Microsoft Word D\335n ve d\326vlet elaqeler\335 as\375l



Yüklə 478,48 Kb.
Pdf görüntüsü
səhifə16/20
tarix06.05.2018
ölçüsü478,48 Kb.
#42572
1   ...   12   13   14   15   16   17   18   19   20

 

31 


 

Öz pis davranışlarını Allahın təsdiq etdiyini, ancaq Allaha şərik qoşanlar deyir. Allah Təala 

belə buyurur: 

“  Şərik  qoşanlar  dedilər  ki:  ”  Əgər  Allah  diləsəydi  Onun  xaricində  heç  bir  şeyə  qulluq 

etməzdik.  Bunu  nə  biz  və  nədə  atalarımız  edərdi.  Onun  buyruğu  olmadan  bir  qadağa  da 

qoymazdıq.  ”  Onlardan  əvvəlkilər  də  belə  eləmişdi.  Elçilərə  düşən  açıq  şəkildə  təbliğdən 

başqa nə ola bilər ki? ” (Nəhl 16/35) 

*Müşriklərin bu şəkildə qarşılıq verməsi əvvəlki dinlərə daxil edilmiş xətalı düşüncələrdən 

ə

mələ gəlmişdir.Bir müddət sonra bu düşüncə  slam aləminə də  yeridilmiş oldu. Günahlarını 



başqalarına  yükləmə  və  günahlarını  başqalarına  əfv  etdirmə  anlayışı  bütün  təhrif  edilmiş 

dinlərdə  vardır!  Əməvilərdən  günümüzə  qədər,    məzhəblərə  yeridilən  qəza  və  qədərin 

Allahdan olduğuna inanmanın imanın şərtlərindən biri olaraq qəbul  edilməsi, məhz teokratik 

anlayışın bir məhsuludur. Bu cür düşüncələr zülümlə idarə edən diktator rejimlərin azğınlığını, 

məzlumların isə istismarını artırır.* 

Teokratiya,  insanların  Allaha  boyun  əydikləri  kimi  idarəçilərə  də  boyun  əyməsini  istəyir. 

Onlara  itaət  Allaha  itaət,  onlara  müxalifət  Allaha  qarşı  gəlmək  sayılır.  Quran  bunu  da  şirk 

sayar. Çünki birinin istəyini Allahın istəyinin yerinə qoyanlar, o mövzuda onu Allahın yerinə 

qoymuş  olur.  Şirk  yəni,  Allahın  səlahiyyətini  paylaşmağa  və  ya  paylaşdırmağa  qalxmaq, 

bağışlanmaz bir günahdır. Allah Təala belə buyurur: 

“  Allah  özünə  ortaq  qoşulmasını  bağışlamaz,  bunun  aşağısında  olanı  dilədiyi  kimsə  üçün 

bağışlayar.” (Nisa 4/48) 



A-  DARƏ  LƏ ƏLAQƏL  QA DƏLƏ

84.  Quranın  dövlət  idarəsi  ilə  əlaqəli  qaidələri  universaldır.  Bunlar  hər  cür  rejimdə  və 

zamanda müdafiə edilə bilir. Onların yoxluğu hüzursuzluğa və qarğaşaya yol açar. Onlara bir-

başa qarşı çıxmaq insanı çətin vəziyyətə soxar. Bu qaidələrə rəayət edən hər sistem, ideal bir 

dövlət  sistemi  halına  gəlir.  ndi  bunlardan  bir  neçəsini  teokratiya  ilə  müqayisədə  nəzərdən 

keçirək. 



a- Ədalə

85.  Quran  qeyidsiz-şərtsiz  adil  olmağı  əmr  edər.Bu  səbəblə  idarəçilər,  din,  irq,  yaş, 

cinsiyyət və ictimai mövqe və s. nəzərə almadan hər kəsə adil davranmaq borcundadırlar. Bu 

sahədəki əmirlər qətidir. 

“  Allah şübhəsiz  ədaləti,  yaxşılıq etməyi,  yaxınlara baxmağı  əmr edər; həyasızlığı, pisliyi 

və həddi aşmağı qadağan edər. Bəlkə, bir-birinizi tutarsız deyə sizə öyüd verir.(Nəhl 16/90) 

86. Allah zalımlara boyun əyməyənləri mükafatlandıracağını bildirməkdədir. 

Zalımlara  könüllü  boyun  əyməkdən

46

 qaçınıb  Allaha  yönələnlər  var  ha,  elə  bu  müjdə 



onlaradır. Qullarımı müjdələ. (Zümər 39/17) 

                                                            

46

 Ayətdə  “onlara  ibadət  etməkdən”  ifadəsi  keçir.  Onun  yerinə  “ürəkdən  boyun  əymə”  ifadəsi  işlədilmişdir. 



Çünki,  ibadət  içiylə  və  çölüylə  boyun  əyməkdir.Əgər  bu  boyun  əymə  Allahın  istəyinə  uyğun  isə  Ona  ibadət 

edilmiş, tərs isə başqa şeyə ibadət edilmiş sayılır. 




 

32 


 

87. Teokratiyada ədalət olmaz. Çünki bu sistemdə ictimaiyyət xeyrinə uyğun idarə edənlər, 

Tanrının  hakimiyyətinin  həqiqi  nümunələridir.  Diktator  və  zülümlə  idarə  edənlər  də  Tanrı 

tərəfindən  insanları  günahkarlıqlarına  görə  cəzalandırmaq  üçün  vəzifələndirilmiş  insanlar 

olaraq qəbul edilirlər. Belə bir idarə etmə şəklində ədalət axtarmaq boşuna olur. 

b- Hürriyyə

88.  Dinin  azad  iradəylə  seçilməsi  Allahın  dəyişməz  qanunudur.  Bu  səbəblə  bütün 

peyğəmbərlər  hürriyyət  mövzusu  üzərində  çox  ciddi  dayanmışlar.  nsanlara  ;  “Allahdan 

başqasına  ibadət  etməyin”  mənası  budur.  Çünki  ibadət  lüğətdə  itaət  mənasına  gəlir.  taət 

boyun əymək deməkdir, daha çox “əmrə uymaq və izindən getmək, ” mənalarında işlədilir.

47

 



Türkcədə buna qulluq və əsirlik deyilir. 

“  Allahdan  başqasına  ibadət  etməyin”  demək,  Allahdan  başqasına  qul-qaravaş  olmayın, 

deməkdir. Bu səbəblə teokratik sistem, peyğəmbərlərin bu ümumi istəklərinə tərsdir. Çünki bu 

sistem, insanları idarəçilərə əsir etməkdədir. 

Burada inanc və ibadət azadlığı ilə inandığı kimi yaşama azadlığı, xüsusi əhəmiyyət kəsb 

etməkdədir. 



(1)-  NANC VƏ  BADƏT HÜRR YYƏT  

89. Dinin kökü imandır.  manın əsası da onu ürəkdən qəbul etmək, yəni qəlb ilə təsdiqdir. 

Qəlbdəki  təsdiqi  bir  o  insan,  bir  də  Allah  bilir.  Orası  insanın  ən  sərbəst  olduğu  yerdir.  Bu 

səbəblə  heç  bir  kimsə  bir  inancı  qəbul  və  ya  inkar  etməyə  məcbur  edilə  bilməz.  Çünki  bu, 

insanın fitrətinə tərsdir. Allah Təala belə buyurur: 

“  Dində  məcburiyyət  yoxdur;  artıq  doğru  ilə  əyri  bir-birindən  açıq  şəkildə  ayrılmışdır. 

Bundan  sonra  kim  zalımlarla  əlaqə  qurmadan  Allaha  inanırsa  qopması  mümkün  olmayan 

sağlam bir qulpa yapışmış olur. Allah eşidəndir, biləndir.” (Bəqərə 2/256) 

90.  nsanlar ibadətə də məcbur edilə bilməz. Çünki,ibadət üçün niyyət lazımdır. Niyyət, bir 

ş

eyə  ürəkdən,  istəyərək  qərar  verməkdir.  ”Əməllər  niyyətlərə  görədir”.



48

 Bir  ibadətin  nə 

məqsədlə yerinə gətirildiyini, tam olaraq bir o ibadəti edən bir də Allah bilir. Niyyətsiz ibadət 

edilmədiyindən  məcburi  ibadət  də  olmaz.  Birinə  zornan  namaz  qıldırıla  bilir  amma  niyət 

etməzsə namaz qılmamış, boşuna yatıb qalxmış olur. Bu da bir şeyə yaramaz. 

91.  Müsəlman  olmaq  üçün  bir  mərasimə  ehtiyac  yoxdur.  nanılması  lazım  olan  şeylərə 

ürəkdən inanan və Qurana uymağı qəbul edən hərkəs müsəlman olur. Amma xristianlıqda dinə 

qəbul vəftizlə olur. Bu mərasim xristianı papazların mənəvi təsiri altına soxur.  nsanları dinə 

qəbul səlahiyyətini Allah Muhammədə (s.a.v.) belə verməmişdir. O belə buyurur: 

“  Sən  sevdiyini  yola  gətirə  bilməzsən,  amma  Allah  əmr  etdiyini  yola  gətirir.  Yola 

gələcəkləri ən yaxşı O bilir.” (Qasas 28/56) 

                                                            

47

  bni  Manzur,  Lisanul-Ərəb,  Beyrut  1410/1990.  Rağib  əl- sfahani.  əl-Müfrədat  (Safvan  Adnan  Davudinin 



təhqiqi ilə) Dəməşq və Beyrut 1412/1992, s. 529 

48

 Bu hədisi şərif Səhih Buxarinin ən başında yer alır. 




Yüklə 478,48 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə