Microsoft Word D\335n ve d\326vlet elaqeler\335 as\375l



Yüklə 478,48 Kb.
Pdf görüntüsü
səhifə15/20
tarix06.05.2018
ölçüsü478,48 Kb.
#42572
1   ...   12   13   14   15   16   17   18   19   20

 

29 


 

77.  Brutus  bu  mövzuda  belə  deyir:  Müqəddəs  Kitab,  Tanrının  öz  ixtiyarı  ilə,  krallar  isə 

Tanrıdan  aldıqları  ixtiyara  dayanaraq  hökm  etdiklərini,  əsl  hegemonluq  Tanrıda  olduğunu, 

kralların isə onların təmsilçiləri olduqlarını deyər.

37

 Kral məqamını, Krallar Kralı Tanrıdan öz 



xalqına ədalət dağıtmaq və onları bütün düşmənlərinə qarşı qorumaq məqsədi daşıyır.. 

Kralların  tac  geyinmə    mərasimində  iki  cür  sözləşmə  olduğunu  görürük:  Biri  xalqın, 

Tanrının  xalqı  olması  üçün  Tanrı  ilə  xalq  arasında,  ikincisi,  xalqın  sədaqətlə  itaət,  kralın  da 

ə

dalətlə hökümdarlıq etməsi üçün kralla xalq arasındadır



38

.” 


C- K L SƏ VƏ TEOKRAT YA 

78. Kilisə, teokratik sistemin ən mühüm təşkilatıdır. Çünki bu sistemdə kralı, hökümətləri 

və icra başçılarını təyin edən və vəzifəyə gətirənin Tanrı olduğuna inanılır. Xristianlara görə 

Tanrı ata, Oğul və Müqəddəs Ruh üçlüsüdür. Oğul  sadır. ”Göydə və yer üzündə bütün iqtidar 

ona  verilmişdir.

39

”  sa  adına  hərəkət  etmə  və  qərar  vermə  səlahiyyəti  isə  kilisəyə  aiddir.  sa 



kilisədə hazır dayanır. Çünki kilisə onun mənəvi varlığı ilə bütünləşmişdir

40

. Müqəddəs Ruh 



isə kilisəni Allahın, yəni atanın neməti armağanları ilə doldurur və xatalardan qoruyur.

41

 



79.  Matta  incilinə  görə  Hz. sa  çarmıxa  çəkilib  dəfn  edildikdən  üç  gün  sonra  qəbrindən 

çıxmış,  Galiledə  11  həvarisinə  görünmüş  və  belə  demişdir:  ”Göydə  və  yer  üzündə  bütün 

iqtidar mənə verilmişdir.  ndi gedin bütün bəşəriyyətə tələbə yetişdirin. Onları Atam, Mən və 

Müqəddəs  Ruh  adına  vəftiz  edin.  Sizə  buyurduğum  hər  şeyi  yerinə  gətirmələrini  onlara 

öyrədin. Elə dünyanın sonuna qədər mən hər an sizinlə bərabərəm”

42



Bu,  kilisəni  xristianlar  nəzərində  güclü  hala  gətirmişdir.  Hətta  bir  kimsənin  xristianlığa 

qəbul edilməsi də kilisənin təsdiq etməsi ilə olur. Bunun üçün vəftiz olmaq lazımdır. Vəftiz, 

Yunan dilində suya batırmaq deməkdir. Bir xristianlıq termini olaraq  sanın mənəvi vücuduyla 

birləşməni  və  Müqəddəs  Ruhla  yenidən  doğmanı  ifadə  edər.  Vəftiz,  xristian  olmanın  ilk 

şə

rtidir. Bir kilisədən digərinə keçmək də vəftizlə olur.



43

 

80. Xristianlar dünyasında ən  çox mənsubu olan məzhəb  Katolik  məzhəbidir. Bu məzhəb 



özünü Petrusa bağlayır. Ruhani rəis Papadır. Papa,  sanın vəkili və Petrusun ardıcılıdır. Papa 

xatadan uzaq bir aftoritet, kilisə isə üniversaldır. Kilisə xaricində qurtuluş yoxdur. Roma, digər 

kilisələrin ruhani mərkəzidir və hamısından üstündür. Kilisə, Müqəddəs Ruh tərəfindən sövq 

və idarə edilir. Müqəddəs Ruh, Ata və Oğuldan çıxar.  ncilin yorumu kilisə tərəfindən olur.

44

 

                                                            



37

 Stephanus Junıus Brutus, Vindiciae Contra Tyrannos (Tiranlara qarşı haqqlar) çevirən Mete Tuncay, Avropada 

Siyasi Düşüncələr Tarixi 2, Yeni Çağ Seçilmiş Yazılar, Ankara 1969, s. 62.) 

38

 Brutus, e. q. ə. s. 63 



39

 “...Və  sa yanlarına gəlib onlara xitab edib dedi ki, səmada və zəmində bütün hökümət mənə verildi.” (Matta 

18, Kitabı Müqəddəs Əhdi cədid, s. 43.) 

40

 Günay Tümər.Abdurrahman Küçük, Dinlər Tarixi, Ankara 1993, s. 263. 



41

 Tümər Küçük e. g. ə. s. 256. 

42

 Mətin sadələşdirilmişdir. Əlimizdəki nüsxədəki ifadələr belədir. ”Və onbir şagirdlər Galile  sanın onlara əmr 



etdiyi  dağa  çatdılar.  Onu  görüncə  ona  səcdə  etdilər.  Lakin  bəzisi şübhə  etdilər.  Və  sa  yanlarına  gəlib  dedi  ki, 

səmada və zəmində bütün hakimiyyət mənə verildi.  ndi gedin bütün millətləri tələbəliyə alın. Onları Ata, Mən və 

Ruhul  Qüdüs  adıyla  vəftiz  edin.  Və  sizə  əmr  etdiyim  şeylərin  hamısını  yadda  saxlamağı  onlara  təlim  edin  və 

beləcə dünyanın sonunadək mən hər vaxt sizinlə bərabərəm.” (Matta 16-20, Kitabı Müqəddəs, Əhdi cədid, s. 43) 

43

 Tümər, Küçük, e. g. ə.  s. 268. 



44

 Tümər, Küçük, e. g. ə.  s. 270. 




 

30 


 

81. Teokratik nizamda kralı, hökümətləri və valiləri müəyyən etmək və vəzifəyə gətirmək 

səlahiyyəti  kilisəyə  aitdir.  Çünki  kilisə  Tanrı  adına  hərəkət  edər  və  ona  aid  olan  səlahiyyəti 

yerinə gətirir. Fəqət kilisə bu mövzuda bir məsuliyyət üstlənməz. Onsuzda Müqəddəs Ruhun 

kilisəni xatalardan qoruduğu

45

 inancı onlara məsuliyyət şüurunu yüklənməyə manedir. 



82.  Buna  görə  teokratiyanı  belə  tərif  etmək  lazımdır:  ”Teokratiya,  hakimiyyəti  kilisənin 

iradəsinə  buraxan  idarə  üsuludur.  Bu  sistemdə  kralı,  hökümətləri  və  icra  nümayəndələrini 

təyin edən və vəzifəyə gətirən kilisədir.” 

2-QURAN VƏ TEOKRAT YA 

83.  nsanların bir çoxu dini, hakimiyyətə gəlmənin bir qayəsi olaraq başa düşürlər. Quranda 

dövlət  başçısı,  idarəçilər  və  idarəçilik  sistemi  ilə  əlaqəli  xüsusi  bir  höküm  yoxdur.  Bu 

mövzuda  Muhamməddən  (s.a.v.)  də  bir  əmr  və  tövsiyə  gəlməmişdir.  Bu,  idarəçilərə  bir 

müqəddəslik  verilmədiyini  onların  heç  bir  mövzuda  toxunulmaz  sayılmadığını  göstərir. 

Teokratiya bu düşüncəyə zidd olaraq Allahın səlahiyyətinin bir təşkilata dövr edilməsini və ya 

onunla  paylaşılması  mənasına  gəldiyi  üçün  bu  səlahiyyəti  istifadə  edənlərin  sorumsuz, 

müqəddəs  və  toxunulmaz  olmasını  zəruri  edir.  Qurana  görə  belə  bir  davranış  şirkdir.  Allah 

Teala belə buyurur: 

“  De  ki:  Övlad  götürməyən,  hakimiyyətdə  şəriki  olmayan,  acizlikdən  ötürü  bir  dosta 

ehtiyacı olmayan Allaha həmd (şükür) olsun. ”Onu ucaltdıca ucalt.”( sra 17/111) 

Qurana  görə  Peyğəmbərlər  belə  elədiklərindən  məsuliyyət  daşıyır.  Allah  Teala  belə 

buyurur: 

“ Özlərinə elçi göndərilənləri mütləq sorğu-suala çəkəcəyik. O elçiləri də şübhəsiz hesaba 

çəkəcəyik. 

Elədiklərini özlərinə bir-bir başa salacayıq, çünki uzaqda deyilik. 

O  gün  tərəzinin  qoyulacağı  doğrudur.  Kimin  çəkisi  (əməli)  ağır  gələrsə,  o  zaman  belələri 

müvəffəqiyyət əldə edəcəklər. 

Kimin  tərəziləri  yüngül  gələrsə  belələri  də  ayələrimizə  haqsız  davrandıqları  üçün  özlərini 

məhv etmiş olacaqlar (Araf 7/6-9) 

Teokratiyada  idarəçilərin  zalımlığı,  onların  günahı  deyil,  Allahın  insanları  cəzalandırması 

sayılır. Halbuki Allah, zalımlardan uzaq  durmağı əmr edər. O, belə buyurur: 

“  Siz,  zalımlıq  edənlərə  yönəlməyin,  yoxsa  o  atəş  sizə  də  toxunur.  Allahdan  başqa  sizə 

vəlilik (dostluq) edəcək kimsə yoxdur; sonra, kömək də görməzsiniz. (Hud 11/113) 

Haqsızlıq edən kim olursa olsun, haqsızlığa məruz qalanın yanında olmaq lazımdır. Allah 

Təala bu barədə belə buyurur: 

“  Hər  kim,  zülmə  məruz  qaldıqdan  sonra  haqqını  alacaq  olsa  ona  qarşı  gəlmənin  mənası 

yoxdur. Əsl yol, insanlara zülm edənlərə, yer üzündə haqsız yerə həddi aşanlara qarşı olmaqdır. 

Onların payına düşən ağrılı bir əzabdır. (Şura 42/41-42) 

                                                            

45

 Tümər, Küçük, e. g. ə.  s. 256. 




Yüklə 478,48 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə