33
(2)- nandığ
ı kimi yaş
ama hürriy
ə
ti
92. man bir qəlb işi olduğu üçün inanc hürriyətini tanımanın və ya tanımamanın bir mənası
yoxdur. Ancaq din hürriyyətindən bəhs edilə bilər. Din deyincə, o dinin bütün əmr qadağanları
başa düşülür. Bunun daha açıq ifadəsi, inandığı kimi yaşama hürriyətidir.
93. Dövlətin vətəndaşı ilə əlaqəsi dini və ya ideoloji ölçüdə deyil, ədalət ölçüsündə olur.
Müsəlmanların dövlət ən-ənəsində, insanların inandığı şəkildə yaşamalarına şərait yaradılmış
və inanclarına təhqir fürsəti verilməmişdir. Məsələn, Osmanlı meyxana açmağı və donuz
saxlamağı müsəlman şəxslərə qadağan etdiyi halda xristianları sərbəst buraxmışdır. Çünki
onların əqidələrinə görə bunlar günah deyildir.
Bu anlayış, spanyadan qaçan yəhudilərə qucaq açmağımıza və onlara rahat həyat şəraiti
saxlamağımıza səbəb olmuşdur. Onlar bunun xatirəsinə Türkiyədə 500. l Vəqfini qurmuşlar.
c- Ağ
lı istifad
ə
94. Ağıl insanı heyvandan ayırır. nsan arzularını idarə edə bildiyi olçüdə azad yaşayır.
Arzular qabağa çıxarsa düşüncələr, baxışlar və anlayışlar dəyişir.
95. Quran daima ağlı istifadəyə çağırır. Quranda ağıl ( ل قعلا ) kəliməsi keçməz onun
yerinə 16 yerdə lübbün ( ب للا ) cəmi olan əlbab ( با بلاا) olaraq keçər. Lübb ləkəsiz saf
ağıl
49
mənasına gəlir. Çünki şərtlənmiş, mənfəətlərinin əsiri olmuş insanlar da ağıllıdır amma
onlar ağıllarını lazımi şəkildə işlətməzlər. şlətsələr belə nəticəsinə güvənib bağlanmazlar.
Onların ağılları ləkəli və bulanıqdır. Əvvəlcə ağlı, arzuların əsiri olmaqdan xilas etmək
lazımdır.
Quranda ağıldan istifadə mənasındakı kəlimələr 48 yerdə keçər. Bunlardan biri belədir:
“ Allah pisliyi ağıllarından istifadə etməyənlərin üstünə buraxır.” (Yunus 10/100)
96. Teokratik sistem, vətəndaşın ağlını istifadə etməməsini və bir şeyə qarışmamasını
istəyir. Jean Calvinin bu ifadələri bunu açıq bir şəkildə göstərməkdədir:
Fərdlər cəmiyyətlə əlaqəli mövzularda özlərini səlahiyyətli görməməli, dövlət işlərinə
qarışmamalı, idarəçilərin səlahiyyətinə girən işlərə burunlarını soxmamalıdırlar. ctimai
nizamnamədə düzəldilməsi lazım olan bir xata varsa qarğaşa çıxarmamalı, əllərinin çatmadığı
bir işə boyunlarını uzatmamalıdırlar. Bir sahədə əli qolu bağlı olmayan tək insan idarəçidir.
50
Bundan fərqli olaraq Quran insanın ətrafında olub-bitənlərlə əlaqələnməsini, xatalı
davranışlara qarşı çıxmasını istəyir. Quranda srail oğullarından inkar edənlərin, Davudun
(a.s.) və Məryəmin oğlu sanın (a.s.) diliylə lənətləndiklərini və bu lənətlənmə səbəblərində
biri bu olduğu açıqlanır:
“ Onlar bir-birlərinin elədikləri pisliklərə mane olmurdular. Bu elədikləri şey nə pis idi!”
(Maidə 5/79)
49
ər-Rağıb əl- sfahani, Müfrədatü əlfazul Quran,Beyrut 1412/1992, s. 733.
50
Jean Calbin, Avropada slami Düşüncələr Tarixi 2, Yeni Çağ, s. 49.
34
Muhamməd (s.a.v.) də bu mövzuda belə deyir: ” Sizdən kim bir pislik görürsə onu əliylə
düzəltsin. Buna gücü yetməzsə diliylə düzəltsin. Ona da gücü yetməzsə içindən ona qarşı
çıxsın. Bu, imanın ən zəif olanıdır.”
51
d- Ancaq Allahdan qorxmaq
97. Allah Təala belə buyurur: ” nsanlardan qorxmayın, məndən qorxun, ayələrimi heç bir
dəyərə dəyişdirməyin.” (Maidə 5/44)
“ Əgər inanırsızsa bilin ki, əsl qorxması lazım olan Allahdır.” (Tövbə 9/13)
Teokratik rejim, insanları idarəçilərdən qorxutmağa çalışır. Jean Calvin bu haqda belə
deyir: ” Ölənin atası, xalqın çobanı, sülhün qoruyucusu, ədalətin başçısı, günahsızların
müdafiəçisi olan idarəçinin gücünü qəbul etməyən insan haqlı olaraq dəli sayılmalıdır.”
52
Demək ki, bu sistemdə idarəçilərdən qorxmayan və onun gücünü qəbul etməyən dəli damğası
yeyər.
e- X
ə
taya qarşı çıxmaq
98. Allah Təala belə buyurur:
“ Aranızda yaxşılığa çağıran və pisliyə mane olan liderləriniz olsun. Doğrunu əmr etsin və
xətanın qarşısını alsınlar. Elə bü cür cəmiyyətlər səadətə çatar.” (Ali- mran 3/104)
Firavun Misirdə güclü bir krallıq qurmuşdu. Xalqını qul yerinə qoyar, onlar da ona baş
ə
yərlərdi. Allah bunu qınamış və belə buyurmuşdu:
“ Musanı sənədlərimizlə və açıq bir səlahiyyətlə göndərmişdik,
Firavuna və adamlarına...Amma onlar Firavunun buyruğuna uydular; lakin Firavunun
buyruğu doğrunu göstərmirdi.”(Hud 11/96-97)
Bir nəfər, Muhammədə (a.s.) soruşdu:
“- Hansı cihad daha dəyərlidir?
Dedi ki, ” Zalım sultanın yanında deyilən doğru söz
53
.”
Teokratiya
idarəçilərin
zalımlığını,
Allahın
xalqı
cəzalandırması
sayaraq
müqəddəsləşdirməkdədir. Belə bir sistem zalım sultanın yanında deyiləcək hər doğru sözü
səhv sayar. Çünki bu sistemdə idarəçilərin elədiyi hər şey doğru, onlara qarşı olan hər kəs
səhvdir. Jean Calvin belə deyir:
“...Xarakterləri nə olur olsun, bu hörməti, hətta bu dindarca təslimiyyəti bütün
idarəçilərimizə sonuna qədər göstərmək məcburiyyətindəyik...Bununla itaətin adil idarəcilərə
göstəriləcəyi nəticəsini çıxarırsanız səhv fikirləşirsiz. ...Əğər bir vəhşi tərəfindən zalımca
işgəncə görərsək, əğər bir oğru və həris biri tərəfindən soyulacaq olarsaq, əgər bir səhlənkar
tərəfindən atılacaq olarsaq, qısacası doğruluğumuz üzündən dinə və müqəddəs şeylərə
hörmətsiz davranan bir prens tərəfindən əziyyət görərsək ilk əvvəl işlədiyimiz günahları
51
Müslim, man 78 (49).
52
Jean Calbin, Avropada slami Düşüncələr Tarixi 2, Yeni Çağ, s. 49.
53
Nesai, Beya, 37, Babı mən təkəlləmə bil haqqində imamin cair