Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə83/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   79   80   81   82   83   84   85   86   ...   103

 
346 
xasiyyətimiz tutmadı»... 
Əhməd kişi qaşlarını oynadaraq, xırda gözlərini üzümə 
zilləmişdi, sanki məndən iztirabını  təskin edəcək sözlər 
gözləyirdi. Mən onu qane edə biləcək bir cavab tapa bilmədim. 
 
1934 
 
347
İKİ  ÇOCUQ 
 
Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş 
mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi 
ahılı-cahılı  nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə 
bacardıqca bəzəkli-düzəkli gəlmişdi, iri heybətli papaqlar, 
təpmə  qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı 
doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları 
da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı.  Şal 
gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq orada-
burada səkir, «sümüyünə düşən» havalara bir az süzür, sonra 
birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. 
– Qasım, ay Qasım!–deyə adı dillərdə idi. 
Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, 
əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən 
«kərəmini»  əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, 
zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: 
musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. 
Onun bir dəqiqə bir yerdə durmağa qərarı  gəlmirdi: mağarın 
ətrafını dolaşır, gecələrin arasına soxulub, içəridə oynayanlara 
tamaşa edir, bir də  əlini yuxarı qaldıraraq –Ay şabaş!..–deyə 
kənardakı uşaqlara doğru coşurdu... 
Əlvan geyimli çocuq dəstəsindən kənarda solğun paltarlı, 
dizi yamaqlı, cırıq çarıqlı bur uşaq durub, bu gülərüzlü, məsud 
məxluqa həsrətlə tamaşa edirdi. Onun sarı  bənizi, sönük və 
qəmli gözləri Qasımın nəzərini özünə cəlb etdi. Atəşli baxışı ilə 
onu süzdü, lakin məmnun qalmadı: Haman, nəşəsi söndü, 
kiçicik qəlbi sıxılmağa başladı. Qasım geri çəkildi, düşüncəli 
bir halda mağarın o biri tayına keçdi. Çocuqlar yenə yüyürüşüb: 
– Qasım! Ay Qasım!–deyə onunla əylənmək və oynamaq 
istəyirdilər. Lakin Qasım onlara diqqət verməyib, sükut içində 
dolaşır, nə isə düşünürdü. Anlaşılmaz bir dərd onu sıxır və 
bütün bu toy sevinclərini zəhərləyirdn.  Bir az mağardan  
uzaqlaşaraq dərdini unutmaq istədi, müvəffəq ola bilmədi–


 
348 
gördüyü çocuğun solğun üzü, qəmli gözləri ona rahatlıq 
vermədi. Anlaşılmaz bir acı balaca varlığının hər bir guşəsinə 
səpilib, kefini pozdu... Qasım geri qayıtdı. Rəngarəng geyimlər 
və qayğısız çocuq gülüşləri arasından keçib,  mağarın qapısına 
yanaşdı... Solğun bənizli çocuq əvvəlki yerində durmuşdu. 
Əvvəlki  vəziyyətini  heç  dəyişməmişdi,  yenə  qəmli baxışı 
ətrafındakı əylənən və gülənlərə oxlar yağdırırdı. 
Qasımın ürəyi büsbütün  xarab oldu, gözləri yaşardı. 
– Anası ona nə üçün təzə paltar tikməyib?–deyə düşündü. 
Bəlkə anası yoxdur... Anası   haradadır?.. Ölmüşmü?.. 
Qasım sualına cavab tapa bilmədi... Yaşlar arasında çocuğu 
bir də süzdü: qəmli gözləri onun qəlbini təkrar odladı. 
Kirpiklərindən süzülən yaşlar onu bir an ayıldan kimi oldu. 
Yoldaşlarından utanaraq yenə  çəkilib getdi. Rast gələn ilk 
çəpəri basıb, bağa girdi: ağacların meyvəli budaqları qanad 
gərib durmuşdu, ot və çiçəklə bəzənmiş xiyabanlar, sanki yeni 
paltar geyib, toya hazırlanmışdı. Kölgəliklərdə oynaşan sarı 
günəş ləkələri könül açırdı. Bu mənzərə Qasımı fikrindən ayıra 
bilmədi: hər yerdə solğun bənizli, qəmli baxışlı çocuğu gördü... 
Qasım heç bir şey düşünməyərək geri döndü. Çəpərin 
dibindən axan arxın həzin qülğüləsi onu dayandırdı. Bir az 
tamaşa etdi... Ürəyi açılmırdı... Arxı keçib sönük addımlarla 
mağara doğru getdi... Çocuq eyni hal və  vəziyyətdə idi... 
Qasımın ürəyi təkrar yaralandı, onun balaca vücudu artıq əzaba 
tab gətirə bilmirdi... Birdən cürətləndi: qəti addımlarla çocuğa 
yanaşdı. Çocuq onun gəlməsinə  məna verməyər kimi 
vəziyyətini dəyişmədi: gözləri yenə  qəm saçırdı. Qasımın 
gözləri yaşla dolaraq, qaba bir tərzdə onun qolundan dartdı. 
Çocuq vəhşi bir heyvancıq kimi dişlərini qıcayıb, Qasıma bir 
yumruq ilişdirdi. Bununla ürəyi soyumadı: onun qıllı  təzə 
papağını yerə vurub, saçlarından yapışdı... 
Çoçuğun amansız zərbələri altında Qasımın dərdi dağılır, 
onun saatlardan bəri qəlbini bürüyən əzab dumanı yayılırdı... 
Qasım çocuğa  əlini qaldırmadı, mükəmməl döyüldükdən 
 
349
sonra papağını yerdən qaldırıb başına qoydu və  məmnun bir 
halda ondan uzaqlaşdı... 
Yarım saat sonra yoldaşları yenə: 
– Qasım, ay Qasım,–deyə onu çağırır, o da əvvəlki 
şənliyinə davam edirdi. 
 
1934 


 
350 
LÜZUMSUZ   ARZU  ÜÇÜN 
 
İki il idi onu görməmişdim. Bir gün təsadüfən rast gəldim. 
Hələ  mənə yaxınlaşmadan adəti üzrə qaşlarını yuxarı qaldırıb 
gülümsədi və qızıl dişlərini göstərərək: 
 
– Ya allah, ya allah,–deyib əlimi sıxdı. –Balam, haradasan? 
Sanki başqa-başqa şəhərlərdə yaşayırıq. 
 – 
Təbii, sənətimiz ayrı,  iş sahələri başqa, hərəmiz bir 
mühitdə dolaşırıq. 
Dostum başını bir az yan tərəfə əydi, məni həsrətlə süzdü: 
– Aşna, deyəsən,  qocalırıq,–deyə    qəhqəhə  çəkdi və 
güldükcə də vücudu əyilib-qalxaraq cürbəcür hərəkətlər yapdı. 
Mən də onu ayaqdan tutmuş başına qədər gözdən keçirdim: 
iki ilin müddətində heç də dəyişilməmişdi; biləks dəyişiklik var 
idisə də, ona nöqsan gətirəcək bir mahiyyətdə deyil idi: bir az 
kökəlmiş, ciddiləşmiş  və üzündə qürurlu bir məmnuniyyət 
duyulurdu. 
– Aşna, –dedim, –qocalıq sözünü fikrinə belə  gətirməyə 
haqlı deyilsən–başında ağ tük yox, səhhətin yerində.  Əsli 
budur, yaşa baxılmaz. 
Sözlərimdən son dərəcə məmnun oldu, yenə qəhqəhə çəkdi, 
yenə  bədəni  əlvan  şəkillər aldı. Sonra tələbəlik həyatımızı 
xatırladan bir neçə  vəqə anlatdı, güldük və çox arxada 
buraxdığımız gəncliyimizi nəşələrlə yad etdik. 
Bununla görüşümüz bitdi. Bir-birimizin vəziyyətinə dair bir  
söz belə dodaqlarımızdan qopmadı. Mən soruşmadım, çünki o 
belə suallardan xoşlanmazdı. O, atacağı hər bir addımını dərin 
sirlərlə  əhatə edərdi. Tələbəliyində belə onunla illərcə bir 
otaqda yaşayan yoldaşı da işlərindən baş aça bilməzdi. 
Ayrılarkən: 
– Sən bizdən uzaq qaçma, gəl. Ayın dördündə axşam 
qonağım var. Gəlsən çox məmnun olaram... Oturarıq, bir az 
keçmişi xatırlayıb gülərik–dedi. 
Adresini söylədi, yazdım. 
 
351
*** 
Ayın dördündə getdim. Xidmətçi qız qapını açıb, məni 
gözəl məfruşatlı böyük bir salona buraxdı. Qoltuqlardan birinə 
yanaşarkən sağ  tərəfdəki qapı açıldı, Roza xanım içəri girdi. 
Görüşdük. 
 – 
Buyurun, 
oturun,–deyə  mehriban bir səslə yer göstərdi, 
qarşı-qarşıya oturduq. 
 – 
Bəs Müqbil haradadır?–deyə  dostumu  soruşdum. 
 
– Bu saat gələr–xəstələrinə baxmağa getmişdir. 
 – 
Yəqin gec gələr,–dedim. 
 
– Yox, bu gün hamısına baxmayacaq; başqa günlər, təbii, 
çox məşğuldur: gündüz xəstəxanada, axşamlar da evdə  qəbul 
edir... Eh, həkimlik çətin işdir! Bir dəqiqə belə rahat 
buraxmırlar... Çox yorulur, yayı səbirsizliklə gözləyirik. 
Roza xanım dodaqlarında bir təbəssüm oynatdı  və  ərinin 
müvəffəqiyyətlərindən məmnun olduğu təbəssümündə parladı. 
  – Bu yay harada istirahət etmək fikrindəsiniz?–deyə 
sordum. 
 – 
Keçən yay,–dedi,–Kislovodskda  idik. Doğrusu, hər yay 
eyni yaylağa getmək insanı bıqdırır; bu il Borjoma gedəcəyik... 
Müqbilin qayıtması bir saat çəkdi. Hələ qonaqlar 
gəlməmişdi. Roza xanım arabir məni tərk edir, mətbəxə baş 
çəkib, qayıdırdı  və söhbətlərimizə  təkrar davam edirdik. Roza 
xanımı çoxdan tanıyırdım. Tacir ailəsinə  mənsub idi. Geniş 
yaşayışı, gözəl geyinməyi və şöhrəti çox sevərdi. Onda böyük 
zənginlik arzusu var idi. Xüsusi əmlak, avtomobil, Avropa 
səyahəti, Paris modası adi məfkurələrindən idi. Maddi 
vəziyyətlərinin bütün gözəlliklərinə baxmayaraq, yenə onda 
tam məmnuniyyət görünmürdü. Başqa mühit, başqa vəziyyət 
meyli dəruni aləmini sarsıtmışdı. 
Məni gəzdirib, otaqları göstərərək məhcub olan kimi idi: 
 – 
Mənzilimiz böyükdür,–dedi,–beş otaq bizə kafidir, 
ancaq... burada mənim istədiyim süs yoxdur. Mən möblənin və 
məfruşatın  başqa cür olmasını istərdim. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə