərmə, mən sənə qurban! 
Ağlımı, huşumu verdim əlimdən, 
İndi bir qapıdır, bir də sən və mən. 
Deyirəm: dərdimin dərmanı ol gəl, 
Əmrimdən çıxmaqdan daha götür əl! 
Sözümə itaət etməsən əgər, 
Özün inadından çəkərsən zərər! 
Söylədi: – Bir iş ki, sayılır günah, 
O işə qol qoymaq üsyandır, vallah! 
O iş ki allahın özü sevməyir, 
Onda israr edən ancaq bəndədir! 
O işi tutarsam, gərək xar olum, 
Dünyada zillətə giriftar olum. 
Bununla orada kəsildi söhbət, 
Başqa bir otağı qıldılar xəlvət, 
Züleyxa bir qıfıl asdı qapıdan, 
Öz ürək sözünü söylədi əyan. 
Hiylənin, kələyin yox idi sonu, 
Otaqdan-otağa çəkərək onu, 
Hər yerdə deyirdi yeni hekayət, 
Öz ürək dərdindən başqa şikayət. 
 
155 
Altı ev keçdilər, yoxdu bəhrəsi
Yenə şeşxanada qaldı möhrəsi. 
Yeddinci otağa qoydular qədəm, 
Dilək axtarırdı oradan sənəm. 
Bəli, ümidini kəsməz sevənlər, 
Qaranlıq gecədən doğar ağ səhər. 
Yuz qapı açaraq ümid diləsən, 
Qəm yemə, onlardan kömək görməsən. 
Yeni bir qapını döy dayanmadan, 
Bəlkə də, məqsədə çatasan ondan. 


 
156 
ZÜLEYXA  YUSİFİ  YEDDİNCİ OTAĞA  
GƏTİRİR,  ONDAN  MURAD  İSTƏYİR, 
YUSİF  ONU  RƏDD  EDİR 
 
Bu sirli sarayın söz söyləyəni, 
Belə nəql eləmiş bu hekayəni: 
Elə ki yeddinci otağa çatdı, 
Züleyxa ağlayıb, şivən qopartdı. 
– Ey Yusif, gözümün üstə qoy qədəm, 
Lütfündən bəzənsin bu nurlu hərəm. 
Yusifi orada salaraq girə, 
Dəmir qıfıl vurdu qızıl zəncirə. 
Otaqda yox idi əğyardan əsər
Paxıllar oradan tutmazdı xəbər. 
Onun qapısından yadlar girməmiş, 
Dostlar da oraya üz çevirməmiş. 
Aşiqlə məşuqdan başqa yox bir kəs, 
Nə darğa görünər, nə də bir əsəs
1

Məşuqun üzünə bəzək verib naz, 
Aşiq könlü edib şövqdən pərvaz. 
O geniş meydanda həvəs odlanar, 
Tamahın canına od düşüb yanar. 
Məst olub Züleyxa yanında canan, 
Əlini əlindən buraxmaz bir an. 
Şirin sözlə salıb atəş canına, 
Yusifi gətirdi təxtin yanına. 
Özünü o taxtın üstünə saldı, 
Ağladı, Yusifin seyrinə daldı. 
Dedi: – Ey gülüzlü, mənə nəzər sal, 
Könlümü lütf ilə bir dəm ələ al. 
Günəş camalımı görərsə əgər, 
Ay olub, üzümdən işıq əxz edər. 
Məni dərd oduna yaxdığın yetər, 
                                                           
1
 Ясяс – эеъя кешикчиси. 
 
157 
Həqarət gözüylə baxdığın yetər! 
Ürək sözlərini deyib o nigar
Eşqini Yusifə qılırdı izhar. 
Onun fitnəsindən Yusif qorxaraq, 
Başını aşağı tuturdu ancaq. 
Otağın fərşinə sataşdı gözü, 
Gördü: Züleyxadır, bir də ki, özü, 
İpək bir yataqda ikisi bərk-bərk, 
Qucub bir-birini uzanmış, gerçək! 
Oradan gözünü ayırdı birdən, 
Başqa bir nöqtəyə baxınca həmən, 
Özünü onunla gördü qol-boyun, 
Pozdu əhvalını bu sirli oyun. 
Qapıya, divara, baxdı hər yana, 
İki gül oturub gördü yan-yana. 
Göyə üz tutdu, ah, allah amandır! 
Gördü səqfdə də mətləb hamandır! 
Artdı Züleyxaya meyli bu zaman, 
Üzünə bir kərə baxdı mehriban. 
Doğdu Züleyxanın könlündə ümid, 
Zənn etdi, doğacaq üzünə xurşid. 
Yaralı ahu tək qəmdən mələdi, 
Könlünün qanını gözdən ələdi. 
Dedi: – Mətləbimi rəva qıl, rəva! 
Vəslinlə dərdimə dəva qıl, dəva! 
Mən susuz, sən isə həyat suyusan, 
Mən ölmuş, sən isə nuşdarusan
1
 
Mən səndən uzağam, necə ki, canan, 
Ölu candan olar, susuz bulaqdan. 
İllərdir qəmində canım odlanar, 
Şövqündən nə yemək, nə yatmağım var. 
Məni qəm selində boğduğun, yetər! 
Ac, susuz, yuxusuz qoyduğun yetər! 
                                                           
1
 Нушдару – яфсаняви тясирли (саьалдыъы) дярман. 


 
158 
Səni and verirəm allah eşqinə, 
Şahların sultanı o şah eşqinə! 
O hüsnə ki səndə xaliq yaratmış, 
Dünyanı fəth edib, kamala çatmış. 
O nura ki, sənin alnında parlar, 
Ay olmuş önündə səadəyə vadar. 
Səni and verirəm kaman qaşına, 
Sərv qamətinə, uca başına, 
Kaman qaşlarını çatan mehraba, 
Zülfün kəməndini düyən qüllaba
1

Könüllər ovlayan cadu gözünə
Dunyanı bəzəyən o gül üzünə, 
Bir tükə ki, ona sən bel deyirsən, 
Bir sirrə ki, ağız zənn eləyirsən, 
O gül yanağını bəzəyən xala, 
Şəkər ləblərindən süzülən bala, 
Həsrətində axan bu göz yaşıma, 
Odlu ahlarıma, qəm sirdaşıma, 
Üstümə dağ kimi yüklənən qəmə, 
Könlümü odlayan dərdə, ələmə, 
Bütün varlığımı əzən eşqimə, 
Sonsuz qüruruna dözən eşqimə, 
Rəhm qıl, ürəyim dönmüşdür qana, 
Çətin işlərimi gəl, sal sahmana. 
Bir çiçək dərməkçün sənin bağından, 
İllərdir yanaram eşqin dağından. 
Yaralı sinəmin məlhəmi ol, gəl! 
Ətrinlə könlümün həmdəmi ol, gəl! 
Hicrindən sarsılıb duşmüşəm oda, 
Ver vüsal süfrəndən canıma qida. 
Məndə süd, səndə ki, təzə xurma var, 
Süfrə açmamağa nə bəhanə var? 
Bu süddən, xurmadan cismimə can ver, 
                                                           
1
 Гцллаб – щалга, китмяк. 
 
159 
Həsrətlə ölməkdən mənə aman ver! 
Yusif ona dedi ki, ey pərizad, 
Sən varsan, pərini kimsə etməz yad
Gəl, məni bu günah işə çağırma, 
Məsumluq şişəmi daş ilə qırma! 
Vurma ətəyimə günah ləkəsi, 
Yandırar cismimi şəhvət şöləsi! 
And olsun hər yerdə hazır allaha, 
Yaxşıya, yamana nazir allaha! 
Səxa
1
 dənizində fələk bir hübab, 
Zərrədir önündə nurlu afitab. 
And olsun əcdadım pak insanlara! 
Paklıqda oxşaram ancaq onlara! 
Gövhərim onlardan almış yaraşıq, 
Onlar ulduzuma vermişdir işıq! 
Bu gün əl götürsən yaxamdan əgər, 
Bu xəlvət binadan buraxsan əgər, 
Mənim hörmətimdən feyzə çatarsan, 
Mənim xidmətimdən razı qalarsan! 
Kam alıb, ruh verən ləl-ləbimdən, 
Könlün aram olar sərv qədimdən! 
Murada çatmağa tələsmə zinhar, 
Gec dəyən meyvələr ləzzətli olar! 
Toruna gec düşən sürətli ceyran, 
Yaxşıdır tez düşən çolaq dovşandan! 
Züleyxa söylədi: – Bir susuz əgər, 
Su tapsa, saxlarmı sabaha məgər? 
Az qalıb ki, şövqün canımı alsın, 
Qoymaram bu iş heç axşama qalsın. 
Hanı məndə dəxi o səbrü-qərar
Bu işi təxirə salam, ey nigar?! 
Bir ləhzə mənimlə mehriban otur, 
Sənə bu əmrdə nə mane olur? 
                                                           
1
 Сяха – сяхавят. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə