Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə108/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   105   106   107   108   109   110   111   112   113

344 
 
M i r z ə C a m a l. Bərk durun, igidlər! Bütün kənd silahlıdır və sizinlədir. 
G ü l s a b a h. Saxla... Yoldaş Mirzə Camal, səsində qüvvət və qətiyyət yoxdur. 
Kəndlilər görünmür, sənin səsin bir ordunun səsi olmalıdır. 
M i r z ə C a m a l. Baş üstə, baş üstə, Gülsabah xanım. 
G ü l s a b a h. Replika ver, Turac! Muzıka, başla! 
T u r a c. Gələnlər bizimkilərdir. 
M i r z ə C a m a l. Bərk durun igidlər... Bütün kənd silahlıdır, sizinlədir. 
G ü l s a b a h. Saxla! Çığırmaq qüvvət deyil, yoldaş Mirzə Camal... çığırırsınız, 
tondan çıxırsınız, dissonas əmələ gəlir. “Qorxmayın, igidlər, bütün kənd silahlıdır 
və sizinlədir”. 
M i r z ə C a m a l. Bu saat. Gülsabah xanım, bu saat, bağışlayın! Zəhrimar 
səsim öyrəşib qışqırmağa. 
G ü l s a b a h. Replika ver, Turac! 
T u r a c. Gələnlər bizimkilərdir. 
M i r z ə C a m a l. Qorxmayın, igidlər, bütün kənd silahlıdır və 
sizinlədir. 
Z a m a n. Briqada, yürüşə! 
H a m ı s ı. Urra!.. 
G ü l s a b a h. Hamı bir yerdə... Muzıka... Başlayın! Replika ver, yoldaş Mirzə 
Camal. 
M i r z ə C a m a l. Qorxmayın, igidlər, bütün kənd silahlıdır və sizinlədir. 
Z a m a n. Briqada, yürüşə! 
H a m ı s ı. Urra!.. 
G ü l s a b a h. Yaxşı, oyun hazırdır. 
M i r z ə C a m a l (körpüdən düşərək). Allah sənə insaf versin, Gülsabah 
xanım, kürəklərimdən tər axır. 
G ü l s a b a h. O, yaradıcılıq təridir, yoldaş Mirzə Camal. 
M i r z ə C a m a l. Vallahı, elə  qızışmışam ki, lap yüz kərəm də desən, bu 
pillələri çıxıb düşərəm. Belə  qızışdırırsan adamı ey... elə bilirəm ki, hələ bu saat 
doğrudan davadır, özüm də xalis əsgərəm. 
G ü l s a b a h. Çox sağ ol, yoldaş Mirzə Camal, bizə də o lazımdır. 
 
P ə r d ə 


345 
 
SƏKKİZİNCİ ŞƏKİL 
 
Açıq səhnə... G ü l s a b a h rol paltarında və qrimdə. 
Oyundan qabaq səhnəni gözdən keçirərək. 
 
G ü l s a b a h. Şövqi, o arxa pərdəni bir az endir, yan pərdələri bir az geri çək. 
Hücum vaxtı işıq qırmızı keçəcəkdir... Dolaşdırmayasan... 
Ş ö vq i. Hamısı yerli-yerində hazır. 
G ü l s a b a h. Səhnə hazırdır! Bax gör adamlar hamısı öz yerlərindədirlərmi? 
(Şövqri qaçmaq istərkən). Hə, mənə bax, Bayrama tapşır o, Gülər ilə Turaca 
kömək etsin. Gülər yenə zirəkdir, özü bacarar, ancaq Turaca baxmaq lazımdır. 
Bax, gör gəlibdir, yox? 
Ş ö vq i. Kim, Turac? Axşam saat altıdan gəlibdir, üzünü boyayır, pozur. Ancaq 
Gülər, gərək ki, hələ gəlməmişdir. 
G ü l s a b a h. İndi gəlmiş olar. Get bax, mənə bildir. Oyunu başlamaq 
lazımdır. 
X o s m ə m m ə d (Xurşid ilə dolaşaraq, səhnəyə çıxırlar). Əl çəksənə məndən
tezisin biri tezis... 
G ü l s a b a h. Nə var yenə yoldaş Əliməmməd?.. 
X o s m ə m m ə d. A kişi, heç nə, gedib o yazıq Turacın belbağısını götürüb 
bağlayıb öz belinə, o da yazıq səhərdən axtarır... ağlayır. Belə  sənin rolun 
antitezisdir. Bu belbağı sənin üçün yaramaz ey... deyəndə də məxluqun acığı gəlir. 
Buna heç bir dialektika yol verməz. Başa düşdün? Sən heç bilirsən dialektika 
nədir? 
G ü l s a b a h. Bu belbağı sizin üçün yaramaz, Xurşid xanım. Bu Turac 
üçündür. 
X u r ş i d. Pojalusta, çox lazımdır. Aparıb ataram üstünə, qoy o bəzənsin, onu 
bəyənsinlər, bizi yox. 
Z a m a n (səhnəyə  çıxaraq). Xurşid xanım, bu yazığın belbağısını 
götürmüşsən, axtarmaqdan yazığın başı gicəlir. 
X u r ş i d. Pojalusta... alın (Kəməri açıb ataraq). Aparın, hamınız bəzəndirin 
onu. Kstati əri də qovub onu, bəlkə, hələ bu gecə  ərə verəsiniz ki, əl-qolunuz 
açılsın. 
Z a m a n (acıqlı səhnədən çıxan Xurşidə). Xurşid xanım! 
G ü l s a b a h. Zaman! 
Z a m a n. Yox, Gulsabah xanım, siz bilmirsiniz o nə danışır... O demək istəyir 
ki, guya sən, Qüdrət, Turac... 
G ü l s a b a h. Mən çox yaxşı bilirəm, Zaman. Hər daş atan baş yara bilsə, 
yarılmamış baş qalmaz. Sən belə xırda şeylərdən yüksək ol. 


346 
 
Uşaqlar hazırdırmı? Bu gecə imtahandır, Zaman! Möhkəm dayanın, yoxsa bir 
də bizə kimsə inanmaz. 
Z a m a n. Qorxma, Gülsabah. Uşaqlar hamısı dəmir kimidir. İş bir yerə çatıb 
ki, Mirzə Camal da öz rolunu bülbül kimi əzbərdən bilir. 
G ü l s a b a h. Ancaq uşaqların hamısına tapşır: səhnədə fikirləri Turac ilə 
Gülərdə olsun, birdən çaşıb eləsə, hamısı kömək eləsin. 
Z a m a n. Gülərdən sən heç qorxma, Gülər od kimidir. Mən ancaq bir az 
Turacdan qorxuram, yazıq çox utanır. 
S a p a n. Əgər Gülər bizim hamımızı bu gecə cibinə qoymasa... Gülər deyil
xalis oddur, od. 
X o s m ə m m ə d. Antitezisdir də... amma Xurşid tezisdir. 
Ə m r u l l a (tələsik səhnəyə qaçaraq). Hə, yoldaşlar, hazırsınız, yox? Bütün 
camaat gəlib. Amma zalda adam var ha! Ağcaqanadın sayı var, adamın yox. 
Moskvadan gələn yarış komissiyası bıçaqlarını bilövləyir. Bəziləri deyir ki, neçin 
bu yarış quruluşunu, guya köhnədən tanınmış adamlara verməmişsiniz? Dedim: 
atam, baxarsınız da... biz də bir şey bilirik axı. Başuvuza dönüm, möhkəm dayanın 
ki, yoxsa bütün şəhərdə biabır olarıq... hər şeyə fikir verirlər, hamısına baxacaqlar, 
qiymət qoyacaqlar. 
X u r ş i d. Bizə nə var? Bizə ki, baxan olmayacaq. 
Ə m r u l l a. Hamısına baxacaqlar. Xudojnikin işinə də, aktyorların işinə də, 
pyesin də, rejissora da... Dörd adama mükafat veriləcəkdir. Nə yaman şeymiş bu 
yarış, adə. Lap ürəyim gup-gup guppuldayır. Başuvuza dönüm, belə eləyin ki, 
üzümüzü qaraltmayasınız. Sonra da nümayəndələri təbrik etmək lazımdır. 
G ü l s a b a h. Qorxma, yoldaş Əmrulla, bütün rollar möhkəm əllərdədir. 
X u r ş i d. Hələ, bir o Turac möhkəmdir, bir də o Gülər. Dünən küçədən 
gəlibdir, bu gün baş rol oynayırlar. 
G ü l s a b a h. Qorxmayın! Onları Zaman özü hazırlamışdır. 
X u r ş i d. Zaman özü çox bir şey bilir ki, onları da hazırlasın. 
Ə m r u l l a. Daha mən bilmirəm. Gülsabah xanım, bu gün oyunda hər nə 
varsa, mən sənin yaxandan yapışacağam. Belə olmasın ki, desinlər gənclər korladı. 
Sən öləsən qızımın ölmüşünə ki, bu gün oyun yaxşı keçsə, heç bir kəsri olmasa, 
sabah sənin üçün bu boyda bir tort alacağam. 
S a p a n. Avtor bəs haradadır? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə