300
– Yox,–deyə doktor qəti cavab verdi.
Zibeydə heyrət içində:
– Nədən?
Doktor sakit bir səslə:
– Çünki sizi qəlbimin dərinliklərində saxlayıram.
Zibeydə belə bir cavab gözləmədiyi
üçün diqqətlə doktora
baxdı. Üzü ciddi idi, gözlərindən atəşli nur parlayırdı.
Zibeydə başını aşağı saldı, gözəl bir məmnuniyyət duydu.
Sonra gözlərini təkrar doktorun gözlərinə dikdi–oradan doğan
cazibəli hisslərə qapılaraq oxşandı, nəşələndi, coşdu.
***
Bir gün bərabər kinoya getdilər. Arxa lojalarda bunlardan
başqa kimsə yox idi. Oturdular. Bir-birinin qoluna sarılaraq
pərdəyə tamaşa etmədə idilər. Şəkil Avropanın səfalı bir
guşəsində şairanə bir eşq macərasını göstərirdi. Zibeydə belə
rəsmləri çox sevər, tamaşaya dalar, çox zaman onu bir həqiqət
deyə tələqqi edərdi. Bu dəfə də şəkil ruhunun dərinliklərinə
qədər nüfuz etmədə idi. Nədənsə bir az da dərdli kimi
görünürdü. Tamaşa bitdikdə doktor onun ruhi böhranının
səbəbini sordu:
–
Görünür,
şəkillər sizi həyəcana gətirir.
–
Elə.
–
Neçün?
– Həyatımı bu
rəsmlərlə müqayisə edirəm də,
kədərlənirəm.
–
Həyatınız o qədər də fənadırmı?
–
Fəna deyil... gözəlliyi də yoxdur.
Doktor entuziast olduğu üçün bu sözlər ona toxundu:
– Həyat,–dedi,–öz-özlüyündə, mücərrəd olaraq, o qədər
gözəldir ki, ondan doymaq və usanmaq olmaz. Yalnız insan
vəzifəsini bilməli, ömrü süsləməli, onu şairanə bir çərçivəyə
yerləşdirməlidir.
Zibeydənin kədərli simasında təğyirlər göründü:
– Siz həyatı çox sevirsiniz, deyilmi?
301
–
Həyat sevilməzmi?
–
Mənə belə gəlir ki, həyatda bir çox acılıqlar var...
nədənsə, bəzən bütün dünya gözlərimə sərab kimi görünür...
–
Acılıqlar var, ancaq onların olması həyatın ləzzətini daha
da artırır. Mübarizə etməli, fənalıqları yox edib, sonra
müvəffəqiyyətin nəşəsi ilə yaşamalı.
Zibeydə susdu. Doktorun sözləri ona o qədər mətanət verdi
ki, həzlərə daldı.
***
Bir gün Zibeydənin anası gənclər
üçün evində bir
müsamirə tərtib etmişdi–xanım mənsub olduğu zadəgan
ənənələrini çox sevərdi. Doktor bu müsamirədə bütün
səmimiyyəti ilə iştirak etdi. Gündüzdən çiçəklər və şokolad
göndərmişdi. Axşam da şıq geyinmiş bir halda gəldi. Qonaqlar
həp tanıdıqları, Zibeydənin dostları və məktəb arqadaşları idi.
Çay masasına oturarkən zəng vuruldu və tanışlardan birisi
çərkəz geyimli yeni bir sima ilə içəri girdi. Uca boylu, geniş
kürəkli, kəskin və xoş baxışlı bu çərkəz nəzakətlə baş endirdi.
Ev sahibi xanımın əlini öpub əyləşdi. Əvvəl məclis onu tutar
kimi oldu; üzü bir az qızardı, titrək barmaqları ilə incə bığlarına
təmas etdi, sonra ətrafındakılara isinişdi. Onun əzəmət və
qüruru, gəncliyin bütün qüvvət və gözəlliyinə malik siması
qızların nəzərlərini özünə cəlb etdi. Qızlar pıçıldaşıb qızardılar.
Çərkəz təsadüfən Zibeydənin qarşısında oturmuşdu.
Zibeydə ona
tərəf baxmağa cəsarət etmirdi, sanki əsrarəngiz bir
iradə onun varlığına hakim olmağa başlayırdı. Öz könlü ilə
qəfəsə girmiş, zindanı asudəliyə tərcih edən bir quş kimi,
qəfəsə doğru sövq olunurdu.
Doktor həmişəki kimi bütün diqqət və nəzakətini
Zibeydəyə həsr etmişdi: onu xoş söhbətlərlə məşğul edir,
tatlılar təqdim edib, ara-bir eşq atəşi ilə parlayan gözləri ilə
onun çöhrəsinə baxırdı. Eşqin, səadətin, fərəh və sürurun
intihası yox idi.
Birdən doktorun böyük bir həzz içində çırpınan
ürəyinə
302
anlaşılmaz duyğular doldu, indiyə qədər parlaq və şüadar
görünən tale ulduzu qara qanadlı şübhələr arasında gizləndi,
söndü, öldü. Nəşələr, fərəhlər, xoş çırpıntılar onu yavaş-yavaş
tərk etdi. Zibeydəni sərzənişlə nəzərdən keçirdi. Zibeydə vəhy
gözləyən bir zahid kimi, çərkəzin məbədinə bağlanıb qalmışdı;
süzgün gözləri həp onunla yaşayırdı.
Doktor qəlbində bir acı duydu, əvvəl hiddətləndi,
sonra ona
bir laqeydlik gəlib, sakit oldu. Durub salonun yarımişiq bir
guşəsinə çəkildi. Bunun yoxluğu sanki çay məclisində
duyulmadı; Zibeydə heç də hiss etmədi.
Bir saata qədər davam edən çay ziyafəti doktora illər qədər
uzun və sıxıntılı göründü. Davamlı bir intizardan sonra şən
gənclik xoş gurultusu ilə salona dolmağa başladı. Ev xanımı
piano çalmağa oturdu, hər kəs «tanqo» deyə bağırdı. Musiqi
başlandı. Zibeydə fərəhlə doktora yanaşdı:
– Parisdən gəldiyiniz üçün, şübhəsiz ki, gözəl rəqslər
bilirsiniz,–dedi və totuq əllərini uzadıb,onu rəqsə dəvət etdi.
Doktor bir az nəşə ilə:
–
Təəssüf ki, bilmirəm.
–
Ola bilməz ki, Parisdə illərcə yaşayasınız da, rəqs
bilməyəsiniz.
–
Doğrudan bilmirəm.
–
Mənimlə bir dəfə oynayınız.
–
Ciddən bilmirəm.
– Başqaları ilə oynamasanız da, mənimlə oynamalısınız,–
deyə Zibeydə boynunu bükdü və yalvarar bir səslə: mənim
xatirim üçün!–dedi.
Doktor Zibeydənin bu halından daha da mütəəssir olaraq
rəqs edə bilməməsi üzündən yandı, yaqıldı.
Zibeydə məyus çöhrə ilə geri döndükdə çərkəzi qarşısında
gördü: o, nəzakətlə təzim etdi. Zibeydə onun tanqo bildiyini
təsəvvür etmirdi... Çərkəzin qüvvətli əli qızın incə belini ehmal
qucdu, atəşli qan dalğalarında çırpınan iki gənc çöhrə bir-birinə
nəfəsləri duydurar qədər yanaşdı, kökslər birləşdi, havadakı
303
əllər bir-birinə sarıldı... Rəqs başlandı...
Bu aləmlə arasında dərin bir uçurum açılan doktor nisbəti
bir istirahətlə yumşaq qoltuğa yerləşib, tamaşa edirdi. Sənəmi
qırılmış, müqəddəsatı kirlənmiş bir
məbud kimi, onun üçün
ümid, səadət və məfkurə sözləri mənasını itirmişdi.
***
İki gün idi ki, doktor Zibeydə ilə görüşməmişdi; görüşmə-
yəcəyinə söz vermişdi. Lakin həsrət o qədər qüvvətli idi ki,
verilən sözə qələbə çalmada idi; ayrılıq dərdi aman vermirdi.
Vücuduna tühaf bir sızıltı hakim idi: yuxusu qaçmış, istirahəti
pozulmuş–hər şeydən soyumuşdu. Bu ağır əzaba bir gün də
davam edə bildi. Üçüncü gün səbir kasası daşmada idi–ələm
onu boğurdu. Otağını gəzib dolandı, dəruni sızıltıdan rahatlıq
tapa bilmədi. Oturdu. Heyrətlə bir
nöqtəyə baxaraq bir də
«Zibeydə!»–deyə səsləndi, hər tərəfdən əks-sədalar eşitdi: bu
cazibəli sözdən həzlər duydu. Dərdləri müvəqqəti olaraq
yayıldı. Təkrar dərdləndi, mənəvi yalnızlıq bütün şiddəti ilə onu
bürüdü. Bu dəqiqələr Zibeydənin varlığı, mülayim səsi, xoş
rəftarı ona abi-həyat qədər qiymətli göründü. Görmək,
danışmaq, dərdləşmək ehtiyacı daha da şiddət kəsb etdi.
Durdu, xəstə halla telefona yanaşdı. Çağırdı. Səsi titrədi,
sızıltılı həyəcan havanı doldurdu. Telefondan səs gəldi.
Şübhəsiz ki, Zibeydə idi. Bu tanış və dadlı səs əvvəl doktoru
qanadlandırdı, sonra eyni səsin «Zibeydə evdə yoxdur»–
deməsi, onu yasa batırdı. Təsviri qabil olmayan bir kədərlə geri
çəkilib, yaralanmış aslan kimi inildədi.
***
Bu bir həftənin içində olan bütün vaqiələr doktora yuxu
kimi göründü. Heç bir şey olmamış kimi şübhələri tamamilə
yatdı. Bir axşam da hazırlanıb, Zibeydəni ziyarətə getdi. Qapını
tıqqıldadarkən bir zaman sönmüş nəşə onda təkrar ehya olundu.
Lakin qapını açan Zibeydəni, onun
hərəkətini gördükdə nəşəsi
təkrar öldü. Zibeydə həmişəki kimi şən və mülayim deyildi.
Doktoru içəri buraxmaqda belə tərəddüd etdi–duruxdu,