Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə23/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   19   20   21   22   23   24   25   26   ...   49

 
130 
O səni sevmişdir olarkən uşaq
Çoxdandır işləyir könlündə bu dağ. 
Üç kərə görmüşdür yuxuda səni, 
Oduna yanaraq atmış vətəni. 
Su kimi çəkilmiş zəncirə hərdən, 
Atlanıb yel kimi çapmışdır bəzən. 
İndi də canını əridir sevda, 
Yeganə arzusu sənsən dünyada. 
Nə qədər getməmiş həyatı əldən, 
Rəhm elə, bir hal tut o şux gözəldən. 
Sənin ləblərində dirlik suyu var, 
Nə olar, bir qətrə ona qıl nisar? 
Sənin qamətindir bar verən ağac, 
Nə olar, meyvəndən yesə bir möhtac? 
Razı ol, ləbindən öpüb kam alsın, 
Bəlkə qəlbindəki yanğı azalsın. 
İzin ver, yolunda olsun payəndaz. 
Şaxəndən yaş xurma toplasın bir az. 
Sən kimi sultanın nəyi əksilər? 
Salsan ona sarı hərdənbir nəzər. 
Onu Misr elləri tutsa da əziz, 
İstər kənizinə olsun bir kəniz. 
Dayənin sözünü Yusif eşitdi, 
Dil açıb, hər sözü bir gövhər etdi. 
Dedi: – Ey dünyada hər sirri bilən, 
Bil ki, sözlərinə aldanmaram mən! 
Satınalma qulam mən o dilbərə
Mərhəmət görmüşəm ondan min kərə. 
Böyükdür boynumda onun minnəti, 
O mənə vermişdir nazü neməti. 
Əgər ömrüm boyu təşəkkür etsəm, 
Yenə minnətindən çıxa bilmərəm. 
İndisə duraraq xidmətində mən, 
Qul kimi çıxmaram heç bir əmrindən. 
 
131 
Lakin ürəyində bir təmənna var, 
Onu qəbul etsəm, xəyanət olar. 
Bəd əməl istəyən nəfsin ucundan, 
Ölərəm, xəyanət etmərəm, inan! 
Mənə oğul demiş Misrin Əzizi, 
Evinin əmini saymışdır özü, 
Onun sayəsində tapmışam nemət, 
Rəvadırmı edim ona xəyanət? 
Belə yaratmışdır xaliq bəşəri
Ayrıdır onların təbiətləri, 
İnsandan it olmaz, itdən də insan, 
Göyərməz heç zaman arpa buğdadan! 
Həlalzadə olan nəfsini saxlar,  
Zinadan törəyən olar zinakar! 
İsrail sirri var sinəmdə mənim, 
Cəbrayıl olmuşdur mənə müəllim. 
İshaq ocağında aldım tərbiyə, 
Nəslimcə layiqəm peyğəmbərliyə. 
İbrahim bağında açan bir güləm, 
Gizli sirlər ilə doludur sinəm. 
Doğru yoldan azıb işləsəm günah, 
Mənə nə deyərlər, allaha pənah!? 
Sən get, Züleyxanı bu yoldan qaytar
Məndən umduğunu başından çıxar, 
Ümid edirəm ki, pak olan allah, 
Qoymaz, həvəs üçün işləyək günah. 


 
132 
ZÜLEYXANIN  ÖZÜ  YUSİFİN YANINA 
GEDİR, 
ONA  YALVARIR,  LAKİN  YUSİF  ONUN  TƏKLİFİNİ 
YENƏ  DƏ  RƏDD  EDİR 
 
Dayə Züleyxaya gətirdi xəbər 
Ki, onun zəhməti verməmiş səmər. 
Züleyxa bu sözü eşidən zaman, 
Qıvrım saçı kimi oldu pərişan. 
Kirpikdən axıtdı çiyər qanını, 
Qara badamlardan yaş innabını. 
Yürüdü sərvtək Yusifə sarı, 
Sayəsi altına aldı dildarı. 
Dedi: – Ayağının torpağıyam mən, 
Bir an sağ qalmayım səni sevmədən! 
Eşqinlə doludur hətta tüklərim, 
Özümdən tük qədər yoxdur xəbərim. 
Xəyalın cismimin can çırağıdır, 
Kəməndin boynumun boyunbağıdır. 
Canımı qəmlərə salan da sənsən! 
Eşqinlə canımı alan da sənsən! 
Könlümün qissəsi gəlməz bəyana, 
O dönmüş gözümdə bir qətrə qana. 
Eşqin dəryasında qorxu bilmədin
Təpədən-dırnağa qərq olmuşam mən. 
Əgər damarımı deşsə qan alan, 
Çıxar qan yerinə qəmin damardan. 
Bu sözlər Yusifə çox etdi təsir, 
Züleyxa soruşdu: – Bu halət nədir? 
Sən mənim gözümsən, ağlasan əgər, 
Bir daha gülmərəm ölənə qədər. 
Bir qətrə yaş axsa kirpiklərindən. 
Od düşər canıma, odlanaram mən. 
Hüsnünün möcüzü sayılır bu da. 
 
133 
Su ilə salırsan canımı oda. 
Yusif Züleyxanı görüncə qəmli, 
Ürəyi atəşli, gözləri nəmli, 
Züleyxa gözündən inci tökən tək, 
Ləlindən Yusif də gövhər səpərək, 
Dedi: – Ağlayıram, bil, budur illət 
Ki, mənə düşməyir əsla məhəbbət! 
Doğma bibim sevdi məni bir zaman
Məni rüsvay edib, dedi oğrusan! 
Öz atam da məni çox sevdiyiçin, 
Mənə qardaşlarım bəslədilər kin. 
Atamın yanından saldılar uzaq, 
Bu qürbət ölkədə olmuşam dustaq! 
Sinəmdə fikirdən qan olur ürək, 
Sən sevsən, başıma nələr gələcək?  
Məşuqlar, adətdir, qısqanc olarlar, 
Sevilmək mülkünə olub hökmdar. 
Nə əvvəl, nə axır heç kəsi, əsla! 
Şərik istəməzlər, eşqə, sövdaya. 
Sərv gözəllikdə baş çəksə əgər 
Kölgə tək yer ilə yeksan edərlər. 
Səmada üzünü bəzəsə bir ay, 
Qısqanclıq şimşəyi vurub edər zay. 
Günəş ki fəzanın ovcuna çatar, 
Onu həsəd əli məğribə atar. 
Züleyxa dedi: – Ey nurlu çirağım! 
Sənsən parlaq ayım, arxam, dayağım! 
Demirəm, gözündə əziz bil məni
Öz kənizlərinə kəniz bil məni. 
Ürək məhəbbəti, sinə dərdindən, 
Başqa şey gəlməyir mənim əlimdən. 
Mən səni sevirəm canımdan artıq, 
Düşmənlik gözləmək məndən, nə layiq? 
Kim istər, öz əli canını alsın? 


 
134 
Kim istər ruhunu bəlaya salsın? 
Eşqindən ürəyim para-paradır, 
Dilinlə vurduğun bu nə yaradır? 
Lütf qıl, ləbindən mənə busə ver, 
Eşqimi qəbul et, murada yetir! 
Mənimlə bu yolda yoldaş ol, barı! 
Gəl, birgə keçək bu ağır yolları! 
Yusif cavabında dedi: – Ey xanım, 
Qulluq zəncirinə bağlıdır canım! 
Qulunam, vəzifəm sənə qulluqdur, 
Mənə qul əlindən gələn iş buyur! 
Ağalıq gözləmə sən öz qulundan, 
Məni utandırır dediyin ehsan! 
Mən kiməm, səninlə yaradıb ülfət, 
Ağama, Əzizə edim xəyanət?! 
Şahla bir duzdana barmaq uzadan
Bir qulu layiqdir, öldürə sultan! 
Gərək öz yerini tanısın hər qul, 
Sən də gəl, məni qıl iş ilə məşğul! 
Necə xidmətin var, buyruq ver mənə. 
Can-başla edərəm itaət sənə! 
Yəqin eşitmisən, məşhur məsəl var: 
Qulun işləyinin qiyməti artar. 
Çalışqan qulların könlü olar şad, 
Tənbəl qul olunmaz qulluqdan azad. 
Züleyxa dedi: – Ey bəxtiyar insan! 
Qarşında əsgikəm bir qara quldan! 
Hər yerdə bir işə başlayanda mən, 
Yüz işçi yüyürür, tutur əlimdən! 
Onlar ola-ola sənə iş demək, 
Eyibdir, sən də bu fikrindən əl çək! 
Yol yerimək üçün yaranmış ayaq, 
Olmaz ki, gözü də biz ayaq sayaq. 
Yerə ayaq qoysan, sənə güc verər, 
 
135 
Göz yerə dəyərsə, azar gətirər. 
Yusif bu sözləri eşidib ondan, 
Dedi: – Ey ürəkdən mənə mehriban! 
Doğrudan, sevirsən əgər məni sən, 
Arzumun əksinə getməməlisən! 
Arzum işləməkdir, nə iş buyursan, 
Dostluğa yaraşmaz maneə qursan! 
Bir ürək sevirsə başqa ürəyi, 
Diləyi olmalı, dostun diləyi! 
Qılar istəyini dostuna qurban, 
Öpər arzu dostun ayaqlarından. 
Yusif Züleyxadan ayrılmaq üçün, 
Söhbəti xidmətə həsr etdi bütün. 
Qorxurdu yaxınlıq fitnə doğursun, 
Fitnədən çalışdı uzaqda dursun. 
Od ilə oynayan pambıq tez yanar, 
Yaxşıdır oddan o qaçarsa kənar. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə