296
kiçik bir hiddətimdən yarpaq kimi əsirdi...» Burada yazı
dayandırılmışdı. Xəlil yazmağa başlamadan əvvəl dəftərin ağ
qalan səhifələrini yoxladı; cəmi üç səhifə qalmışdı.
Xəlil bir az düşündü... «İki səhifə Katyuşaya bəsdir»,–
dedi.–«Son səhifəni də... Marqaritaya həsr edərəm...».
Bu düşüncədən sonra Xəlilə bir nəşə gəldi.
Qələmi yerə
qoydu, bir papiros da yandırdı. Xəyalı qanadlanaraq papiros
tüstüsü ilə bərabər uçmağa başladı. Bir neçə il irəlini görmədə
idi–bir sürü qız siması tüstüyə bürünmüş havanı seyr etmədə
idi; bir-birindən gözəl, bir-birindən gənc idilər...
Xəlilin qanı coşdu, həyatına qarşı olan məmnuniyyətinin
həddi yox idi. Qalxdı. Əllərini
cibinə qoyaraq, məst bir halda
otağı dolandı. Sonra birdən ciddiləşdi. «Katyuşa məsələsini
qurtarmalı» – deyə cəld masaya yanaşdı. Qələmi alıb yazdı.
***
Axşam Marqarita evə döndükdə otağın qapısını qıfıllı
gördü. Bir az fikirləşdi. Anaxanımın yanına getməli oldu. Bir-
iki addımlıq məsafədə olan qapıya yanaşaraq döydü.
–
Kimsən? – deyə içəridən səs gəldi. Sonra qapı açıldı,
qarının qırışmış siması göründü:
–
Gəl, qadan alım! – dedi.
Marqarita girdi və yarımişıq otağın bir guşəsində oturdu.
Anaxanım Marqaritaya çay təklif etdi. Marqarita:
– İçmirəm, sağ ol! – dedi.
–
Elə onsuz da sağam, qadan alım, birini iç,–deyə qarı çay
töküb Marqaritaya verdi.
– Kefin niyə yoxdur? – dedi.
Marqarita həyəcanlı gözlərini aşağı dikdi.
– Kefini pozma, bir çığıranda sən iki çığır. Elə insafsız
adama başqa çarə yoxdur.
–
Orası düz, ancaq...
– Nə ancaq? «Dinsizin ödəsindən imansız gələr!» «Sənə
biz batırana qıyıq soxmalısan». Elə olmazsa, qədrini bilməz.
Marqarita gülümsədi:
297
–
Orasını indi-indi bilməyə başlayıram. Görünür, həyat
bunu tələb edir.
–
Bəs nə?!
– Bu gün bir komsomolka arqadaşımla görüşdüm. Əvvəl
dərdimi ona söyləməyə qürurum yol vermədi.
Sonra ürəyim öz-
özünə açıldı; başıma gələnləri bir-bir söylədim. Heyrət etdi.
«Niyə qadın şöbəsinə xəbər vermirsən?» – dedi. Sonra məni
çox məzəmmət etdi. Dedi: «Sənin yerinə olsam, onu bir
dəqiqədə otaqdan dışarı ataram».
–
Bəs nə?! Mənim evimdə qız uşağı, bundan həya eləmir;
gündə buraya bir arvad gətirir. Dinirsən, dava salır. Onu görüm
qanına bulaşsın!
Marqarita qadının mətanətli sözlərindən xoşlandı. Zatən
komsomolkanın sözləri onu olduqca təhrik etmişdi. Onda
doğmuş azad qadın fikri və mətin bir mənəmlik haqqını tələb
edirdi. Bu günkü Marqarita artıq dünənkinə bənzəmirdi. Çayını
içərkən:
– Bax, məni yazıq gördükcə, tapdalamaq istəyir. İndiyə
qədər nəzakətdən bir şey çıxmadığını anladım. Artıq ona qarşı
başqa rəftar lazım...
–
Bəs nə?!
–
Heyrət
yeri budur ki, bir gün bacımgilə gəldi. Evdə heç
kim yox idi. Ayağıma yıxıldı, dedi: «Qulun olacağam»... Mən
nə bilim ki, ildə bir neçəsinin ayağına yıxılırmış...
–
Bəs nə, qadan alım! Onu görüm qanına bulaşsın!
Marqarita qarı ilə bir neçə saat dərdləşdi. Əri gəlib çıxmadı,
saat on ikiyə yaxın koridorda tappıltı eşidildi. Anaxanımın
qapısından bir adam gəlib keçdi.
Qarı:
– Dur, qadan alım,–dedi,–sonra qapını bağlar, çöldə
qalarsan.
Marqarita paltosunu götürüb, cəld çıxdı. Otağına girdikdə
Xəlil heyrət etdi: onun gəlməyəcəyini zənn edirmiş. Bir də
hiddətləndi:
298
–
Sənə «gəlmə» dedim, sən niyə gəldin? – dedi.
Marqarita
mətanətli səslə:
–
Gəldim, maxüsus gəldim!
Marqaritadan gözlənilməyən bu sözlər Xəlili odladı:
– Fahişənin dilinə bax!–deyə çığırdı.
Marqarita:
– Fahişə sənin kimi gündə bir qadın dəyişənə deyərlər,–
deyə paltosunu divardan asdı.
Marqaritanın bu hərəkətindən Xəlil son dərəcə əsəbiləşdi.
Rəngi qaçdı, gözləri çanağına sığmamağa başladı. Söz demək
istədi, dili tutuldu. Acımış qurd kimi Marqaritaya hücum etdi.
Birinci
yumruğu Marqaritaya dəydikdə, Marqarita özündən
çıxdı; ona tühaf bir qüvvə gəldi, Xəlili itələdi. Xəlilin ayağı
büdrədi–dizi üstə çökdü. Bu haldan istifadə edərək, Marqarita
dolabdan mətbəx bıçağını aldı. Xəlil yerindən qalxar-qalxmaz
Marqarita dəhşətli bir qışqırıqla:
–
Bu saat buradan get, yoxsa bu bıçağı qarnına soxaram!–
dedi. Xəlil Marqaritanın uzünə baxıb, dəhşətlər duyaraq otağı
tərk etdi.
Çiskinli hava idi. Bu havada o çox qadınlar yola salmışdı...
Bu dəfə özü gedir və qovduğu qadınlar kimi, nərəyə gedəcəyini
belə kəsdirə bilmirdi.
1928
299
TANQO
Onlar ilk dəfə görüşərkən ruhən bir-birinə yanaşdılar.
Doktor xaricdən yeni gəldiyi üçün hələ Parisin süsünü
daşıyırdı: şıq geyinmişdi, rəftarı mülayim və nazik idi. Söhbət
arasında ara-bir fransız sözləri qollanması Zibeydənin son
dərəcə xoşuna gedirdi. Fransızca bilmək və Parisi görmək
Zibeydə üçün ən yüksək məfkurələrdən biri idi.
Doktor da bu
məfkurəni təmsil etdiyi üçün onun qəlbinə hakim idi. İstər-
istəməz doktorun iradəsi Zibeydəyə hakim kəsilərək, onu
istədiyi yola sövq edirdi.
Axşam ziyarətlərində doktorun qapını tıqqıldatması
Zibeydənin qəlbində yaxın və dost hisslər oyadırdı; özü qapıya
yüyürür və açdıqda doktor onun dadlı həyəcanını duyurdu.
Görüşürdülər. Otaqda yan-yana otururdular. Bəzən doktor
Zibeydənin nafiz nəzərlərini üzərində duyaraq, cəld dönür,
gözü onun qara, mənidar, bir az da süzgün gözlərinə sataşır,
ikisi də yaxın bir səadətin üfüqündə şölə kimi parlayırdı.
Bir axşam doktor çiçəklər gətirmişdi. Zibeydə onları
zövqlü bir təbəssümlə aldı, qoxuladı və bağrına
basarkən ona
tühaf bir həya gəldi: gözlərini yerə dikdi, incə bir titrəyiş
dodaqlarına yayıldı...
Ortalığı sükut qapladı və dəqiqələrcə davam etdi. Doktor
danışmaq istədi, payız yeli yarpağı əsdirən kimi, rəşə səsini
titrətdi. Həyəcanlı sözlər, soyuq su damlaları kimi, Zibeydənin
üzərinə tökülüb, onu keyitdi.
Zibeydə çiçəkləri
vaza qoydu, yanında oturdu, yanağını
ovuc-ovuca yapışmış əllərinə söykəyib dedi:
– Neçin çiçəklər əbədi deyil?
– Çünki onlar gözəldir.
Doktorun sözləri Zibeydəni düşündürdü, nazlı gözlərini
süzdürdü. Ətrafa dalğın-dalğın baxdı: və nəzəri divardakı
güzgüyə sataşdıqda, özünə diqqətlə tamaşa edərək dedi:
– Deməli, mən də solacağam.