304
düşündü və ağızucu:
– İstərsiniz, buyurunuz,–dedi.
Doktor cəsarətsiz
bir halda içəri girdi, şapkasını asqıya atıb,
salona daxil oldu. Bir az sonra Zibeydə gəlib, doktordan uzaqda
oturdu. Sükut davam edirdi və iki tərəfin də sükutu pozmağa
mövzusu yox kimi görünürdü.
Bir az keçmiş doktor sakit bir səslə dedi:
– Necəsiniz?.. Boş vaxtınızı nə təhər keçirirsiniz?
Zibeydə doktorun üzünə baxmağa cəsarət etmirdi, əlindəki
kitaba baxa-baxa:
– Sağ olun,–dedi,–vaxt gəlir, keçir.
Doktor Zibeydənin kitabla məşğul olmasından
istifadə
edərək, onu diqqətlə nəzərdən keçirdi: simasında qeyri-
məmnun halını bəyan edən cizgilər görümürdü, söz söylərkən
qaşlarının qalxması hiddət nişanəsi idi.
«Artıq hər şey bitmiş»–deyə doktor fikrindən keçirdi: «Eşq
ruhi həyəcanın başqa bir ruhdakı inikasından ibarətdir... İnikas
görmürəm»,–dedi və ruhi boşluğa daldı.
Bu surətlə davam edən sükutu Zibeydənin durub otaqdan
çıxması pozdu. Onda doktor boşluqdan ayrılıb, düşünməyə
başladı. İdrakı sanki qüvvətləndi. Şüuri olaraq ətrafa göz
gəzdirdi. Pianonun üzərində qoyulmuş bir
səbət gözəl çiçək
gördü. Bunu gördükdən sonra doktor üçün artıq şübhəli və
qaranlıq nöqtələr qalmadı; hər şey aydın idi.
Durub laübalı bir halda otaqda dolandı. İndi vəziyyətin nə
qədər çətin olduğunu anladı. Yeganə çıxacaq yol bir bəhanə ilə
buranı tərk edib, ... bir daha dönməmək idi.
Zibeydə eyni soyuq çöhrə ilə geri döndü. Oturub, kitaba
daldı və bir az keçmədən qulluqçu göründü:
– Zibeydə xanım, saat səkkizdə musiqi dərsinə
getməlisiniz; yəqin unutmuşsunuz,–dedi.
Doktor vəziyyəti daha aşkar anladı və xidmətçi gedər-
getməz Zibeydəyə yanaşdı, əl verdi:
– Salamat qalın,–dedi,–işim var, getməliyəm.
305
Zibeydə məmnun
olduğunu gizlədə bilmədi, gülümsündü
və barmaqlarının ucunu doktorun əlinə tərk etdi. Doktor onun
əlini sıxarkən Zibeydə diksinər kimi oldu.
Doktor qapıdan çıxar-çıxmaz qaranlıq koridorda çərkəzə
rast gəldi.
***
Bir həftə sonra doktor Zibeydənin nişanlanmasını eşitdi.
«Tanqo» – deyərək fikrə daldı.
1928
306
İMAMIN ZÜHURU
Onların tarixi qısadır: əvvəl üç idilər, şərik idilər; çar
zamanı ticarətə başlamış, müsavat zamanı zəngin olmuş, şura
vaxtı iflas etmişdilər.
Onların biri yarımünəvvər idi;
qəzet oxuyur, rusca danışır,
Puşkinin dueldə öldüyünü bilirdi. İkincisi mollaxanada
oxumuş, Həzrət İbrahimin oda atıldığını eşitmişdi. Üçüncü heç
oxumamışdı. Adını güclə yazar, lakin barmaq hesabı ilə bütün
varidat və müsafiratını təhqiq edər və müvazinəsinə çalışardı.
Başqa-başqa səciyyəyə malik bu adamların adları da
səciyyələrinə müvafiq idi; Birinci Zülqüfar Qasanoviç
Qasanov, ikinci Qulu Allahverdiyev, üçüncü Məşədi Əli
Kərbəlayı Məhəmməd oğlu idi. Ticari
fayda və sərvət eşqi bu
üç adamı bir araya gətirərək qüvvətli bir şirkət şəklinə salmışdı.
Bu şirkətdə Zülfüqarın rolu başqa idi. Bu, ticarətlə əlaqədar
müəssisəyə girər, lazımi vəsiqələr əldə edərdi. Qulu vəsiqələr
vasitəsilə mal alar, satar. Məşədi Əli ona yardım edərdi.
Müsavat zamanı Zülfüqar ticarət nəzarəti məmuru sifətilə
Batuma mal yürütməyə icazə alır, yoldaşlarına verirdi. Bu
vasitə ilə böyük sərvət qazanmışdılar.
Şura zamanı Zülfüqar və Qulu kooperativə girmişlər. Bir
zaman sonra kooperativ mallarının xüsusi adamlar vasitəsi ilə
qəzaya göndərilməsi duyulmuş, Məşədi Əlinin evində axtarış
yapıldıqda böyük miqdarda kooperativ malı tapılmış.
Məşədi Əli həbs edilir. İstintaqdan
sonra Zülfüqar və Qulu
da tutulur. Evləri aranır. Bir çox altun, daş-qaş, xalı və başqa
qiymətli şeylər alınıb götürülür.
***
Həbsxanadan çıxdıqdan sonra onlar bütün gün parapetdə
oturardılar. Zatən işləri yox, ticarət eləməyə imkan tapa
bilmirdilər. Zülfüqar qəzet oxuyur, yoldaşlarına nağıl eləyirdi.
Dinləyirdilər, axırda şərhə başlayırdılar. Qulu deyirdi:
– Zülfüqar, bu xəbər yalana oxşayır, İngiltərədə işsizlik nə
307
gəzir ki?..
–
Qulu,
mən
də elə zənn eləyirəm,–deyə Zülfüqar başını
tərpədir.
Məşədi Əli təsbeh çevirə-çevirə onların dediyini təsdiq
edirdi.
Bir gün bunlar Qarabağdan sürülmüş bir bəylə tanış
oldular. Bu bəy də parapet üzvlərindən olaraq bütün günü orada
keçirir və arabir Zülfüqarın qəzetindən istifadə edirdi. Papanın
Şura İttifaqına qarşı çıxışı bunlarda bir ümid doğurdu. Zülfüqar
bu xəbəri oxuyar-oxumaz bəy dirçəldi. Şal çuxasının cırıq
qolunu çırmalayaraq dedi:
– Həzrət Abbasın bir cüt düşən qolları haqqı, bu yaz iş
tamam olub gedəcək.
Zülfüqar kənarı yağlı şlyapasını çıxartdı, qeyzlə başını
qaşıdı, dedi:
– Ona da ingilis deyərlər!
Qulu özünü düzəltdi:
– Təqvimdə var,–dedi,–il at üstdə təhvil olub. At muraddır.
Arzumuza çatacağıq.
Məşədi Əli baş barmağı ilə təsbehin
danələrini çevirə-
çevirə mollasına dayandı və sevinclə:
– İstixarə elədim, yaxşı gəldi. Olacaq.
***
Bir gün bəy yox oldu. On gün sonra dəniz kənarında
Zülfüqarla görüşdü.
– A bəy, görünmürsünüz? – deyə Zülfüqar soruşdu:
Bəy istehzalı təbəssümlə:
– Allahdan buyruq, ağzıma quyruq olarmı? – dedi.
Zülfüqar
bəyin kinayəsini anlamadı.
– Oturun görüm,–dedi,–sizdə xəbər var.
Oturdular.
Bəy başladı.
– Sənin halın xarab, mənimki xarab. Cibdə də bir qəpik
yox. Mal getmiş, mülk getmiş, gündəlik çörəyə möhtacıq.
Haqqımızı müdafiə eləməliyik.