Microsoft Word D\335n ve d\326vlet elaqeler\335 as\375l



Yüklə 478,48 Kb.
Pdf görüntüsü
səhifə12/20
tarix06.05.2018
ölçüsü478,48 Kb.
#42572
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

 

23 


 

uyğun  olan  hansı  adı  daşıyır  daşısın  idarə  etdiyi  xalqın  haqq  və  hüquqlarını  müdafiə  etməli, 

söz  və  inanc  hürriyyətlərini  təmin  etməlidir.  Qısaca  ədalət  təməlinə  dayanmalıdır,  insanların 

arzu və istəkləri aranmalıdır. 

60.  Dövlətin  əqidəsi  ədalət  olmalıdır.  Müsəlmanın  tələb  etdiyi  dövlətdə  ədalət  şərti 

axtarılır.  Ədalətlə  yönləndirilməyən  ölkənin  adı  istər  şəriət  olsun,  istər  demokratiya  olsun, 

istəyir  Abdullah  idarə  etsin,  istəyir  Con  heç  fərqi  yoxdur.  Sadəcə  adları  fərqlidir.

27

 Adına 



demokratik  cumhuriyyət  deyilən  necə  ölkələr  vardır  ki,  orada  özbaşnalıq,  haqsızlıq  höküm 

sürməkdədir.  Bu  dövlətlərin  başındakıların  çoxu  azadlıq,  demokratiya  deyib  insanları 

qandıraraq  seçimlə  gələn  insanlardır.  Keçmişdən  günümüzə  qədər  ən  çox  istismar  edilən 

kəlimələrdən biri azadlıq kəliməsidir.  ndi də demokratiya moddadır. 

Müsəlmanların  çox  arzuladığı  adına  şəriət  deyilən  bir  neçə  ölkədə  isə  vəziyyət  daha 

acınacaqlıdır.  Adı  slam  olub,  lakin  bir  məzhəb  və  əsabiyyətin  hakim  olduğu  bu  ölkələrdə 

insan haqq və hüquqlarından bəhs etməyə dəyməz. Xristianların teokratik sisteminə bənzər bir 

sistemlə idarə etmə  slam aləminə də yoluxmuşdur. Əmirlərə qeydsiz-şərtsiz itaət, istər zalım, 

istər fasiq olsun qarşı gəlmənin fitnə olduğuna hökm etmişlər. Ədalətin şərt olmayıb, şəriətin 

şə

rt  olduğuna  hökm  vermək,  slama  Xristianlıqdakı    Pavlosluğu  yeritməkdən  başqa  bir  şey 



deyildir!  Günümüzdə  buna  misal  olaraq;  Səudiyyədə  şəriət  adında  bir  teokratik  sistem 

hakimdir.  Hakimiyyət  bu  ailəyə  məxsusdur,  xalqın  razılığı  axtarılmaz.  Adı  şəriət  olan,  lakin 

Quranın  baxışına,  peygəmbərin    tətbiqatlarına  qapalı;  keyfə,  lüksə  yönəlik,  elmə  qapalı, 

təqlidə açıq, qadınlarının məhkum kişilərin hakim olduğu bir ölkə...  

Peyğəmbərimiz  (s.a.v.):  ”  Məndən  sonra  idarə  sultanlığa  dönüşəcəkdir  ”  buyurmuşdur. 

Ş

übhəsiz belə də oldu. Müaviyənin inadkarlığı ilə başlayan hakimiyyət mübahisələri üzücü və 



qalıcı  xatirələri  də  özü  ilə  gətirdi.  Müsəlmanlar  fərdi  və  ictimai  məsələlərini,  hesablarını 

unudaraq,  dövlət  məsələləri  və  hesabları  ilə  məşğul  oldular.  Bəziləri  bundan  qaçınsada 

olmadı...Əlbətdə  bu  məsələlər  müsəlmanları  məşğul  edincə,  insanların  ikiüzluluyu,  yalanı, 

hiyləsi  artmağa  başlayır,  artıq  doğru  əyri,  pis  yaxşı  bir-birinə  qarışdırılmağa  başlanır.  Bu 

səbəblədir  ki,  Əli  (r.a.)  Allaha  belə  dua  edir:  ”  Ya  Rəbb,  bu  insanlar  məni  bezdirdi,  mən  də 

bunları bezdirdim. Allahım, məni bunlardan qurtar. Bunları da məndən qurtar.

