Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə78/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   74   75   76   77   78   79   80   81   ...   103

 
326 
küçələri süpürməyə başladı. On dəqiqə sonra buludlar dağılıb, 
göy təmizləndi, günəş göründü. 
 

Böyuk binaların hər birində ümumi yeməkxana, çocuq 
baxçası və dispanser var idi. Həmin binalarda yaşayanlar ayda 
bir dəfə müayinə olunmağa məcburdular. 
Səyyahlar bunu bilərək dispanserə getdilər. Dispanser bir 
neçə otaqdan ibarət idi. Divarlar ağ mina kərpiclərdən idi. 
Burada bir çox makinalar var idi. Ağıla gəlməyən bir təmizlik 
gözə çarpırdı. 
Səyyahları soyundurdular. Həsəni bir makina qarşısına 
qoyduqda bədəninin  şəkli qarşıdakı ekrana düşdü. Makina 
işlədikcə ekrandakı  şəkil dəyişilirdi.  Əvvəl dərinin altı, sonra 
əzələlər, damarlar, sümüklər, axırda daxili üzvlər, yəni ürək
ciyər, mədə, böyrəklər... incə nöqtələrə qədər göründü. Həkim 
Həsənin ciyərində kiçik bir ləkə olduğunu söylədi. Həsəni 
başqa bir otağa gətirdilər. Ciyərinə bir işıq buraxdılar. Sonra 
şərbət kimi bir ilac içirib, yola saldılar. Üç gündən sonra ləkə 
yox oldu. Sandronun böyrəyində kiçik bir daş var imiş, onu da 
işıq ilə əritdilər. 
Səyyahlar tibbi məsələlərlə maraqlandılar. Gənc səyyahları 
maraqlandıran məsələləri aydınlaşdırırdı: 
–  Şəhərimizdə  xəstəlik yox kimidir. Çünki başlanmasına 
belə yol verilmir. Sonra cərrahlıq o qədər irəliləmiş ki, insanın 
ürəyini, ciyərini belə  çıxarıb,  əvəzinə  yapmasını qoyurlar. 
Hətta qayrılmış gözlər belə təbii vəzifələri ifa edir. 
Sandro heyrətlə: 
– Deməli, insan həmişə yaşaya bilər. 
Gənc fikrə getdi: 
– Əbədi həyat hələ kəşf olunmamışdır. Ancaq adamı uzun 
müddət yaşadırlar. Məsələn, bir qocanın hüceyrəsini 
dəyişməklə onu gəncləşdirirlər.  İki yüz yaşlı adamlara hər 
addımda rast gələrsiniz. Bunlar dörd-beş dəfə gəncləşmişlər və 
 
327
hər dəfə onların yeni uşaqları da olmuşdur. 
 
VI 
Səyyahlar fabriklərdən birini görmək istədilər. Gənc 
bunları yeraltı  dəmir yolu ilə apardı.  Şəhər kənarındakı 
stansiyalarından birində vaqondan çıxdılar. Platformanın bir 
tərəfi sağa doğru tərpənərək sürünür, o biri tərəfi də sola doğru. 
Səyyahlar ayaqlarını platformaya qoyar-qoymaz özlərini 
fırlanan pilləkən qarşısında gördülər. Birinci pilləyə  çıxdıqda 
pilləkən bunları yuxarı götürdü. 
Küçəyə  çıxdılar. Bütün qaldırımlar sağa və sola hərəkət 
etmədə idi. Ayaqlarını qoyan kimi, qaldırım bunları küçənin 
tininə qədər götürdü. Orada yerə enib, küçəni keçdilər və o biri 
qaldırım da onları bir dəqiqə içində ikinci küçənin tininə apardı. 
Bir neçə  dəqiqə keçməmiş fabrikə çatdılar. Qapıçı telefonla 
müdirdən müsaidə istəyib, səyyahları içəri buraxdı. 
Fabrik kiçik bir şəhərə  bənzəyirdi. Üzəri  şüşəbənd idi. 
Darvazadan içəri dəmir yol çəkilmişdi. İçəridə əlli-altmış vaqon 
hərəkət edə bilirdi. Yolun sağ  və sol tərəflərinə  sıra ilə 
makinalar düzülmüşdü. Ağ geyimli şöbə müdirləri işçilər 
arasında dolaşmada idi. Burası avtomobil fabriki idi. Hər bir 
makina sırası müəyyən hissələr qayırmaqla məşğul idi. Birinci 
sırada makinalara buraxılmış xam dəmir parçaları son sıralarda 
hazır avtomobil olaraq vaqonlara yüklənirdi. 
Səyyahlar sıralardan birinə yanaşdılar. Bir işçi beş 
makinanı idarə edirdi. İşçinin vəzifəsi dəmir parçalarını 
makinalara qoyub bərkitmək və makina işini görüb qurtar-
dıqdan sonra makinadan çıxarmaq idi. Avtomat makinalar bir 
neçə  vəzifə görür: məsələn, kəsib, dəlib hamarlayırdı.  İş elə 
qurulmuşdu ki, işçi beşinci makinaya xidmət edib döndükdə 
birinci makina işini qurtarırdı. Nəticədə  nə  işçi, nə  də makina 
bir dəqiqə vaxt itirmirdi. 
Sandro işçilərin xətər görüb-görməmələri ilə çox 
maraqlandı: 


 
328 
 – 
İşçilər qəzaya uğrayırlarmı?–deyə sordu. 
 
– Heç vaxt!–deyə müdir cavab verdi,–çünki makinalar son 
dərəcə mükəmməl qayırılmışdır. Zəhmətin ağırlığı belə qaib 
olmuşdur; hər bir ağırlıq makinaya düşür. 
 
 
VII 
Səyyahlar fabriki gəzdilər. Burada körpə çocuqlar üçün 
yurdlar, dispanserlər, sənət məktəbləri, yemək evi, qiraət və 
kitabxana, hamam gördülər.  İşçilərin soyunduqları yerə 
baxdılar–burası gözəl bir salon idi. Hər bir işçi üçün bir dolab 
qoyulmuşdu.  İşçilər burada soyunub yuyunur, təmiz paltar 
geyib, fabrikdən çıxırlar. Darvazanın yanında böyük bir qaraj 
gördülər. Hər bir işçi yaşadığı yerə öz avtomobilində gedirmiş. 
Səyyahları təşyi edən işçiyə müraciət edərək: 
 – Yoldaş,–deyə  Həsən soruşdu,–gündə neçə saat 
işləyirsiniz? 
 – 
Altı saat. 
 – 
Neçə il işləyəndən sonra işçilərə təqaüd verirlər? 
 – 
İyirmi beş ildən sonra. 
 
– Sonra onları təmin edirlərmi? 
– Təbii. Özü və ailəsi dövlət hesabına yaşayır. 
Səyyahlar fabriki tərk etdilər. Oradan məktəblərin birisinə 
getdilər. Məktəb on beş mərtəbəli bir evdə idi. Məktəbin ətrafı 
böyük bağla əhatə olunmuşdu. Gənc onlara anlatdı: 
– Burada beş min çocuq təhsil görür. Əlifbadan başlayaraq 
yeddi il burada oxuyurlar. Çocuğun nəyə  həvəsi çoxdursa son 
sinifdə bəlli olur. Çocuqları həvəslərinə görə ayıraraq beş illik 
məktəblərə verirlər. Bu məktəb bir çox şöbələrə ayrılır. Buranı 
qurtaran mükəmməl mütəxəssis olur. 
Səyyahlar məktəbi gəzdilər. Siniflərin geniş  və  təmizliyi, 
laboratoriya və kabinələrin mükəmməlliyi, yemək salonu, 
kitabxana, gimnastika salonu, dispanser onların heyrətinə səbəb 
oldu. Tələbələrin sağlam vücudları, təmiz geyimləri və 
 
329
tərbiyələri nəzər-diqqətlərini cəlb etdi. 
 
VIII 
Yolda gələrkən uzaqda görünən dağın başında gözləri bir 
sıra dəmir qüllələrə çarpdı. Qüllələrin başları buludlarda 
gizlənmişdi. Bunların nə olduğunu gəncdən soruşdular. Gənc 
dedi: 
– Bu qüllələr havadakı elektriki toplamaq üçündür. İldırım 
bizə böyük xidmət göstərir. Şəhərimizin işığı və fabriklərimizin 
hərəkəti bu qüllələrə bağlıdır. Ölkəmizdə belə qüllələr çoxdur. 
Bu qüllələr gecəyə  qələbə çalmışlar.  Şəhərdə gecələr 
işıqlanmayan bir nöqtə belə yoxdur. Hər tərəfdə işıq parıldayır. 
Sandro: 
– Belə ucuz enerji ilə yəqin evləri də qızdırırlar. 
Gənc: 
–Yox,–dedi,–istini günəşin həraratindən alırıq. Məmləkətin 
müəyyən nöqtələrində makinalar qoyulmuş. Bu makinalar 
yayın hərarətini toplayaraq sıyıq bir hala salır. Üç ay tədarük 
olunan hərarət ölkənin doqquz aylıq ehtiyacını tamamilə 
ödəyir. 
Təyyarəçi: 
 – 
İşıq və hərarət nə vasitə ilə gedir?–deyə sordu.–Halbuki 
şəhərin heç bir yerində məftil yoxdur. 
 – 
Məftil  bundan  çox  əvvəl   götürülmuş.  İndi məftilə 
ehtiyac yoxdur. Telefon, teleqraf, elektrik, hərarət–hamısı hava 
vasitəsi ilə gedir. Radio o qədər tərəqqi etmiş ki, adi 
həyatımızın hər bir sahəsində  işlənir. Fikrimi anlatmaq üçün 
sizə bir misal söyləyim. Məhkəmələrimizə  şahid dəvət 
olunmaz. Hər bir məhkəmədə bir ekran var. İstənilən zaman 
şahid rəsmi radio vasitəsi  ilə ekrana gətirilir.  Şəkil canlı adam 
kimi məhkəmənin bütün suallarına cavab verir. 
 – 
Şəkil danışırmı? - deyə  Həsən  heyrətlə  soruşdu. 
 – 
Təbii, danışır. Şahid üç, ya beş günlük bir məsafədə olsa 
belə, yenə  şəkli, səsi və  ya  da  sözləri məhkəmə qarşısında 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə