308
Zülfüqar tərəddüd içində:
–
Əlimizdən nə gəlir ki?..
– Çox iş gəlir.
–
Məsələn?
–
Yaz
əkini gedir, bilirsənmi?
–
Bilirəm.
–
Müvəffəqiyyət qazansa, bilirmisən nə olacaq?
–
Bilirəm, qüvvətlənəcək...
–
Qüvvətlənəcək deyil, onda
dünyada heç kəs buna bata
bilməyəcək. Dünyanı titrədəcək. Bizim də anamızı ağladacaq.
–
Sonra?
–
Sonrası yoxdur. Yaz əkininə mane olmalı.
–
Nə təhər?
–
Təhərini düşünməli. Sən yalnız mən deyənləri elə.
–
Əlimdən gələrmi?
–
Gələr, asandır.
–
Yaxşı.
–
İş belədir. Mən gedirəm Gəncəyə, sən də yoldaşlarını
götür, sabah gəl ora. Amma onlara bir şey söyləmə. Deyərsən
ticarət işi var... Sonra bunu bil ki, Gəncəyə gəlməkdən sənə heç
bir xətər yetişməyəcək.
Bəy Zülfüqara yüz manat yol kirayəsi verdi, ayrıldı.
***
Üç gün sonra Gəncədə görüşdülər. Bəy Zülfüqarı şəhərin
kənarında bir evə gətirdi. Oturdular. Söhbət başlandı.
– Zülfüqar, bu işdən məqsəd iki şeydir. Əvvəla pul
qazanacağıq. İkinci, düşmənimizdən intiqam alacağıq.
–
İş nədən ibarətdir?
– Qulaq as deyim... Möcüzə göstərəcəyik.
Zülfüqar güldü. Bəy ciddi sifətlə:
– Gülmə, ciddi işdir. Mübarizədə bütün vasitələrdən
istifadə etməli. Möcüzə də bir vasitədir.
Zülfüqar yenə gülümsündü. Bəy sözlərində davam edirdi:
– Məsələ təşkilatdadır.
Gözəl təşkil edərsən, nəticə verər.
309
Zatən burada böyük bir təşkilat da lazım deyil. Avam kəndlinin
içində möcüzə xəbəri yayılsa, əkini buraxaraq qopub gələcək.
–
Yaxşı, nə cür başlamalıyıq?
–
Bizlərdən orada olmayan, bizi tanımayan uzaq bir kənd
seçməliyik. Möcüzə üçün Bitli kəndi ən əlverişlidir. Mən
buralara bələdəm. Bilirəm...
Bu əsnada qapı tıqqıldadı. Bəy çıxdı və bir az sonra əlində
bir boğça içəri girdi.
– Bunu görürsənmi?–dedi.–Bu paltarı sən geyərsən. Başına
yaşıl əmmamə sarıyarsan.
–
Sonra?
–
Sonrasını deyərəm.
–
Bəs yoldaşlarım nə qayıracaq?
–
Onları Qarabağda və Qazaxda tanımırlar. Möcuzə olan
kimi onlar kəndlərə düşüb «gözlərimiz kor idi, imam şəfa
verdi» deyə xəbərlər yayacaqlar. Vəssalam.
–
Elə bu?
– Bu böyük işdir. Siz kənd xalqını tanımırsınız. Gör onların
arasında möcüzə nə işlər görəcək?
***
Şayiə ildırım qüvvəsi ilə bütün Azərbaycana yayıldı. Min
bir rənc aldı:
–
İmam zühur edib!
–
Qəbirdən nur çıxırmış, açmışlar, diri meyit çıxıb!
– Kor gedir, gözü açılır!
– Şil gedir, şəfa tapır!..
Qarabağda biri qollarını ölçərək:
– Əli Əkbərin ala gözləri haqqı,
qurban olduğumuzu öz
gözümlə gördüm,–deyirdi.
Şəkidə bir ayrısı:
– Əşhədübillah, hindicə gəlitdi, gözü açılıtdı,–deyə and
içirdi...
Şayiə get-gedə artdı. Bir bəyin və üç tacirin təşəbbüsü
yüzlərcə qolçomağa yol açdı. İtirdikləri mövqeyi qazanmaq
310
üçün qolçomaqlar var qüvvələri ilə möcüzə xəbərlərini
yaymağa çalışırdılar. Avam xalq yerindən qopdu... Lakin
Bitlidə imamdan bir əsər yox idi.
1930
311
QAYINANANIN OYUNLARI
«Gəlin, gedək qayınananın bağına,
Qurban olaq bostanına, tağına,
Yara
çıxsın qayınananın dodağına!»
«Ay
qayınana, yediyin kərə ilə bal olsun,
Başına örtdüyün əbrə ilə şal olsun,
Oğlunu öyrətsən dilin lal olsun!»
«Qayınana,
bozbaş bişir,
Noxud sal ondan bişir;
Qoyun
əti olmasa,
Gəlinin ətindən bişir!»
«Doğdun oğul, qayınana,
Yedin
noğul, qayınana;
Oğlunu əlindən allam,
Çatla,
boğul, qayınana!»
(El sözləri).
Mənim sizə nağıl edəcəyim qayınana olduqca məşhurdur–
bunu tanımayan yoxdur; xeyirə-şərə yarar, bazarda növbələrdə
dolaşar, tramvaya minmək lazımkəlsə, pilləkəni yarım saat
avara qoyar və özünü içəri soxduqdan sonra da bir3 saat
deyüşər4.
Adı Hurizad olsa da, Huriyə çox bənzəməz–iri, dolğun
burnu, sulu gözləri, sallaq tənəli dodaqları var. Xalis xına
tapmadığı üçün başını «türkəsayaq» davalarla boyar, tükləri
məzəli bir rəng alar–gah qarğıdalı saçağına, gah da kal qarpıza
bənzər.
Hurizad xalanın tərcümeyi-halı da saçları kimi
rəngarəngdir. On altı yaşında onu zəngin bir hacıya ərə
vermişdilər.
Doqquz ildən sonra əri ölmüş, dul qalmışdı. On bir
312
il üç yetimə baxmışdır, axırda beli xəncərli, yanı tulalı bir bəyə
«qismət» olaraq, il yarım aşiqanə bir həyat keçirmişdi. Bəy
hacının pul və mülklərinə «turp əkəndən» sonra yox olmuşdu.
Hurizad xala indiyə qədər duldur, kişilərdən darğındırsa da,
yenə evlənmək niyyəti ilə uzadılan ələ yox deməz. Lakin...
«qisməti» gəlib çıxmır. Oğlu və qızları da nisgilli analarının
qeydinə qalmır. Biçarə arvad da dərdi içəri salır, yanır, odlanır,
dünyanı bir-birinə qısqanır, oğlunun evlənməsinə belə razı ola
bilmirdi. Ev işlərini qurtardıqdan sonra otağın yuxarı başındakı
məxmər döşəyin üstə əyləşər, oğlu Mərdanla söhbətə başlardı.
Zəmanə işlərini tənqid edər, böyüklərin sayılmamasını, indiki
qızların «həyasızlığını» qeyd edərək, nifrətlər yağdırardı.
Bir il əvvəl Mərdanın tutduğu hərəkət Hurizad xalanın
həyatını alt-üst etdi. Mayın birində Mərdan
qulluq etdiyi
«Azərneft» əməkdaşları ilə bərabər nümayişə getmişdi. Evə
dönərkən anası onda başqa halət gördü; həmişə sərt görünən
Mərdan indi oynaq bir hal alaraq, nəşə saçırdı, öz-özünə mahnı
söyləyir, gülümsəyir, bir yerdə otura bilməyib, otağı dolaşır,
ara-bir güzgünün önündə durub, özünə tamaşa edirdi.
Hurizad xala arif idi–məsələni duydu, əvvəl xoşlandı, sonra
isə ona bir qısqanclıq gəldi; taxtından əmin olmayan padşah
kimi hiddətləndi və dəruni iztirabını zorla susduraraq:
–
Hə, olmaya bir şey var?–deyə oğlundan sordu.
Mərdan
qəti olaraq, laübalı bir halda:
– Ana, evlənirəm!–dedi.
Sanki Hurizad xalanın dişini naşı dəllək çəkdi: arvad
diksindi, sanki bir əl gəlib ruhunu qarışdırdı... Evlənirmiş!–Bəs
ana? Bir dənə oğul ola o da ananı saymaya, məsləhətləşməyə...
Hurizadın da özünə görə mövqeyi var, tay-tuşu var, arzusu
var... Oğlu, kim bilir, kimə rast gəldi! Hansı həyasız onu yoldan
çıxartdı?...
– Necə yəni evlənirsən?–deyə fikirdən ayıldı.
–
Evlənirəm, vəssalam!
–
Ədə, dəlimi olmusan? Sən bir kişinin oğlusan, səni
313
böyüdüb bir mərtəbəyə mindirən var. Sən kimsəsiz deyilsən ki,
özbaşına evlənəsən – bir el qaydası var, adət var!..
– Çox da olsun!–deyə Mərdan qəhqəhə ilə güldü.
Hurizad
xala bir az da pərt oldu, cavabdan aciz qalaraq
güzəştə getməyə başladı:
– Vallah, məni ələ salırsan!–dedi.
–
Ələ salmıram!
– Otur, bir nağıl elə görüm kimdir, nə karədir; əsli-nəsli
haradandır?
–
Əsli-nəslini bilmirəm; Nəriman texnikumunda oxuyur;
kimya şöbəsindədir. Sonra neft institutuna girəcək... Mən
mühəndis, o mühəndis!..
Hurizad xala bir az fikrə getdi, gələcəyi gözdən keçirdi,
gəlinlə dolanıb dolanmayacağını düşündü,
oğlunun
hərəkətindən xoşlanmadısa da, halını ona bəyan etmədi:
–
Yaxşı, elə oxumuş qızdan ev arvadı olarmı?–deyə ciddi
sima ilə sordu.–Mən bu gün varam, sabah yox. Bişmişi-
düşmüşü kim eləyəcək, uşağa kim baxacaq?.. O gedib başqa
kişilərə qoşulduqda onu sənin namusun necə qəbul edəcək? –
Hurizad xala yenə susdu, bir neçə dəqiqədən sonra:
–
Bəs harada görüşdünüz? Aranızı kim düzəltdi?–deyə
əlavə etdi.
–
Özümüz!
–
«Şirvanın ağ qızları,
Çopur-çopur
üzləri;
Nə molla var, nə keşiş,
Kəbini kəsər özləri»...
Ay Mərdan, sizinki buna dönüb. Ana nəyə lazımdır ki, yad
qızı yaxşıdır.
Hurizad xala köksünü ötürüb,
gözlərini pəncərəyə dikərək,
dərin fikirlərə daldı.
***