Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə20/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   16   17   18   19   20   21   22   23   ...   49

 
112 
Yadların eşqindən könlümü qırdın, 
Vüsal mənzilinə məni çağırdın. 
Hər tüküm birər dil olarsa, inan! 
Hər biri haqqında deyərsə dastan, 
Vəsfində tük qədər söyləyə bilməz! 
Demək, təşəkkürün əlimdən gəlməz! 
Sonra vidalaşıb, ayrıldı, getdi, 
Mayanı, qazancı atıb tərk etdi. 
Getdi, oturmadı öz mənzilində, 
Bir məbəd tikdirdi Nil sahilində. 
Dünyanın malını, mülkünü atdı, 
Yoxsulun, möhtacın dadına çatdı. 
Onun var-yoxunu tarac etdilər, 
Bir parça çörəyə möhtac etdilər. 
Artıq, istəmədi zərli əsabə, 
Başına bağladı qəzil patabə. 
Gövhərli, minalı tacı unutdu, 
Köhnə bir çalmanı şərəfli tutdu. 
Atlası, tirməni çıxarıb həmən, 
Güzgü tək geyindi paltar keçədən. 
Cavahir dənəli qolbaq yerinə, 
Palçıqdan bir təsbeh aldı əlinə. 
O, məbəd küncündə tutaraq aram, 
Döndərdi üzünü dünyadan tamam. 
Gülxəndən bir ətək gül gətirərək
Xəlvətdə düzəltdi özünə döşək. 
Başının altına daş qoyub yatdı, 
Ağrıdan şivəni göylərə çatdı. 
Canını salaraq dərdə, təlaşa, 
Verdi o məbəddə ömrünü başa. 
Ömrü ibadətdə keçdi hər zaman, 
Ölərkən, əliboş, rahat verdi can.  
Zənn etmə canını o verdi hədər, 
Cananı yolunda can verdi dilbər. 
 
113 
Ey könül, mərdliyi o qızdan öyrən, 
Onun matəmində qoparma şivən! 
Bu qəmi unudub, çək öz qəmini, 
Saxla öz yasını, öz matəmini. 
Surətə pərəstiş etdin hər zaman, 
Əsli, həqiqəti çıxardın yaddan. 
Axtar həqiqəti surətdən əl çək, 
Surət tez zavala uğrayar, gerçək! 
Burax, daşlı yolda qədəm vurmağı, 
Hər zaman məskən qıl yeni budağı. 
Yüksəl, bu aləmin fövqündə otur, 
Məna sarayında yüksəl, büsat qur. 
Surət minlərlədir, məna bir ancaq, 
Surət sayanlardan uzaq qaç, uzaq! 
Harada çoxluq var, pərişanlıq var, 
Fələk də çoxluğa çəkmiş bir hasar. 
Üstünə gələrsə güclü bir düşmən, 
Çalış ki, savaşa hasar çəkəsən. 


 
114 
ZÜLEYXA YUSİFLƏ MÜSAHİB OLUR 
VƏ ONA XİDMƏT EDİR 
 
Elə ki, Züleyxa oldu bəxtiyar
Ona fələklər də verdi ixtiyar. 
Bütün arzuları nəzərdən saldı, 
Yusifə xidməti boynuna aldı. 
Aldı zərli ipək, tirmə, xəz, atlas, 
Boynuna tutdurub, tikdirdi libas. 
Verdi qızıl taclar, qızıl kəmərlər, 
Üstünə düzdülər parlaq gövhərlər. 
Biçib tikmək günü başa çatmışdı, 
Libasların sayı üç yüz altmışdı. 
İlin hər günündə hər səhər, əlbət, 
Yusifə geydirdi bir yeni xələt. 
Qızıl tac qoyarkən sultanı şərqin, 
O da başqa bir tac qoyardı, zərrin. 
Çıxanda sərv tək Yusif  hər səhər, 
Belinə bağlardı başqa bir kəmər. 
Üzü bir günəşdə ürəklər açan, 
İki gün çıxmazdı eyni yaxadan. 
Gözəllik bağında sərvə edər naz, 
Bir tacı iki gün başına qoymaz. 
Bağlamaz belinə o ləbi şəkər
Dalbadal neyşəkər kimi bir kəmər, 
Hər səhər qoyduqca başa yeni tac, 
O taca verərdi min öpüş, xərac. 
Deyərdi: – Tacımdır ayaq torpağın. 
Taledə olaydım kaş mən ortağın. 
Köynəyi əyninə geyinən zaman, 
Əvvəlcə bağrına basardı haman. 
Deyərdi: – Bir sapın olaydım, ey kaş! 
Onu ağuşuma alaydım, ey kaş! 
O sərvin boynuna tutanda qəba, 
 
115 
Qəbaya deyərdi xəlvət Züleyxa: 
– Könlümdə bir arzum vardır, sənin tək 
Yusifi bağrıma basaydım bərk-bərk. 
Hərdəm ki, bağlardı belinə kəmər, 
Könlündən keçərdi onun bu sözlər: 
– Ey xuda, kaş qolum kəmər olaydı, 
Bu hicran gecəsi səhər olaydı! 
Elə ki zülfünə vurardı şanə, 
Fəğana gələrdi, sanki, divanə! 
Zülfünü qılardı boynuna zəncir, 
Tor qurub, əliylə düşərdi əsir. 
Yusifə şam, nahar verməkçin özü, 
Mətbəxdə keçərdi gecə-gündüzü. 
Süfrələr döşəyib hər gün rəngbərəng
Əlvan nemətlərlə verərdi bəzək. 
İstəsəydi, halva bişirsin əgər, 
Lazımı olsaydı badamla şəkər, 
Dilini, dişini salaraq yada, 
Sanardı qənd ilə badam halvada. 
Bağda ağaclardan meyvə üzəndə, 
Meyvəni süfrəyə, qaba düzəndə, 
Deyərdi: – Bu oxşar al yanağına, 
O biri meyvə də ağ buxağına. 
Toyuğu, kəkliyi edəndə büryan, 
Öz yanar bağrını anardı pünhan, 
Rəngi xoş, təmi xoş mürəbbələrdən, 
Verəndə yad edər onun ləbindən. 
Süfrəyə hər zaman şərbət düzərdi
Elə bil, şərbətdə nəbat üzərdi, 
Hər nəyə meyl etsə bir mehman kimi, 
Tez hazır edərdi şirin can kimi. 
Yorucu gündüzlər başa çatanda, 
Gecələr Yusifi yuxu tutanda, 
Züleyxa salardı ipəkdən yataq, 


 
116 
Döşəyi, örtüyü, taxtı yumuşaq, 
Gülə qərq olardı gül kimi bədən, 
Lalə yanağından öpərdi səmən. 
Könlündən qəm tozu silinsin deyə, 
Züleyxa başlardı şirin hekayə. 
Yusifə çalardı lay-lay nəfəsi, 
Gözünü örtərdi yuxu pərdəsi, 
Züleyxa şəm ilə olardı həmdəm, 
Yanıb əriyərdi şəm ilə bahəm. 
Sübhətək gəlməzdi yuxu gözünə
Tikib gözlərini yarın üzünə, 
İki məst ahusu səhərə qədər, 
O ayın gözəllik bağında gəzər. 
Kah nərkis gözüylə edib dərdi-dil,. 
Gah qönçə ləbinə olardı mayil; 
Gah da gül üzündən dərərdi lalə, 
Göz yaşı olardı gül üstə jalə. 
Gah görür ləbində həyat bulağı, 
Gah oxşar ruhunu büllur buxağı. 
Gah ənbər zülfüylə başlayıb söhbət, 
Deyərdi: – Ey qızıl güllə həmsöhbət, 
Divlə həmaşiyan bir pəriyəm mən, 
Odur, qan süzülür, didələrimdən. 
Dilində şikayət, könlündə qubar, 
Gecə sübh olunca, yatmazdı nigar. 
Gecə də, gündüz də bu idi işi
Ah çəkib, qan udmaq oldu vərdişi. 
Qəmiylə Yusifə bir qəmxar oldu, 
Xanımkən bir qula pərəstar oldu. 
Bəli, qayda budur, aşiq can satar, 
Məşuqə xidmətlə murada çatar. 
Yığar kirpiyiylə yolundan tikan, 
Qoyar ayağına gözüylə dərman, 
Məşuqun könlünə yol tapsın deyə, 
 
117 
Canını yolunda verər hədiyyə. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə