330
nümayiş edir.
IX
Şəhərin bir çox yerlərində qoyulmuş iri
ekranlar
səyyahların nəzərini cəlb etdi. Bunların üzərində iri hərflərlə
«keçmişin güzgüsü» sözləri yazılmışdı. Bir də bu ekranların
birində «Üç əsr əvvəl» sözləri yazıldı, sonra yazı yox oldu.
Əvəzində «Ərdəbil» kəlməsi düzüldü və bundan sonra bir şəkil
göstərildi. Sinələri ağ kəfənli xalq başlarını xəncərlə yarırdılar;
bir tərəfdə zəncir vururdular; qara geyimli camaat başlarına
döyərək ağlayırdı... Tamaşaçılar nifrət bəyan edən üzlərini
qırışdıraraq:
–
Nə vəhşi zamanlar var imiş,–deyə içlərini çəkirdilər. Bir
də ekranda «Köhnə Azərbaycan» sözü görünərək yox oldu,
sonra «Kəndlinin yaşayışı» yazıldı... Motal papaqlı kəndlilər
qara damdan çıxdılar, ağacdan qayrılmış cütləri götürüb, tənbəl
addımlarla yürüdülər. Təzəyə bələşmiş öküzləri qoşmağa
başladılar...
Həsən:
– Bu kinodurmu?–deyə gəncdən soruşdu.
– Yox. Bu, keçmişin mənzərəsidir.
–
Bilirəm. Oynanmış və ya vaxtilə çəkilmiş şəkildir.
Gənc etiraz etdi və səyyahlara izahat verdi:
–
Vaxtilə çəkilməmiş,–dedi,–bu saat çəkilir. Bilirsiniz ki,
dünyada heç bir şey yox olmur. Səslər dalğa ilə havaya yayılan
kimi, şəkillər də havaya keçərək olduğu yerdən uzaqlaşır. Bu
şəkillər və səslər müəyyən makina vasitəsilə uzaqlardan alınır.
Makina qüvvətli olarsa, insaniyyətin ibtidai həyatından
başlayaraq yaxın əsrlərə qədər göstərə bilir.
Sandro heyrətlə:
– O səslər dalğası necə şeydir?
– Bu günkü səslər havada dalğalanan kimi, ibtidai səslər də
dalğalanmış. Yalnız fərq buradadır ki,
qədim zamanlar vücuda
gələn səslərin havadakı dalğa dairəsi əsrlərdən bəri
331
genişlənərək bizdən uzaqlaşmışdır. İndiki makinalar ən uzaq
dalğaların səslərini alaraq kağız üzərinə qeyd edir.
– Bununla harada məşğul olurlar? –deyə Sandro soruşdu:
– Ayrıca elmi bir müəssisə var. İstəsəniz, görə bilərsiniz.
X
Səyyahlar yüzlərcə otaqları gəzib başa çıxa bilmirdilər. Bir
çox otaqlarda adam yox idi. Bütün işləri makinalar görürdü. Bir
makina yazır, o biri yazılan kağızları toplayır, üçüncü tikir,
dördüncü cildləyir, beşinci qəfəsələrə düzürdü.
Səyyahlar şüşə qübbəli böyük bir salona girdilər.
Burada
yüzlərcə alim adamlar işə məşğul idi. Səyyahları təşyi edən
gənc yavaş səslə anlatdı:
–
Yazan
makinaları gördünüz. Onlar əsrlərin söz və
söhbətlərini havadan alıb, gecə-gündüz yazır. Bu yazılar dil
etibarilə ayrılıb, bu müəssisənin cürbəcür şöbələrinə göndərilir.
Hər şöbənin bir neçə mərkəzi salonu var. Bu salon daş əsrinin
indiyə qədər bəlli olmayan dilləri ilə məşğuldur. Yalnız bu
şöbədə çalışan adamların sayı minləri keçir. Səyyahlar başqa
bir şöbəyə keçdilər. Buradakılar şəkillə məşğul idi.
–
Bu
şəkillər hansı dövrə aiddir?–deyə təyyarəçi soruşdu.
Gənc anlatdı:
– Bu şöbə insanların ovçu dövrü ilə məşğuldur. Bu
gözlərimizin qarşısındakı makinalar o dövrün tipləri və
mənzərələrini kağıza köçürür. Şəkillə məşğul
olan şöbələrin
sayı yüzdən artıqdır. Ovçu dövrünün yazıları və şəkilləri başqa
bir şöbəyə toplanır. Sonra alimlər bu materiallardan kitablar
yazırlar. Sandro dolablara toplanmış şəkillərdən bir yığın
götürüb baxdı. Hamısı rəngli idi. Əlləri yaylı və oxlu çılpaq
adamlar bir çox vəziyyətlərdə çəkilmişdi. Hippopotam ovunu
təsvir edən bir şəkil çox maraqlı idi. Bu dəhşətli heyvan
ovçulardan birini pəncəsi altında əzir, o birisini də iti dişləri ilə
didirdi. Yan tərəfdəki ağacın budaqlarında meymunlar
oynaşırdı.
332
XI
Səyyahlar olduqları yerə gəldilər.
Yolda gəncə bir çox
suallar verdilər.
Həsən:
–
Bir
şey məni maraqlandırır,–dedi.–Biz yeyirik, içirik,
oteldə yaşayırıq... Nə üçün bizdən pul istəyən yoxdur?
– Pul nədir? Pul yüz il bundan əvvəl ləğv olunmuşdur.
Bizdə hər kəs çalışır və hər kəs də yeyir, içir və yaşayır. Bu hər
kəsin vəzifəsidir. Bir adama nə lazım olsa hər bir yerdən ala
bilər.
–
Müftəmi?–deyə Sandro heyrətlə soruşdu.
–
Müftə nə deməkdir? Hər kəs cəmiyyət üçün çalışır və
cəmiyyət də onu bəsləyir. Burada dərin bir məsələ yoxdur.
Səyyahlar bir-birinin üzünə baxaraq gülümsədilər. Gənc
bunların heyrətinin mənasını duyaraq dedi:
– Keçmiş xalqların fəna yaşadığının səbəblərini tarixdə
oxuyuruq.
Birinin işləyən, o birinin müftə yeyən olması
insanların həyatını pozmuşdur. Biz işləməyənləri aramızdan
çoxdan çıxarmışıq. Əl-ayağı iş tuta bilməyən uşaqlardan və
qocalardan başqa hamı işləyir. İşləməyən adama yemək
yoxdur. Bu gün heç kəs yediyi və geydiyi şeylərdən başqa artıq,
lüzumsuz şeyləri toplamır. Bizim ölkəmizdə yemək-geymək bir
ehtiyac olan kimi, işləmək də bir ehtiyacdır. İşləmənin məhsulu
faydadır. Hər kəs özünün gündəlik faydasını başqasının
faydasına dəyişir. Pula ehtiyac varmı? Bu
gün pulun yerini iş
və fayda tutur.
– Bu necə ola bilər? –deyə Həsən soruşdu.
– İnsanların bir-birinə hörmət və etibarı var. Yalan, adam
aldatma, tənbəllik və bu kimi fəna sifətlərə biz yalnız tarixdə
rast gəlirik.
XII
Gəncin sözləri və şəhərdə gördükləri səyyahları son dərəcə
333
təəccübləndirdi. Olduqları evə qayıtdıqdan sonra belə,
gördüklərinin və eşitdiklərinin təsirindən qurtara bilmədilər.
Sandro:
– Həsən,–dedi,–mən artıq burada qala bilmərəm. Çünki
gecə-gündüz çalışan adamların arasında işsiz vaxt keçirmək
canımı sıxır. Halbuki biz hələ bunlardan çox geridəyik. Bu
yolda onlardan iyirmi qat artıq çalışmalıyıq.
Həsən başını tərpətdi:
– Bunlara çatmaq olarmı? – dedi. Sandro qəti səslə:
– Olar. Biz də bunlar kimi adam deyilikmi? Ancaq
qarşımızda duran maneələri qırıb atmalıyıq.
– Elə! Elə!–deyə təyyarəçi əlini Sandroya uzatdı. Sandro
Həsənin və mexanikin də əllərini əlinə aldı və böyük
bir imanla
dedi:
– Biz də bunlar kimi yeni şəhər, sosializm şəhəri qura
bilərik. Çünki hər bir şey bizim əlimizdədir, yalnız çalışmaq
lazımdır.
***
O gün səyyahlar təyyarəyə minib qalxdılar və bizim
dünyaya uçmağa başladılar.
1933