28

” 

61. Nə  slamda nə də əvvəlki dinlərdə dövlət və hakimiyyət davası aparılmamışdır. Dində 



hakimiyyət  başına  keçib  heç  kimi  zorla  müsəlman  etmək  və  ya  slamın  əsaslarına  rəayət 

etdirmək  məqsədi  də  daşınmır.  Dindən  hakimiyyətə  gəlmə  vasitəsi  kimi  istifadə  edənlər, 

hakimiyyətə  gəldiyi  zaman  da  dinə  hakim  olurlar.  Halbuki,  dinin  özlərinə  hakim  olması 

lazımdır. Bu  kimilər dindən sadəcə dünyalıq  mənfəəti əldə etməyə çalışırlar  ki, keçmişdə də 

günümüzdə  də  bunun  nümunələrini  görürük.  Heç  bir  peyğəmbər  dövlət  qurmaq  məqsədi  ilə 

dini təbliğata başlamamışdır, Allah tərəfindən elə bir qayə ilə vəzifələndirilməmişdir. 

62.  Heç  bir  müsəlmanın  hədəfi  və  qayəsi  sadəcə  dünyalıq  olmamalıdır.  Peyğəmbərimiz 

(s.a.v.)  ölüm  ayağında  ikən  özündən  sonra  heç  kimsəyi  müsəlmanların  idarəsinə  təyin 

etməmişdir.  Bunu  insanların  öz  ixtiyarına  buraxmışdır.  Bu  barədə  bir  çox  dəlillər  vardır. 

Tarixi  oxuyan  insanlar  hadisələri  yaxşı  mülahizə  etsələr  bunu  başa  düşərlər.  Əlbətdə  dinini 

yaşayan biri, müsəlmanların idarə etməsini arzuladığı halda, davası dövlət qurmaq vəzifə əldə 

                                                            

27

 Mustafa  slamoğlu. 



28

  bn-Kəsir, əl-Bidayə vən-Nihayə  (7cild, 10 bölüm) 




 

24 


 

etmək  olmamalıdır.  Hər  bir  insan  idarə  edilməyi  deyil,  idarə  etməyi  və  dünya  nemətlərinə 

qovuşmağı arzulayır. Ancaq müsəlman daha böyük bir məqsədin, idealın insanıdır. Onun əsas 

məqsədi Haqqı yaşamaq onu insanlara çatdırmaq və nəticədə cənnətə nail olmaqdır. 

63.  Peyğəmbərin  (s.a.v.)  vəfatına  yaxın,  heç  kimsəni  idarəyə  təyin  etməməsi  məhz  Onun 

ümumbəşər bir peyğəmbər olduğunun işarəsidir. Abbasın (r.a.) Peyğəmbərimiz ölüm ayağında 

ikən  Əliyə  (r.a.)  “gedək  Rəsulullaha,  özündən  sonra  hakimiyyəti  kimə  verəcəyini  soruşaq. 

Ə

gər bizə veriləcəksə bunu bilək, yox əgər başqasına verəcəksə bunu da bilək. Bu haqda bizə 



bəzi tövsiyələr versin. ” dediyi zaman Əli (r.a.) “ Vallahi əgər biz bunu Rəsulullahdan istəsək 

və O da bunu bizə verməzsə, onun vəfatından sonra başqası bizə hakimiyyəti bir daha verməz. 

Mən  Allaha  and  olsun  ki,  bunu  Rəsulullahdan  istəməyəcəm.

29

 ”  demişdi.  Bəli,  bu  haqqın 



peyğəmbərimiz tərəfindən birinə verilməməsi  əbədiyyən ona və əhlinə verilməməsi mənasına 

yorumlana  bilərdi  ki,  bunu  Əli  (r.a.)  yaxşı  başa  düşürdü.  Yaxud  da  idarə  haqqı  peyğəmbər 

tərəfindən birinə verilməsi də eyni şəkildə istismara yol aça bilərdi. Yəni, bu haqqın özündən 

qeyri  heç  kimsənin  haqqı  olmadığı  düşüncəsi  də  hakim  ola  bilərdi  ki,  keçmişdən  günümüzə 

qədər bu cür düşünənlər ələlxüsus ərəb ölkələrində vardır. 

Necəki,  Müaviyə  bir  sultanlıq  qaidəsi  olaraq,  idari  qabiliyyətini  və  camaatın  arzusunu 

nəzərə almadan oğlu Yezidi vəliəhd təyin etdi. Bundan sonra da Əməvi fəlakəti, arxasından da 

Abbasi  zülmü  ortaya  çıxır.  Belə  zalım  idarələrin  ömrünü  uzatmanın  ən  təsirli  yönü  də 

insanlara qadər şərtini uydurub alın yazısına məhkum etməkdir. 

Qısaca  xalqın başına gələn fəlakət və zülümlərin çoxu teokratik sistemlərdən qaynaqlanr. 

Çünki bu kimi sistemlərdə insanın idari qabiliyyəti və iş əhliyyəti axtarılmaz. Bir güc və miras 

qaydası kimi həvalə edilir.  slam anlayışında isə bir işdə idari qabiliyyət və işinin əhli olması 

şə

rti  axtarılır.  Məsələn,  bn  Kəsir  rəvayət  edir:  ”  Peyğəmbərimiz  (s.a.v.)  Məkkənin  fəthi 



zamanı Kəbənin yanında oturduğu zaman Əli (r.a.) əlinə Kəbənin açarlarını alıb gəldi və belə 

dedi: Ey Allahın Rəsulu! Kəbənin himayədarlığını bizə ver. 

Rəsulullah (s.a.v.) soruşdu: 

- Osman ibn Talha haradadır? (Kəbənin xidmətçisi olan bir müşrik) 

Bunun üzərinə Osmanı gətirdilər. Rəsulullah (s.a.v.) belə dedi: 

-Ey Osman aşarları al. Bu gün yaxşılıq və vəfa günüdür. ”

30

 

Rəsulullah (s.a.v.) Kəbəyə baxma işini belə yaxınlarına vermədən, bir müşrik olan Osmana 



həvalə edir. Çünki o işinin əhli idi. Sonra onun yaxşı bir müsəlman olduğu rəvayət edilir. 

Fərqli dinlərin,müxtəlif fikirlərin insanları bir araya gəlib dövlət qurduqları zaman, həmin 

dövlətin  idarəçilərindən  cəmiyyətin  istədiyi  şey  ədalətlə,heç  kimə  fərq  qoymadan  idarə 

etməsidir.  Yoxsa    qalxıb  o  idarəçilərin  müsəlman    olmalarını,  şəriətlə  idarə  etmələrini  tələb 

edə  bilmərik.  Arzu  edər  və  ya  dəvət  edə  bilərik.  Tam  tərsi  bütpərəstlər  qalxıb  bütpərəst, 

yəhudilər  yəhudi,  xristianlar  xristian  olmalarını  tələb  etsələr  orda  birlik  və  ədalətdən  bəhs 

                                                            

29

  bn-Kəsir, əl-Bidayə vən-Nihayə (5 cild, 7 bölüm) 



30

  bn Kəsir, əl-Bidayə vən-Nihayə  4 c. 9 b. 492-518 s.) 

 



Yüklə 478,48 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə