Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə28/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   24   25   26   27   28   29   30   31   ...   49

 
160 
Yusif ona verdi belə bir cavab: 
Nədir qəlbində bu sonsuz iztirab?! 
İki maneə var: rədd edir mehri
Allahın qəzəbi, Əzizin qəhri. 
Əziz duysa məndən nankorluq əgər, 
Yüz dərdə, möhnətə giriftar edər. 
Qılıncı sıyırar üstümə mənim, 
Öldürər, köynəyim olar kəfənim. 
Bir də ki, qiyamət günündə allah, 
Zinanı sayacaq ən ağır günah! 
O, bəd əməllərə verərkən cəza, 
Qorxuram, adımı birinci yaza. 
Dedi: – Əziz deyil qorxulu düşmən, 
Onu işrət günü məst edərəm mən. 
Bir camla canını yaxaram, bişək! 
Yuxudan ayılmaz qiyamətədək! 
Sən özün deyirdin, allahım mənim. 
Günahı əfv edər, rəhimdir, kərim! 
Mənim içi dolu yüz xəzinəm var
Bu xəlvət sarayda quylanmış onlar. 
Allahın yolunda verərəm ehsan, 
Məncə, keçər allah günahlarımdan! 
Yusif ona dedi: – Qoymaram ki, mən, 
Bir kəs zərər çəksin mənim üzümdən! 
Xüsusən, Əziz ki, tutaraq əziz, 
Mənə bağışlamış misilsiz kəniz! 
Mənim allahıma gəlincə, inan! 
Rüşvətlə könlünü çətin alasan! 
Xəlq edib, müzd almaz heç birimizdən. 
Rüşvətlə keçərmi təqsirimizdən?! 
Züleyxa dedi: – Ey şahlardan xoşbəxt, 
İstəsən, əlinə keçər tacü taxt. 
Qəlbimə qəm oxu vurmağın yetər! 
Bəhanə gətirib durmağın yetər! 
 
161 
Bəhanə dediyin məkrü hiylədir, 
Düz işi əyməkçin bir vəsilədir. 
Əyri yol tutaram, allaha pənah, 
Sənin bu hiylənə dözmərəm, vallah! 
Taqətim tükənmiş, məni qıl aram, 
Necə olsa, gərək səndən alım kam! 
Deməkdən yoruldum, etmədi əsər
Muradım olmadı səndən müyəssər, 
Daha kəs dilini, danışma, bir az, 
Xeyr işdə gecikmək zərərsiz olmaz! 
Quru qamış kimi yandığım zaman, 
Sən ləzzət alırsan gur alovumdan! 
Nə fayda bu oddan, tüstüsü əgər 
Sənin gözlərinə qılmayır əsər. 
Bu oda, tüstüyə sən oldun səbəb, 
Barı, gəl oduma bir ovuc su səp! 
Züleyxa sözünü çatdırdı sona, 
Yusif rədd cavabı verərkən ona, 
Züleyxa söylədi: – Bəsdir, danışdın, 
Sözlə vaxt almağa yaman alışdın! 
Çıxma istəyimə qarşı, yoxsa mən, 
İntihar edərəm sənin əlindən! 
Gəl, qucu boynumu, qucmasan əgər
Öz əlimlə kəsər boynumu xəncər! 
Bil ki, dolaşmasa qolun boynuma, 
Düşər nahaq qanım sənin boynuna! 
Xəncəri vuraram bir süsən kimi, 
Qızardar gül kimi qan köynəyimi. 
Ayrılıq dağıyla odlanar canım, 
Sənin inadından qurtarar canım! 
Əziz meyidimi qarşında görər, 
Səni qatil bilib, vallah, öldürər! 
Torpağın altında tutunca aram, 
Canınla qovuşan canım alar kam! 


 
162 
Döşəyin altından aldı o dilbər, 
Söyüd yarpağı tək yaşıl bir xəncər! 
Yanan ürəyindən şivən qopardı,  
Təşnə boğazına su tək apardı. 
Yusif şimşək kimi sıçrayıb həmən, 
Ki, tutub xəncəri alsın əlindən. 
Dedi: – Bu əməldən əl çək, Züleyxa! 
Səbirli olasan gərək, Züleyxa! 
Bəlkə kama çatdın mənim vəslimdən, 
Belə əbədilik ayrılma məndən. 
Məhəbbət bürcünün ayı Züleyxa, 
Yusifi mehriban görüncə daha
Elə zənn etdi ki, Yusif olub ram, 
Vüsala çataraq olacaq aram. 
Xəncəri əlindən saldı, yönəldi, 
Başqa bir məqsədlə yaxına gəldi. 
Qolunu doladı belinə birdən, 
Dalbadal busələr aldı ləbindən. 
Qıldı incisini oxuna hədəf, 
Etdi gövhərinə canını sədəf. 
Yusif tuşlamadı oxu hədəfə, 
İncini qoymadı yaxın sədəfə. 
Könlü istəsə də, deşsin bir inci, 
İsmət mane oldu ona birinci. 
Züleyxa dil açıb hey yalvarırdı, 
Yusif qaçmaq üçün yol axtarırdı. 
O murad istəyir, hər dəm ağlardı, 
Açdığı düyməni Yusif bağlardı. 
Yusifin bir küncə üzü sataşdı, 
Zərli bir pərdəyə gözü sataşdı. 
Soruşdu: – Pərdədə kim var, bir dayan?! 
Pərdənin dalında kimdir oturan? 
Dedi: – Bir quvvədən çəkinirəm mən  
Ki, çıxa bilmərəm onun əmrindən. 
 
163 
O qızıl bir bütdür gözləri gövhər
İçini doldurmuş mişklə ənbər. 
Mənim xaliqimdir o sənəm, deyə, 
Düşərəm önündə hər an səcdəyə. 
Dedim, sataşmasın gözümə gözü, 
Pərdənin dalında gizlətdim, düzü. 
Qoy məni görməsin günah iş üstə, 
Din yolundan edən təbah
1
 iş üstə. 
Yusif fəryad etdi: – Bu barədə sus! 
Yoxdur xaliqimdən xəbərin, əfsus! 
Sən cansız gözləri salırsan saya, 
Mən necə canlıdan etməyim həya? 
Necə mən qorxmayım qadir allahdan? 
Xəbərsiz qalarmı o bu günahdan? 
Bu sözlə özünü ataraq kənar, 
Yataqdan çəkildi Yusif huşiyar! 
Əlif uzaqlaşdı lam əlif-lamdan, 
Şamdan uzaq qaldı o gümüş şamdan. 
İti addımlarla Yusif qaçırdı, 
Aradan çıxmağa yollar açırdı. 
Hər bağlı qapıya çatdığı zaman, 
Qıfıl qopub, düşür yerə qapıdan. 
Barmağı olmuşdu, sanki, bir açar, 
Hər işarəsiylə bir qapı açar. 
Züleyxa sürətli addımlar atdı, 
Sonuncu qapıda Yusifə çatdı. 
Arxadan əlinə keçdi ətəyi, 
Çəkib parçaladı ipək köynəyi, 
Köynəyi yırtılmış bir qönçə kimi
Çıxıb getdi əldən könül həmdəmi. 
Züleyxa bu qəmdən nalə edərək, 
Döşəndi torpağa qara kölgə tək. 
Odlanan qəlbindən nalə yüksəldi, 
                                                           
1
 Тябащ – пис ямял. 


 
164 
Ney kimi coşaraq fəryada gəldi. 
Nə qədər bədbəxtəm, – dedi, – ah, aman, 
Küsüb o nazənin getdi yanımdan. 
Əfsus ki, torumdan qaçdı o şikar, 
Əfsus, o şəhdə ki, oldu zəhrimar. 
Deyirlər, bir zaman ac bir hörümçək, 
Gəzib axtarırdı özünə yemək. 
Gördu bir tərəfdə oturub şahin, 
Əlindən qurtarıb bir padşahın. 
Hörümçək başladı tor toxumağa, 
O məğrur şahini tora salmağa. 
Quşun ətrafında hərlənib müdam, 
Öz göbək suyunu işlətdi tamam. 
Şahin qanadını bir kərə çaldı, 
O tordan bir neçə qırıq tel qaldı. 
O hörümçək mənəm, könlüm yaralı, 
Düşdüm öz arzumdan ayrı, aralı, 
Tel kimi qırılmış həyat damarım, 
Quş kimi əlimdən uçmuş şikarım! 
Əlimdə arzumdan, əməllərimdən, 
Bir neçə qırıq tel qalmışdır həmən. 
 
165 
YUSİF  ZÜLEYXANIN  ƏLİNDƏN  QAÇIR, 
ƏZİZ  ONU  GÖRÜR,  LAKİN  YUSİF  SİRRİ  
AÇMIR,  ZÜLEYXA  YUSİFƏ  BÖHTAN  ATIR 
VƏ  ƏZİZİ  İNANDIRIR 
 
Yazmış bu dastanı qələmə alan, 
Yusif o saraydan çıxdığı zaman. 
Gəldi qarşısına həyətdə Əziz, 
Yanında bir dəstə əyan, qul, kəniz. 
Yusifin halını gördü pərişan, 
Əziz səbəbini soruşdu ondan. 
Ədəblə söhbəti çatdırıb başa, 
Yusif Züleyxanı etmədi ifşa. 
Əlindən tutaraq Əziz hörmətlə, 
Apardı içəri bir məhəbbətlə. 
Züleyxa onları bir yerdə görcək 
Dedi: – Yusif sirri açmışdır, demək. 
Belə bir zənn ilə o şivən saldı, 
Öz sirri üstündən pərdəni aldı. 
Dedi: – Ey ədalət mizanı, söylə, 
Onun cəzasını muəyyən eylə! 
O sənin əhlinə etmişdir cəfa, 
Mümkünmu özgəyə göstərsin vəfa? 
Ağılsız, pərvasız qoşulub işə
Qılmış xəyanəti özünə peşə. 
Əziz ona dedi: – Sən, ey pərizad, 
Söylə, nə olmuş ki, qopardın fəryad? 
Dedi: – Sən bu ibri qula əvvəldən, 
Mərhəmət göstərib, övlad demişsən! 
Bu xəlvət otaqda rahat yatmışdım, 
Könlumdən möhnəti, qəmi atmışdım 
Gəldi yatağıma oğrular kimi, 
İstədi talasın gül xərmənimi. 
Elə zənn edirdi xəbərim olmaz, 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə