Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə84/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   80   81   82   83   84   85   86   87   ...   103

 
352 
 – 
Məncə,–dedim,–mənzilinizin  nöqsanı yoxdur: geniş  və 
gözəl məfruşatlıdır... 
 
– O!.. – deyə sözlərimi  kəsdi. –Onda sizin, bağışlayın, əsil 
zövqdən xəbəriniz yoxdur. Gəlin, görün mən sizə nələr göstərə-
cəyəm. 
Salona döndük, Roza xanım qəfəsədən bir sıra jurnal 
çıxarıb, masanın üzərinə qoydu. 
– Baxın,–deyə açdı,–bu evlərin incəliyinə, bağçaların 
səliqəsinə, hovuzlara, nəhayət, otaqların nəfis üslublu 
məfruşatına baxın. Bizim ev bunlara nisbətən tövlədir... 
Roza xanımın təqdim etdiyi alman və fransız jurnallarını 
gözdən keçirdim: 
– Bizim yeni yapılan evlərimiz heç də bunlardan geri 
qalmır,–dedim. 
Roza xanım təhqir edilən kimi oldu: 
– Eh,–dedi,–sizdə heç yüksəliş təmayülü yoxdur. Heyrət!.. 
Mən sərzənişlə: 
–  Əzab çəkməmək üçün lüzumsuz arzulardan vaz 
keçməli,–dedim. 
Roza xanım daha da hiddətləndi. 
– Sizdə ruh böyüklüyü görmürəm. Tələbəliyinizdə  də 
dərvişniyyət idiniz, indi də. Səbəb sizin subaylığınızdır... 
Əzizim, evlənməlisiniz, özü də  tələbkar bir qadınla 
evlənməlisiniz. O sizə arzunun lüzumsuz olmadığını gözəlcə 
öyrədər... 
Yarımsaatlıq münaqişəmiz Roza xanımı fikirlərindən 
daşındıra bilmədi. Nəhayət qonaqlar gəlməyə başladı, artıq 
xüsusi söhbətlərə yer qalmadı. 
Arxası  kəsilmədən gələn qonaqlar salonu şənliklə 
doldurdular: piano səsi, lətifələr, qadın qəhqəhələri  ətrafı 
bürüdü. Müqbil də gəldi. Hamı hazır olar-olmaz, Roza xanımın 
nəvazişkar səsi eşidildi: 
– Lütfən, yemək otağına! 
Otuz beşə  qədər adam ağ süfrəli geniş masanın  ətrafına 
 
353
toplandı. Burada nələr yox idi. Xalq təbirincə, can dərmanı 
axtarsaydın tapılardı. 
Çaydan sonra salona döndük, bir-iki saat sonra təkrar 
yemək otağına çağırıldıq. Bu dəfə masa daha zəngin, daha 
süslü idi. Əlvan məzələr və içkilərlə başlayan ziyafət cücə 
plovu və meyvələrlə bitdi. Gecənin yarısına qədər yeyib, içib, 
əyləndik.. 
*** 
Dostumun evinə getdiyim ilk və son dəfə oldu. Bir daha 
bir-birimizə rast gəlmədik. Bir il sonra əlli min manat 
müqabilində mənzilini başqasına tərk etdiyini eşitdim. Təbiidir 
ki, bunun mənasını anlamadım. Hər halda anlasaydım da Roza 
xanımın nazı üçün olmuş deyə izah edərdi.  İki ay sonra 
məsələnin mahiyyəti mənə aydın oldu. Müqbilin ailəsinin ev 
şeyləri ilə bərabər İrana köçdüyünü eşitdim. 
Bu fəqərədən sonra dostumun həyatı  məndə böyuk maraq 
oyatdı. Yaxın  əqrəbasının biri ilə görüşməyə başladım. 
Müqbilin  İrandan göndərəcəyi ilk məktubu səbirsizliklə 
gözlədim. Məktub ehtimal olunacaq vaxtdan çox sonra gələ 
bildi... Adi şikayətlər: şübhə ilə qarşılandıq, iş tapmaq çətindir, 
hər şey var, pul yoxdur, həyat olduqca sıxıcıdır. Rozaya çarşab 
örtmək həbsxanada oturmaq kimidir... 
Bununla marağım soyumadı; dostumun məktublarını 
izləməkdə davam etdim. Eyni şikayətlər, peşmanlıq, mədəni 
həyat arzusu... 
Məktubların bir müddət arası  kəsildi. Altı ay işsizlikdən 
sonra Müqbil, nəhayət, özüpə iş tapmış, dedilər. 
Məsələ mənim üçün həll olmuşdu; artıq marağımı dəf edib 
Müqbili unutmağa başladım. Bir gün qohumuna rast gəldim. 
Məyus bir halda salam verib, məni dayandırdı. 
 
– Heç demirsən başınıza nə gəlib?–dedi və gözləri yaşardı. 
 – 
Nə olmuş? 
– Nə olacaq, Müqbil Tehranda yatalaqdan ölüb. 
 Qulaqlarıma inanmadım. Əvvəl fikirlərimi bir nöqtəyə top-


 
354 
lamaqda aciz idim. Sonra yavaş-yavaş özümə  gəlib, Roza 
xanımla aramızda olan danışığımızı xatırladım. Öz-özümə: 
«Əzab çəkməmək üçün lüzumsuz arzulardan vaz keçməli»,–
dedim. 
 
1934 
 
355
QOCA NƏNƏNİN ÖLÜMÜ MÜNASİBƏTİLƏ 
 
İbrahimin qoca nənəsi öldü. Tam qarılara layiq bir surətdə 
də öldü: üç gün yatdı, «varımı-yoxumu bilirsiniz, mənə ehsan 
verin»,–deyə altı  kəlməlik bir vəsiyyət elədi; axırda da ağzını 
açıb-yumdu. Vəssalam. Qarı tamam oldu... Hekayətimiz də 
burada bitməli idi. Ancaq... «papağın keçi dərisindən, xəbərin 
yoxdur gerisindən»... qulaq as, gör nə oldu. 
Xülasə, bir gün İbrahim qulluğundan döndükdə evdə bir 
yaşmaqlı arvad, yanında iki-üç burnu zılıqlı uşaq gördü. 
 
– Ana, bunlar kimdir?–deyə sorduqda, yaşmaqlı qadın: 
 – 
Başına dönüm, məni tanımırsan?.. Yəni haradan 
tanıyasan ki, uşaq  vaxtı görmüsən. Biz Ağcabədidə, siz də 
burada... Mən rəhmətliyin xalası nəvəsiyəm... Vallah, ölümünü 
eşitdim, o qədər ağlamışam ki, nə təhər... 
Qadın sözlərinin doğruluğunu isbat etmək üçün buradaca 
yaylığının ucu ilə gözlərinin yaşını sildn. 
İbrahim əvvəl, hələ yarasının ağrısını duymayan adam kimi 
gülümsədi: 
– Gərək bir böyük oğlun da olsun,–dedi. Qadın  bu 
sözlərdən sonra yaşmağını çənəsindən aşağıya salıb dil açdı: 
– Bay elə belə qohumsan, dayna, heç bir demirsən, 
qohumlarım necə oldu... Böyük uşaq burada Nəriman 
texnikumunda, qız da mamalıq oxuyur... Gələcəklər görərsən... 
Burada İbrahim ayıldı, öz-özünə: 
 «Deməli bunlar bizim çörək və  şəkər payımıza  şərik 
çıxacaqlar...» Sinirləri oynaqlamağa başladı. 
Evdə sakit qoca bir pişik var idi. Bunun səsi heç 
eşidilməzdi. Zatən vəzifəsi də böyük deyildi–hərdənbir 
siçanlara hücum edər, sonra mərhum qarının yerdə salınmış 
döşəkcəsinin üstünə  çəkilərdi. Bu pişik də yasa gələn 
qonaqların, boğazına şərik çıxacaqlarını duyub, sinirləri alt-üst 
oldu. Yemək masasının ətrafına fırlanıb, miyoltusundan nalələr 
yağdırırdı. 


 
356 
Təbii idi ki, həmişəki payını almadı  və  əvəzində  İbrahim 
qonaqlara gücü çatmayıb, ona çığırdı. Pişiyin izzəti-nəfsi 
tamamilə qırıldı, məyus bir halda döşəkcənin üstünə çəkilib, öz 
dilində bir neçə söyüş söyüb sakit oldu. Tərs kimi qonaqlar da 
bir torba süzmə qatıqdan başqa bir şey gətirməmişdilər; Qoca 
pişiyin də döşü qatıq götürmürdü. 
Nə isə, İbrahimi fikir götürmüşdü. Düşündü, daşındı, axırda 
bir müəssisənin ona beş yüz manat borclu olduğunu xatırlayıb 
sakit oldu. İbrahim qulluğundan başqa evdə  də  işlər, layihələr 
hazırlardı. O biri gün o, müəssisə mühasibinin yanına getdi. 
Mühasib ortaboy, başı parlaq dazlı bir adam idi; burun 
deşiklərinin qabağına yapışan bığı səliqəsiz yamağa bənzəyirdi. 
Söz danışanda  şalvarını yuxarı dartar və tez-tez gözlərini 
qırpardı. Hər bir mehriban sözü istiot kimi acı idi. 
İbrahim nəzakətlə yanaşıb salam verdi. Mühasib cavab 
vermədi. Masanın üstündəki kağızları qarışdırıb, çox məşğul 
adam kimi, qaşlarını çatdı, gözlərini qırpdı. 
İbrahim: 
– Yoldaş mühasib, axı o pul çoxdan qalır,–dedi. Muhasib 
qaba bir halda: 
– Pul olanda gəlmirsiniz, pul olmayanda gəlirsiniz. 
İbrahim cəsarətsiz bir səslə: 
 – 
Bəs nə vaxt olacaq? 
 
– Heç bir şey deyə bilmərəm. 
İbrahim, sədəqə gözləyən yetim kimi, bir az durub, sonra 
otağı tərk etdi. 
Evə qayıtdıqda evdə iki təzə qonaq da gördü, bir qadınla on 
üç-on dörd yaşında bir oğlan da gəlmişdi. 
Məlum oldu ki, bunlar da Dərbənddən yasa təşrif  
gətirmişlər. 
Arvad İbrahimin ayağına durdu, üzündən öpdü və qızartdaq 
gözlərindən bir-iki yaş axıdıb dedi: 
– Qadan canıma, bibimin ölməsini eşidib, o qədər 
ağlamışam, nə  təhər... Dedim, həm ziyarət, həm ticarət, həm 
 
357
çoxdan görüşməmişik, həm də bu uşağı burada məktəbə 
qoyaram, gözünüz üstündə olar. Yeddiillik qurtarıb, həkimlik 
oxumaq istəyir... 
İbrahim sinirlənərək: 
– Ziyarət hansıdır, ticarət hansıdır? Ticarətdisə, bəs alan 
kimdir, satan kimdir? 
Arvad cəsarətsiz gülüşlə: 
– Qadan alım, torpağı sanı yaşayasan, deyəsən, sən də 
rəhmətlik atan kimi bir az tündməcazsan. 
İbrahim acıqlı: 
– Sən atamın goru, məndən əl çəkin!.. Əşi bu müsəlmanlar 
bilmirəm, nə vaxt adam olacaqlar,–deyib yataq otağına keçdi. 
İbrahimin anası qonaqdan üzr istər kimi: 
 
– Onun sözündən incimə,–dedi,–Oxumuş adamlar elə bir az 
tünd olurlar. 
 – 
Niyə inciyirəm, yad deyil ki, mənimkilər də elə belədir. 
Bax, bunu görürsən, –deyə  oğlunu göstərdi,–dərs oxuyanda 
ağzımızı aça bilmirik: o gecə kitabı atdı, bir küpə doşabımı 
əndərdi. 
Qadın danışarkən oğlunun üzünə  fəxrlə baxır və 
gülümsünürdü... 
Nə isə... Nahar verildi. Hamı, zahiri də olsa, 
mehribançılıqla masanın  ətrafına toplandı. Pişik yenə 
miyoldadı, şikayətləndi, təbii, yenə ağzına baxan olmadı. Bəlkə 
qonaqların ayaqlarına dolaşarkən bir-iki də gizli təpik yedi. 
İbrahim baxdı gördü ki, mühasibsiz iş  aşmayacaq, o biri 
gün qulluqdan bir az tez çıxıb, mühasibin yanına getdi. Bu dəfə 
mühasib onu çox xoş bir halda qəbul etdi, şalvarını iki dəfə 
yuxarı çəkib, gözlərini qırpdı: 
– Necəsiniz?–dedi,–vallah, mən sizin xətrinizi çox 
istəyirəm. Dünən gecə  də bir yerdə sizin söhbətiniz idi... 
Xətrinizi çox istərəm... 
Bu  əsnada kim isə mühasibi çağırdı,  şalvarını darta-darta 
getdi. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə