334
QİBLEYİ – ALƏMİN XALISI
Şəhərin ən məşhur xalı karxanaçısını vali yanına
dəvət edib
şahın əmrini bildirdi:
– Qibleyi-aləmin dərbarı üçün bir xalı toxutduracaqsan,–
dedi.–Bu xalının gərək şərqdə, gərəksə qərbdə əmsalı
olmamalıdır.
Karxanaçı «qibleyi-aləm» sözünü eşidər-eşitməz titrəməyə
başladı. Bir neçə dəfə udqunub, əlini gözünün üstünə qoydu:
– Gözüm üstə!–deyə dodaqlarını qımıldatdı. Sonra bir az
özünə gəlib,–böyüklüyü necə olacaq?–deyə sordu.
Vali yerdən
bir kağız götürüb ona baxa-baxa:
– Boyu 28, eni isə 14 arşın olacaq: qibleyi-aləmin
salonunun içi boyda.
Karxanaçı neçə illik təcrübəsində belə bir xalı
toxutdurmamışdı. Məsələnin nə qədər qorxunc və məsul
olduğunu duyaraq təkrar titrədi və eyni zamanda əlini gözünün
üstünə qoymağı unutmadı.
O biri gün işə başladı: on günlük məsafədəki meşəyə bir
dəstə adam göndərilib, ən
yüksək ağaclar seçilib kəsildi, atlar
qoşuldu, ağacları şəhərə gətirdilər. Şəhərin adlı ustaları
səfərbərliyə alındı. Bir tərəfdə dəzgah hazırlanır, o biri tərəfdə
yun daranır, iplik, əriş-arğac əyrilir, nabatı boyalarla ip
boyanırdı...
Hana quruldu. Ustabaşı kənarda durub, muğamatla təlimat
verir, qabarlı əllər ilmə düyürdü.
– Bir! Birini keç, bir də! Baş cəllad əlində.
Üç il hər səhər tezdən yarıac işçilər gəlib, mahnı tərzində
söylənən təlimatı dinləyərək,
axşama qədər ərişləri
nalələndirirdilər...
Xalı toxunub, başa gəldi. Valiyə xəbər göndərildi. Vali bir
dəstə hökumət məmurları ilə orada hazır oldu. Karxanaçının
sevincinin həddi yox idi. Əlləri döşündə təzim edərək valinin
ətrafına fırlanırdı...
335
Ustabaşı qayçısını əlinə götürüb, dəzgahın üstünə çıxdı.
Xalı yerə düşüb xarab olmasın deyə dəzgahın arxa tərəfinə bir
sıra işçi düzdülər. Bunların vəzifəsi kəsilmiş xalını havada
tutmaq idi. Ustabaşı kəsməyə başlarkən «bismillah» səsi havanı
titrətdi. Ustabaşı kəsir, ancaq qorxusundan əlləri titrəyirdi–
xalının əyri və kirs olmasından qorxurdu. Karxanaçı valiyə xoş
gəlmək üçün arabir salavat çəkilməsini təklif edir, əlvan
səslər
uzun müddət emalatxananı doldururdu...
Bir də bir gurultu eşidildi. Kəsilmiş xalı dəzgahdan qopub,
işçilərin başına düşdü və hamısını qaplayıb yerə yıxdı. Xalının
altından tutqun qışqırtılar eşidildi. Bir qışqırtı zarıltıya dönüb,
inləməyə başladı. Lakin məmurlarla karxanaçının salavatı
iniltiyə qələbə çaldı. Xalını dəzgahdan qurtarıb, kənara
çəkdilər. Ustabaşı onu həyəcanla süzdü–bir yerində qüsuru yox
idi, xas boyalar bir-birinə qarışaraq çıraq kimi yanırdı. Hər kəs
əli döşündə iftixarla tamaşaya dalmışdı. Dərin sükutu inilti
pozdu. Dəzgahın arxasından yerində ilan kimi qıvrılıb
qalxan
bir işçi nəzəri cəlb etdi. Sol qolunu yanına qısıb, göz yaşları
axıdırdı.
– Sus! Bu nə ədəbsizlikdir?–deyə karxanaçı ona yanaşdı.
İşçi əhəmiyyət verməyərək etirazında davam etdi. Karxanaçı
təkrar:
–
Qibleyi-aləmin mübarək xalısının üzərinə göz yaşı
tökmə, atanı yandırarlar!–dedi.
–
Yandırsınlar! Bundan artıq daha nə yandıracaq–qolum
sınıb, şikəst oldum. Külfətimi kim saxlayacaq?
İşçinin rəftarı ustabaşını da oraya cəlb etdi. Onu zorla çəkib
emalatxanadan çıxarmaq istədilər. Çığırıb söyüşlər yağdırdı.
Bunlardan yaxasını kənara çəkib, xalının üzərinə sıçradı.
Hər tərəfdən:
– Qibleyi-aləmin xalısını napak eləmək olmaz! –deyə
etirazlar və hədələr eşidildi.
Bu dəfə məmurlar da ona hücum etmək istədi. İşçi cəld
yüyürüb dəzgahın yanındakı bıçağı qapdı və məmurlar ona
336
çatana qədər xalını ortasından cırdı.
1934
337
APRELİN BİRİ
Bunlara hər gün səhər saat on birdə bulvarda rast gələ
bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir
skamyaları var. Əsəd
bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə,
Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu
deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn,
kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət
məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar.
Bu olduqca yaxın və səmimi dostlar bir-birinin
evinə getməz və
biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların
özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət
dəftərxanası tərcümanı olmuş; bir-iki məqalə ilə «Şərqi - Rus»
qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil
edəndə Əsəd bəy «Cəhalət qucağında» adlı bir dram belə
yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq
meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin
işlənməsini
təklif etmişdi; məsələn: «xoruz» əvəzinə «qızıl
pipik quş»; «musiqi» əvəzinə «zır-zır»; «münəccim» əvəzinə
«ulduza baxan» və qeyriləri.
Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir
adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya
fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir
sahəsindən bəhs açılsa, «onu bizdən götürüblər, bax, ayeyi-
şərifə nə buyurur»–deyə bir ayə və ya hədis söylər. Mirzə
Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol,
dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir.
İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.
Ocaq Naşid keçmişdə xalı taciri olub, «Məşədi Ocaqverdi
və bəradəran» firması ilə məşhur idi. Nuru Paşa Bakıya
gələndə
bir mədhiyyə yazıb, «Hərbi medal» belə almışdı. Özünü böyük
türkçü bildiyi üçün dünyanın ən böyük adamlarını da türk bilər.
Şekspirin anası Ərdəbil çəngilərindən Qızyetər adlı birisi imiş
ki, bir ingilis missionerinə qoşulub, Londona qaçmış;