Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə85/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   81   82   83   84   85   86   87   88   ...   103

 
358 
İbrahim bir saat gözlədi, mühasib gəlmədi. Müəssisəni 
başdan-başa dolaşdı. Hər bir otağa baş təpdi, tapılmadı. 
Yenə  məyus bir halda evə döndü. Ağcabədili arvadın 
məktəbdəki oğlu ilə  qızı da qonaq gəlmişdi. Yemək masası 
darlıq elədi, bir qanadını da açdılar. 
Xülasə, bir neçə gün belə davam etdi. Dərbənd üzümü və 
süzmə qatıq qurtardı. Bakının suyu qonaqlara düşüb, iştahaları 
bir az da açıldı. Körpə  uşaqlar dəqiqədə bir çörək və «qaqa» 
istəyirdilər. Dərbəndli qadına yolda soyuq dəyib, öskürür, ilıq 
yumurta istəyir; ağcabədilinin könlünə rahətülhülqum düşür. 
Nə baş ağrısı, bu yasa gələn qonaqlar evdə istirahət qoymadılar. 
Təkcə balacaları gündə beş girvənkə çörək görmürdü. 
Rəhmətlik qoca nənənin cehizlik qızılları torksinə doğru axır. 
İbrahim də mühasibin yanına ayaq döyməkdən yorulmuşdu. 
Gah pul yoxdur, gah mühasib yoxdur, bunlar da olanda kassir 
olmurdu. 
Bir gün yenə pul dalınca gedəndə müəssisənin pilləkənində 
bir tanışına rast gəldi. Görüşdülər. Məsələni anlatdı: 
– Yuxarılara da deyirəm, bir şey çıxmır,–dedi. 
Tanışı ona: 
–  Əşi, sən heç dünya işlərinə  bələd adam deyilsən,–dedi–
mühasib də öz yerində bir adamdır, onun da mövqeyi və şərəfi 
var. Yuxarılarda nə  işin var. İş onun özündən asılıdır; istədiyi 
adamlara həmişə pul tapır... 
– Bəs nə edim? 
– Deyim: kassada pul olanda o həmişə acıqlı olur. 
Xasiyyəti belədir. Pul olmayanda deyir, gülür, zarafatlaşır. Onu 
güdərsən, bir də bir ərizə hazırlarsan, elə ki, gördün ağzının 
sözünü danışa bilmir, ətrafındakıları acı dillə  zəhərləyir, onda 
ərizəni  şafla... Bacarsan, bir-iki də minnətçi götür: o 
şöhrətbazdır. Vəssəlam. Mənim bir qəpiyim də ləngimir... 
O gündən başlayaraq  İbrahim, pişik sərçənin marığına 
yatan kimi mühasibi güdməyə başladı. Bir gün kassanın 
qabağında çoxlu adam gördü. Mühasib şalvarını  çəkə-çəkə 
 
359
koridordan otağa, otaqdan koridora girib çıxırdı. Qaş-
qabağından zəhər yağırdı. Verilən suallara əhəmiyyət 
verməyərək, gözlərini dəqiqədə yüz dəfə qırpırdı. 
İbrahim məsələni anladı. Bir dəqiqə itirməyərək evə qoşdu. 
Yasa gələn qonaqları çoluq-çocuqları ilə bərabər yığışdırıb, yas 
qurbanı olan pişiyi də qucağına alıb, mühasibin otağına gətirdi. 
Rəngarəng geyimli bu adamlar əllərini döşlərinə qoyub, 
mühasibə təzim etdilər və hamısı bir səslə: 
– Bizi balalarının  başına çevir!–deyə bağırışdılar. Pişik də 
məsələni anlayıb, yanıqlı bir səslə miyoldadı. 
Bu  əsnada  İbrahim  ərizəni qorxa-qorxa uzatdı. Mühasib 
ərizəni özünə məxsus əzəmətlə gözdən keçirdi və mehriban bir 
səslə əməkdaşlarından birinə: 
– Hüseynqulu,–dedi. –İbrahim  yoldaşın  orderini gətir, qol 
çəkim. 
 
1934 


 
360 
QUSAR «MÜLKƏDARLARI» 
 
Xudat stansiyasından Qusara gələn avtobus sürətlə boşaldı. 
Son enən orta yaşlı, başının yanları  ağarıb gümüşə çalan bir 
kişi, arıq arvadı  və  çəlimsiz xırda qızı oldu. Bunlar şeylərini 
tələsmədən bir tərəfə toplayıb tarlanmaq istəyən toyuq-xoruz 
kimi,  ətrafa hay atmağa başladılar. Bir az keçmiş kişi bazarın 
uzaqlarına baxaraq: 
– Reyhan, odur gəlir! – deyə    arvadının qolundan dartıb 
gülümsədi: 
Bir cavan oğlan gülə-gülə onlara  yanaşıb, əl verdi: 
– Möhsün əmi, bu gün iki-üç dəfə buraya gəlmişəm,–dedi.–
Dedim yəqin yolda ləngidiniz... Buyurun, gedək! Gənc haman 
bir adam tapıb, qonaqların  şeylərini yüklədi, yola düşdülər. 
Sağa dönüb, Qusarın çaya tərəf küçəsində bir evə girdilər. 
Gənc, Möhsünün idarə yoldaşının oğlu idi. Möhsün özünə 
ev tapana qədər bunlarda qalmalı idi. Qonaq yaxşı  şeydir, 
ancaq ev sahibinə çox əziyyət verməyə. Bunu Möhsün bilirdi, 
onun üçün naharı edər-etməz gənclə ev axtarmağa getdilər. 
Bu il Qusara çox istirahətçi gəlmişdi, evlər tutulmuşdu. 
Çox gəzdilər, nəhayət irəliki gün bir otaq boşaldığını duyub 
oraya qoşdular. Kişiliyi ilə arvadlığı  məlum olmayan, qılıncı 
burunlu birisi yaşmanaraq küçə qapısının balkonunda bunları 
qarşıladı. 
 
– Burada otaq kirayə verilirmiş... 
 – 
Bəli, buyurun, baxın. 
Möhsun arvadı  və  qızı ilə evin həyətə nazir uzun, xaraba 
balkonuna girdilər.  İlk ayaq basdıqları taxtanın o biri başı 
qalxıb, bunlara təzim edər kimi oldu. Balkonun ikinci taxtasına 
keçdikdə bu taxta da qonaqlara qarşı eyni nəzakəti göstərdi. 
Qabaqda gedən Möhsün əlini sütuna atıb, boğuq səslə bir dəfə: 
– Reyhan, qızı gözlə!–deyə qışqırdı. 
Ev xanımı gülərək: 
– Ay qardaş, qorxmayın! Nə var ki? Taxtaların mismarı 
 
361
düşmüşdür, od aparmış kişiyə çal deyirəm, çalmır. Sabah özüm 
çalaram... 
Qonaqlara təzim edən taxta qayıdıb yerinə toxdadıqda xırda 
qızın ayağını dişlədi: zil qışqırtı qopdu. Reyhan ərinə 
acıqlanaraq: 
 
– Möhsun, bizi buraya çolaq etməyə gətirmisən?–deyə geri 
döndü. Cəsarəti qırılmış Möhsün sütundan yapışaraq durmuş, 
balkonun əcaib mənzərəsini seyr edirdi: taxtalar çürüyüb, dəlik-
deşik, sanki tam bir şadara olmuşdu; həyətə tərəf sürahi  uçub, 
yerində qorxunc uçurum  açılmışdı... Möhsun süpürgə  həsrəti 
çəkən həyəti süzdü: alma, armud, gavalı  dənizində batan 
ağacların arasından uzaqdakı mavi sisli meşə görünürdü... 
 
– Ay bacı!–deyə ev sahibinə müraciət etdi.–Təbiət sizə bu 
qədər var verdiyi halda, bu nə pintilik, nə  tənbəllikdir?  
Dünyada  mıxmı  yoxdur?  Meşədə  ağacmı tapılmır? Taxta 
qəhətliyidirmi?.. 
Möhsünün rəngi qaçdı, hirsindən titrəməyə başladı. 
Reyhan qapıdan başını sallayaraq: 
– Möhsün, sakit ol, axır həkim sənə deyib ki, sinirlənmək 
olmaz. 
Çıxıb getdilər. Küçələri dolaşdılar. Soraq elədilər, otaq 
tapılmadı. Yenə geri döndülər, əlacları kəsilib əvvəl baxdıqları 
evə girdilər. Möhsün ev sahibini çağırıb ehmal səslə: 
– Yaxşı, nə təhər eləyək? Buranı sabaha qədər təmir edib, 
bizə verərsənmi?–deyə soruşdu. 
Ev sahibi: 
– Qardaş,–dedi,–acıqlı adama oxşayırsan. Bildir sənin kimi 
birisi buranı kirələmişdi, çox razı getdi. On girvənkə özü, yeddi 
girvənkə də arvadı kökəlmişdi. Sən də razı qalacaqsan. Balkon 
xoşuna getmədi, çünki Bakıdan gəlirsən, bura Bakı olmaz ki...  
Möhsün yenə sinirləndi: 
– Bacı, səndən Bakı evi istəmirəm. Ancaq elə olsun ki
ayaqlarımız bu deşiklərə düşüb sınmasın. 
Ev sahibi güldü: 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə