Azərbaycan Respublikasının Mərkəzi Bankı
31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər
14
3
Əsas Uçot Prinsiplərinin Xülasəsi (davamı)
Vergilər. Bank, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işçilərin əmək haqları üzrə vergi
agenti kimi ödəməli olduğu vergilər və sosial ödəmələr istisna olmaqla, bütün vergilərdən azaddır.
Pensiya təminatı və işçilərə digər ödənişlər üzrə öhdəliklər. Bank Azərbaycan Respublikasının
dövlət
pensiya təminatı sistemindən əlavə hər hansı fərdi pensiya təminatı sisteminə malik deyildir. Bundan əlavə,
Bank əmək fəaliyyəti başa çatdıqdan sonra işçilərə ödənişlər və ya hesablama tələb edən digər ödənişlər
aparmır. Bank işçilərin fərdi əmək haqlarından və hesablanmış əmək haqqı fondundan Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş həcmdə və müddətdə məcburi dövlət sosial sığorta
haqlarını tutur və onları dövlət pensiya fonduna köçürür. İşçilər təqaüdə çıxarkən pensiya təminatı üzrə bütün
ödənişlər dövlət pensiya fondları hesabına həyata keçirilir.
Beynəlxalq Valyuta Fondunda (BVF) və digər beynəlxalq maliyyə institutlarında üzvlük. “Azərbaycan
Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin
müddəalarına uyğun olaraq Bank Azərbaycan Respublikası Hökumətinin beynəlxalq maliyyə təşkilatlarında
(misal üçün, BVF, Dünya Bankı) üzvlüyü ilə bağlı əməliyyatlar, o cümlədən həmin təşkilatlara üzvlük
haqlarının ödənilməsi üzrə vasitəçisi kimi çıxış edir.
BVF beynəlxalq valyuta münasibətləri sahəsində əməkdaşlığı, valyuta sisteminin sabitliyini və nizamlı valyuta
rejimini dəstəkləmək, iqtisadi inkişafı və yüksək səviyyəli əmək məşğulluğuna şərait yaratmaq, eləcə də
ödəniş balansının tənzimlənməsini asanlaşdırmağa kömək etmək üçün ölkələrə müvəqqəti maliyyə yardımını
göstərmək məqsədilə yaradılmış beynəlxalq təşkilatdır. Prezidentin 1992-ci ildə imzaladığı fərmana uyğun
olaraq Bank Azərbaycanın BVF ilə münasibətlərində depozitor kimi, Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi isə maliyyə agenti kimi çıxış edir.
BVF resurslarının əsas mənbəyi kvotalardır (kapitalda iştirak). BVF öz resurslarını üzvü olan ölkələrdən əldə
edir. Hər bir ölkənin üzvlüyü, və ya kvotası, geniş şəkildə ölkənin iqtisadi həcmi əsasında və analoji ölkələrin
kvotalarını nəzərə almaqla müəyyən edilir. Üzvlərin kvotası BVF ilə münasibətlərin əsas maliyyə və təşkilati
aspektlərini təsvir edir.
BVF-yə ödənilən üzvlük haqqı Xüsusi Borcalma Hüquqları (XBH) ilə ifadə edilir və BVF-nin ilin sonuna
müəyyən etdiyi məzənnə ilə manatla yenidən hesablanır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin BVF
kvotası ilə bağlı buraxdığı üzvlük kvotası və qiymətli kağızlar, Bankın aktiv və öhdəliklərini təmsil etmədiyi
üçün, maliyyə vəziyyəti haqqında hesabata daxil edilmir, lakin maliyyə hesabatlarına 8-ci Qeyddə açıqlanır.
Üzv ölkələrin likvidliyini dəstəkləmək məqsədilə BVF-dən alınmış xüsusi paylaşdırmalar Bank tərəfindən BVF
ilə XBH hesablaşmaları üzrə aktiv kimi və digər tərəfdən Azərbaycan Hökuməti qarşısında öhdəlik kimi qəbul
edilmişdir.
Şərti aktivlər və öhdəliklər. Şərti öhdəliklər maliyyə vəziyyəti haqqında hesabatda tanınmır,
lakin iqtisadi
səmərəni əks etdirən resursların xaric olması ehtimalı zəif olduğu hal istisna olmaqla, maliyyə hesabatlarına
qeydlərdə şərti öhdəlik haqqında məlumat açıqlanır. Şərti aktivlər maliyyə vəziyyəti haqqında hesabatda
aktiv kimi tanınmır, lakin şərti aktiv, iqtisadi səmərələrin Banka daxil olacağı ehtimalı mövcud olduqda,
maliyyə hesabatlarına qeydlərdə açıqlanır.
Xarici valyutanın çevrilməsi. Bankın funksional və təqdimat valyutası Azərbaycan Respublikasının milli
valyutası olan Azərbaycan Manatıdır (“AZN”).
Hazırkı maliyyə hesabatları Bankın funksional və təqdimat valyutası olan Azərbaycan Manatı ilə təqdim edilir.
Xarici valyuta ilə həyata keçirilən əməliyyatlar əvvəlcə əməliyyat tarixində rəsmi valyuta məzənnəsi ilə
funksional valyutaya çevrilir. Xarici valyutada olan monetar aktivlər və öhdəliklər hesabat dövrünün sonuna
rəsmi məzənnədən istifadə etməklə funksional valyutaya çevrilir. Xarici valyuta əməliyyatlarının həyata
keçirilməsindən yaranan müsbət və mənfi məzənnə fərqləri cari ilin mənfəət və ya zərərində “xarici valyuta
mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xalis gəlir/(zərər)” sətrində qeydə alınır. Xarici valyutada ilkin
dəyərlə qiymətləndirilən qeyri-monetar maddələr əməliyyatın həyata keçirildiyi tarixə rəsmi valyuta
məzənnələrinə əsasən yerli valyutaya çevrilir. Xarici valyutada ədalətli dəyərlə qiymətləndirilən qeyri-monetar
maddələr ədalətli dəyərin müəyyən edildiyi tarixdə rəsmi valyuta məzənnələrinə əsasən yerli valyutaya
çevrilir.
Xarici valyutada ifadə olunan əməliyyatın müqavilə məzənnəsi ilə həmin əməliyyat tarixinə rəsmi məzənnə
arasında fərqlər xarici valyuta ilə əməliyyatlar üzrə xərcləri çıxmaqla gəlirlərə daxil edilir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı
31 dekabr 2010-cu il tarixinə Maliyyə Hesabatları üzrə Qeydlər
15
3
Əsas Uçot Prinsiplərinin Xülasəsi (davamı)
Bank hazırkı maliyyə hesabatlarının hazırlanması üçün 31 dekabr 2010-cu il və 31 dekabr 2009-cu il
tarixlərinə olan aşağıdakı xarici valyuta məzənnələrindən istifadə etmişdir:
2010 2009
1 ABŞ dolları
0.7979 AZN
0.8031 AZN
1 Avro
1.0560 AZN
1.1292 AZN
1 Funt sterlinq
1.2377 AZN
1.2759 AZN
1 Xüsusi Borcalma Hüquqları
1.2234 AZN
1.2603 AZN
Fidusiar aktivlər. Bankın öz adından, lakin üçüncü şəxslərin tapşırığı ilə və onların hesabına saxlanılan
aktivlər maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilmir. Bu cür əməliyyatlardan əldə edilmiş komissiya
haqları haqq və komissiya gəlirləri kimi göstərilir.
Əvəzləşdirmə. Maliyyə aktiv və öhdəliklərinin əvəzləşdirilməsi və xalis məbləğin maliyyə vəziyyəti haqqında
hesabata daxil edilməsi, qeydə alınmış məbləğlərin əvəzləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş
hüquq, eləcə də əvəzləşdirməni aparmaq və ya eyni zamanda aktivi realizasiya edərək öhdəliyi ödəmək
niyyəti mövcud olduğu hallarda həyata keçirilə bilər.
İşçilərə sərf olunan xərclər və müvafiq ayırmalar. Əmək haqları, Azərbaycan Respublikası Dövlət Sosial
Müdafiə Fonduna ödənişlər, məzuniyyət və bülletenlər üzrə illik ödənişlər, mükafatlar və pul şəklində
olmayan imtiyazlar Bankın işçiləri tərəfindən müvafiq xidmətlər göstərildikdə hesablanır. Bankın yerli
qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş haqlar üzrə Dövlət Sosial Müdafiə Fonduna ödənişlərdən
başqa pensiya və analoji ödənişləri həyata keçirmək üçün hər hansı hüquqi və ya işgüzar praktikadan
yaranan öhdəliyi yoxdur.
Uçot təxminlərində dəyişikliklər. 2009-cu ildə Bankın əmlakı ilə bağlı əvvəlki təxminlərə yenidən baxılmış
və 1 yanvar 2010-cu il tarixindən “Binalar və qurğular” maddəsi üzrə illik köhnəlmə dərəcəsi 5%-dən 3%-dək
azaldılmışdır. Faydalı xidmət müddəti üzrə təxminlərdə dəyişiklik baş verməsəydi, 31 dekabr 2010-cu il
tarixində tamamlan il üzrə hesablanmış köhnəlmə məbləği 482 min AZN çox olardı.
Hesabatların təsdiqlənməsindən sonra ona dəyişikliklərin edilməsi. Bankın İdarə Heyəti hazırkı maliyyə
hesabatlarını təsdiqlədikdən sonra ona dəyişiklik etmək səlahiyyətinə malikdir.