291
ki, dünənki bir uşaq gəlib mənim tipimi dəyişdirib, hindirabadı bir şəklə salsın.
G ü l s a b a h. Qoy, yoldaşlar, heç kəs bizi öz stajı ilə qorxutmasın. İnqilab ona
görə inqilabdır ki, o, əsrlərin sükutunu pozur. Əsrlərin yaratmadığını inqilabın
ayları yaradır, siz isə ondan ata-baba qaydası tələb edirsiniz. Bu doğru deyil,
yoldaşlar. Bu, konservatizmdir, irticadır. Biz buna yol vermərik. Onda cəsarət
olsaydı rolu büsbütün sizdən almalı idi. İnqilab səhnəsinə ictimai surət lazımdır.
M i r z ə C a m a l. Bura bax, ey!.. Sən kimi küyə basırsan? Bu xalq bəyəm
inqilab-zad görməyib? Siz özünüz nə bilirsiniz ki, mənə nə öyrədəsiniz! Bu teatrın
binasını mən qoymuşam. Kazinodan arvad paltarını mən daşımışam. Camaat
yumurtanı mənim başıma vurubdur. Mən artist olanda, siz ananızın qarnında şıllaq
atırdınız.
X o s m ə m m ə d. Bəs bu da işdir ki, mən 20 il bu səhnədə çəkic vurum, indi
sən gəl məni bəyənmə? Rollarımı al, özgəyə ver. Zamana ver. Bəs bunu Allah
götürər?
Z a m a n. Çünki sən bu günün istəyi ilə hesablaşmaq istəmirsən...Dünənki
sənət bu gün yaramaz... Biz bu vaxta qədər danışa bilmirdik.
M i r z ə C a m a l. Danışa da bilməzsən. Mən duran yerdə sən danışa
bilməzsən. Narkomprosdan tutmuş Savnarkomacan bütün qapılar üzümə açıqdır.
Səni, amma heç kandardan buraxmazlar. Camaat teatra mənə görə gəlir. Sabahdan
bu adamlar teatra gəlməsələr, neynərsiniz? Bir sən ol, bir dərnək rejissorun, işlə
görüm necə işləyirsən.
X u r ş i d. Sabah birbaş Narkomprosa gedəcəyəm. Müdirin gözünün qabağında
ağzına gələni deyir, ağzını açıb danışmır da.
Ə m r u l l a. Yoldaşlar, yoldaşlar... səs salmayın, sözdür deyir, lazımi cavabını
alar.
X o s m ə m m ə d. Sabahdan mən heç teatra gəlməyəcəyəm. Gedib boynuma
papiros qutusu salıb papiros satacağam. Qoy görsünlər ki, qocaman artistin başına
nə gətirirlər.
A s y a. Sabahdan mən də gəlməyəcəyəm. Ya onun dilini kəssinlər, ya da...
M ü n ə v v ə r. Gəlməyəndə teatr bağlanmaz ki.
M i r z ə C a m a l. Yoldaş müdir, mən rəsmi deyirəm: mən hər ötənlə
ağızbaağız verən deyiləm, sabahdan biz teatra gəlməyəcəyik, rolların üçün adam
tap, atam.
Z a m a n. Adam, budur mən.
292
Ə l i m u r a d. Sən üç aydır üzvlük haqqı vermirsən, heç ittifaq üzvü deyilsən.
S a p a n. Hər kim istər gəlməsin, mən ölməmişəm ki.
G ü l s a b a h. Bizim üçün dəyişməz adam yoxdur, yoldaş Mirzə Camal.
Bunların hamısı ictimai işlərin zəifliyindəndir. Yerli komitə məvacib məsələsindən
başqa bir şey düşünmür.
Ə l i m u r a d. Yoldaş, siz də çox baş-ayaq vurmayın. Mən, bir kak predsedatel
mestkom, hər bir işi aparıram. Siz isə özünüzü elə aparırsınız ki, guya müdir-
zadsınız, heç kəs də bir şey anlamır, təkcə siz anlayırsınız.
A r i f H i k m ə t. Doğru deyir, yoldaş. Bu, individualizmdir.
G ü l s a b a h. İttifaq divarlarla işləmir. Işləyən mənəm, sənsən. Biz işləməsək,
ittifaq heç bir iş görə bilməz.
S a p a n. Doğrudur.
M i r z ə C a m a l. Mən sabah birbaş gedirəm şikayətə, görüm zakonda köhnə
mütəxəssisləri sıxmaq var?
İ l y a s. Biz köhnə mütəxəssisləri incidə bilmərik.
M i r z ə C a m a l. Durun, adə, ayağa... Qoy müdiriyyət getsin, bu məsələni
aydınlaşdırsın, ondan sonra ya biz artistləri saxlasın, ya Gülsabah xanımnan öz
cürübbi rejissorunu.
X u r ş i d. Alın, bu da sizin rolunuz. Verin, qoyun təzə aktrisanız əzbərləsin...
biz bacarmırıq.
Z a m a n. Qorxma, yoldaş Əmrulla... tək-tək adamların getməsindən teatr
dağılmaz.
Ə m r u l l a. Yoldaşlar, dağılışmayın. Heç kimə burada ixtiyar verilməmiş ki,
müdiriyyətin adından baş-ayaq danışsın. Burada heç kəs heç kəsnən mübarizə
aparmır. O adamlar ki, istəyir burada ara qarışdırsın, əlbəttə, onlara da öz yerlərini
göstərən olar.
G ü l s a b a h. Yoldaşlar, biz yarış məsələsini qurtarmadıq.
M i r z ə C a m a l. O sən, o da sənin rejissorun. Get nə istəyirsən elə, istəyirsən
yarış, istəyirsən barış, o dahı öz işindir.
Ə m r u l l a. Yoldaş Gülsabah, dahı bəsdir! Yoldaşlar, siz heç gurultu
qoparmayın! Biz özümüz hələ bu gün məsələni ayırd elərik.
M i r z ə C a m a l. Bu teatrı mən yaratmışam, heç kəs mənim gözümü də filəyə
bilməz. Sabahdan bir aktyor olmayacaqdır. Qoy gəlsin malçişkalar oynasın. Alın,
bu da sizin rolunuz!
S a p a n. Hər kəs oynamır, oynamasın. Nə ki rol var, hamısını oynayacağam.
293
M i r z ə C a m a l. Bu boyda boyuynan gəlib mənə dərs öyrədir. Gərək
gənclərə yol verilsin. Böyük artistlər rejissora malçişka deyirlər. Deyərəm gözünü
də çıxardaram.
M ü n ə v v ə r. Qoy, canım, desin də... Deyəndə nə olar ki, biz burjin kimi bir
şeyik: nə qədər bərk bursalar, bir elə çox işlərik.
M i r z ə C a m a l. Vallahı, onu elə buraram ki, bütün burjinləri, bütün yayları
partdar.
P ə r d ə
İKİNCİ ŞƏKİL
Qüdrət Arslangildə qonaq otağı
.
Q ə m ə r ( çox acıqlı içəri otaqdan çxıb, deyinərək). Yox, Turac, heç üz vurma.
Çestnoe slovo, qalmaram.
T u r a c ( gülümsəyərək). Qəmər xanım!
Q ə m ə r. Məni, bütün şəhərdə məşhur olan bir aktrisanın olduğu yerə
çağırmaq. Priqlasitğ menə v obhestvo s kakoy-to aktrisoy, da ehe somnitelğnoy
reputaüiey
1
1
. Çox sağ ol, Turac, mən heç gözləməzdim.
T u r a c. Qəmər xanım, siz axı bu adamların laqqırtısına neçin qulaq asırsınız?
Mən heç o qızın elə bir adam ola biləcəyinə inanmıram. Siz ikicə dəqiqə onunla
danışsanız, özünüz də görərsiniz ki, bütün danışılanlar boş-boş sözlərdir.
Q ə m ə r. Bunu bir adam demir, əzizim, bunu bütün şəhər danışır, aktyorlar,
aktrisalar, özləri deyirlər. Deyirlər: teatra ayaq basan gündən oğul-uşağı yığıb
başına, elə bir çaxnaşma salıbdır ki, gəl görəsən.
T u r a c. Yaxşı, nə olsun ki, siz uşaq deyilsiniz, Qəmər xanım.
Q ə m ə r. Yox, yox, əzizim, mən əlbəttə, bir o qədər fikir verməyə də bilərdim,
no so mnoy rebenok, yanımda uşaq var, eşidən nə deyər. Yox, yox, əzizim, mən
sizdən çox razıyam, sağ olun.
C ü l ə r. Ay ana! Siz heç mənim üçün qorxmayın. O da yəqin bizim kimi bir
adamdır. Bizi yeməyəcəkdir ki. Kimin dalınca danışmırlar?
1
Məni şübhəli ad çıxarmış aktrisa ilə məclisə dəvət etmək...
Dostları ilə paylaş: |